Məhkəmə qərarları › İş №2-1(118)-5336/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-5336/2024

17.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-5336/2024 17.10.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Abşeron rayonu Görədil bələdiyyəsinə qarşı “alqı-satqı müqaviləsinin bağlanılması öhdəliyinin cavabdehə həvalə edilməsinə” dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Abşeron rayonu Görədil bələdiyyəsinə qarşı iddia qaldıraraq “alqısatqı müqaviləsinin bağlanılması öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçıya məxsusdur. Həmin əmlaka dair xx.xx.2014-cü il tarixdə öz adına, Azərbaycan Respublikası, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Hüquqların Dövət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən **********58-10301 sayılı reyestr nömrəsi və ********** nömrəli qeydiyyatla tam paya sahib olaraq, Çıxarış almışdır. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi tam olaraq iddiaçının istifadəsində və mülkiyyətindədir. Ancaq, həmin fərdi yaşayış evinə aid olan 0,01091 ha torpaq sahəsi Abşeron Rayonu, Goradil Bələdiyyəsinin mülkiyyətindədir. Həmin torpaq sahəsinin alqı-satqısı üçün Abşeron Rayonu, Goradil Bələdiyyəsinə ərizə ilə müraciət etmişdir. Ancaq, xx.xx.2024 - cü il tarixdə, 49 sayılı məktubla ərizəyə Abşeron rayonu, Goradil Bələdiyyəsi tərəfindən alqı-satqı müqaviləsinin bağlanəlmasına dair imtina edilməsi barədə bildiriş almışdır. Hesab edir ki, imtina əsassız və qanunsuzdur. Belə ki, imtina məktubunda bildirilir ki, güya sözügedən torpaq sahəsi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 4 sayılı Abşeron Ərazi İdarəsi tərəfindən hal-hazırda sənədləşdirilmə işlərinin apanlmaması səbəbindən mümkün deyildir. Abşeron rayonu, 2 nömrəli südçülük sovxozuna təhkim olunsa da, müayinə olunan torpaq sahəsinin sözügedən sovxozun hüdudlarından kənarda yerləşməkdədir. Halbuki, həmin torpaq sahəsinə sənədləşdirmə işlərinin aparılmamasının səbəbləri barədə məlumat verilməmişdir. Cavabdeh tərəf isə, imtina məktubunda öz mülahizəsini heç bir əsasla sübut edə bilməmişdir. Hesab edir ki, Azərbaycan Respublikası Abşeron rayonu, Goradil Bələdiyyəsi tərəfindən alqı-satqı müqaviləsinin bağlanılması mümkündür. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım edilərək mümkün hüquq müdafiə vasitələri izah edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddia öhdəliyin icrası haqqında iddiadır. X1rılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarına əsasən: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qeyd edilən Qərarın 6.1 və 6.2-ci bəndlərinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Qərarın 7-ci bəndinə əsasən iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Hazırki iş üzrə iddiaçı onunla bələdiyyə arasında alqı-satqı müqaviləsinin bağlanılmasını istəyir. Lakin məhkəmə hesab edir ki, iddiaçı düzgün hüquq müdafiə vasitəsi seçməmişdir. Belə ki, məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 321332/2- 129212024 saylı məktubu ilə **********58-10301 reyestr nömrəli çıxarışın verilməsinə əsas olmuş hüquqmüəyyənedici sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, İddiaçı 04 mart 2006-cı ildə vəfat etmiş X4 vərəsəsidir. O, digər vərəsələrlə bərabər payda irs almaq hüququna malikdir. X3 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş reyestr №20302, inventar № 322 olan qeydiyyat vəsiqəsindən görünür ki, Abşeron rayon, Görədil kəndində yerləşən yaşayış evi Abşeron XDS İcraiyyə Komitəsinin 08/08 №li xx.xx.2000-ci il tarixli qərarı əsasında X4 adına qeydə alınmışdır. Yaşayış evinə dair oktyabr 2000-ci il tarixli texniki pasport tərtib edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanında qeyd edilmişdir ki, üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısına aid edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı oktyabr 2000-ci il tarixli texniki pasportda qeyd edilmiş torpaq sahəsinə mülkiyyət hüququnun X5 məxsus olması barədə arayışın verilməsinə dair tələblə müvafiq səlahiyyətli orqana müraciət edə bilər, sonuncunun hərəkət və ya hərəkətsizliyindən isə məhkəmədə iddia qaldırmaq hüququna malikdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar