Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-5374/2025 11.07.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədli Qəşəm Fərhad oğlunun sədrliyi, Həzibəyli Elturan Elşən oğlunun katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh X2na qarşı “iddiaçı barəsində əmək pensiyasının xx.xx.1997xx.xx.2001-ci il tarixdə şöbə rəisi və müavini vəzifəsində işlədiyi 4 il 1 ay 7 gün və Qaydalara uyğun olaraq sonra gələn 10 ay 23 gün müddət ərzində aldığı dövlət məvacibindən hesablanması və elmi dərəcəsi olan, əmək pensiyası hüququ olan şəxsi kimi kənd təsərrüfatı üzrə elmlər namizədi (indiki; fəlsəfə doktoru elmi dərəcəsinə) görə 300 (üç yüz) manat əlavə edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə işə Sumqayıt Məhkəmə Kompleksində (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh X2na qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək iddiaçı barəsində əmək pensiyasının xx.xx.1997-xx.xx.2001-ci il tarixdə şöbə rəisi və müavini vəzifəsində işlədiyi 4 il 1 ay 7 gün və Qaydalara uyğun olaraq sonra gələn 10 ay 23 gün müddət ərzində aldığı dövlət məvacibindən hesablanması və elmi dərəcəsi olan, əmək pensiyası hüququ olan şəxsi kimi kənd təsərrüfatı üzrə elmlər namizədi (indiki; fəlsəfə doktoru elmi dərəcəsinə) görə 300 (üç yüz) manat əlavə edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 16 yanvar 2024-cü ildə pensiyaya çıxıb. Ərizəçi indiki Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində müxtəlif vəzifələrdə işləyib. O, xx.xx.1997-xx.xx.2001-ci il tarixdə 4 il 1 ay 7 gün şöbə rəisi və müavini vəzifəsində, xx.xx.2001 -xx.xx.2019-cu il tarixdə 17 il 4 ay 18 gün, xx.xx.2019xx.xx.2022-ci il tarixdə 3 il 6 ay 13 gün, xx.xx.2022-xx.xx.2023-cü il tarixdə 9 ay 3 gün və xx.xx.2022-xx.xx.2024-cü il tarixlərdə 3 il 3 ay 27 gün mütəxəssis, müfəttiş, məsləhətçi kimi müxtəlif vəzifələrdə çalışıb, cəmi 30 il 3 ay 8 gün dövlət qulluqçusu kimi işləyib. Ərizəçiyə xx.xx.2003-cü ildə kiçik dövlət qulluqçusu ixtisas dərəcəsi, xx.xx.2014-cü ildə İİİ dövlət qulluqçusu ixtisas dərəcəsi və xx.xx.2019-cu ildə isə 2-ci dərəcəli dövlət qulluqçusu ixtisas dərəcəsi verilib. Ərizəçi 13 noyabr 1992-ci ildən kənd təsərrüfatı üzrə elmlər namizədidi. Ərizəçiyə pensiya hesablanarkən son 60 ay, daha aşağı vəzifələrdə işlədiyi müddət əsas kimi götürülüb. Ərizəçi pensiyanın yenidən hesablanması üçün aiddiyyatı üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edib. DSMF 3-17-1/2-K-l91708/2024 nömrəli 12 avqust 2024-cü il il tarixli cavab məktubunda bildirilib ki, etibarnamə üzrə nümayəndəsi olduğunuz İddiaçı dövlət qulluğuna xitam verilməsi ilə əlaqədar ona 17 yanvar 2024-cü il tarixindən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilib. Belə ki, İddiaçı əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.11.2-ci maddəsinə əsasən 25 il 4 ay 9 gün qulluq illərinə uyğun olaraq, vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqısının — 1048,10 manatın (xx.xx.2021- 31.03,2022-ci il, xx.xx.2022-xx.xx.2023- cü il və xx.xx.2023xx.xx.2023-cü il tarixləri arasındakı dövrlər ərzində ödənilmiş 27552,48 manatdan 2398,07 manat əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilmiş müavinət çıxıldıqdan sonra qalan 25154,41 manat pul vəsaitinin 24-ə olan nisbəti) 80 faizi-838,48 manat məbləğində müəyyən edilməklə onun müvafiq kart hesabına köçürülür. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbinin mümkünsüz sayılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı iddia ərizəsinin əsasları kimi xx.xx.1997-xx.xx.2001-ci il tarixdə 4 il 1 ay 7 gün şöbə rəisi və müavini vəzifəsində, xx.xx.2001-xx.xx.2019-cu il tarixdə 17 il 4 ay 18 gün, xx.xx.2019-xx.xx.2022-ci il tarixdə 3 il 6 ay 13 gün, xx.xx.2022-xx.xx.2023-cü il tarixdə 9 ay 3 gün ve xx.xx.2022xx.xx.2024-cü il tarixlərdə 3 il 3 ay 27 gün mütəxəssis, müfəttiş, məsləhətçi kimi müxtəlif vəzifələrdə çalışıb cəmi 30 il 3 ay 8 gün dövlət qulluqçusu kimi işlədiyini, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya əmək pensiyası hesablanarkən son 60 ay daha aşağı vəzifələrdə işlədiyi müddətin əsas götürüldüyünü, xx.xx.1997-xx.xx.2001-ci il tarixlərdə şöbə rəisi və rəis müavini vəzifəsində 4 il 1 ay 7 gün və Qaydalara uyğun olaraq sonra gələn 10 ay 23 gün götürülməli olduğunu, həmçinin elmi dərəcəyə görə 300 manat əlavə ödənilməli olduğunu qeyd edərək məhkəmədən ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanmasını və elmi dərəcəyə görə 300 manat əlavə ödənilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə Mərkəzi Filiala müraciət edərək ona dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Mərkəzi Filial tərəfindən İddiaçı dövlət qulluğuna xitam verilməsi ilə əlaqədar ona 17 yanvar 2024-cü il tarixdən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Bundan sonra iddiaçı xx.xx.2024-cü il tarixdə Mərkəzi Filiala müraciət edərək 23 il 3 ay 8 gün dövlət qulluqçusu kimi stajı olmasına baxmayaraq onun pensiyasına əlavələr edilmədiyini, "Əmək pensiyaları haqqında" Qanunun 20.11.2-ci maddəsinə əsasən pensiyanın yenidən hesablanmasını xahiş etmişdir. Mərkəzi Filial tərəfindən iddiaçının nümayəndəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-17-1/2-K-191708/2024 nömrəli məktubda bildirilmişdir ki, İddiaçı əmək pensiyası "Əmək pensiyaları haqqında" Qanunun 20.11.2-ci maddəsinə əsasən 25 il 4 ay 9 gün qulluq illərinə uyğun olaraq, vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqısının -1048,10 manatın (xx.xx.2021- xx.xx.2022-ci il, xx.xx.2022-xx.xx.2023-cü il ve xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arasındakı dövrlər ərzində ödənilmiş 27552,48 manatdan 2398,07 manat əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilmiş müavinət çıxıldıqdan sonra qalan 25154,41 manat pul vəsaitinin 24-ə olan nisbəti) 80 faizi - 838,48 manat məbləğində müəyyən edilməklə onun müvafiq kart hesabına köçürülür. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, İddiaçı iddia ərizəsində cavabdeh inzibati orqan tərəfindən iddiaçıya əmək pensiyası hesablanarkən son 60 ay daha aşağı vəzifələrdə işlədiyi müddətin əsas götürüldüyünü, xx.xx.1997xx.xx.2001-ci il tarixlərdə şöbə rəisi və rəis müavini vəzifəsində 4 il 1 ay 7 gün ve Qaydalara uyğun olaraq sonra gələn 10 ay 23 gün götürülməli olduğunu, həmçinin elmi dərəcəyə görə 300 manat əlavə ödənilməli olduğunu qeyd etsə də, bu məzmunda Mərkəzi Filiala müraciəti olmamışdır. Eyni zamanda elmi dərəcəyə görə Prezident təqaüdünün təyin edilməsi (300 manat) Mərkəzi Filialın səlahiyyətlərinə aid olmadığından Filial həmin tələb üzrə iddiaya cavab verməli olan organ deyildir. Beləliklə, işin faktiki hallarından və iş üzrə icraat materiallarından göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış, İddiaçı iddia ərizəsində qeyd olunan məzmunda pensiyasının yenidən hesablanması barədə cavabdehin imtinası mövcud deyildir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-2723/2025 nömrəli qərardadı ilə inzibati iş ərazi aidiyyəti üzrə baхılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il, 5 nömrəli Qərarında qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır (1.1-ci bənd). Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3-cü bənd). Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd). Məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən hazırkı iddia tələbi ilə cavabdehə müraciət edilməmişdir. İşin hərtərəfli, tam və obyektiv araşdırılması və yol verilən formal xətaların aradan qaldırılması məqsədilə keçirilmiş məhkəmə iclasında cavabdeh iştirak etmiş və hazırkı tələblə bağlı iddiaçının cavabdeh inzibati orqana müraciət etmədiyini bildirmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən iddia ərizəsindəki tələblə cavabdehə müraciət edilməsi halı müəyyən edilmir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : İddia tələbi mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Hakim Qəşəm Məmmədli
Məhkəmə qərarları › İş №2-1(118)-5374/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-5374/2025
11.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver