Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-532/2023 25.05.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X5 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə və üçüncü şəxsin nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Xaçmaz bələdiyyəsinə qarşı Əmlak Məsələləri Dövlət Xidməti ilə X4 arasında bağlanmış 113 saylı xx.xx.2015-ci il tarixli torpaq sahəsinin alqı-satqı müqviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiasının mümkünlüyünü ünvan 1 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Nümayəndə cavabdehlər Xaçmaz Bələdiyyəsi, Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti , Daşınmaz Əmlakın Dövlət Kadastrı və Ünvan Reyestri Xidməti və X3 qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, mübahisəli torpaq sahəsinin X1 barədə qərarın surətinin ona göndərilməsi, qərarın qanunazidd bəndlərinin ləğv olunması, vurulmuş ziyanın ödənilməsi, torpaq sahəsi üzərində onun istifadə hüququnun təsdiq edilməsi və reyestr məlumatlarında dəyişilik edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım göstərilərək iddia tələbii və cavabdehlərin sırasını dəqiqləşdirmək təklif edilmişdir. Bundan sonra iddiaçı bir neçə dəfə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək özünün əsl İddiaçı ilə əvəz edilməsini, cavabdehlər sırasında yalnız Xaçmaz bələdiyyəsini, tələb kimi isə Xaçmaz bələdiyyəsinin E.Əliyevə torpaq sahəsinin satmasına dair qərarın ona təqdim edilməsini, həmin qərarın və auksion protokolunun ona təqdim edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə araşdırması zamanı mübahisəli torpaq sahəsinin X4 tərəfindən bələdiyyə qərarı əsasında deyil, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən alqı-satqı müqaviləsinə əsasən əldə edildiyi müəyyən edildikdən sonra iddiaçının nümayəndəsi 113 saylı xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsinini etibarsız hesab edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X4 və X8 Azərbaycan Respublikası İPM-nin 28.2-ci maddəsinə əsasən zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən 0.00519 ha torpaq sahəsində 1 giri.li 41.7 kv m əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış sahəsi və altındakı torpaq sahəsi iddiaçının mülkiyyətindədir. həmin binanın arxasında üç tərəfi bağlı olan dalanda istifadəsiz qalmış 30 kv m torpaq sahəsi vardır. O, torpaq sahəsini əldə edərkən həmin sahədə istifadəsiz sanitar qovşağı vardır. Xaçmaz rayon İHB-nın 2006-cı il tarixli 128 saylı sərəncamı ilə 41.7 kv m mağazanın genişləndirilməsi üçün həmin mağazanın arxasından əlavə 12.5 kv m torpaq sahəsi ayrılaraq tikintiyə icazə verilmişdir. Eyni zamanda həmin yerdən X3 da 340 kvm torpaq sahəsi ayrılmışdır. İddiaçı hesab edir ki, həmin torpaq sahəsi ilkin olaraq ona təklif olunmalı idi, bununla onun hüquqları pozulmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahan verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Üçüncü şəxs Ş.Əliyevin nümayəndəsi Vəkil iddianı qəbul etməyərək izah etdi ki, mübahisəli 340.0 kv m qeyri-yaşayış sahəsinin altında yerləşən torpaq sahəsi X2 Təşkili üzrə Dövlət Agentliyi tərəfindən xx.xx.2015-ci il tarixli 113 saylı alqı-satqı müqaviləsinə əsasən X3 özgəninkiləşdirilmişdir, daha sonra həmin əmlak sonuncu tırəfindən X6 bağışlanılmışdır. Alqı-satqı əməliyyatı qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilmişdir və etibarsı hesab edilməsi üçün hər hansı əsas mövcud deyildir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddia ərizəsindən göründüyü kimi hazırki mübahisənin predmeti torpaq sahəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədədir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu inzibati orqanlar tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. İnzibati mübahisələrin səciyyəvi xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, onun tərəfləri əvvəlcədən qeyri bərabərdirlər, onlardan biri suverenlik daşıyıcısıdır və həmin tərəf (inzibati orqan) digərinə (fiziki və ya hüquqi şəxs) münasibətdə hakimiyyət səlahiyyətlərinə malikdir. İnzibati Prosessual Məcəllə inzibati orqanlarla fiziki və ya hüquqi şəxslər arasında inzibati hüquq münasibətləri ilə bağlı yaranan mübahisələrə məhkəmə tərəfindən baxılması və həll edilməsi prosesini tənzimləyir. Lakin, hazırki iddia tələbi üzrə mübahisə inzibati deyil, mülki-hüquqi xarakterlidir. Bu səbəbdən də hazırki iddia tələbinə inzibati məhkəmə icraatı çərçivəsində baxıla bilməz. Alqı-satqı müqaviləsi mülki-hüquqi münasibətlərindən əmələ gələrək həmin münasibətlərin nəticəsi kimi ifadə olunur. Məhkəmə qeyd edir ki, hazırki iddianın predmetini mülki hüquqi əqd təşkil etdiyindən inzibati məhkəmə icraatı çərçivəsində baxılması mümkün sayılmamalıdır. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı Qərarının 15.3-cü bəndinə görə mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Xaçmaz bələdiyyəsinə qarşı Əmlak Məsələləri Dövlət Xidməti ilə X4 arasında bağlanmış 113 saylı xx.xx.2015-ci il tarixli torpaq sahəsinin alqı-satqı müqviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Xaçmaz bələdiyyəsinə qarşı Əmlak Məsələləri Dövlət Xidməti ilə X4 arasında bağlanmış 113 saylı xx.xx.2015-ci il tarixli torpaq sahəsinin alqı-satqı müqviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-532/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-532/2023
25.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver