Məhkəmə qərarları › İş №2-1(118)-536/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-536/2021

23.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-536/2021 23.02.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Fərhad oğlunun cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə qarşı “X2 ona məxsus ünvan 1 ünvanında yerləşən 17 saylı mənzildən qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehin üzərinə öhdəlik kimi qoyulması" tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Əliyev X3 şəhəri, məhəllə 4, ev 14/19 ünvanında yerləşən 17 saylı mənzil mülkiyyətçisidir. Cavabdeh X7 onun keçmiş kürəkənidir və hal hazırda başqa ünvanda yaşayır. 2017-ci ildə verdiyi razılıq ərizəsi əsasında X7 onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 17 saylı mənzilə pasport qeydiyyatına düşüb. Cavabdehin onun evində pasport qeydiyyatında olması səbəbindən əlavə komunal xərclərin ödəməsi məcburiyyətində qalır və mənzilin üzərində sərbəst şəkildə sərəncam verə bilmir. Qeyd olunan mübahisə ilə əlaqədar Sumqayıt şəhər Məhkəməsində X2 istifadə hüququna xitam verilməsi ilə bağlı iddia tələbi qaldırmış, lakin cavabdehin həmin mənzildə istifadə hüququ olmadığından onun iddia tələbi rədd edilmişdir. Qeyd olunan qətnaməni X6 təqdim etməsinə baxmayaraq, cavabdeh təşkilat X4 onun mənzilindən qeydiyatdan çıxartmır. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştrak edən iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də, o, məhkəmə iclasına nümayəndəsinin gəlməsini təmin etməmiş, lakin cavabdeh məhkəməyə məktubla müraciət edərək, məhkəmə iclasına işin çoxluğunu nəzərə alaraq gələ bilmədiklərini, işə onların iştirakları olmadan baxılmasını və məhkəmənin qanuni qərar çıxartmağı ilə razılaşdıqlarını bildirmişlər. Məhkəmənin təşəbbüsü ilə vətəndaş X7 məhkəmə prosesinə üçüncü şəxs qismində cəlb edilmiş və ona pasport qeydiyyatında olan ünvan 1 ünvanında yerləşən 17 saylı mənzilə məhkəmə bildirşi göndərilmiş, lakin o, həmin ünvanda yaşamadığına görə üzərinə ”ünvanda yaşamır qeydi aparmaqla” zərf məhkəməyə geri qaytarılmışdır. Ona görədə məhkəmə iclasının üçüncü şəxsin iştirakı olmadan baxılmasını məhkəmə mümkün hesab etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakları olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Sumqayıt şəhər Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2010-ci il tarixli 123-35788- 3220 nömrəli imtina məktubu, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(060)-5283/2020 saylı qətnaməsinin surəti, Daşınmaz Əmlakın Dövlət Reyesteri tərəfindən verilmiş RX seriyalı ******* saylı, xx.xx.2015-ci tarixli Çıxarışın notarial qaydada təsdiqlənmiş surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla mahiyyət etibarı ilə əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu madddəsinin 1-ci və 5-ci bəndlərinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yerini dəyişdikdə-yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. İşin araşdırılan hallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(060)-5283/2020 saylı qətnaməsi ilə qeyd olunmuşdur ki, sözügedən mənzil iddiaçının xüsusi mülkiyyətindədir. Cavabdeh X7 həmin mənzildən mülkiyyət hüquqununun elementlərindən biri olan istifadə hüququnu qazanmamışdır. Mülki qanunvericilik və hazırki mübahisə ilə bağlı mənzilə pasport qeydiyyatına düşməsi üçün verilmiş razılıq ərizəsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyesterində qeydiyyata alınmadığı üçün Ş.Məlikovun həmin mənzilə istifadə hüququ yaranmır. Beləliklə, məhkəmə hesab edir ki, X1 şəhəri, məhəllə 4, ev 14/19 ünvanında yerləşən 17 saylı mənzil üzərində hər hansı hüquqa malik olmadığı halda qeyd edilən ünvanda formal olaraq qeydiyyatda qalması İddiaçı mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırdığından iddiaçının iddia tələbi qanuni və əsaslı hesab edilərək təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. X2 İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 17 saylı mənzildən qeydiyyatdan çıxarılması vəzifəsi Sumqayıt şəhər Polis İdarəsinə həvalə olunsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar