Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-537/2022 21.01.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Ramiz qızının katibliyi, İddiaşı İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı Quba rayon Məhkəməsinin 2(027)-1402/2020 saylı icra sənədi üzrə borclu X2 tapılaraq Quba rayon İcra və Probasiya şöbəsinə gətirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Quba rayon Məhkəməsinin 2(027)-1402/2020 saylı icra sənədi üzrə borclu X2 tapılaraq Quba rayon İcra və Probasiya şöbəsinə gətirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba rayon Məhkəməsinin 06 avqust 2020ci il tarixli qətnaməsinə əsasən borclu X1 İddiaçı xeyrinə 750 manat məbləğində pul tutulmalıdır. Həmin qətnamə icra edilməsi üçün Quba rayon İcra və Probasiya çöbəsinə göndərilmişdir. Lakin borclu X.Abbasov icra məmurunun çağırışına gəlməkdən boyun qaçırır. Bununla bağlı həmin şöbə Cavabdehnə müraciət edirik Xalıq Abbasovun İcra və Probasiya şöbəsinə gətirilməsini xahiş etmişdir. Daha sonra iddiaçı tələbkar kimi eyni xahişlə Cavabdehnə müraciət etmişdir. Lakin cavabdeh tərəfindən heç bir hərəkət həyata keçirilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müfdafiə etdi və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Həmin Qanunun 84.3-cü maddəsinə görə bu Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” 10 oktyabr 2017-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mulki Prosessual Məcəlləsinin bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə cıxarıldıqdan sonra həmin qətnaməni cıxaran hakimin uzərinə qoyulan bir sıra vəzifələr (məsələn. qətnamədəki yanlışlıqların və ya acıq hesab səhvlərinin duzəldilməsi (maddə 228), əlavə qətnamənin cıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına mohlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra usulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), odənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata kecirilməsinə də xidmət edir. Belə ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və duzgun icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən oz səlahiyyətləri daxilində həyata kecirilir. Mülki Prosessual Məcəllədə olduğu kimi, “İcra haqqında” Qanunda da bu movqedən cıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və duzgun icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə muraciət etməsi muəyyən edilmişdir. Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mulki Prosessual Məcəlləsinin bəzi muddəaları baxımından şərh edilməsinə dair” 2 sentyabr 2015-ci il tarixli Qərarında da bu movqedən cıxış edərək qeyd etmişdir ki, məhkəmə aktı uzrə bir necə borclu olduqda, eləcə də onların yaşadığı ərazi muxtəlif olduqda həmin aktı qəbul etmiş məhkəmə icra sənədini borcluların sayına uyğun və yaşadığı yer uzrə muvafıq icra qurumuna gondərməli və icra məmurunun icraata başlamaq haqqında qərarı vaxtında qəbul etməsinə nəzarət etməlidir. İcra sənədini vermiş məhkəmənin icra sənədlərinin vaxtında və duzgun icra edilməsinə nəzarət etmək funksiyası, həmcinin “İcra haqqında” Qanunun 20-ci maddəsində nəzərdə tutulan icraata xitam verilməsinin əsasları və qaydalarından da irəli gəlir. Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, “İcra haqqında” Qanunun 20.5-ci maddəsinə gorə, tərəflər icra məmurunun icra sənədi uzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər, icra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer uzrə məhkəməyə şikayət verilə bilər. Məhkəmə hesab edir ki, hazrki iddia üzrə mübahisənin kökü icra sənədinin icrası ilə bağlı olduğundan iddia icra vərəqəsini vermiş ümumi məhkəməyə verilməlidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nomrəli Qərarında gostəlir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması ucun zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti uzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona gorə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər uzrə icraat qaydasında baxılmalı olan mubahisələrə dair iddialar mumkun sayılmamalı, iddiacıya aidiyyəti uzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər uzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.” Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı Quba rayon Məhkəməsinin 2(027)-1402/2020 saylı icra sənədi üzrə borclu X2 tapılaraq Quba rayon İcra və Probasiya şöbəsinə gətirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmamalı, iddiaçıya müvafiq iddia ilə icra vərəqəsini vermiş ümumi məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı Quba rayon Məhkəməsinin 2(027)-1402/2020 saylı icra sənədi üzrə borclu X2 tapılaraq Quba rayon İcra və Probasiya şöbəsinə gətirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-537/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-537/2022
21.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver