Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-532/2020 25.09.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X1 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı oğlunun cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 2 saylı regional ərazi filialına (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Quba rayon Şöbəsinə) qarşı “Təhsil aldığı müddətin, hərbi xidmətdə olduğu müddətin iş stajına daxil edilməsi, pensiya hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı xx.xx.1955-ci ildə anadan olmuşdur. O, ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdehin xx xxxx 2019cu il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtinanın əsası kimi iddiaçının qanunla tələb olunan 25 il sığorta stajının olmadığı qeyd edilmişdir. İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, attestatın surətindən də göründüyü kimi iddiaçı 1969-cu il tarixdən 1972-ci il tarixə qədər Quba 103 nömrəli peşə təhsil məktəbində orta təhsil və baytarlıq ixtisası üzrə peşə təhsili almışdır. 1972-ci il tarixdən 1974-cü il tarixə kimi Binə qəsəbəsində hərbi komissarlıq hesabına olan peşə məktəbində sürücülük ixtisası üzrə peşə təhsili almışdır. İş materiallarına əlavə etdiyi ******* nömrəli əmək kitabçasından da göründüyü kimi xx xxxx 1974-cü il tarixdən xx xxxxxx 1974-cü il tarixə qədər Quba rayonu C.Cabbarlı adına Qoyunçuluq sovxozuna fəhlə və baytar sanitarı təyin edilmişdir. xx xxxxxx 1974-cü il tarixdə hərbi xidmətə getdiyi üçün sovxoz fəhləliyindən azad edilmişdir. xx xxxxxx 1976-cı il tarixə qədər Zaçita ərazisində hərbi xidmətdə olmuşdur. Daha sonra xx xxxx 1977-ci il tarixdən xx xxxxxx 1977-ci il tarixə qədər Xaltan baytarlıq sahəsində baytar feldşer işləmişdir. xx xxxxxxxx 1977-ci il tarixdən xx xxxx 1978ci il Xaltan sahəsində Baytar-feldşer işləmişdir. xx xxxx 1978-ci il tarixdən x xxxxxx 1983cü il tarixə qədər Quba rayonu C.Cabbarlı adına qoyunçuluq sovxozuna fəhlə qəbul edilməklə sürücü işləmişdir. xx xxxxxx 1983-cü il tarixdən xx xxxx 2007-ci il tarixə qədər Rabitə Nazirliyi Avtobazasında sürücü işləmişdir. Bundan başqa 2008-ci il may ayının əvvəlindən 2009- cu ilin mayın axırına kimi “xxxx” ASC-də nəqliyyat üzrə sürücü işləmişdir. Əmək kitabçasında özləri qəsdən heç bir qeyd aparmamışdır. Həmin yerdə işləməyini sübut edən sənədləri, işə qəbul ərizəsini, sürücülər üçün çıxış vərəqəsini, həmçinin texniki pasportu da məhkəmə iclasında təqdim edəcəkdir. 2001-ci ilin fevralın 1-dən 2002-ci ilin aprel ayının 1-nə qədər Quba Rayon Baytarlıq İdarəsində baytar-həkim vəzifəsində işləmişdir. Həmin yerdə işləməyini sübut edəcək sənədi arayışı məhkəmə iclasında təqdim edəcəkdir. “Əmək pensiyaları haqqında” qanuna əsasən də təhsil müddəti, o cümlədən hərbi xidmətdə olan dövrlər iş stajına daxil edilir. Buradan da görünür ki, 25 ildən çox iş stajı var ki, bu da yaşa görə əmək pensiyası almaq hüququnun olmasına əsas verir. Bütün bunlara baxmayaraq müraciətinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Quba rayon şöbəsi, Asan xidmət tərəfindən verilən imtina məktubunda qeyd edilir ki, iddiaçının xx.xx.1992-ci ilədək 17 il 4 ay sığorta stajı müəyyən edilmişdir. Quba rayon “Avtonəqliyyat” müəssisəsində xx.xx.1992-ci ildən xx.xx.2006-cı ilədək işləməyi ilə bağlı əmək kitabçasındakı qeydləri həmin müəssisə fəaliyyət göstərmədiyindən qarşılıqlı yoxlamaq mümkün olmamış və həmin dövrü əks etdirən əmr kitabları və əmək haqqı cədvəlləri Dövlət Arxivinin Quba rayon şöbəsinə təhvil verilməmişdir. Eyni zamanda iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Bu səbəblərdən pensiya təyin edən komissiyanın qərarı ilə ərizəsi rədd edilmişdir. İddiaçı nəzərə çatdırır ki, onların qeyd etdiyi müəssisədə ümumiyyətlə işləməmişdir. Nəyə əsasən iddiaçıya belə bir cavab verilmişdir. Hətta telefonda onları başa salmağa çalışsa da heç bir nəticə verməmişdir. Bütün bu yazdıqlarından və onlar tərəfindən verilən imtina məktubunun mahiyyətindən də görünür ki, onların imtinası qanunsuz və əsassızdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini xahiş edir. İddiaçı hazırlıq icraatı ilə bağlı məhkəmə iclasında iştirak etsədə, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh iddiaya qarşı yazılı etirazında qeyd etmişdir ki, əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqları ödənilmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Bu qanunun 21-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 4.2.7 bəndinə əsasən zəruri hesab olunan hallarda sənədlərin yerində qarşılıqlı yoxlanılması həyata keçirilir. Bildiririk ki, “Əmək pensiyaları haqqında” Qanunun 21-ci maddəsində təhsil illərinin sosial sığorta stajına daxil edilməsi nəzərdə tutulmadığı üçün İddiaçı 1969-1972-ci illərdə Quba 103 nömrəli peşə təhsili məktəbində, 1972-1974-cü illərdə Binə qəsəbəsində peşə məktəbində təhsil aldığı müddət onun sosial sığorta stajına daxil edilməməlidir. İddiaçı xx.xx.1983-cü ildən xx.xx.2006-cı ilədək Rabitə Nazirliyinin Avtobazasında işləməsi ilə bağlı əmək kitabçasındakı qeydləri müəssisənin hüquqi ünvanı məlum olmadığı üçün qarşılıqlı yoxlamaq mümkün olmadığından və yuxarıda adı çəkilən müəssisənin sənədləri müvafiq olaraq Dövlət Arxivinin Quba rayon filialına təhvil verilmədiyindən həmin dövrləri onun sosial sığorta stajına daxil etmək mümkün deyildir. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Qanunun 8.2 bəndinə əsasən sığortaolunan dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanında uçota düşməli ( burada müvafiq icra hakimiyyəti orqanı kimi DSMF nəzərdə tutulur) və bu qanuna əsasən onun fərdi şəxsi hesabına daxil edilməli olan məlumatları təqdim etməlidir. Həmin qanunun 9.2-ci bəndinə əsasən Sığortaedən dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına sığortaolunanlar haqqında bu qanunla müəyyən olunan məlumatları dürüst və müəyyən olunmuş müddətdə təqdim etməlidir. Ancaq İddiaçı xx.xx.2006-cı ildən xx.xx.2007-ci ilədək Rabitə Nazirliyinin Avtobazasında, 2008-ci ilin mayından 2009-cu ilin mayına kimi “xxxx” ASC-də əmək fəaliyyəti ilə bağlı fərdi uçot sistemində heç bir məlumat yoxdur. Yuxarıda sadalanan səbəblərdən İddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 7ci maddəsinə əsasən tələb olunan 25 il sosial sığorta stajı və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən onun əmək pensiyası hüququ yaranmır. Cavabdeh iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iştirak etmiş, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(118)-532/2020 saylı sorğusuna cavab olaraq Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialının xx xxxx 2020-ci il tarixli, 689 saylı arxiv arayışında qeyd edilmişdir ki, Rabitə Nazirliyinin avtobazasının heç bir sənədləri (əmr kitabları, əmək haqqı cədvəlləri, kitabları) Dövlət Arxivinin Quba filialına təhvil verilməmişdir. Sumqayıt İnzibati Məhkəməsinin Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə göndərilmiş xx xxxx 2020-ci il tarixli 2-1(118)-532/2020 saylı sorğusuna cavab olaraq aidiyyəti üzrə baxılması üçün göndərilmiş Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən təqdim olunmuş arxiv arayışına əsasən 1991-ci ildən sonrakı illərin şəxsi hesablar kitanı Mərkəzi Arxivə təhvil verilmədiyindən 1991-ci ildən sonrakı illər üzrə əmək haqqı barədə məlumatların qeyd edilməsi mümkün olmamışdır. Sumqayıt İnzibati Məhkəməsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Quba rayon şöbəsinə göndərilmiş xx xxxx 2020-ci il tarixli 2-1(118)-532/2020 saylı sorğusuna cavabdehin cavab məktubunda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında’’ qanunun 21-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında’’ Qanunun 21 -ci maddəsində təhsil illərinin sosial sığorta stajına daxil edilməsi nəzərdə tutulmadığı üçün İddiaçı 1969- 1972-ci illərdə Quba 103 nömrəli peşə təhsili məktəbində, 1972-1974-cü illərdə Binə qəsəbəsində peşə məktəbində təhsil aldığı müddət onun sosial sığorta stajına daxil edilməməlidir. “Əmək pensiyaları haqqında” qanunun 23.2-ci maddəsinə əsasən vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Bu səbəbdən İddiaçı xx.xx.1983-cü ildən xx.xx.2006-cı ilədək Rabitə Nazirliyinin Avtobazasında işləməsi ilə bağlı əmək kitabçasındakı qeydləri müəssisənin hüquqi ünvanı məlum olmadığı üçün qarşılıqlı yoxlamaq mümkün olmadığından və yuxarıda adı çəkilən müəssisənin sənədləri müvafiq olaraq Dövlət Arxivinin Quba rayon filialına təhvil verilmədiyindən xx.xx.1992-ci ildən xx.xx.2006-cı ilədək olan dövrü onun sosial sığorta stajına daxil etmək mümkün deyildir. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Qanunun 8.2 bəndinə əsasən sığortaolunan dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanında uçota düşməli ( burada müvafiq icra hakimiyyəti orqanı kimi DSMF nəzərdə tutulur) və bu qanuna əsasən onun fərdi şəxsi hesabına daxil edilməli olan məlumatları təqdim etməlidir, Həmin qanunun 9.2-ci bəndinə əsasən Sığortaedən dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına sığortaolunanlar haqqında bu qanunla müəyyən olunan məlumatları dürüst və müəyyən olunmuş müddətdə təqdim etməlidir. Ancaq İddiaçı xx.xx.2006-cı ildən xx.xx.2007-ci ilədək Rabitə Nazirliyinin Avtobazasında, 2008-ci ilin mayından 2009-cu ilin mayına kimi “X3” ASC-də əmək fəaliyyəti ilə bağlı fərdi uçot sistemində heç bir məlumat yoxdur. Beləliklə, vətəndaşın xx.xx.1974-cü ildən xx.xx.1974-cü ilədək “C.Cabbarlı” adına sovxozda işlədiyi, xx.xx.1974-cü ildən xx.xx.1976-cı ilədək hərbi xidmətdə olduğu dövrü, xx.xx.1977-ci ildən xx.xx.1977-ci ilədək və xx.xx.1977-ci ildən xx.xx.1978-ci ilədək Xaltan baytarlıq sahəsində, xx.xx.1978-ci ildən xx.xx.1983-cü ilədək “C.Cabbarlı” adına sovxozda və xx.xx.1983-cü ildən xx.xx.1992-ci ilədək Rabitə Nazirliyinin avtobazasında işlədiyi dövrlər nəzərə alınmaqla, ümumilikdə 17 il 4 ay sığorta stajının olduğu müəyyən edilmişdir. Yuxarıda sadalanan səbəblərdən İddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 7ci maddəsinə əsasən tələb olunan 25 il sosial sığorta stajı və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən onun əmək pensiyası hüququ yaranmır. Əlavə olaraq bildirilmişdir ki, İddiaçı xx xxxx 2019-cu il tarixdə Quba Asan Xidmət Mərkəzi vasitəsilə ərizəsi ilə birlikdə təqdim etdiyi sənədləri ona qaytarıldığından yalnız şöbənin pensiya təyin edən komissiyasının qərarı və vətəndaşın ərizəsi saxlanılmışdır. Məhkəməyə yuxarıda adı qeyd olunan sənədlər təqdim edilmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəməiş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, iddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə cavabdeh inzibati orqana müraciət etmiş və cavabdehin xx xxxx 2019-cu il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının təhsil aldığı illərin sosial sığorta stajı kimi nəzərə almaması əsaslı olmasada, iddiaçının ümumilikdə 25 il sığorta stajına malik olmadığı üçün ona pensiya təyin edilməsindən imtina olunması əsaslı olmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Sumqayıt İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(118)-532/2020 saylı sorğusuna cavab olaraq Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialının xx xxxx 2020-ci il tarixli, 689 saylı arxiv arayışında qeyd edilmişdir ki, Rabitə Nazirliyinin avtobazasının heç bir sənədləri (əmr kitabları, əmək haqqı cədvəlləri, kitabları) Dövlət Arxivinin Quba filialına təhvil verilməmişdir. Sumqayıt İnzibati Məhkəməsinin Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə göndərilmiş xx xxxx 2020-ci il tarixli 2-1(118)-532/2020 saylı sorğusuna cavab olaraq aidiyyəti üzrə baxılması üçün göndərilmiş Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən təqdim olunmuş arxiv arayışına əsasən 1991-ci ildən sonrakı illərin şəxsi hesablar kitanı Mərkəzi Arxivə təhvil verilmədiyindən 1991-ci ildən sonrakı illər üzrə əmək haqqı barədə məlumatların qeyd edilməsi mümkün olmamışdır. İddiaçının mübahisəli dövrlərdə əmək haqqı almasını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəməyə təqdim edilən arxiv arayışı ilə bu hal öz təsdiqini tapmamışdır. Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanunun 31.2-ci maddəsinə əsasən Əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gündən ən geci 10 gün müddətində baxılmaqla təyinat aparılır. Həmin Qanunun 31.2-1-ci maddəsinə əsasən Sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Lakin hazırki işdə iddiaçının 1991-ci ildən sonrakı dövrlərə aid iş stajı dövlət arxivinin arayışı ilə öz təsdiqini tapmamışdır. Mübahisəli dövrlər nəzərə alınmadıqda isə, iddiaçının 25 il sığorta stajı və buna uyğun olaraq, hazırda qüvvədə olan qanunvericiliyə əsasən iddiaçının pensiya hüququ yaranmır. Məhkəmə qeyd edir ki, iddiaçının təhsil aldığı dövrlər onun sosial sğorta stajı kimi nəzərə alınmalı olsada, həmin dövrlər nəzərə alınması iddiaçıya pensiya təyin olunmsı üçün şərt olan 25 il sosial sığorta stajının yaranması üçün kifayət etmədiyindən pensiya təyinatı həyata keçirilə bilməz. Bu halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın qeyd edilən dövrləri nəzərə almaqla iddiaçıya pensiya təyin edilməsindən imtinası əsaslı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsassızdır və rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68,69,73,75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəməqərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-532/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-532/2020
25.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver