Məhkəmə qərarları › İş №2-1(118)-537/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-537/2020

16.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-537/2020 16.03.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X3 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı X5 nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı X4rşı “Sumqayıt şəhər Bələdiyyəsinin xx xxxxxx 2008-ci il tarixli, 11 saylı qərarı ilə fərdi ev tikintisi üçün mülkiyyətinə verilmiş Sumqayıt şəhərinin cənubunda, “Samur-Abşeron” kanalının şimalında salınan Yeni yaşayış məntəqəsinin 6-cı məhəlləsində yerləşən 50 saylı həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və bununla bağlı iddiaçının adına müvafiq mülkiyyət çıxarışının verilməsi öhdəlyinin cavabdehin üzərinə qoyulması”na dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Sumqayıt şəhər Bələdiyyəsinin xx xxxxxx 2008-ci il tarixli, 11 saylı qərarı ilə ayrılmış həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və müvafiq mülkiyyət çıxarışının verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmişdir. Lakin cavabdehin xx xxxxxx 2019-cu il tarixli, **********60 saylı məktubu ilə müraciətin təmin edilməsindən imtina edilmişdir. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 2007-ci ilin əvvəllərində ərizə ilə Sumqayıt şəhər Bələdiyyəsinə müraciət edərək fərdi ev tikintisi üçün həyətyanı torpaq sahəsinin mülkiyyətinə verilməsini xahiş etmişdir. İddiaçının ərizəsinə əsasən Sumqayıt şəhər Bələdiyyəsi tərəfindən torpağın sənədləşmə işlərinin aparılması məqsədi ilə müvafiq rəylərin alınması üçün məktublarla Azərbaycan Respublikası keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsinə və Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinə müraciətlər ünvanlanmışdır. Sumqayıt şəhər Bələdiyyəsinin müraciətlərinə cavab olaraq həm Azərbaycan Respublikası keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi,həm də Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən torpağın sənədləşdirilməsinə dair müvafiq rəylər verilmiş və torpaq sahəsinin mülkiyyətinə sənədləşdirilməsinin mümkün olduğu bildirilmişdir. Bundan sonra Sumqayıt şəhər Bələdiyyəsinin xx xxxxx 2008-ci il tarixli 11 nömrəli qərarı ilə Sumqayıt şəhərinin cənubunda, "Samur-Abşeron" kanalının şimalında salınan Yeni yaşayış məntəqəsinin 6-cı məhəlləsində yerləşən, sahəsi 600 kvadrat metr olan 50 saylı həyətyanı torpaq sahəsi fərdi ev tikintisi üçün pulsuz olaraq iddiaçının mülkiyyətinə verilmişdir. Eyni zamanda həmin torpaq sahəsinin İnşaat Pasportu da Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən hazırlanaraq iddiaçıya təqdim edilmiş, torpaq sahəsi yerində ölçülərək təhkim aktı əsasında ona təhvil verilmişdir. Lakin iddiaçı göstərilən sənədlər əsasında torpaq sahəsi üzərində hüquqlarını dövlət qeydiyyatından keçirmək üçün müvafiq mülkiyyət sənədlərini əldə edə bilmir. Belə ki, iddiaçının torpaq sahəsi üzərində hüququnun dövlət qeydiyyatı ilə bağlı etdiyi müraciətə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı X8 tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli cavab məktubunda bildirilmişdir ki, qanunvericilikdə edilmiş dəyişikliklərə əsasən xx xxxxxx 2007-ci ildən sonra bələdiyyə qərarları ilə verilmiş torpaqlar özəlləşdirilmir və həmin qərarlar qüvvədən düşmüşdür. Sumqayıt şəhər Bələdiyyəsinə müraciət etdikdə də bildirilmişdir ki, həqiqətən torpaq sahəsinin iddiaçıya ayrılmasına dair bələdiyyə qərarı bələdiyyənin özü tərəfindən ləğv olunmuşdur. Belə ki, bələdiyyədə bildirilmişdir ki, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin təqdimatı əsasında iddiaçının adına verilmiş bələdiyyə qərarı Sumqayıt şəhər Bələdiyyəsinin xx.xx.2008-ci il tarixli,14 nömrəli qərarı ilə ləğv edilmişdir və o, təkrarən bələdiyyəyə müraciət etməklə həmin torpaq sahəsini qüvvədə olan yeni qanun normalarına uyğun yenidən öz adına sənədləşdirməlidir. Halbuki, iddiaçı üzərinə düşən bütün öhdəlikləri yerinə yetirmişdir və bələdiyyə qərarının ləğvi iddiaçının məlumatı olmadan həyata keçirilmişdir. İddiaçının hüquqları Sumqayıt şəhər Bələdiyyəsi tərəfindən aşkar şəkildə pozulduğu üçün iddiaçı məhkəməyə müraciət etmək və sözügedən bələdiyyə qərarının etibarsız sayılmasını xahiş etmək məcburiyyətində qalmışdır. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli,2-1(085)-1480/2019 saylı qərarı ilə iddiaçının iddia ərizəsi təmin edilmiş, Sumqayıt şəhər Bələdiyyəsinin xx xxxx 2008-ci il tarixli,14 nömrəli qərarı iddiaçının mülkiyyətinə fərdi ev tikintisi üçün həyətyanı torpaq sahəsinin verilməsi haqqında Sumqayıt şəhər Bələdiyyəsinin xx xxxxx 2008-ci il tarixli,11 saylı qərarının ləğv edilməsi hissəsində ləğv olunmuşdur. Yuxarıda qeyd edilən sənədlər əsasında iddiaçı müvafiq ərizə ilə təkrarən Cavabdehnə müraciət edərək adı çəkilən bələdiyyə qərarı əsasında mülkiyyətinə verilmiş həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatından keçirilməsi xahiş edilmişdir. Lakin qeyd olunan sənədlər iddiaçı tərəfindən Cavabdehnə təqdim edilsə də, sonuncu müxtəlif aidiyyəti olmayan bəhanələr gətirməklə dövlət qeydiyyatının aparılmasından imtina etmişdir. Halbuki, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə iddiaçının mülkiyyətinə torpaq sahəsinin ayrılması barədə bələdiyyə qərarı qanuni sayılmış və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş hallar cavabdeh tərəfindən şübhə altına alına bilməz. Belə olan halda iddiaçı hesab etmişdir ki,cavabdehin hər hansı hüquqi əsasa söykənmədən torpaq sahəsi üzərində mülkiyyət hüququmun dövlət qeydiyyatının aparılmasından imtinası üçün cavab məktubunda bildirdikləri bəhanədən başqa bir şey deyildir. Cavabdeh bu hərəkəti ilə qanunsuzluğa yol verməklə yanaşı, torpaq qanunvericliyinin, o cümlədən bələdiyyə torpaqlarına dair qanunvericlik aktlarının müddəalarını və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini nəzərə almamışdır. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 1-ci hissəsinə görə müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 8-ci maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi,bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin qanunvericliklə müəyyən edilmiş qaydada mülkiyyətə,istifadəyə və icarəyə verilməsi səlahiyyətləri vardır. Həmin Məcəllənin 66-cı maddəsinin 2-ci hissəsinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 156.1-ci maddəsinə əsasən bələdiyyələrə mülkiyyət hüququ ilə mənsub olan əmlak onların mülkiyyətidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ,o cümlədən mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra-hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Həmin Qanunun 8.0.5-ci maddəsində müəyyən edilmişdir ki, bu Qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biridir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə "Marks Belçikaya qarşı" işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi "Sporring və Lonnort İsveçə qarşı" işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ "şərti və qeyri-sabit" xarakter almışdır.Həmin işdə Avropa Məhkəməsi məhz uzun müddətə mülkiyyətçilərin onlara məxsus torpaq sahəsindən maneəsiz istifadə etməsinə məhdudiyyət qoyması əsasına görə Konvensiyanın 1-ci Protokolunun 1-ci maddəsinin pozulması faktını qeyd etmişdir. Lakin qeyd olunan sənədlər iddiaçı tərəfindən Cavabdehnə təqdim edilsə də, sonuncu əsassız olaraq torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlət qeydiyyatından keçirilməmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış məktubda bildirilmişdir ki, 2007-ci ilin 01 dekabr tarixindən sonra bələdiyyə torpaqları üzərində hüquqlar yalnız açıq torpaq hərracları, yaxud müsabiqələri vasitəsi ilə əldə edilə bilinəcəyi halda, iddiaçıya torpaq sahəsi 2007-ci ildən sonra xx xxxxx 2008-ci il tarixli, 11 saylı qərarla verilmiş və Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2-l(085)-1480/2019 saylı qərarı ilə həmin bələdiyyə qərarının qanunsuz hesab edilərək ləğv edilməsi təmin olunmamışdır. Cavabdeh burada bütün məsələləri qarışdıraraq məhkəmənin qanuni qüvvəyə minmiş qərarına hörmətsizlik nümayiş etdirmişdir. Əvvəla, mübahisələndirilən torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsi barədə Sumqayıt şəhər Bələdiyyəsinin xx xxxxx 2008-ci il tarixli, 11 saylı qərarına məhkəmə qaydasında münasibət bildirilərək onun qanuniliyi öz təsdiqini tapmışdır. Həmçinin, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin adı çəkilən qərarı ilə Sumqayıt şəhər Bələdiyyəsinin xx xxxxx 2008-ci il tarixli,11 saylı qərarı deyil, həmin qərarın ləğv edilməsi barədə Sumqayıt şəhər Bələdiyyəsinin xx.xx.2008-ci il tarixli, 14 nömrəli qərarının aidiyyəti hissəsi qanunsuz sayılaraq ləğv edilmişdir. Göründüyü kimi, adı çəkilən məktubda bələdiyyə qərarının qanuniliyi də şübhə altına alınmışdır. Halbuki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli,2-l(085)-1480/2019 saylı qərarı ilə Sumqayıt şəhər Bələdiyyəsinin xx xxxxx 2008- ci il tarixli,11 saylı qərarı etibarlı hesab edilmişdir. Bununla bağlı qeyd olunmalıdır ki,Sumqayıt şəhər Bələdiyyəsinin adı çəkilən qərarı hal-hazırda da qüvvədədir və heç bir orqan onu mübahisələndirilməmişdir. Eyni zamanda Sumqayıt şəhər Bələdiyyəsinin torpaq sahəsi üzərində hüquqları vaxtı ilə dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində dövlət qeydiyyatından keçmişdir ki,həmin dövrdə heç daşınmaz əmlakın dövlət reyestri yaradılmamışdı. Cavabdeh hal-hazırda qüvvədə olan qanun normalarını həmin normalar qüvvəyə minməmişdən əvvəl verilmiş bələdiyyə qərarına tətbiq etmək istəmişdir, halbuki həmin dövrdə bələdiyyə qərarlarının qəbulu üçün bələdiyyənin adına reyestr çıxarışının verilməsi işləri heç başlamamışdı. Göründüyü kimi, mübahisələndirilən torpaq sahəsi "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun müddəalarına görə Sumqayıt Bələdiyyəsinin mülkiyyətinə verilmiş və hal-hazırda da bələdiyyə mülkiyyətindədir. Nəzərə alınsa ki,cavabdeh yüzlərlə belə bələdiyyə qərarları əsasında ayrı-ayrı hüquqi və fiziki şəxslərin torpaq sahələsi üzərində mülkiyyət və icarə hüquqlarını qeydiyyata almış və hal-hazırda da almaqdadır, cavabdehin intinasının arxasında hansı qanunsuzluqların gizlədildiyini anlamaq heç də çətin olmaz. Ən əsası isə ondan ibarətdir ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli,2-1(085)- 1480/2019 saylı qanuni qüvvəyə minmiş qərarı ilə Sumqayıt şəhər Bələdiyyəsinin xx.xx.2008-ci il tarixli,14 nömrəli qərarı iddiaçının mülkiyyətinə torpaq sahəsinin verilməsi haqqında Sumqayıt şəhər Bələdiyyəsinin xx xxxxx 2008-ci il tarixli,11 saylı qərarının ləğv edilməsi hissəsində ləğv olunmuşdur.Qanuni qüvvəyə minmiş məhkəmə qərarını heçə almayan cavabdehin qanun normalarına əsil münasibəti və imtina cavabının əsassızlığı və qanunsuzluğu bu hal ilə bir daha öz sübutunu tapır. Bu səbəbdən cavabdehin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnu dövlət qeydiyyatına almaqdan imtina etməsi qanunsuz və hüquqazidd olmaqla yanaşı, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hüquqların dövlət qeydiyyatından imtina olunmasının əsaslarına da zidd hesab edilməlidir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya qarşı yazılı etirazında iddianın təmin edilməməsini məhkəmədən xahiş edir. O, qeyd edir ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 -ci maddəsinə əsasən bələdiyyələr tərəfindən xx xxxxxx 2007-ci il tarixdən sonra qəbul edilən qərarlarda bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Lakin, xx xxxxx 2008-cu il tarixli 11 saylı protokoldan çıxarışdan göründüyü kimi bələdiyyənin qərarı xx xxxxxx 2007-ci il tarixdən sonra verilmişdir. Bundan başqa, müayinə zamanı torpaq sahəsinin 0.0090 ha (90.0 kv metr) hissəsinin 110.0 kv-lıq elektrik xəttinin mühafizə zolağında yerləşdiyi aşkar edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.2-ci maddəsinin müddəalarına əsasən ərizənizin Sumqayıt şəhəri, Samur-Abşeron kanalının şimalında, 6-cı məhəllə ərazisində yerləşən 0,06 ha torpaq sahəsi üzərində İddiaçı hüquqlarının qeydiyyata alınmasından imtina edilmiş və bu barədə ona xx xxxxxx 2019- cu il tarixli **********60 qeydiyyat nömrəli bildiriş göndərilmişdir. Göründüyü kimi, hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı X4rşı iddiası mümkün sayılmamalıdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iştirak etmiş və etirazı müdafiyə etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, Sumqayıt şəhər bələdiyyəsinin xx xxxxx 2008-ci il tarixli qərarı ilə Sumqayıt şəhərinin cənubunda, “Samur-Abşeron” Kanalının şimalında salınacaq Yeni yaşayış məntəqəsində, mövqe sxemi əsasında, fərdi ev tikintisi üçün 6-cı məhəllə ərazisində sahəsi 600 kv.m olan 50 saylı həyətyanı torpaq sahəsi İddiaçı mülkiyyətinə pulsuz verilməsi qərara alınmışdır. Lakin bələdiyyə tərəfindən torpaq sahəsi iddiaçının mülkiyyətinə verilərkən qanunvericiliyin tələbləri nəzərə alınmamışdır. Belə ki, Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Daşınmaz Əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Beləliklə müəyyən edilmişdir ki, bələdiyyə tərəfindən torpaq sahəsi ayrılarkən qanunvericiliyin tələblərinə riayət olunmamışdır. Həmin qaydaya riayət olunmaması hüquqların dövlət qeydiyyatından imtina üçün əsas təşkil etmişdir. İnzibati orqan öz imtinasında və iddiaya etirazında bu halları əsaslandırmışdır. İddiaçı ərizəsində Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-1480/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarına istinad edərək bildirmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə iddiaçının mülkiyyətinə torpaq sahəsinin ayrılması barədə bələdiyyə qərarı qanuni sayılmış və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş hallar cavabdeh tərəfindən şübhə altına alına bilməz. Məhkəmə qeyd edirki, sözügedən məhkəmə qərarına iddiaçı tərəfindən düzgün qiymət verilməmişdir. Belə ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)- 1480/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə iddiaçının Sumqayıt şəhər Bələdiyyəsinin xx xxxx 2008-ci il tarixli, 14 saylı qərarı İddiaçı Sumqayıt şəhərinin cənubunda, Samur- Abşeron” Kanalının şimalında salınacaq Yeni yaşayış məntəqəsinin 6-cı məhəlləsində yerləşən, sahəsi 600 kv.m olan 50 saylı həyətyanı torpaq sahəsinin fərdi ev tikintisi üçün onun mülkiyyətinə verilməsi barədə Sumqayıt bələdiyyəsinin xx xxxxx 2008-ci il tarixli, 11 nömrəli qərarının ləğv edilməsi hissəsində ləğv edilməsi qərara alınmışdır. Məhkəmənin burada mövqeyi ondan ibarət olmuşdur ki, mübahisələndirilən bələdiyyə qərarının ləğv edilməsi həmin dövrdə qüvvədə olan qanunvericiliyə uyğun olaraq bələdiyyənin özü tərəfindən deyil, qanunsuz qəbul olunduğu müəyyən edildiyi halda məhkəmə qaydasında ləğv oluna bilərdi. Belə ki, məhkəmə iddiaçının tələbinə uyğun olaraq qərar qəbul etmiş, Sumqayıt bələdiyyəsinin xx xxxxx 2008-ci il tarixli, 11 nömrəli qərarının qanuniliyi məsələsi məhkəmə araşdırmasının predmetini təşkil etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz olmamışdır və iddia təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68,69,73,75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 3 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar