Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-531/2020 20.02.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi x1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və x2 Nazirliyi yanında Dövlət x3 Sumqayıt şəhər Şöbəsinə qarşı “onun 01.09.1976-cı il tarixdən 21 iyun 1982-ci il tarixədək N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunda təhsil aldığı dövrlərin sosial sığorta stajına daxil edilərək pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə” dair iddia ərizəsi üzrə inzibati işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: İddiaçıya DSMF Sumqayıt şəhər şöbəsi tərəfindən pensiya təyin edilərkən 01.09.1976-cı il tarixdən 21 iyun 1982-ci il tarixədək N.Nərimanov adına Azərbaycan Tibb İnistitutunda təhsil aldığı dövrlərin sosial sığorta stajının götürülməsi nəzərə alınmamışdır. Mövcud məsələ ilə bağlı cavabdeh orqana müraciət etsə də, məsələ müsbət həllini tapmamışdır. Bununla əlaqədar ona pensiya təyin edilərkən əmək kitabçasında qeyd edilən 24 il 4 ay sosial sığorta stajı hesablanmışdır. Qeyd olunanlar DSMF-nin Sumqayıt şəhər şöbəsi tərəfindən ona göndərilmiş 15.11.2019-cu il tarixli **********0 saylı məktubda öz əksini tapmışdır. Hesab edir ki, cavabdehin hərəkəti qanunsuzdur. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəməyə 17.02.2020-ci il tarixli, **********4 nömrəli etiraz ərizəsi ilə bildirmişdir ki, iddiaçının pensiya hüququ yarandığı 27.03.2018-ci il tarixdən 201.16 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. 01.01.2006-cı ilədək ümumi staj-24 il 04 ay 19 gün; 01.01.2006-cı il tarixdən 01.01.2018-ci il tarixədək 11 il 08 ay sosial sığorta stajı, fərdi hesabınızın sığorta hissəsində toplanan pensiya kapitalı-11898.66 manat təşkil edir; 01.01.2019-cu il tarixə pensiyanın məbləği 207.19 manat təşkil edir; 01.01.2020-ci il tarixə pensiyanın məbləği 291 manat təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 21-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 25-ci maddəsinə əsasən, sığorta stajı müvafiq icra hakimiyyəti tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verilən sənədlə təsdiq olunur. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 8–ci maddəsinə əsasən sosial sığortanın iştirakçıları sığortaçı, sığortaedənlər və sığortaolunanlardır. Sığortaolunanlar-xeyrinə sığorta fəaliyyəti həyata keçirilənlərdir. İddiaçı 01.09.1976-cı il tarixdən 21.06.1982-ci il tarixədək məcburi dövlət sosial sığortaya cəlb edilən əmək fəaliyyəti ilə məşğul olmadığı üçün tərəflər arasında qarşılıqlı hüquq münasibətləri yaranmır. Qeyd: Vətəndaş İddiaçı təhsil aldığı illəri sosial sığona stajına daxil edildiyi halda vətəndaşın pensiyasının artırılmasına səbəb olur. Ona görə də iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsieyni məzmunlu izahat verərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: İddiaçıya aid şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiqlənmiş surəti, İddiaçıya aid 026840 nömrəli diplomun notarial qaydada təsdiqlənmiş surəti, İddiaçıya aid ******* nömrəli Əmək kitabçasının surəti, DSMF-nun Sumqayıt şəhər şöbəsinin 15.11.2019-cu il tarixli, ********** nömrəli imtina məktubu və 17.02.2020-ci il tarixli, **********4nömrəli etiraz ərizəsi daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. ƏSASLANDİRMA HİSSƏSİ: Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara hüquqi qiymət verərək hesab edir ki, cavabdehiniddiaçının tələbinin təmin olunmasından imtinası əsassız, iddia tələbi isə əsaslı olduğundan iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Cavabdehin 15.11.2019-cu il tarixli, ********** nömrəli imtina məktubundan görünür ki, iddiaçıya 27.03.2018-ciil tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir, 01.01.2006-cı ilədək ümumi staj 24 il 04 ay 19 gün; 01.01.2006-cı il tarixdən 01.01.2018-ci il tarixədək 11 il 08 ay sosial sığorta stajı, fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalı- 11898.66 manat təşkil edir; 01.01.2019-cu il tarixə pensiyanın məbləği 207.19 manat təşkil edir və 01.01.2020-ci il tarixə iddiaçının pensiyasının məbləği 291 manat təşkil edir. İddiaçı hazırda yuxarıda qeyd olunan təhsil aldığı müddətlərin də sosial sığorta stajına daxil edilməsi barədə cavabdehə müraciət etsə də cavabdeh bundan imtina etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Azərbaycan Respublikası Əmək və x2 Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının” 3-cü bəndinə əsasən sığorta olunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Sonuncu müddəadan göründüyü kimi, stajın iki hissəndə ibarət olduğu müəyyən edilmişdir: 01 yanvar 2006-ci il tarixinə qədər - ümumi iş stajı, 01 yanvar 2006-cı il tarixdən sonra - sosial sığorta stajı. Maddələrin əlaqəli təhlili o nəticəni yaradır ki, şəxsin 01 yanvar 2006-cı il tarixinə qədər müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən dövrlər onun pensiya hüququ yarandığı 01 yanvar 2006-cı il tarixindən sonra qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinin tələbləri baxımından sosial sığorta stajını təşkil etməli və qazanmış pensiya hüququna aiddir. Bununla isə müəyyən edilir ki, iddiaçının təhsil aldığı müddətin onun “ümumu iş stajına” daxil edilməsi məsələsinə 01 yanvar 2006-cı il tarixli Qanunla deyil, həmin Qanundan əvvəl müvafiq qanunvericiliyin müddəalarına əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 01.10.1956-cı ildə qanuni qüvvəyə minmiş və 23.09.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiyaları” haqqında SSRİ Qanunun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. Həmin Qanunun 109-cu maddəsində təsbit edilmişdi ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti iş stajına daxil edilir. Sadalanan maddi hüquq normalarından da göründüyü kimi, iddiaçı 01.09.1976-cı il tarixdən 21 iyun 1982-ci illərdə təhsil aldığından həmin dövrdə qüvvədə olan qanunvericilik aktları hazırkı münasibətlərə tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Həmin dövrdə qüvvədə olan qanunvericilik aktlarının tələbindən göründüyü kimi, ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanların təhsil müddəti onların iş stajına daxil edilməlidir. İddiaçının təhsil müddətlərinin onun iş stajına daxil edilməsi təhsil aldığı dövrdə qüvvədə olan qanunvericiliyin tələbidir. Bu hüquq isə iddiaçı tərəfindən artıq qazanılmış hüquq olduğundan məhkəmə hesab edir ki, iddiaçının peşə məktəbində və texnikumda təhsil aldığı illər onun sosial sığorta stajına daxildir. Yuxarıda qeyd olnan qanunvericilik aktlarının tələblərinə əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının təhsil müddətlərinin onun sosial sığorta stajına daxil etməkdən imtina edilməklə iddiaçının hüquqları pozulmuşdur. Nəzərə alınmalıdır ki, DSMF-nin Sumqayıt şəhər şöbəsinin Sumqayıt İnzibati Məhkəməsinə ünvanladığı 17.02.2020-ci il tarixli etirazından məlum olmuşdur ki, İddiaçı təhsil aldığı dövrlərin hesablanması onun pensiya məbləğinin artım fərqinin yaranmasına səbəbdir. Qeyd olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, iddia təmin edilərək İddiaçı N.Nərimanov adına Azərbaycan Tibb İnistitutunda 01.09.1976-21.06.1982-ci illərdə təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilərək əmək pensiya hüququnun yarandığı 27.03.2018-ci il tarixdən yenidən hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və x2 Nazirliyi yanında Dövlət x3 Sumqayıt şəhər şöbəsinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı N.Nərimanov adına Azərbaycan Tibb İnistitutunda 01.09.1976-21.06.1982-ci illərdə təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilərək əmək pensiya hüququnun yarandığı 27.03.2018-ci il tarixdən yenidən hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və x2 Nazirliyi yanında Dövlət x3 Sumqayıt şəhər şöbəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-531/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-531/2020
20.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver