Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-5330/2025 23.06.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Cəbiyeva Nəzrin Qabil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi "Sumqayıt Tibb Mərkəzi" publik hüquqi şəxsi 1 nömrəli şəhər xəstəxanasının poliklinika şöbəsinə qarşı “iddiaçının həyat yoldaşı - 12 may 1959-cu il təvəllüdlü X1 adına 05 may 2023-cü il tarixdə vəfatı ilə əlaqədar ölümünü təsdiq edən “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi” tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi "Sumqayıt Tibb Mərkəzi" publik hüquqi şəxsi 1 nömrəli şəhər xəstəxanasının poliklinika şöbəsinə qarşı “iddiaçının həyat yoldaşı - 12 may 1959-cu il təvəllüdlü X1 adına 05 may 2023-cü il tarixdə vəfatı ilə əlaqədar ölümünü təsdiq edən “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəfə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə uyğun olaraq yardım edilmiş və ona tələbi ilə bağlı inzibati orqana müraciətin, habelə inzibati orqanın onun müraciətinin təmin edilməsindən imtinasının və ya hərəkətsizliyinin zəruri olmasının iddianın mümkünsüzlüyünə səbəb olması izah edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə, məhkəməyə təqdim edilmiş qaydada baxılmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarının 9-cu bəndində qeyd edilir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normaya görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddiaçı hal-hazırda məhkəmədən həyat yoldaşı - 12 may 1959-cu il təvəllüdlü X1 adına 05 may 2023-cü il tarixdə vəfatı ilə əlaqədar ölümünü təsdiq edən “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi öhdəliyinin cavabdeh Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi publik hüquqi şəxsin Sumqayıt Tibb Mərkəzi publik hüquqi şəxs 1 nömrəli şəhər xəstəxanasının poliklinika şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən məhkəmədə qaldırılan iddia ilə bağlı cavabdeh qismində qoyduğu inzibati orqana müraciət edilmədiyi müəyyən edilmişdir. Hazırki iddia da öhdəliyin icrası haqqında iddia növünə aid olduğundan, məhkəmədə həmin növ iddiaya baxılması üçün məhkəməyə müraciət etməmişdən öncə hüququ pozulmuş şəxs tərəfindən səlahiyyətli cavabdeh inzibati orqana konkret tələblərlə müraciət edilməsi, eyni zamanda inzibati orqan tərəfindən onun tələblərinin təmin edilməməsi və ya hərəkətsizlik edilərək müraciətinə cavab verilməməsi tələb olunur. Lakin iddiaçı tərəfindən məhkəmədə qaldırılan iddia tələbləri ilə bağlı cavabdeh qismində qoyduğu inzibati orqana müraciət edilməmişdir. Qeyd olunan əsasa görə məhkəmə hesab edir ki, iddiaya inzibati məhkəmə icraatında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi "Sumqayıt Tibb Mərkəzi" publik hüquqi şəxsi 1 nömrəli şəhər xəstəxanasının poliklinika şöbəsinə qarşı “iddiaçının həyat yoldaşı - 12 may 1959-cu il təvəllüdlü X1 adına 05 may 2023-cü il tarixdə vəfatı ilə əlaqədar ölümünü təsdiq edən “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-5330/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-5330/2025
23.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver