Məhkəmə qərarları › İş №2-1(118)-5380/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-5380/2025

24.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-5380/2025 24.02.2026 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X12rşı iş üzrə (Açar sözlər: mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi ilə İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X12rşı “torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və reyestrdən çıxarışın verilməsi” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı məhkəməyə müraciət edərək JN 2441F nömrəli, KOD 30320018 olan “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə əsasən Quba rayonu, İkinci Nügədi kəndində yerləşən 0.10 hektar torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və reyestrdən çıxarışın verilməsini xahiş etmişdir. İddia ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 29 iyul 2025-ci il tarixli, F-110 nömrəli əmrinə əsasən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin strukturunda dəyişiklik baş vermişdir. Əmrə əsasən, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin tabeliyindəki ərazi idarələrinin fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Odur ki, məhkəmə iclasında cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi əsl cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi ilə əvəz edilmişdir. İddiaçı tələbini onunla əsaslandırır ki, Quba rayonu dövlət notariat kontorunda bağlanmış, reyestrdə 4-a-745 sayla qeydə alınmış 28 mart 2006-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən Quba rayonu İİ Nügədi kəndində yerləşən 0.10 ha torpaq sahəsini X4, X3, X6 almışdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən 12 may 2006-cı il tarixdə verilmiş JN 2441F nömrəli, KOD 30320018 olan “Torpağa mülkiyyət hüququna dair Şəhadətnamə”yə əsasən Quba rayonu İİ Nügədi kəndi ərazisində olan 0.10 hektar torpaq sahəsi mülkiyyətində və istifadəsindədir. Həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması, torpaq sahəsinin planı və ölçüsünün hazırlanaraq mənə verilməsi üçün xx.xx.2024-cü il tarixdə cavabdehə müraciət etmişdir. Müraciətə cavab olaraq cavabdeh 3-21-3-34/2-12196/2024 nömrəli, xx.xx.2024-cü il tarixli cavab məktubunda sənədlərin ekspertizası zamanı xx.xx.2006-cı il tarixli alqısatqı müqaviləsinin təsdiq edilməsi üçün əsas olmuş JN-1105 F nömrəli (KOD ********) seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən xx.xx.2010cu il tarixdə ********** nömrəli məhdudiyyət və yüklülük haqqında arayış verildiyi, bundan əlavə Quba rayon dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən 0.2 ha torpaq sahəsinin 0.1 ha hissədə bölünməsi nəticəsində əldə olunmuş torpaq sahəsinə dair tərəfimdən notarial qaydada təsdiq edilmiş bölgü sxeminin təqdim edilmədiyi göstərilmiş və ərizəmin icrasından imtina edilmişdir. Cavabdehin imtinası ilə razı deyil. Cavabdehin məktubunda göstərilən JN-1105 F nömrəli, KOD 30319018 olan şəhadətnamənin ona aidiyyəti yoxdur. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən 12 may 2006-cı il tarixdə verilmiş şəhadətnamənin nömrəsi JN 2441F, KOD isə 30320018-dir. Şəhadətnamədə torpaq sahəsinin planı və sərhədləri göstərilmişdir. Torpaq sahəsinin sərhədləri “A”-dan “B”-yə, “C”-dən “D”-yə olan məsafədir, torpaq sahəsinin nömrəsi 2441F olmaqla ştrixlənmişdir. Bundan başqa cavabdeh çşifahi qaydada bildirmişdir ki, 28 mart 2006-cı il tarixli alqı-satqı müqaviləsində “Reyestrdə 4-a” yazılsa da “745” rəqəmi yazılmayıb. Cavabdehin bu iradı da əsassızdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin 3-16-5/6-13-B-48-6/24 nömrəli, xx.xx.2024-cü il tarixli cavab məktubunda xx.xx.2006-cı il tarixdə X10, X7, X14 ilə bağladığı alqı-satqı müqaviləsinin dəyişdirilməsi və ya ləğv edilməsi barədə arxivə məlumat daxil olmadığı qeyd olunmuş, müqavilənin Dövlət notariat arxivinin rəisi tərəfindən təsdiq olunmuş dublikatı verilmişdir. Sübut edir ki, bağlanmış müqavilə qüvvədədir, mülkiyyətində və istifadəsində olan 0.10 ha torpaq sahəsinin planı və sərhədləri müəyyən olunmuşdur, müqavilədə “745” rəqəminin yazılmaması müqaviləni şübhə altına ala bilməz. Cavabdeh əsassız bəhanələrlə hüquqlarını pozur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri. Quba rayonu İİ Nügədi kəndində yerləşən 0.10 ha torpaq sahəsinə mülkiyyət hüququm JN-2441 F nömrəli, KOD 30320018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə qeyd edilmişdir. Torpaq üzərində hüquqlara dair şəhadətnamələrin hazırlanması, verilməsi və qeydiyyatı həmin dövrdə keçmiş DTXK tərəfindən aparılmışdır. Göstərilənlər iddiamın əsaslı olduğunu sübut edir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi X1 rayonu 2-ci Nügədi kəndi ərazisində yerləşən 0.1 ha torpaq üzərində mülkiyyət hüquqlarınızın dövlət reyestrində qeydiyyata alınması, torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə müraciət etmişdir. Sənədlərin ekspertizası zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət edilmiş xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsinin təsdiq edilməsi üçün əsas olmuş JN-1105 F nömrəli (KOD ********) seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən xx.xx.2010-cu il tarixdə ********** nömrəli məhdudiyyət və yüklülük haqqında arayış (forma-1) verilmişdir. Bundan əlavə, Quba rayon dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən 0.2 ha torpaq sahəsinin 0.1 ha hissədə bölünməsi nəticəsində əldə olunmuş torpaq sahəsinə dair tərəfinizdən notarial qaydada təsdiq edilmiş bölgü sxemi təqdim edilməmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: Dövlət Notariat Arxivinin 10 iyul 2024-cü il tarixli 3-16-5/6-13-B-48-6/24 saylı məktubunda qeyd edilmişdir ki, Quba rayon dövlət notariat ofisində 28 mart 2006-cı il tarixdə X10, X7, X14 ilə İddiaçı Əmirğa qızı arasında bağlanmış müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi yoxlanıldıqdan sonra dublikatının verilməsi barədə Dövlət notariat arxivinə daxil olmuş müraciətə baxılmışdır. Qeyd olunan müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi barədə arxivə məlumat daxil olmamışdır. JN 2441 F KOD 30320018 Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədən görünür ki, Quba rayon Dövlət Notariat Kontorunun 28 mart 2006-cı il tarixli 4ə-745 saylı alqı-satqı müqaviləsinə əsasən İddiaçı 0.10 ha torpaq sahəsi satılmışdır. Quba rayon dövlət notariat ofisində 28 mart 2006-cı il tarixdə təsdiq edilmiş müqaviləyə dair notariat işinin kserosurəti iş materiallarına əlavə edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2025ci il tarixli məktubunda qeyd edilmişdir ki, Mərkəzin arxivində JN-1105F (kod ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin arxiv nüsxəsi aşkar edilməmişdir. Eyni zamanda nəzərinizə çatdırırıq ki, İkinci Nügədi kəndi üzrə mövcud olan Quba rayon Aqrar İslahat Komissiyasının 14 nömrəli Qərarı xx.xx.1997-ci il tarixli deyil, xx.xx.1997-ci il tarixli Qərardır. Arxivdə saxlanılan Quba rayonu, İkinci Nügədi kəndi üzrə həyətyanı torpaq sahəsinə dair subyektlərin əlyazma və elektron siyahılarından 581 nömrə ilə X2 (ailə üzvləri ilə birgə) adı qeyd edilmiş hissədən, eləcə də Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 14 nömrəli Qərarından çıxarışların təsdiq olunmuş surəti təqdim edilir. 13 noyabr 2025-ci il tarixli müayinə aktında qeyd edilmişdir ki, vətəndaşa məxsus torpaq sahəsi naturada 0.10 ha təşkil edir. DT və XK tərəfindən verilmiş JN-2441F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə DWJ baza məlumatlarında və Torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) öz əksini tapmamışdır. Faktiki koordinatlar DWJ baza informasiya sistemində 1105F nömrəli sxem üzərinə düşür. Torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) əsasən yaşayış məntəqəli torpaqlar kateqoriyalı olub uçot siyahısında fərdi yaşayış kimi, mülkiyyət növü isə bələdiyyə mülkiyyəti kimi göstərilmişdir. Torpaq sahəsi naturada heç bir mühafizə zolağında yerləşmir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazİ İdarəsinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, JN-1105F (kod:********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında Quba rayonu, İkinci Nügədi kəndində yerləşən mülkiyyətdə olan torpaq sahəsinə xx.xx.2010-cu il tarixli, ********** qeydiyyat nömrəli məhdudiyyət və yüklülüyə dair arayış (forma-1) verilmişdir. Həmin məhdudiyyət və yüklülüyə dair arayış (forma-1) əsasında hər hansı notarial əməliyyatların aparılması, o cümlədən mülkiyyət hüquqlarının dövlət qeydiyyatı 5 saylı Xaçmaz Ərazi İdarəsində qeydə alınmamışdır. Halhazırda Quba rayonu, İkinci Nügədi kəndində yerləşən həmin torpaq sahəsinin üzərində hər hansı məhdudiyyət və ya yüklülük aşkar edilməmişdir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, JN 2441 F KOD 30320018 Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədən görünür ki, Quba rayon Dövlət Notariat Kontorunun 28 mart 2006-cı il tarixli 4ə-745 saylı alqı-satqı müqaviləsinə əsasən İddiaçı 0.10 ha torpaq sahəsi satılmışdır. Cavabdeh qeyd edir ki, sənədlərin ekspertizası zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət edilmiş xx.xx.2006cı il tarixli alqı-satqı müqaviləsinin təsdiq edilməsi üçün əsas olmuş JN-1105 F nömrəli (KOD ********) seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən xx.xx.2010-cu il tarixdə ********** nömrəli məhdudiyyət və yüklülük haqqında arayış (forma- 1) verilmişdir. Bundan əlavə, Quba rayon dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən 0.2 ha torpaq sahəsinin 0.1 ha hissədə bölünməsi nəticəsində əldə olunmuş torpaq sahəsinə dair notarial qaydada təsdiq edilmiş bölgü sxemi təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmamışdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, icra sənədlərinin məcburi icrası ilə əlaqədar əmlak barədə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən verilən şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; Göründüyü kimi torpaq sahəsi üzərində hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün hüquqi əsas mövcuddur. Quba rayon dövlət notariat ofisində 28 mart 2006-cı il tarixdə təsdiq edilmiş müqaviləyə dair notariat işinin təsdiq edilmiş surəti iş materiallarına əlavə edilmişdir. Cavabdehin qeyd etdiyi xx.xx.2010-cu il tarixdə ********** nömrəli məhdudiyyət və yüklülük haqqında arayış (forma-1) verilməsi istiqamətində məhkəmə tərəfindən müvafiq araşdırma aparılmış, həmin məhdudiyyət və yüklülüyə dair arayış (forma-1) əsasında hər hansı notarial əməliyyatların aparılması, o cümlədən mülkiyyət hüquqlarının dövlət qeydiyyatının 5 saylı Xaçmaz Ərazi İdarəsində qeydə alınmaması müəyyən edilmiş, halhazırda Quba rayonu, İkinci Nügədi kəndində yerləşən həmin torpaq sahəsinin üzərində hər hansı məhdudiyyət və ya yüklülüyün olmadığı cavabdeh tərəfindən təsdiq edilməmişdir. Bundan əlavə 13 noyabr 2025-ci il tarixli müayinə aktında qeyd edilmişdir ki, vətəndaşa məxsus torpaq sahəsi naturada 0.10 ha təşkil edir. DT və XK tərəfindən verilmiş JN-2441F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə DWJ baza məlumatlarında və Torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) öz əksini tapmamışdır. Faktiki koordinatlar DWJ baza informasiya sistemində 1105F nömrəli sxem üzərinə düşür. Torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) əsasən yaşayış məntəqəli torpaqlar kateqoriyalı olub uçot siyahısında fərdi yaşayış kimi, mülkiyyət növü isə bələdiyyə mülkiyyəti kimi göstərilmişdir. Torpaq sahəsi naturada heç bir mühafizə zolağında yerləşmir. 28 mart 2006-cı il tarixli alqı-satqı müqaviləsindən müəyyən olunur ki, JN 1105F KOD 30319018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən 0.20 ha torpaq sahəsi X10, X7, X11 məxsus torpaq sahəsidir. Müayinə aktından göründüyü kimi torpaq sahəsi iddiaçının faktiki istifadəsindədir. JN-2441F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə torpaq sahəsinin planı və sərhədlərinin ölçüsü, o cümlədən qonşu torpaqlar qeyd edilmişdir. Belə olan halda məhkəmə cavabdehin torpaq sahəsinə münasibətdə notarial qaydada təsdiq edilmiş bölgü sxeminin təqdim edilməsi tələbini əsaslı hesab etmir. Beləliklə, məhkəmə tərəfindən torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını istisna edən hal müəyyən edilmir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə tədqiqatı zamanı iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan hallardan heç biri müəyyən olunmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 15.1-ci maddəsinə əsasən, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; Hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri təmin edildiyindən, cavabdehin imtinası qanunsuz və əsassız olmuşdur. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olmuş, cavabdehin dəlilləri əsassız olmaqla formal xarakter daşımışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. JN 2441F nömrəli, KOD 30320018 olan “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə əsasən Quba rayonu, İkinci Nügədi kəndində yerləşən 0.10 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, reyestrdən çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə həvalə edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar