Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-533/2023 13.03.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi ilə, İddiaçı cavabdeh Təhsildə X1rşı Kiyev Milli Ticarət və İqtisadiyyat Universitetinin “Maliyyə və kredit” ixtisası bitirməyinə dair 30 iyun 2018-ci il tarixli B18 N075203 qeydiyyat nömrəli bakalavr diplomunun Azərbaycan Tespublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi üzrə inzibati işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Təhsildə X1rşı Kiyev Milli Ticarət və İqtisadiyyat Universitetinin “Maliyyə və kredit” ixtisası bitirməyinə dair 30 iyun 2018-ci il tarixli B18 N075203 qeydiyyat nömrəli bakalavr diplomunun Azərbaycan Tespublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 2018-ci ildə Kiyev Milli Ticarət və İqtisadiyyat Universitetini “Maliyyə və kredit” ixtisası üzrə bitirmiş və ona 30 iyun 2018-ci il tarixli B18 N075203 qeydiyyat nömrəli bakalavr diplomu verilmişdir. O, həmin diplomu aldıqdan spnra Azərbaycan Respublikasında tanınması və ixtisas ekvivalentliyinin müəyyən edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin diplom üzrə ixtisasın tanınmasından imtina edilmişdir. İmtinanın əsası kimi iddiaçının tədris dilinə qənatəbəxş səviyyədə malik olmadığı göstərilmişdir. İddiaçı imtinanı əsassız hesab edir. Belə ki, o qanuni şəkildə qeyd edilən ali təhsil müəssisəsinə daxil olmuşdur. Təhsil müddətində vaxtı vaxtında dərslərdə iştirak etmiş və bütün imtahanları uğurlu verərək diplom almışdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli aralıq qərardadı ilə iddiaçının təkrar müsahibədən keçirilməsi qərara alınmışdır. Cavabdeh məktubla məhkəməyə müraciət edərək iddiaçının aldığı ixtisasın tanınması məsələsinin yenidən araşdırıldığını və ona ixtisasın tannması ilə bağlı müvafiq şəhadətnamələrin verilməsi bildirilmişdir. Məktuba əlavə edilmiş şəhadətnamələrdən görünür ki, X3 Kiyev Milli Ticarət və İqtisadiyyat Universiteti tərəfindən verilmiş 30 iyun 2018-ci il tarixli B18 N075203 qeydiyyat nömrəli bakalavr diplomu Azərbaycan Respublikasında tanınmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual-Məcəlləsinin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Həmin Məcəlləsinin 67.3-cü maddəsinə görə bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında mübahisə məhkəmədən kənar qaydada nizama salınmışdır və həmin vergi borcu ləğv edilmişdir. İddiaçı mübahisənin bu cür nizama salınması ilə razılaşaraq mübahisənin həll edilmiş sayılmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında mübahisə öz həllini tapdığından iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Təhsildə X1rşı Kiyev Milli Ticarət və İqtisadiyyat Universitetinin “Maliyyə və kredit” ixtisası bitirməyinə dair 30 iyun 2018-ci il tarixli B18 N075203 qeydiyyat nömrəli bakalavr diplomunun Azərbaycan Tespublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə icraata xitam verilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-533/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-533/2023
13.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver