Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-532/2021 06.04.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X11 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı və vəkili Vəkil iştirakları ilə, Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X20 Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 11 №-li, 5 mərtəbəli evin 2-ci mərtəbəsindəki 47,31 kv. metr sahəsi olan 3 otaqlı, 6 №-li mənzilin iddiaçı X5 adına xüsusi mülkiyyətə verilməsi və mənzilə mülkiyyət hüququnun əmələ gəlməsinin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla və texniki pasportla rəsmiləşdirilməsi vəzifəsinin qoyulmasına” dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 11 №-li, 5 mərtəbəli evin 2ci mərtəbəsindəki 47,31 kv. metr sahəsi olan 3 otaqlı, 6 №-li mənzilin iddiaçı X5 adına xüsusi mülkiyyətə verilməsi və mənzilə mülkiyyət hüququnun əmələ gəlməsinin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla və texniki pasportla rəsmiləşdirilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciəti təmin olunmamışdır. İddiaçı narazı qalaraq məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılır ki, İddiaçı ünvan 1 ünvanında X9 ilə xx xxxx 1987-ci ildə rəsmi nikaha girməklə uşaqları X17 və qızı X19 ilə birlikdə 1987-ci ildən yaşayış yeri üzrə qeydiyyata alınmaqla yaşayır. (2 saylı forma üzrə arayışın əsli və nikahın bağalanılması barədə şəhadətnamənin surəti əlavə olunmuşdur). X9 isə 1971-ci ildən orderə yazılmaqla bu mənzilin kirayəçilərindən biridir. Bu mənzilin əsas kirayəçisi xx xxxx 2011-ci ildə vəfat etmiş X1 olmuşdur. (Ölüm şəhadətnaməsinin surəti əlavə edilmişdir). İddiaçı bu mənzilin əldə edilməsi ilə bağlı bildirir ki, Bakı şəhəri Oktyabr (hazırda Yasamal) rayon X22 İcraiyyə Komitəsinin xx xxxxxx 1970- ci il tarixli 58 saylı və xx xxxxxx 1971-ci il tarixli, 60 saylı) qərarları ilə evləri qaz xəttinin üzərində inşa olunan 9 ailəyə, o cümlədən X1na 5 nəfərdən ibarət ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanında yerləşən, İcraiyyə Komitəsinin fondundan Bakı şəhəri, Əhmədli qəsəbəsi Rezervuamaya (Ehtiyat çənlər) küçəsi, 42-ci məhəllə, 1-ci mərtəbə, sahəsi 47,31 kv.metrdən ibarət, 3 otaqlı mənzili ayrılmış və müvafiq orderlə rəsmiləşdirilməsi qərara alınmışdır. (Dövlət Arxivinin Bakı filialının xx.xx.2020-ci il tarixli məktubunin əsli və Oktaybr rayon ZDS-nin İK-nin xx.xx.1971-ci il tarixlu 60 saylı protokolun və ona əlavə edilmiş arxiv çıxarışının təsdiq edilmiş surəti əlavə edilmişdir). X1 Bakı şəhəri, Əhmədli qəsəbəsində ayrılan bu mənzildən imtina etdiyindən, Bakı şəhəri, Oktyabr (hazırda Yasamal) rayon X22 İcraiyyə Komitəsinin xx xxxxxx 1971-ci il tarixli 60 saylı qərarı ilə ailələrinə hazırda yaşadıqları ünvan 1 ünvanında olan yaşayış sahəsi verilmiş və xx xxxxxx 1971-ci il tarixli 097709 saylı müvafiq order yazılaraq verilmişdir. (Orderin surəti əlavə olunmuşdur). Həmin orderin əsli naməlum səbəbdən Abşeron rayon ərazisində itdiyindən, Abşeron rayon Polis İdarəsinə müraciət olunmuş, bu İdarə özünün xx.xx.2020-ci il tarixli məktubu ilə göstərilən sənədin tapıntı .kimi Abşeron rayon Pİ-nə daxil olmadığı barədə müvafiq məktub vermişdir. (Məktubun əsli əlavə edilir). Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikasının Qanunun 1 -ci maddəsinə əsasən, dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlamm, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi dövlət mənzil foduna aidir və mənzil kirayə müqaviləsinin tərəfi kimi onların bu mənzili əvəzsiz olaraq xüsusi mülkiyyətə keçirmək hüquqları vardır. Adı çəkilən Qanunun 5-ci maddəsinə əsasən, mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Qanunun bu normasına uyğun olaraq, iddiaçının ailə üzvləri, yəni əri -X16, oğlu- X17 və qızı- X19 notarial qaydada təsdiq olunmaqla ərizə yazaraq ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin özəlləşdirilərək iddiaçının mülkiyətinə verilməsini bildirmişlər. (Həmin ərizələrin əslləri əlavə edilir). Adı çəkilən Qanunun 8-ci maddəsinə əsasən, mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil-istismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər, və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. Qanun bu normasına uyğun olaraq, tərəflərindən ərizələr, 2№-li forma üzrə arayış, mənzil sahəsinin orderinin surəti, Dövlət Arxivinin Bakı filialının xx.xx.2020-ci il tarixli məktubunin əsli və Oktaybr rayon XDS-nin İK-nin xx.xx.1971-ci il tarixlu 60 saylı protokolun və ona əlavə edilmiş arxiv çıxarışının təsdiq edilmiş surəti əlavə olunaraq cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə təqdim edilmişdir. Bu İdarə özünün **********11 saylı xx xxxxxx 2020-ci il tarixli məktubu ilə özəlləşdirmədən imtina etmiş və imtinada müvafiq icra hakimiyyəti orqanının sərəncamı, orderi və ya mənzil kirayə müqaviləsinin əslini və ya yuxarıda qeyd olunan sənədlərin hər hansı birinin həqiqiliyini təsdiq edən arxiv əsaslarının ərizənizə əlavə edimədiyi göstərilmişdir. Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsi mənzilin (yaşayış sahəsinin) özəllədirilməsi üçün hansı sənədlərin təqdim edilməsini dəqiq müəyyən edir. Bunlar: ərizələr, 2№-li forma üzrə arayış və mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncamdır. Tərəfımzidən də ərizələr, 2№-li forma üzrə arayış və həm orderin surəti, həm də mənzlin verilməsinə dair icra hakimiyyəti orqanının müvafiq sərancammın dövlət arxivi tərəfindən təsdiq edillmiş surəti əlavə edilmişdir. Nəzərə almaq lazımdır ki, Qanuun bu maddəsinin məzmunundan görünür ki, mənzlin ya orderinin ya da mənzilin verilməsinə dair sərancamın ikisindən birinin verilməsi kifayət edir, çünki Qanunda və ya ifadəsi işlənilmişdir. Bu Qanunun 8-ci maddəsində aydın şəkildə qeyd olunur ki, mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. Amma cavabdeh bu münasibəti tənzim edən Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında Qanununa istinad etməmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun” 15-ci maddəsinə ümumi istinad etmişdir. Yəni, bu maddənin də konkret bəndlərinə istinad etməmişlər, çünki bilirlər ki, qanunsuz imtina etmişlər. Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikasının Qanunun 9-cu maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən on iş günü müddətində (ərizənin sürətləndirilməklə icra edildiyi hallar istisna olmaqla) həmin mənzilin (evin)- vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib hüquq sahibinin istəyi əsasında həmin çıxarışı kağız formada təqdim edir, yaxud elektron imza ilə təsdiqləməklə “Elektron Hökumət” portalında yerləşdirərək hüquq sahibinin elektron üsulla əldə etməsi imkanını təmin edirvs müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir. Vətəndaş saxta sənədlər təqdim etdikdə, yaxud yaşadığı mənzil (ev) mübahisəli olduqda müvafiq icra hakimiyyəti orqanı mənzilin özəlləşdirilməsindən imtina edir. Belə hallarda vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Adı çəkilən Qanun 9-cu maddəsindən göründüyü kimi, vətəndaş saxta sənədlər təqdim etdikdə və yaxud yaşadığı mənzil (ev) mübahisəli olduqda müvafiq icra hakimiyyəti orqanı mənzilin özəlləşdirilməsindən imtina edə bilər. Biz isə heç bir saxta sənəd təqdim etməmişik, yaşadığımız mənzilə dair isə heç bir mübahisə yoxdur. Ona görə də cavabdhin imtinası tamamilə qanunsuz və əsassız olmuşdur. Azərbaycan Respublikası İPM-nin 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Bu Məcəllənin 33.2-ci maddəsinə əsasən, Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirak etmişdir. İddiaçı tərəfə hüquqi yardım edilərək iddianın uğurluluq ehtimalı müzakirə edilmiş, hazırkı məhkəmə icraatında inzibati orqanın hərəkətlərinin qanuniliyi yoxlandığını nəzərə alaraq, orderin əsli itdiyi üçün mülki məhkəmə icraatı qaydasında nəzərdə tutulmuş hüquqi müdafiyə vasitələrindən istifadə etmək imkanının olduğu izah edilmişdir. İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının vəkili Vəkil iddiaçının izahatına uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, ünvan 4 ünvanında yerləşən 6 saylı mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx xxxxxxx 2020-ci il tarixdə İddiaçı 4 saylı Abşeron Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Ərizə araşdırılarkən ərizəçiyə bildirilmişdir ki, qanunvericiliklə müəyyən edilmiş qaydada mənzil sahəsinə dair hüquqmüəyyənedici sənədlərin əsli (2009-cu il oktyabrın 1dək order, orderin arxiv arayışı, mənzilin verilməsinə dair sərəncam, forma-2 arayışı, razılıq ərizələri və c.) Xidmətin 4 saylı Abşeron Ərazi idarəsinə təqdim ediləcəyi təqdirdə müraciətə qanunla müəyyən edilmiş qaydada baxılacaqdır “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11 -ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, 8.0.11 -ci maddəsinə əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayə müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Eləcə də, Mənzil Məcəlləsinin 146.1 -ci maddəsinə əsasən Bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının xx xxxxxx 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11 -ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 15-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X8 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Abşeron rayon İcra Hakimiyyətinin 2 №li forma arayışına əsasən, X2 şəhəri, 28-ci məhəllə, 11 №-li, 5 mərtəbəli evin 2-ci mərtəbəsindəki 47,31 kv. metr sahəsi olan 3 otaqlı, 6 №-li mənzildə yaşayır, X16, İddiaçı, X17, X19 həmin mənzildə qeydiyyatdadırlar. Abşeron rayon Polis İdarəsinin xx.xx.2020-ci il tarixli, 128-61685 M saylı arayışında qeyd olunurki, X10 atası X12 məxsus 097709 nömrəli order Abşeron rayon, Xırdalan şəhəri ərazisində naməlum şəraitdə itmişdir. Göstərilən sənəd Abşeron rayon Polis İdarəsinə tapıntı kimi daxil olmamışdır. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. İddiaçı məhkəmədən cavabdehin üzərinə Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 11 №-li, 5 mərtəbəli evin 2-ci mərtəbəsindəki 47,31 kv. metr sahəsi olan 3 otaqlı, 6 №-li mənzilin iddiaçı X5 adına xüsusi mülkiyyətə verilməsi və mənzilə mülkiyyət hüququnun əmələ gəlməsinin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla və texniki pasportla rəsmiləşdirilməsi vəzifəsinin qoyulmasına dair qərar qəbul edilməsini xahiş edir. Məhkəmə ilk növbədə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 11 №-li, 5 mərtəbəli evin 2-ci mərtəbəsindəki 47,31 kv. metr sahəsi olan 3 otaqlı, 6 №-li mənzilin iddiaçı X5 adına xüsusi mülkiyyətə verilməsi və mənzilə mülkiyyət hüququnun əmələ gəlməsinin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla və texniki pasportla rəsmiləşdirilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan iddiaçının tələbini təmin etməmiş və iddiaçı məhkəməyə müraciət etmişdir. Göründüyü kimi iddia öhdəliyin icrası barədə iddiadır və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. İddianın əsaslılığı ilə bağlı isə məhkəmə aşağıdakı qeyd edilənlərə əsasən hesab edir ki, iddia əsaslı deyil. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunmuşdur. Daşınmaz Əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Sözügedən normadan göründüyü kimi daşınmaz əmlakın dövlət reyestri aparılarkən bəyan olunan hüquqlarla qeydiyyata alınan hüquqlar arasında ziddiyyətlərin olubolmaması, habelə hüquqları təsdiq edən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmalıdır. Hazırki işdə də cavabdeh inzibati orqan tərəfindən iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmadığı müəyyən edilmişdir. Beləki, mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün əsas olan sənədlər inzibati orqana təqdim edilməmişdir. Daşınmaz Əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz olmamışdır. İddiaçı mənzilə aid orderin əslini təqdim edə bilmir, oredrin əslinin naməlum şəraitdə itdiyini bildir. Məhkəməyə təqdim edilən arxiv çıxarışında isə mübahisə predmeti mənzilin iddiaçının ailə üzvlərinə ayrılması ilə bağlı hər hansı bir məlumat yoxdur. Cavabdeh inzibati orqan iddiaya etirazında qeyd edir ki, ərizə araşdırılarkən ərizəçiyə bildirilmişdir ki, qanunvericiliklə müəyyən edilmiş qaydada mənzil sahəsinə dair hüquqmüəyyənedici sənədlərin əsli (2009-cu il oktyabrın 1-dək order, orderin arxiv arayışı, mənzilin verilməsinə dair sərəncam, forma-2 arayışı, razılıq ərizələri və c.) Xidmətin 4 saylı Abşeron Ərazi idarəsinə təqdim ediləcəyi təqdirdə müraciətə qanunla müəyyən edilmiş qaydada baxılacaqdır “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11 -ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, 8.0.11 -ci maddəsinə əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayə müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Eləcə də, Mənzil Məcəlləsinin 146.1 -ci maddəsinə əsasən Bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının xx xxxxxx 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. Göründüyü kimi iddiaçı mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün zəruri olan sənədləri cavabdeh inzibati orqana təqdim edə bilməmişdir və cavabdehin hərəkətlərində qanunvericiliyin pozulması müəyyən olunmur. İddiaçı isə mülki məhkəmə icraatı qaydasında mövcud olan hüquqi müdafiə vasitələrindən istifadə etmək imkanı olduğu halda, əsassız olaraq cavabdeh inzibati orqanın hərəkətlərini mübahisələndirmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olduğu üçün iddia rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-532/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-532/2021
06.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver