Məhkəmə qərarları › İş №2-1(118)-535/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-535/2021

07.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-535/2021 07.04.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X4 Mövlətxan oğlunun katibliyi ilə, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Azərbaycan Respublikası Vergilər Nazirliyi 2 saylı Ərazi İdarəsi tərəfindən VÖEN № **********2 ödəyicisi kimi onun adına yanlışlıq əsasında yazılmış 1000 manat borcun silinməsi”nə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən VÖEN № **********2 ödəyicisi kimi onun adına yanlışlıq əsasında yazılmış 1000 manat borcun silinməsi”nə dair iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı isdifadəçisi olduğu **********2 № VÖEN-i 2015-ci ildə ərizə verərərək dayandırmışdır. Fəaliyyəti olmamışdır və 2017-ci ildə isə həmin VÖEN № **********2 tam ləğv edilməsi barədə ərizə vermiş və onun iştirakı ilə VÖEN -in ləğv olunması barədə qərar qəbul olunmuşdur. İddiaçının 2015-ci ildən hazırki günə kimi, sahibkarlıq fəaliyyəti ilə məşğul olmamışdır. Vergilər Nazirliyinin 2 saylı Ərazi Departamenti tərəfindən 2019-cu il üçün iddiaçının VÖEN-nə 1000 manat cərimə yazılmışdır. Səbəb kimi isə özəl formalarda guya iddiaçının siqaret və digər mal aldığı barədə hesabat verildiyi qeyd edilmişdir. Halbuki, iddiaçının heç bir faktura hesab kitabda imzası və digər qeydləri yoxdur. Həmin firmaların yalandan iddiaçının VÖEN hesabına mal yazması nəticəsində vergi iddiaçıya borc yazmışdır.Vergilər Nazirliyinin 2 saylı ərazi Deportamenti həmin şirkətləri yoxlamamışdır, ancaq iddiaçının 2014-cü ildən fəaliyyəti dondurlmuş VÖEN fəliyyətinə borc yazılmışdır. İddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə dəvət edilsədə məhkəmə iclaslarında iştirak etməmiş, məhkəmə iclasları iddiaçının iştirakı olmadan keçirilmişdir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, iddiaçı iddia ərizəsində borc məbləği 1000 manat cərimə kimi göstərilməklə məhkəməyə düzgün olmayan məlumat verməmişdir. Belə ki, şəxsi hesab vərəqəsi məlumatlarına əsasən iddiaçının xx.xx.2020-ci il tarixə ödənilməli olan cəmi borc məbləği 942,30 manatdan, o cümlədən 617,xx xxxxx 2018-ci ilin 3-cü rübünə görə hesablanmış sadələşdirilmiş vergi məbləğindən, 225,23 manat faiz məbləğindən, 100,0 manat maliyyə sanksiyası məbləğindən ibarətdir. İddiaçının sahibkarlıq fəaliyyətini dayandırmasına gəldikdə isə cavabdeh bildirir ki, iddiaçı xx.xx.2015-ci il tarixdən xx.xx.2020-ci il tarixədək və xx.xx.2020-ci il tarixdən xx.xx.2025-ci il tarixədək fəaliyyətinin dayandırılması barədə vergi orqanına müraciətlər etmiş və həmin müraciətlər nəzərə alınmışdır. Vergi orqanı tərəfindən xx.xx.2018-ci il tarixə mal qalığı, 2018-ci ilin 9 ayı ərzində elektron vergi hesab-fakturaları, elektron qaimə-fakturalar və idxal məlumatlarına əsasən mal alışı və 2018-ci ilin 9 ayı ərzində ümumi dövriyyə və dövriyyə üzrə rentabellik əsasında silinən mallar nəzərə alınmaqla aparılmış araşdırma zamanı iddiaçıda 30885,80 manat dəyərində mal qalığının yarandığı, iddiaçının təsərrüfat subyektinin (obyektinin) olmaması mal qalığının faktiki olaraq mövcud olmaması riskini yaratdığı müəyyən edilərək aşkar edilmiş uyğunsuzluqla əlaqədar olaraq xx.xx.2018-ci il tarixli **********751900 nömrəli məktubla müraciət edilərək 5 gün müddətində ətraflı izahat məktubu və müvafiq təsdiqedici sənədlərin vergi orqanına təqdim edilməsi təklif edilsə də iddiaçı tərəfindən vergi orqanına heç bir məlumat verilməmişdir. Aşkar edilmiş uyğunsuzluqla əlaqədar olaraq məlumat təqdim edilmədiyinə görə “Vergilərin hesablanması barədə” xx.xx.2018-ci il tarixli **********065200 nömrəli qərara əsasən 2018-ci ilin 3-cü rübünə görə 30885,80 manat dəyərində mal qalığı nəzərə alınaraq 617,72 manat məbləğində sadələşdirilmiş vergi hesablanmış və elektron yazışma qaydasında həmin qərar iddiaçıya təqdim edilmişdir, iddiaçı tərəfindən uyğunsuzluq məktubu və vergilərin hesablanması haqqında qərar uzun müddət keçdikdən sonra xx.xx.2020-ci il tarixdə oxunmuşdur. Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Vergi Məcəlləsinin 16.1.3, 16.1.6 və 16.1.7-ci maddələrinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq, bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün və filiallarının elektron daşıyıcılarında olan məlumatlara birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək, qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərini və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri (hüquqi şəxslər üçün çəkilən xərcləri də) və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək vergi ödəyiclərinin vəzifəsi kimi müəyyən edilmişdir. Göründüyü kimi, kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) iddiaçı tərəfindən vergi orqanına təqdim edilmədiyinə görə “Vergilərin hesablanması barədə” xx.xx.2018-ci il tarixli **********065200 nömrəli qərara əsasən 617,72 manat məbləğində sadələşdirilmiş vergi qanunvericiliyin tələblərinə müvafiq olaraq hesablandığından qanuni və əsaslıdır. Azərbaycan Respublikası İPM-nin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bununla əlaqədar sənədləri məhkəməyə təqdim etməyə borcludurlar. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 iştirak etmiş və bildirmişdir vergi ödəyicisi ilə bağlı müvafiq qərarlar qəbul edilmişdir. Lakin iddiaçı məhkəmə iclaslarında iştirak etməyib, iddia tələbini dəqiqləşdirmirməyib. Borcun silinməsi ilə bağlı isə müraciəti olmayıb. Ona görədə məhkəmə birinci növbədə iddianın mümüknlüyünü yoxlamalıdır. İddia mümükün iddia olarsa, mahiyyəti baxımından rədd edilməlidir. Məhkəmə iş materiallarını araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddia öhdəliyin icrası haqqında iddiadır. X1rılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırki iddia tələbi ilə iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən VÖEN № **********2 ödəyicisi kimi onun adına yanlışlıq əsasında yazılmış 1000 manat borcun silinməsini tələb edir. Göründüyü kimi iddia Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-ci maddəsinə uyğun olaraq inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara aiddir. (öhdəliyin icrası haqqında iddia) Bu halda isə iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl inzibati orqana müraciət etməli, inzibati orqan imtina və ya hərəkətsizlik edərsə məhkəmədə iddia qaldıra bilər. Lakin iş materiallarından görsənir ki, iddiaçı eyni tələblə ilkin olaraq inzibati orqana müraciət etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya izah edilsin ki, məhkəmədə qaldırdığı tələb ilə inzibati orqana müracət edə bilər. İnzibati orqan imtina və ya hərəkətsizlik edərsə məhkəməyə müraciət edə bilər. Həmçinin iddianın uğurluluq ehtimalını nəzərə alaraq, vergi borcunun yaranmasına əsas olmuş ayrı-ayrı inzibati aktları mübahisələndirə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan ünvan 1 ünvanında yerləşən) Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar