Məhkəmə qərarları › İş №2-1(118)-538/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-538/2020

23.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-538/2020 23.09.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, İsgəndərov Vüqar Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı oğlunun, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı X3rşı “Sumqayıt şəhəri, Yaşma bağlar ərazisində yerləşən, “Dəfnə” Bağçılıq Cəmiyyətinin protokolundan çıxarışı ilə iddiaçıya verilən 32 saylı, 0.06 ha torpaq sahəsinə dair plan və ölçünün verilməsi, mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehin öhdəsinə qoyulması”na dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı oğlu cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı X3rşı iddia qaldıraraq Sumqayıt şəhəri, Yaşma bağlar ərazisində yerləşən, “Dəfnə” Bağçılıq Cəmiyyətinin protokolundan çıxarışı ilə iddiaçıya verilən 32 saylı, 0.06 ha torpaq sahəsinə dair plan və ölçünün verilməsi, mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehin öhdəsinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər Yaşma bağlar ərazisində yerləşən, Sumqayıt şəhər XDS-nin tərəfindən x xxxxxx 1988-ci il tarixində qeydə alınmış müqavilə ilə və "Dəfnə" Bağçılıq Cəmiyyəti üzvlərinin 17 saylı protokolundan çıxarışa əsasən, iddiaçıya verilən 0,06 ha-dan ibarət 32 saylı bağ sahəsi 1988-ci il tarixindən onun istifadəsinə verilib. Oradan iddiaçı və ailəsi indiyədək, artıq 30 ildir istifadə edir.Lakin, müqavilə ilə, protokolla verilən və faktiki istifadələrində olan sahəni indiyədək iddiaçı öz adına sənədləşdirə bilməmişdir. Sahənin sənədləşdirilməsi üçün 2019-cu il may tarixində və sentyabr 2019-cu il tarixində cavabdeh təşkilat olan AR ƏMDK DƏDRX-nin 2 saylı X7 müraciət etmişdir. İdarə isə ərizəsinə cavab verməmişdir. Cavabdeh təşkilatın hərəkəti qanunsuzdur, çünki iddiaçı ondan təzə torpaq sahəsi istəməmişdir. İddiaçı ondan uzun illər istifadəsində olan və sahibliyində olan torpağın sənədləşdirilməsini istəmişdir. İdarə tərəfindən kadastr planının tərtib edilib verilməsi zəruridir ki iddiaçı bu plana əsasən sahəyə dair çıxarış ala bilsin. Fakt odur ki iddiaçıya məxsus sahə mövcuddur və 30 ildir onun istifadəsindədir. İddiaçı məhkəmənin nəzərinə çatdırır ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 8.0-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasmın (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatının əsasları müəyyən edilmişdir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 8.0.8-ci maddəsinə əsasən, bu əsaslardan biri də əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlərdir. Habelə, bu sənədlərə qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ... dair qəbul olunmuş aktlar, həm də müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən protokollar aiddir. Bundan əlavə, AR Mülki Məcəlləsinin 178-ci maddəsi də daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsi əsaslarını göstərir. Protokol da dövlət orqanı tərəfindən verilən sənəd olub, hüququn qeydə alınmasının əsaslarından birini təşkil edir. Beləliklə iddiaçı məhkəməyə müraciət etməyə məcbur olmuşdur ki, cavabdeh müvafiq protokolla iddiaçının istifadəsində, sahibliyində, idarəçiliyində olan torpaq sahəsi onun adına sənədləşdirilsin. Qeyd olunanlara görə iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı oğlu və cavabdehin nümayəndəsi X2 iştirak etmişdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, iddiaçı şifahi formada inzibati orqana müraciət etsədə, rəsmi qaydada digər şəxsə aid sənədləri tələb etmiş və iş materiallarında olan xx xxxxxxx 2019-cu il tarixli məktub bununla bağlıdır. İddiaçı məhkəmə iclasında bildirmişdir ki, idarədən ona torpaq sahəsinin digər şəxslə üst-üstə düşməsi ilə bağlı məlumat verdiklərinə görə bu cür müracət etmişdir. İddiaçının Sumqayıt şəhəri, Yaşma bağlar ərazisində yerləşən, “Dəfnə” Bağçılıq Cəmiyyətinin protokolundan çıxarışı ilə iddiaçıya verilən 32 saylı, 0.06 ha torpaq sahəsinə dair plan və ölçünün verilməsi, mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi ilə bağlı cavabdeh inzibati orqana rəsmi müraciət etməsi müəyyən olunmur. Məhkəmə iş materiallarını araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırki iddia tələbi ilə iddiaçı Sumqayıt şəhəri, Yaşma bağlar ərazisində yerləşən, “Dəfnə” Bağçılıq Cəmiyyətinin protokolundan çıxarışı ilə iddiaçıya verilən 32 saylı, 0.06 ha torpaq sahəsinə dair plan və ölçünün verilməsi, mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsini tələb edir. Lakin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının eyni tələblə inzibati orqana müraciət etməsinə dair sübut mövcud deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya izah olunsun ki, inzibati məhkəmə icraat qaydasında məcburetmə haqqında iddialara baxılması üçün səlahiyyətli inzibati orqana istədiyi inzibati aktın qəbul edilməsi üçün həmin aktın qəbul edilməsini istəyən şəxs tərəfindən qanunda nəzərdə tutulmuş formada müraciət edilməlidir. İnzibati orqan istənilən inzibati aktı qəbul etməkdən imtina edərsə 30 gün müddətində, hərəkətsizlik etdiyi halda isə müraciətdən 35 gün sonra məcburetmə haqqında iddia qaldırıla bilər. İddiaçıya izah olunsun ki, məhkəmədən istədiyi tələblə ilkin olaraq rəsmi qaydada cavabdeh inzibati orqana müraciət etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan ünvan 1 ünvanında yerləşən) Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar