Məhkəmə qərarları › İş №2-1(118)-531/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-531/2023

27.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-531/2023 27.02.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X9 Ramiz qızının katibliyi, İddiaçı (Sumqayıt şəhəri, 18-ci mikr-n, ev 34 mənzil 27-də yaşayan) iştirakı ilə, Cavabdehin nümayəndəsi X8 (Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin hüquq şöbəsində aparıcı mütəxəssis işləyən, ünvan 1 ünvanında yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı ona əlillik dərəcəsinin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əlillik dərəcəsinin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1992-ci ildə hərbi xidmətə çağırılmışdır. Döyüş zonasında hərbi xidmət keçərkən 1992-ci ilin dekabr ayında yaralanmış, bu hal X12 Hərbi-Həkim Komssiyasının qərarında da öz əksini tapmışdır. Həmin travmalardan onun bir çox xəstəlikləri yaranmışdır ki, bu da əlilliyin təyin edilməsi üçün əsasdır. Bununla bağlı iddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə müraciət etmiş, lakin ona hər dəfə müxtəlif bəhanələrlə imtina cavabı verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X14 iddianı qəbul etməyərək izah etdi ki, iddiaçının əlillik vəziyyətinə Sumqayıt 1 nömrəli şəhər poliklinikasının xx.xx.2019-cu il tarixli göndərişi əsasında baxılmış və X3: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.4 - Hərbi əməliyyatlar nəticəsində odlu... Diaqnozun mətni: Y36.4 Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Keçirilmiş kəllə - beyin travmasının davamlı qalıq əlamətləri (xx.xx.1992); Meyar: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: xəstənin ixtisaslaşmış müalicəyə ehtiyacı var” səbəbi ilə imtina verilmişdir. Sumqayıt 1 nömrəli şəhər poliklinikasının xx.xx.2019-cu il tarixli göndərişi əsasında əyani müayinə zamanı baxılmış və Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X3: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələn => T79 - Travmalartn digər rubrikalarda təsnif olunmayan bəzi erkən ağırlaşmaları => T79.9 - Travmanın dəqiq...; Diaqnozun mətni “başın travmalarının nəticələri”, imtina edilmənin səbəbi: Diaqnoz öz təsdiqini tapmaması - Səbəb: Göndərişdə qeyd edilən ağırlaşmalar obyektiv müayinədə təsdiqlənmədi” səbəbi ilə imtina verilmişdir. İddiaçı əlillik vəziyyəti səhiyyə müəssisənin xx.xx.2019-cu il tarixli, Ö529ÖÖ3AAF8A nömrəli göndərişi əsasında onun iştirakı olmadan xx.xx.2019-cu il tarixdə Tibbi sosial ekspert komissiyası tərəfindən qiymətləndirilmiş və göndərişin natamam doldurulması barədə qərar qəbul edilmişdir. Həmin qərardan narazı qalan vətəndaşın əlavə əyani müayinəsi aparılmış və müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2013-ci il tarixdə şəhadətləndirilmiş və 1171 saylı qərar verilmişdir. Həmin qərarda "Odlu silah qəlpə yaralanmalarından sonra başın əlin nahiyyəsində iki ədəd, başın atın nahiyyəsinin sol yarısında bir ədəd, başın təpə nahiyyəsində iki ədəd, üst dodağın sol yarısında bir ədəd, çənəaltı nəhiyyədə bir ədəd, sol budun orta 1/3-nin ön səthində bir ədəd, sağ ayaq pəncəsinin üst səthində bir ədəd köhnə çapıq toxumalar” diaqnoziu, travmanın səbəb əlaqəsi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” müəyyənləşdirilmişdir. Səhiyyə müəssisəsinin göndərişində qeyd edilmiş əsas diaqnoz köməkçi diaoqnistik müayinələrlə təsdiqlənmədiyinə görə əsaslı olaraq əlavə müalicəyə ehtiyacın olması barədə qərar verilmişdir. Xəstənin müayinəsi zamanı səhiyyə müəssisəsinin göndərişində əsas xəstəlik kimi "Keçirilmiş kəllə-beyin travmasının davamlı qalıq əlamətləri (xx.xx.1992)’’ xəstəliyinə xas olan əlamətlər obyektiv olaraq aşkar edilməmişdir. Ağırlaşma kimi qeyd edilmiş "Nitq qüsuru” və "Yerişin pozulması” obyektiv olaraq aşkar edilməmiş, eləcə də “Epilepsiya, Epileptiform, tez-tez baş verən qıcolma tutmaları ilə (H ərzində 8-12 epileptik qıcolma tutmaları) anamnestik məlumatlarla təsdiqlənməmişdir, qıcolmaları təsdiq edən əlamətlər aşkar edilməmişdir. Səhiyyə müəssisəsinin göndərişində qeyd edilmiş əsas diaqnoz və onun ağırlaşmalarının səbəb əlaqəsi MN MHHK-nın qərarı ilə təsdiqlənməsə də, səhiyyə müəssisəsinin göndərişində xəstəliyin səbəb əlaqəsi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” seçilmişdir. Xəstənin əyani müayinəsi zamanı göndərişdə qeyd edilmiş ağırlaşmalar aşkar edilmədiyinə və travmanın səbəb əlaqəsi düzgün seçilmədiyinə görə diaqnozun öz təsdiqinin tapmaması barədə qərar verilmişdir. Göndərişin rəsmiləşdirilməsi zamanı hiperdiaqnostikaya yol verilmiş və səbəb əlaqəsi düzgün seçilməmişdir. İş materiallarında olan : - Mərkəzi Hərbi-Həkim Komissiyasının xx.xx.2018-ci il tarixli 1171 saylı qərarından görünür ki, İddiaçı diaqnozu “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qeyd edilmişdir. - 1 nömrəli xəstəxana tərəfindən verilmiş 0529003AAF0N nömrəli və 0529003AAF8A göndərişlərdən görünür ki, X2 əlillik vəziyyəti ilə bağlı Tibbi Sosial Ekspert Komissiyasına göndəriş verilmişdir. - Xəstənin stasionar tibbi kartasından 0324971, ******* və ******* saylı çıxarışlardan görünür ki, İddiaçı Sumqayıt şəhər 2 nömrəli xəstəxanasında xx.xx.2018-xx.xx.2018-ci il, xx.xx.2019-xx.xx.2019-cu il və xx.xx.2019-xx.xx.2019-cu il tarixlərdə stasionar müalicə almışdır. -TSEK-nin xx.xx.2019-ci il tarixli qərarından görünür ki, İddiaçı əlillik təyin edilməsindən imtina edilmişdir. Səbəb kimi əlavə müalicəyə ehtiyacın olması göstərilmişdir. -TSEK-nin xx.xx.2020-ci il tarixli cavabından görünür ki, İddiaçı əlillik təyin edilməsindən imtina edilmişdir. Səbəb kimi dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş gösnrədirişin natamam doldurulması göstərilmişdir. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Ekspertizası və X11 tərəfindən verilmiş T-558/2022 saylı ekspert rəyindən görünür ki, İddiaçı məhkəmə-tibb ekspertizası zamanı “Akademik M.Ə.Mirqasımov adına Respublika Kliniki Xəstəxanası”Phş-in müayinəsinə göndərilmiş və xx.xx.2022-ci il tarixdə xəstəxanada aparılmış funksional diaqnostik, instrumental, həmçinin profil üzrə mütəxəssislərin konsultativ baxışlarına əsasən ona “Posttravmatik ensefalopatiya, keçirilmiş (xx.xx.1992) qapalı kəllə-beyin travmasından sonrakı dayanıqlı qalıq əlamətləri, qabarıq asteno-nevrotik sindrom, psixoorqanik sindrom, koqnetiv funksiyalarının enməsi ilə, asteno-nevrotik hal, tez-tez təkrarlanan vegetativ damar krizləri” diaqnozu müəyyən edilmiş, yəni “Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnməər, keçirilmiş kəllə-beyin travmasının davamlı qalıq əlamətləri” diaqnozu təsdiq edilmişdir. Qeyd edilən diaqnoz şəxsin əyani müayinəsində əlillik əlamətləri təyin etmədiyindən ona istər Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunmasına dair” Əsasnamənin, istərsə də xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nin təyininə dair meyarlarının hər hansı bir maddəsini aid etmək mümkün olmamışdır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun qüvvəyə minənə qədər qüvvədə olmuş “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” 1992-ci il 25 avqust tarixli 284 nömrəli Qanun: Maddə 3. Tibbi-sosial ekspertiza orqanizmin funksiyalarının davamlı pozulmaları nəticəsində həyat fəaliyyətinin məhdudlaşdırılmasının qiymətləndirilməsi əsasında vətəndaşın sosial müdafiə tədbirlərinə olan ehtiyaclarının müəyyən edilməsidir. Tibbi-sosial ekspertiza müayinə olunan şəxsin klinik, funksional, sosial, məişət, peşə, əmək, psixoloji imkanlarının kompleks qiymətləndirilməsi yolu ilə əlillik, uşaqların sağlamlıq imkanlarının məhdudluğu meyarlarına uyğun olaraq həyata keçirilir. Tibbi-sosial ekspertiza tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Tibbi-sosial ekspert komissiyaları haqqında və əlilliyin, uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair əsasnamələr müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1 Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları ...6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə : 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. ...2.2.4. ildə azı dörd dəfə kəskinləşmə və ikinci dərəcə tənəffüs çatışmazlığı ilə müşayiət olunan tənəffüs sistemi orqanlarının xroniki xəstəlikləri (J31-J32.9,J35-J37.1, J41.0-J70.9,J84-J86.9,J91-J95.8) əlilliyin təyin edilməsi üçün əsas verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli, 36 saylı qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə: 4.1 Şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” : 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. 2.1 Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri” nə elektron sənəd formasında daxil edilmiş Tibbi sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Məhkəmə qeyd edir ki, iddiaçıya təyin edilmiş əsas diaqnoz X1 “hərbi əməliyyatlar nəticəsində alınan xəsarətlər nəticəsində yaranan xəstəliklər” bölməsinə aid edilmişdir (Y36.4), digər xəstəliklər yanaşı xəstəliklər qrafasında qeydə alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 3.1.2-ci bəndinə əsasən reyestrə daxil edilmiş göndərişlərdə əlillik səbəbinin qeyd olunmasına baxmayaraq, əlavə müalicəyə ehtiyacı olması, diaqnozun öz təsdiqini tapmaması və s.səbəblərlə cavabdeh Agentlik tərəfindən iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı müvafiq tibb müəssisəsi tərəfindən müayinə olunaraq onda təkrarən eyni diaqnozun qoyulmasına baxmayaraq və iddiaçı barəsində Forma 88 saylı arayış tərtib edilərək “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilməsinə baxmayaraq cavabdeh tərəfindən yuxarıda qeyd edilən səbəblə iddiaçıya əlillik dərəcəsinin verilməsindən imtina edilmişdir. Məhkəmə tədqiqatı zamanı iş üzrə məhkəmə-tibb ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X7 həvalə edilmişdir. Ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1)İddiaçı təyin edilmiş “Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələmələr, keçirilmiş kəllə-beyin tavmasının davamlı qalıq əlamətləri” diaqnozu təsdiq edilirmi? 2) diaqnozun təsdiq edildiyi halda həmin diaqnoz və ümumiyyətlə, iddiaçının səhhəti ona əlillik dərəcəsinin təyin edilməsinə əsas verirmi? Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PAB” PHŞ-nin 5216 saylı xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, məhkəmə-tibb eksperti X5 və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi sosial eksperti X6 iştirakı ilə X4 məhkəmə tibbi müayinəsi keçirilmiş və belə bir nəticəyə gəlinmişdir ki, vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün tərtib edilmiş 088 saylı arayışda qeyd edilən diaqnozun təsdiq edildiyi, lakin həmin diaqnozun əlillik dərəcəsinin təyininə əsas vermədiyinə görə ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 413 saylı Qərarı ilə təsdiq edilmiş Əsasnamənin və ya xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nin təyininə dair meyarlarını aid etmək mümkün olmamışdır. Qeyd edilən tibbi ekspertizanın keçirilməsi məhkəmə tərəfindən Səhiyyə Nazilriyi Məhkəmə Tibb Ekspertizası və X7 həvalə edilsə də, həmin ekspertizanın keçirilməsində və rəyin tərtib edilməsində cavabdeh inzibati orqanın nümayəndəsinin də ekspert kimi iştirak etməsi səbəbindən məhkəmə həmin ekspert rəyini mötəbər sübut kimi qiymətləndirmir. Məhkəmə qeyd edir ki, cavabdehin imtina cavabında iddiaçıda müəyyən olunmuş əsas xəstəliyin mövcudluğu inkar edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçıda yuxarıda qeyd edilən xəstəliklər və ağırlaşmalar cavabdeh tərəfindən formal əsaslarla ona əlilliyin təyin edilməsindən imtina edilməsi qanunsuz olmuşdur. Belə ki, cavabdeh iddiaçının xeyrinə olan və onun üçün əlverişli inzibati aktın qəbulunu şərtləndirən həmin halları nəzərə almamış, bununla da qanunla ona verilmiş diskresion səlahiyyətlərfən düzgün istifadə etməmişdir. Azərbaycan Respublikası İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildir. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli və iddiaçıya təyin edilmiş üçüncü dərəcəli əlillik müddətsiz ikinci dərəcəli əlilliyə dəyişdirilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı əlillik dərəcəsinin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti , 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar