Məhkəmə qərarları › İş №2-1(118)-534/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-534/2025

22.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-534/2025 22.01.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Cəbiyeva Nəzrin Qabil qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Təhsildə X1rşı “cavabdehin xx.xx.2023-cü il tarixli, NA 00013443 nömrəli inzibati aktın qanunsuz, əsassız və ədalətsiz olduğu üçün ləğv edilməsi və iddiaçının 130505 ******* saylı diplomunun Azərbaycan Respublikasında tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı “cavabdehin xx.xx.2023-cü il tarixli, NA 00013443 nömrəli inzibati aktın qanunsuz, əsassız və ədalətsiz olduğu üçün ləğv edilməsi və iddiaçının 130505 ******* saylı diplomunun Azərbaycan Respublikasında tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı ərizə təqdim edərək, cavabdehin əsl cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə əvəz edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 2011-2016-cı illərdə Rusiya Federasiyasının Mahaçqala şəhərində yerləşən Maliyyə və Hüquq institutunun bakalavriat şöbəsində iqtisadiyyat ixtisası üzrə qiyabi təhsil almışdır. Hər il tədris dövründə imtahan sessiyalarında lazımi qədər iştirak etmişdir və zaçot-imtahanları müvəffəqiyyətlə vermişdir. İddiaçı həmin təhsil müəssisəsində iqtisadiyyat ixtisası üzrə dövlət yekun attestasiyasını müvəffəqiyyətlə keçmişdir və buna dair xx.xx.2016-cı il tarixli 152 saylı protokol əsasında iddiaçıya bakalavr kvalifikasiyası təyin edilmişdir. Təhsilin sonunda ona xx.xx.2016-cı il tarixində təhsil və kvalifikasiya haqqında sənəd - **********503 saylı diplom verilmişdir. İddiaçı 2023-cü ilin iyun ayında diplomunun nostrifikasiyası-ölkədə tanınması məqsədilə aidiyyəti üzrə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə X3 təqdim etmişdir. xx.xx.2023-cü il tarixində oradan iddiaçıya guya il ərzində sözügedən kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmamasının müəyyən edilməsi səbəbilə diplomunun tanınmasından qanunsuz, əsassız və ədalətsiz imtina olunmuşdur. Çünki iddiaçı qiyabi təhsil almışdır, hər il imtahan sessiyalarında iştirak etmişdir, bütün zaçot-imtahanları müvəffəqiyyətlə vermiş, praktikaları müvəffəqiyyətlə keçmiş, yekun dövlət imtahanını belə müvəffəqiyyətlə vermişdir. Bütün bunların əsasında da iddiaçıya iqtisadiyyat ixtisası üzrə bakalavr dərəcəsi üzrə diplom verilmişdir. Həmin diplomun həqiqiliyinin mübahisələndirilməsini absurd, cəfəng, qanunsuz, əsassız, ədalətsiz, haqsız yerə incidilmə və nəsə güdmə təzahürü hesab edir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13cü maddəsinə uyğun olaraq iddiaçıya hüquqi yardım edilmiş və məhkəmədə iddia qaldırılması üçün qanunvericiliklə müəyyən edilmiş müddətin ötürülməsinin iddianın mümkünsüzlüyünə səbəb olması bildirilmiş, eyni zamanda məhkəməyə buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa edilməsi barədə ərizə təqdim etmək hüquqları izah edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddia tələbi ilə bağlı müddətin ötürülmədiyini bildirərək, işə mahiyyəti üzrə baxılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarında qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar, iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. Hazırki işdə iddiaçı, Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, NA 00013443 nömrəli inzibati aktın ləğv edilməsini məhkəmədən xahiş edir. Göründüyü kimi iddia inzibati aktın ləğv edilməsi ilə bağlı olmaqla Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia növünə aiddir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 8.6-cı bəndinə əsasən iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. Həmin qərarın 9-cu bəndində qeyd edilir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Mübahisləndirmə haqqında iddialara baxılması üçün prosessual qanunvericilikdə müəyyən şərtlər nəzərdə tutulmuşdur ki, bu şərtlərə əməl olunmadan məhkəmədə iddia qaldırılması həmin iddiaya baxılmasının mümkünsüzlüyünə səbəb olur. Belə ki, inzibati işin araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı hal-hazırda mübahisələndirilən - Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, NA 00013443 nömrəli inzibati aktdan 2023-cü ilin iyul ayından məlumatı olmuşdur. Beləliklə, iddiaçı mübahisələndirilən qərarı məhkəmədə xx.xx.2023-cü il tarixdə mübahisələndirmiş və bununla da hazırki iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması üçün qanunvericilikdə təsbit olunmuş 30 gün müddəti ötürmüşdür. Buna görə də qeyd edilən iddia növünün şərtlərinə uyğun olaraq məhkəmə müddət məsələsinə münasibət bildirilməsini zəruri hesab edir və hesab edir ki, hazırki işdə iddianın qaldırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti ötürülmüşdür. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Təhsildə X1rşı “cavabdehin xx.xx.2023-cü il tarixli, NA 00013443 nömrəli inzibati aktın qanunsuz, əsassız və ədalətsiz olduğu üçün ləğv edilməsi və iddiaçının 130505 ******* saylı diplomunun Azərbaycan Respublikasında tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar