Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-5385/2025 06.02.2026 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə (X5 üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə (Açar sözlər: torpaq sahəsinə mülkiyyət hüququna dair reyestrdən çıxarışın və plan və ölçü sənədinin verilməsi) GİRİŞ HİSSƏ X32-Abbaszadə Tapdıq qızının sədrliyi, məhkəmə iclas katibi Məhərrəmova Türkan Elşad qızının katibliyi, İddiaçı2, İddiaçı1 nümayəndəsi X21, cavabdehin nümayəndəsi X13, üçüncü şəxs X3 iştirakı ilə iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə (X5 üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “torpaq sahəsinə mülkiyyət hüququna dair reyestrdən çıxarışın və plan və ölçü sənədinin verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 06 fevral 2026-cı il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən 0,0158 ha torpaq sahəsi üzərində (4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən özbaşına ümumi yol kimi ayrılmış və üzərində mülkiyyət hüququna xitam verilmiş 0.004 ha (40 kv.m) torpaq sahəsi də daxil olmaqla) İddiaçı2 və İddiaçı1 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla müvafiq çıxarış və plan və ölçü sənədinin verilməsi vəzifəsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra, iddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu Novxanı kəndində yerləşən 0,0082 ha valideyinlərdən miras qalan 3-cü şəxs X5 tərəfindən vicdansızca zəbt olunmuş torpaq sahəsinə İddiaçı2 Oktay qızı və İddiaçı1 mülkiyyət hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmaqla müvafiq çıxarış və plan ölçü sənədinin verilməsi vəzifəsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında əmlak məsələləri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 29 iyul 2025-ci il tarixli, F-110 nömrəli əmrinə əsasən, Nümayəndə X35 strukturunda dəyişiklik baş vermişdir. Əmrə əsasən, Nümayəndə X35 tabeliyindəki ərazi idarələrinin fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Qeyd edilənlərə əsasən cavabdeh qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi qəbul edilmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən 0,21 ha torpaq sahəsi (0,19 ha ümumi torpaq sahəsi və 0,02 ha torpaq sahəsi tikinti altında olan torpaq sahəsi) ailənin istifadəsində olub. Bu barədə Novxanı kəndi inzibati ərazi vahidi 04 nömrəli Təsərrüfatbaşına kitabının 59-cu vərəqəsində müvafiq qeyd aparılmışdır. Bu halı təsdiq edən Abşeron rayon Dövlət Arxivinin 24 avqust 2023-cü il tarixli arxiv arayışı iddia ərizəsinə əlavə edilmişdir. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin 439 saylı, 13 yanvar 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 2.3-cü bəndinə əsasən, kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən, statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyatı üçün əsas hesab edilir. 0,21 ha torpaq sahəsinin 0,10 ha hissəsi İddiaçı2 və X16 faktiki istifadə və sahibliyində olub. 0,1042 ha hissəsi isə X9, X33, X26 və X17 faktiki istifadə və sahibliyində olmuşdur. Bu barədə Abşeron rayon Novxanı Bələdiyyəsinin 25 avqust 2023- cü il tarixli 332 nömrəli arayışı iddia ərizəsinə əlavə edilmişdir. Buna baxmayaraq, Abşeron rayon Aqrar İslahat Komissiyasının 30 avqust 1999-cu il tarixli, 28 nömrəli qərarına əsasən, İddiaçı2 və İddiaçı1 adına ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən JN-1157A saylı, 30800118 kod nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” verilərkən torpaq sahəsinin ölçüsü 0,08 ha kimi qeyd edilmişdir. X9, X33, X26 və X17 adlarına isə həmin qərara əsasən eyni qurum tərəfindən verilmiş JN-1156A saylı, 30800118 kod nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”də torpaq sahəsinin ölçüsü 0,12 ha kimi qeyd edilmişdir. Bunun səbəbi məlum olmasa da, əvvəl bu hala əhəmiyyət verməmişdir. Bundan sonra, X9, X33, X26 və X27 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmiş, JN-1156A saylı, 30800118 kod nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə əsasən, mülkiyyətlərində olan torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən 03 iyun 2022-ci il tarixdə **********92 reyestr nömrəli çıxarış almışlar, lakin bu çıxarışda torpaq sahəsinin ölçüsü 0,1042 ha kimi göstərilmişdir. Bunun səbəbi yuxarıda qeyd edilmişdir. Hətta Ərazi idarəsi qeyd olunan vətəndaşlardan torpaq sahəsinin ölçüsünün azalmasına razılıqları barədə notarial qaydada təsdiq edilmiş ərizə də alıblar. Göründüyü kimi, Abşeron rayon Aqrar İslahat Komissiyası tərəfindən adına torpaq sahəsi ayrılan zaman torpaq sahələrinin ölçüsü səhv göstərilmişdir. Daha doğrusu, İddiaçı2 və İddiaçı1 adına ayrılmalı olan 0,02 ha (faktiki qalan torpaq sahəsi 0,0158 ha) torpaq sahəsi yanlışlıqla X9, X7 Rüfət Azər oğlu və X17 adlarına ayrılmışdır. Məlumat üçün bildirilir ki, Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən 0,08 ha torpaq sahəsinə dair JN-1157A saylı, 30800118 kod nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə əsasən daşınmaz əmlakın dövlət reyestrindən 17 yanvar 2014-cü il tarixdə **********96 reyestr nömrəli çıxarış almışdır. Bundan sonra, həmin torpaq sahəsinin 0,04 ha hissəsini X1. Həmin özgəninkiləşdirilmiş torpaq sahəsinə giriş-çıxış yolu kimi Ərazi İdarəsi tərəfindən özbaşına 0,004 ha (40 kv.m) yolunun ayrılması müəyyən edilmiş, iddiaçıların razılığı olmadan həmin 0,004 ha (40 kv.m) torpaq sahəsi azaldılaraq yerdə qalan 0,036 ha torpaq sahəsinə dair iddiaçıların adına daşınmaz əmlakın dövlət reyestrindən **********02 reyestr nömrəli çıxarış verilmişdir. Xüsusi ilə qeyd edir ki, 0,004 ha (40 kv.m) torpaq sahəsi üzərində mülkiyyət hüququna heç bir əsas olmadan özbaşına xitam verilmişdir. Halbuki mülkiyyət hüququna ya qanuni qüvvəsini almış məhkəmə qərarına əsasən və yaxud Azərbaycan Respublikası Mülki Məcəlləsinin 204-cü maddəsinə (daşınmaz əmlaka mülkiyyət hüququndan və ya digər hüquqdan imtina edilməsi üçün ixtiyarlı şəxsin bu hüquqdan imtina etdiyi barədə ərizəsi və həmin ərizənin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zəruridir. Daşınmaz əmlaka mülkiyyət hüququndan və ya digər hüquqdan imtina haqqında ərizə bu barədə daşınmaz əmlakın dövlət reyestrində qeyd yazıldıqdan sonra məcburi qüvvə alır) müvafiq ərizə təqdim edildiyi təqdirdə xitam verilə bilərdi. Bu iki halın heç biri olmamışdır. Notarial qaydada təsdiq edilmiş bölgü sxemi Ərazi İdarəsi tərəfindən bəhanə kimi göstərilsə də, bu tam olaraq absurd bir əsasdır. Qeyd olunan bölgü sxemi iddiaçılar tərəfindən imzalanmamışdır. İddiaçıların adına verilmiş **********02 reyestr nömrəli çxarışda torpaq sahəsinin ölçüsünün 0,036 ha kimi göstərilməsi ilə razı olmasalar da, narazılığa Ərazi İdarəsi tərəfindən əhəmiyyət verilməmişdir. Çoxsaylı şifahi müraciətləri cavabsız qalmışdır. Bundan sonra, iddiaçılar **********02 reyestr nömrəli çxarışa əsasən, mülkiyyətlərində olan 0,036 ha torpaq sahəsini bağışlama müqaviləsinə əsasən ailə üzvü X18 adına özgəninkiləşdirmişdir. Torpaq sahəsi hal-hazırda X18 mülkiyyətindədir. Bu gün mövcud olan vəziyyətlə əlaqədar yaranmış zərurətdən üzərində mülkiyyət huquqları qeydiyyata alınmalı olan, lakin olunmamış yerdə qalan torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün 4 saylı Abşeron Ərazi idarəsinə müraciət etmişdir. Lakin 4 saylı Abşeron Ərazi İdarəsinin 14.04 2025-ci il tarixli, 3-21-3-32/2-V-0015-8/2025 saylı bildiriş məktubu ilə ərizənin icrasından imtina edilmişdir. İddiaçılar hesab edir ki, cavabdehin yuxarıda qeyd olunan hərəkəti qanunsuz hesab edilməli və tələbi üzrə məcburetmə haqqında qərar qəbul edilməlidir.
5. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
6. Məhkəmənin 10 iyul 2025-ci il tarixli, 2-1(118)-5385/2025 nömrəli qərardadı ilə iş üzrə X5 oğlunun üçüncü şəxs qismində (zəruri cəlb etmə) inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır.
7. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, aparılan araşdırma zamanı müraciət üzrə təqdim edilmiş ərizədə qeyd edilən məsələnin həlli idarənin səlahiyyəti xaricində olduğu və 0,02 ha torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı üçün tələb olunan əsaslar üzrə hüquqmüəyyənedici və texniki sənədlərin müraciət ərizəsinə əlavə edilmədiyi müəyyən olunmuşdur.
8. Üçüncü şəxs məhkəməyə ünvanladığı ərizəsində bildirmişdir ki, İddiaçı2 və İddiaçı1 bu tələbi tamamilə əsassız olmaqla hüquqdan süi-istifadə edərək ədaləti yanıltmağa, təhrif edilmiş məlumatlarla dövləti və onun qurumlarını aldatmağa nail olacağına ümid edərək haqsız qazanc əldə etməyə, öz paxıl niyyətlərinə nail olmağa yönəlmişdir. Belə ki, xx.xx.2022-ci il tarixində tərəfindən Abşeron Rayon Məhkəməsində Vəlizadə ailəsinin üzvlərinə qarşı iddia qaldırılaraq onlar tərəfindən zəbt edilmiş üçüncü şəxsə məxsus torpaq sahəsinin onlardan alınaraq qaytarılması, Vəlizadə ailəsinin üzvləri - X28, İddiaçı2, X34 və İddiaçı1 ona və yaşlı valideynlərinə qarşı nümayiş etdirdikləri özbaşınalıqlar, qərəzli hərəkətlərə son qoyulması, onlar tərəfindən yaradılmış onun və valideynlərinin öz mülkiyyətindən sərbəst istifadəsini məhdudlaşdırmağa yönəldilmiş maneələrin aradan qaldırılması, onların qanunsuz əməlləri və qərəzli hərəkətləri səbəbindən dəymiş maddi və mənəvi zərərin Vəlizadələr tərəfindən ödənilməsinin təmin olunması xahiş edilmişdir. Bundan sonra, Vəlizadələr məhkəmə prosesini yubatmaq və zəbt etdikləri torpaq sahəsini qaytarmaqdan yayınmaq üçün xx.xx.2023-cü il tarixində əsassız iddia ilə Sumqayıt İnzibati Məhkəməsində Nümayəndənə qarşı tələb irəli sürmüşlər. Abşeron Rayon Məhkəməsində Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən təqdim edilmiş ekspert rəyi ilə üçüncü şəxsin bütün iddiaları öz təsdiqini tapdığı üçün, Vəlizadələrin bütün iddalarının isə əsassız olduğu ortaya çıxdığı üçün yekun məhkəmə qərarının icrasının təxirə salınmasına nail olmaq məqsədilə Abşeron Rayon Məhkəməsinə vəsatət verərək Sumqayıt İnzibati Məhkəməsində icraatda olan iş üzrə yekun məhkəmə aktı çıxanadək işin dayandırılmasını xahiş etmişlər. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024 tarixli, e-2(012)-81/2024 nömrəli qərardadı ilə iş üzrə icraat Sumqayıt İnzibati Məhkəməsindəki iş üzrə üzrə yekun məhkəmə aktı çıxanadək dayandırılmışdır. Öncə qeyd olunan inzibati iş üzrə yekun məhkəmə aktı qəbul edilərək Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024 tarixli, 2-1(118)- 343/2024 nömrəli qərardadı ilə İddiaçı2 və X18 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X35 4 saylıAbşeron Ərazi İdarəsinə qarşı xx.xx.2018-ci il tarixdə tərtib edilmiş bölgü eskizinə və onun əsasında verilmiş plan və ölçü sənədində düzəlişlərin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiasımümkün sayılmamışdır, lakin sonradan Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-876/2024 nömrəli qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-343/2024 nömrəli qərardadı ləğv edilmiş, “birinci instansiya məhkəməsi iddiaçıya tələbinin dəqiqləşdirilməsi ilə bağlı yardım etmədən iddianı mümkün saymışdır” qeydi ilə inzibati işə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsini qərara almışdır. Daha sonra, qeyd olunan inzibati iş üzrə yekun məhkəmə aktı qəbul edilərək Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025 tarixli 2-1(118)-2790/2025 nömrəli qərardadı ilə İddiaçı2 və X18 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X35 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı xx.xx.2018-ci il tarixdə tərtib edilmiş bölgü eskizinə və onun əsasında verilmiş plan və ölçü sənədində düzəlişlərin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası rədd edilmişdir. Vəlizadələr tərəfindən həmin qərardan apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2025 tarixli, 2- 1(105)- 371/2025 nömrəli qərarı ilə İddiaçı2 və X18 apellyasiya şikayəti təmin edilmədən, qərar isə dəyişdirilmədən saxlanılmışdır. Həmin qərar xx.xx.2025 tarixində elektron kabinetə yerləşdirilmiş, xx.xx.2025-ci il tarixində İddiaçı2 Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında “Dəftərxana” bölməsində qərarın kağız daşıyıcıda surətini şəxsən əldə etmiş, qərardan kassasiya şikayəti verilməsi üçün təyin olunmuş 1 (bir) ay müddət keçmiş, qərardan kassasiya şikayəti verilməmiş, beləliklə, xx.xx.2025 tarixində qərar qanuni qüvvəsini almış, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli məktubu ilə iş baxıldıqdan sonra birinci instansiya məhkəməsinə qaytarılmışdır. Məhkəmənin nəzərinə çatdırmaq istəyirəm ki, hazırda bütün əsassız, şər-böhtan xarakterli iddialarının nəticəsiz qaldığını, bu və digər dövlət qurumlarına yalanlarla dolu, sübutu olmayan müraciətlərinin gözlədiyi nəticəni vermədiyini, paxıl və qərəzli niyyətinə nail olmadığını görən İddiaçı2 və İddiaçı1 bu dəfə yenidən söz oyunu oynayaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X35 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia qaldıraraq ərizəsində saxta, həqiqətə uyğun olmayan, təhrif edilmiş məlumatlar yazmaqla daha öncə Sevinc Turovskayaya satdığı, sonra da əlavə qazanc əldə etmək üçün həmin torpaq sahəsinin faktiki ölçülərinin sənəd üzrə ölçülərdən daha böyük olduğunu və həmin hissənin də yalnız mənə məxsus olduğunu bildirməklə dəyərindən xeyli baha qiymətə almağına vasitəçilik etdiyi torpaq sahəsini manipulyasiya edilmiş haqsız tələblərlə, Cinayət Məcəlləsinin 178-ci maddəsinə əsasən, dələduzluq tərkibi ehtiva edən hərəkətlərlə yenidən əldə etməyə, həmçinin Abşeron Rayon Məhkəməsində iddiaçı olduğu işin icraatını dayandırmaq üçün əlində bəhanə yaratmaq məqsədilə hüquqdan süi-istifadəyə təkrar cəhd edir. Bütün yuxarıda qeyd olunan xüsusatların icmalı olaraq, məhkəmənin diqqətinə çatdırır ki, İddiaçı2 və İddiaçı1 barəsində iddia irəli sürdüyü torpaq sahəsi faktiki olaraq üçüncü şəxsə məxsusdur, onun sahibliyində və faktiki istifadəsindədir, həmin torpaq sahəsi xx.xx.2018-ci il tarixindən etibarən Vəlizadə ailəsinin faktiki sahibliyindən, istifadəsindən və mülkiyyətindən çıxmışdır, həmin torpaq sahəsi məhz Vəlizadə ailəsinin özü tərəfindən öncə Sevinc Turovskayaya satılmışdır, sonra isə məhz İddiaçı1 vasitəçiliyi ilə həmin torpağın üçüncü şəxsə satılması təşkil edilmiş, Vəlizadə ailəsi heç bir formada həmin torpaq sahəsi üzərində haqq sahibi deyildir.
9. Məhkəmə iclasında iştirak edən İddiaçı2, İddiaçı1 nümayəndəsi X34 iddianı müdafiə edərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
11. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ
II. İddianın növü və mümkünlüyü
12. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
13. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.
14. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
15. İddia tələbi çıxarışın və plan və ölçü sənədinin verilməsi ilə bağlıdır. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
16. İddia mümkündür.
III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar:
17. JN-1157A KOD 30800118 seriyalı “Torpağın mülkiyyətə verilməsinı dair Şəhadətnamə”dən görünür ki, Abşeron rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 28 saylı qərarına əsasən, 0,08 ha torpaq sahəsi İddiaçı2 və İddiaçı1 ayrılmışdır.
18. JN-1156A KOD 30800118 seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”dən görünür ki, Abşeron rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 28 saylı qərarına əsasən, 0,12 ha torpaq sahəsi X9, X33, X26 və X22 ayrılmışdır.
19. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən **********92 reyestr nömrəli çıxarışdan görünür ki, Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən 0,1042 ha torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququ X9, X33, X26 və X17 adına xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır.
20. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən **********02 reyestr nömrəli çıxarışdan görünür ki, Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən 0,036 ha torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququ X18 adına xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır.
21. 15.04.2025-ci il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, X23 məxsus 0,036 ha torpaq sahəsinə dair tərtib edilmişdir.
22. Abşeron Rayon Dövlət Arxivi tərəfindən verilmiş arxiv arayışından görünür ki, Novxanı kənd inzibatı ərazi vahidi 04 №li Təsərrüfatbaşına kitabının 59-cu vərəqəsində Rariam Nadir qızının adma şəxsi 278 №-li hesab açılmışdır. Həmin şəxsi hesab kitabında 1986-1990-ci illərin məlumatına görə: 1.X24 - ailə başçısı (1933-cü ildə anadan olması, azərbaycanlı); 2.X33 - oğlu (1958-ci ildə anadan olması, azərbaycanlı); 3.X29 - oğlu ( 1964-cü ildə anadan olması, azərbaycanlı); 4.X9 - gəlini (1965-ci ildə anadan olması, azərbaycanlı); 5.X26- nəvəsi (1989-cu ildə anadan olması, azərbaycanlı) gəlini olması göstərilmişdir. Bundan başqa, 1986-1990-cı illərin məlumatına görə X14 adına, 1986-ci ildə yaşayış evinin tikilməsi və ümumi torpaq sahəsi 0, 19 ha, o cümlədən tikili altında 0,02 ha olması göstərilmişdir.
23. Abşeron rayonu Novxanı bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 332 nömrəli məktubdan görünür ki, Novxanı kəndində aparılan aqrar islahatdan əvvəl, yəni (1999-cu ildən əvvəl) İddiaçı2 və ya valideynlərinin Novxanı kəndi, Ş.Qurbanov küçəsi, ev 21 ünvanında fərdi yaşayış evi tikmək üçün 0,10 hektar torpaq sahəsi olmuşdur.
24. Abşeron rayonu Novxanı bələdiyyəsi tərəfindən X23 verilmiş xx.xx.2025-ci il tarixli, 72 nömrəli məktubdan görünür ki, valideynlərinin mülkiyyətində olan 0,08 ha torpaq sahəsinin və yaşayış evinin bir hissəsi 2017-ci ildə sökülərək 3,6 metr enində ümumi istifadədə olan yol açılmışdır. Həmin yoldan qonşuluqda yaşayan X5 və onun ailə üzvləri istifadə edir. Onlar tərəfindən hasarın dibinə yığılan qırıq daşların oradan yığışdırılması və ümumi istiladənizdə olan yolun səliqəli saxlanılması vətəndaşa izah olundu. Vətəndaş da bundan sonra yolun səliqəli saxlanılması və hasarın dibində olan daş tullantıların oradan yığışdırılmasına söz verdi.
25. Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Novxanı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, JN 1157A kodlu şəhadətnaməsi olan Novxanı kəndi, Şıxəli Qurbanov 21 ünvanında yerləşən, İddiaçı2 Oktay qızına məxsus 0,08 ha torpaq sahəsinin bir hissəsi 2017-ci ildən yola çevrilmişdir. Yola çevrilən həmin hissədə 2017-ci ilə kimi yaşayış sahəsi olmuşdur. Yola çevrilmiş hissənin qonşu X10 məxsus torpaq sahəsi tərəfdən çəkilən hasar vətəndaş İddiaçı2 Oktay qızı tərəfindən tikdirilmişdir.
26. Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Novxanı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Novxanı kənd Ş.Qurbanov küşəsi 21-də yerləşən vətəndaş X19 məxsus 2006-cı il tarixli JN-1157 A kod30800118 saylı şəhadətnaməyə əsasən, 0,08 ha torpaq sahəsində hal-hazırda yola çevrilmiş sahədə yaşayış evi mövcud idi.
27. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən 0,08 ha torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququ X15 və İddiaçı1 adına xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmışdır.
28. Abşeron rayon 1 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, İddiaçı2 və İddiaçı1 Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən 0,036 ha torpaq sahəsini X23 bağışlamışdır.
29. № 44009301 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, X19 məxsus 0,08 ha torpaq sahəsinə dair tərtib edilmişdir.
30. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli, 3-21-3-32/2-81/2026 saylı məktubdan görünür ki, müayinə olunan torpaq sahəsinin ölçüsü 0,0412 ha, sənəd üzrə torpaq sahəsinin ölçüsü isə 0,036 ha təşkil edir. Həmçinin, alqı-satqıdan sonra 0.04 ha yerdə qalan olsa da 0,004 ha ümumi yol kimi azaldılmış, sənəd üzrə 0,036 ha torpaq sahəsinə dair çıxarış və plan ölçü sənədi verilmişdir. Qeyd olunan ərazidə dürüstləşmə işləri aparılmış, faktiki və sənəd arasında olan uyğunsuzluq aradan qaldırılımış, lakin məhkəmə mübahisəsinin olması səbəbindən qeyd olunan dürüstləşmə işləri ləğv edilmişdir.
31. Abşeron Rayon Məhkəməsinin icraatında olan e-2(012)-29/2025 nömrəli iş üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəsis rəyindən görünür ki, **********96 reyestr nömrəli çıxarışla Valizadə İradə Oqtay qızının sənəd üzrə mülkiyyətində olmuş (xx.xx.2014-cü il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən 0,08 ha) torpaq sahəsi ilə **********40 reyestr nömrəli çıxarışla X2 üzrə mülkiyyətinə verilmiş (xx.xx.2022-ci il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən 0,04 ha) torpaq sahəsi tam olaraq üst-üstə düşür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakm Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrində **********40 reyestr nömrəli, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış çıxarışa əsasən, X3 adına xüsusi mülkiyyət hüququ əsasında qeydə alınmış Abşeron rayonu Novxanı kəndində yerləşən ümumi sahəsi sənəd uzrə 0.04 ha torpaq sahəsinin plan və ölçü sənədinin koordinatları ilə cavabdeh X18 faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşən hissəsi 0,0037 ha (37 kv.metr) təşkil edir. Qeyd: **********40 reyestr nömrəli çıxarışa əsasən X3 faktiki istifadəsində olan torpaq sahəsi 0,04 ha, faktiki istifadəsində olan torpaq sahəsi 0,0435 ha təşkil edir. **********40 nömrəli çıxarışa əsasən, X18 faktiki istifadəsində olan torpaq sahəsi isə 0,0412 ha təşkil edir. X3 faktiki istifadəsində olan 0,0435 torpaq sahəsinin xüsusi mülkiyyətə verilmiş torpaq sahələri üst-üstə düşməyən hissəsi 0,0082 ha təşkil edir.
32. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 2(012)-1045/2023 nömrəli iş üzrə 27 noyabr 2023-cü il tarixli, 3-16-16/2-10/8103 nömrəli ekspert rəyindən görünür ki: Qərardadın birinci sualı üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-32/2-12234/2023 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrində **********40 reyestr nömrəli, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış çıxarışa əsasən, X3 adına xüsusi mülkiyyət hüququ əsasında qeydə alınmış Abşeron rayonu Novxanı kəndində yerləşən ümumi sahəsi sənəd üzrə 0.04 ha torpaq sahəsinin plan və ölçü sənədinin koordinatları ilə iddiaçı X3 faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları arasındakı fərqin 0.0035 ha (35 kv.metr) təşkil etdiyi müəyyən olundu. Qərardadın ikinci sualı üzrə: Mütəxəssis rəyinə əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin xx.xx.2019-cu il tarixli **********02 reyestr nömrə ilə qeydiyyat çıxarışına əsasən, X18 adına mülkiyyət hüququ əsasında məxsus olan Abşeron rayonu Novxanı kəndində yerləşən ümumi sahəsi sənəd üzrə 0.036 ha torpaq sahəsinin plan və ölçü sənədinin koordinatları ilə cavabdeh X18 faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları arasındakı fərqin 0.0052 ha (52 kv.metr) təşkil etdiyi müəyyən olundu. Qərardadın ücüncü sualı üzrə: Mütəxəssis rəyinə əlavə olunmuş sxemə əsasən X3 faktiki istifadəsinə 0,0435 ha, İddiaçı2 faktiki istifadəsində isə 0,0412 ha torpaq sahəsinin olduğu müəyyən olundu. Qərardadın dördüncü sualı üzrə: Qərardadın dördüncü sualının cavabı birinci və ikinci sualların cavabında öz əksini tapmışdır. Qərardadın beşinci sualı üzrə: Mütəxəssis rəyinə əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrində **********40 reyestr nömrəli, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış çıxarışa əsasən, X3 adına xüsusi mülkiyyət hüququ əsasında qeydə alınmış Abşeron rayonu Novxanı kəndində yerləşən ümumi sahəsi sənəd üzrə 0.04 ha torpaq sahəsinin plan və ölçü sənədinin koordinatlarının cavabdeh X18 faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşən hissəsinin 0.0037 ha (37 kv.metr) təşkil etdiyi müəyyən olundu. Qərardadın altıncı sualı üzrə: Mütəxəssis rəyinə əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakır Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrində **********40 reyestr nömrəli, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış çıxarışa əsasən, X3 adına xüsusi mülkiyyət hüququ əsasında qeydə alınmış Abşeron rayonu Novxanı kəndində yerləşən ümumi sahəsi sənəd üzrə 0.04 ha torpaq sahəsinin plan və ölçü sənədinin koordinatları iddiaçı X3 faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşən hissəsinin 0.0351 ha, üst-üstə düşməyən hissəsinin isə 0.0049 ha təşkil etdiyi müəyyən olundu. Qərardadın yeddinci sualı üzrə: Mütəxəssis mütəxəssis rəyinə əsasən, X3 faktiki istifadəsində olan torpaq sahəsinin koordinatlarının Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrində **********40 reyestr nömrəli, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış çıxarışa əsasən, X8mın adına xüsusi mülkiyyət hüququ əsasında qeydə alınmış Abşeron rayonu Novxanı kəndində yerləşən ümumi sahəsi sənəd üzrə 0.04 ha torpaq sahəsinin plan və ölçü sənədinin koordinatları ilə üst-üstə düşdüyü müəyyən olundu. Qərardadın səkkizinci, dokkuzuncu, onuncu və onbirinci sualları üzrə: Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, ilkin hüquqmüəyyənedici sənədlərdə torpaq sahəsi 0.08 ha olduğu halda plan və ölçü sənədi koordinatlarına əsasən, texniki səhv olaraq 0.085 ha tərtib edilmişdir. Bölgü eskizində yalnız sənəd üzrə torpaq sahəsinin azalan hissəsi (40 kv.m) göstərilmişdir. Bölgü sxemi tərtib edilərkən plan və ölçüdə qeyd olunan texniki səhv (0.005 ha) ümumi istifadədə olan yol olaraq çıxılmış və texniki səhv aradan qaldırılmışdır. Hüquqmüəyyənedici sənədlərdən (0.08 ha torpaq sahəsindən) 40 kv.m hissəsi yol olaraq çıxıldığından bölgü eskizində yalnız 40 kv.m qeyd olunmuşdur. Qərardadın on ikinci sualı üzrə: Mütəxəssis rəyinə, baxış zamanı əldə olunmuş və mülki iş materiallarında olan məlumatlara əsasən, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi ilə cavabdehin faktiki istifadəsində olan torpaq sahəsi arasında olan sərhəd hasarında tamamilə dağılma müşahidə olunmadı. Həmçinin qeyd olunur ki, baxış zamanı iddiaçının bildirdiyinə, aparılan müşahidəyə və mülki iş materiallarında olan məlumatlara əsasən həmin hasarın 0,4 metr hündürlüyündə (2 cərgə) və 11 metr uzunluğunda hissəsi sökülmüşdür (faktiki izləri mövcuddur). Həmin sökülmüş hissənin bərpası üçün görülməli işlərin mövcud orta bazar qiymətinə uyğun dəyərinin 136 manat məbləğində olduğu müəyyən olundu. Qərardadın on üçüncü sualı üzrə: Mütəxəssis rəyinə, baxış zamanı əldə olunmuş və mülki iş materiallarında olan məlumatlara əsasən, Vəlizade İradə Oqtay qızına məxsus Abşeron rayonu, Novxanı qəsəbəsində yerləşən fərdi yaşayış evinin dağıdılması müşahidə olunmamışdır, lakin fərdi yaşayış evinin divarında çatlar olduğu müşahidə olundu. Bununla bağlı qeyd olunur ki, fərdi yaşayış evində yaranmış çatlar üzrə müvafiq qurumun (FHN TTNDA) konstruktoru tərəfindən müayinə tədqiqat işləri aparıldıqdan və layihə smeta sənədləri hazırlandıqdan sonra fərdi yaşayış evinə dəymiş ziyanı müəyyən etmək mümkün olacaqdır. Qərardadın ondördüncü sualı üzrə: Mütəxəssis rəyinə, baxış zamanı əldə olunmuş və mülki iş materiallarında olan məlumatlara əsasən, İddiaçı2 məxsus Abşeron rayonu, Novxanı qəsəbəsində yerləşən tərəflərin ortaq istifadələrində olan yola düşən divarda dağılma müşahidə olunmasa da, cavabdehin fərdi yaşayış evinin tərəflərin ortaq istifadələrində olan yola düşən xarici divarında çatlar müşahidə olundu, lakin həmin çatların hansı səbəbdən yaranmasmımn müəyyən edilməsi tikinti-texniki ekspertinin səlahiyyətlərinə aid deyildir.
33. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 2(012)-343/2024 nömrəli iş üzrə 22 aprel 2024-cü il tarixli, 3-16-16/2-10/1104 nömrəli ekspert rəyindən görünür ki: Qərardadın birinci sualı üzrə: Baxış zamanı əldə olunmuş və mülki iş materiallarında olan məlumatlara əsasən, iddiaçının faktiki istifadəsində 412 m2 torpaq sahəsinin olduğu, mülkiyyətinə verilmiş torpaq sahəsindən (360 m2) 52 m2 kənara çıxdığı, kənara çıxılan 52 m2 torpaq sahəsinin 37 m2 hissəsinin üçüncü şəxs X3 mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Qərardadın ikinci sualı üzrə: Baxış zamanı əldə olunmuş və mülki iş materiallarında olan məlumatlara əsasən, üçüncü şəxs X11 faktiki istifadəsində 435 m2 torpaq sahəsinin olduğu, mülkiyyətinə verilmiş torpaq sahəsindən (400 m2) 35 m2 kənara çıxdığı müəyyən edilmişdir. Həmçinin qeyd olunur ki, faktiki istifadə olunan 435 m2 torpaq sahəsinin 351 m2 hissəsi onun mülkiyyətinə verilmiş torpaq sahəsidir. Yerdə qalan 49 m2 (400-351=49) torpaq sahəsinin 12 m2 hissəsi faktiki gediş-gəliş yolunda, 37 m2 hissəsi isə iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin daxilində yerləşir. Qərardadın üçüncü sualı üzrə: Qərardadın birinci və ikinci suallarının cavablarında qeyd olunanlara əsasən, iddiaçı və üçüncü şəxsin faktiki istifadələrində olan torpaq sahələrinin xx.xx.2018-ci il tarixli bölgü eskizinə uyğun olmadığı müəyyən edilmişdir. Qərardadın dördüncü və beşinci sualları üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-32/2-2435/2024 nömrəli mütəxəssis rəyinə əlavəyə əsasən qeyd olunur ki, bölgü sazişində qeyd olunan, bölgü eskizinə əsasən, ümumi yol iddiaçının (mütəxəssis rəyində texniki səhv olunmuş və “cavabdehin” olaraq qeyd olunmuşdur) sənəd üzrə mülkiyyətində olmasına baxmayaraq, sonradan 40 kv.metr hissəsi yol kimi azaldılmışdır. Faktiki gediş-gəliş yolunun 12 kv.metr hissəsi sənəd üzrə X3 xüsusi mülkiyyətində, qalan hissəsi sənəd üzrə heç bir vətəndaşın xüsusi mülkiyyətində yerləşmir. Qeyd: İlkin hüquqmüəyyənedici sənədlərdə torpaq sahəsi 0.08 ha olduğu halda plan və ölçü sənədi koordinatlarına əsasən texniki səhv olaraq 0.085 ha tərtib edilmişdir. Bölgü eskizində yalnız sənəd üzrə torpaq sahəsinin azalan hissəsi (40 kv m) göstərilmişdir. Bölgü sxemi tərtib edilərkən plan və ölçüdə qeyd olunan texniki səhv (0.005 ha) ümumi istifadədə olan yol olaraq çıxılmış və texniki səhv aradan qaldırılmışdır. Hüquqmüəyyənedıc, sənədlərdən (0.08 ha torpaq sahəsindən) 40 kv.m hissəsi yol olaraq çıxıldığından bölgü eskizində yalnız 40 kv.m qeyd olunmuşdur.
IV. Tətbiq edilən hüquq
34. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
35. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 139-1.1-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; . ... 144.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. 144.2-ci maddəsinə əsasən, sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir. 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 149.2-ci maddəsinə əsasən, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. 182.1-ci maddəsinə əsasən, əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Maddə 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür.
36. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 5.2-ci maddəsinə əsasən, mülkiyyət hüququnun subyektləri — dövlət mülkiyyətində olan torpaq sahələri üzərində — Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində — bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində — Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir.
37. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq, daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1-ci maddə: qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edilir (həmin normalar Mülki Məcəllənin 139-1.1.1-ci maddəsində də qeyd olunmuşdur). 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı... Maddə 9. Hüquqların dövlət qeydiyyatının aparılması qaydası 9.1.1. bu qanuna uyğun olaraq, hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Maddə 11. Hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
38. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin: 1.1–ci bəndinə əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri daşınmaz əmlakın dövlət reyestrinin daşınmaz əmlakın vahid dövlət kadastrının, dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir; 3.1-ci bəndinə əsasən bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək; 3.1.16. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq; 3.1.21. hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılması, ünvan reyestri, dövlət kadastrı, yerquruluşu, dövlət torpaq kadastrı sahəsində funksiyaların icrasını və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək, o cümlədən məkan məlumatlarının daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi sahəsində tədbirlər görmək cavabdeh DƏDKR-in vəzifələrinə aid edilmişdir.
V. Məhkəmənin mövqeyi
39. Məhkəmə tərəflərin mövqelərini nəzərə alaraq, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.
40. İddia ərizəsində qeyd edilir ki, Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən 0,21 ha torpaq sahəsi (0,19 ha ümumi torpaq sahəsi və 0,02 ha torpaq sahəsi tikinti altında olan torpaq sahəsi) ailənin istifadəsində olub. Bu barədə Novxanı kəndi inzibati ərazi vahidi 04 nömrəli Təsərrüfatbaşına kitabının 59-cu vərəqəsində müvafiq qeyd aparılmışdır. Bu halı təsdiq edən Abşeron rayon Dövlət Arxivinin 24 avqust 2023-cü il tarixli arxiv arayışı iddia ərizəsinə əlavə edilmişdir. 0,21 ha torpaq sahəsinin 0,10 ha hissəsi İddiaçı2 və X16 faktiki istifadə və sahibliyində olub. 0,1042 ha hissəsi isə X9, X33, X26 və X17 faktiki istifadə və sahibliyində olmuşdur. Bu barədə Abşeron rayon Novxanı Bələdiyyəsinin 25 avqust 2023cü il tarixli 332 nömrəli arayışı iddia ərizəsinə əlavə edilmişdir. Buna baxmayaraq, Abşeron rayon Aqrar İslahat Komissiyasının 30 avqust 1999-cu il tarixli, 28 nömrəli qərarına əsasən, İddiaçı2 və İddiaçı1 adına ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən JN-1157A saylı, 30800118 kod nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” verilərkən torpaq sahəsinin ölçüsü 0,08 ha kimi qeyd edilmişdir. X9, X33, X26 və X17 adlarına isə həmin qərara əsasən eyni qurum tərəfindən verilmiş JN-1156A saylı, 30800118 kod nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”də torpaq sahəsinin ölçüsü 0,12 ha kimi qeyd edilmişdir. Bunun səbəbi məlum olmasa da, əvvəl bu hala əhəmiyyət verməmişdir. Bundan sonra, X9, X33, X26 və X27 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmiş, JN-1156A saylı, 30800118 kod nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə əsasən, mülkiyyətlərində olan torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən 03 iyun 2022-ci il tarixdə **********92 reyestr nömrəli çıxarış almışlar. Lakin bu çıxarışda torpaq sahəsinin ölçüsü 0,1042 ha kimi göstərilmişdir. Bunun səbəbi yuxarıda qeyd edilmişdir. Hətta Ərazi idarəsi qeyd olunan vətəndaşlardan torpaq sahəsinin ölçüsünün azalmasına razılıqları barədə notarial qaydada təsdiq edilmiş ərizə də alıblar. Göründüyü kimi, Abşeron rayon Aqrar İslahat Komissiyası tərəfindən adına torpaq sahəsi ayrılan zaman torpaq sahələrinin ölçüsü səhv göstərilmişdir. İddiaçı2 və İddiaçı1 adına ayrılmalı olan 0,02 ha (faktiki qalan torpaq sahəsi 0,0158 ha) torpaq sahəsi yanlışlıqla X9, X7 Rüfət Azər oğlu və X17 adlarına ayrılmışdır. Məlumat üçün bildirilir ki, Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən 0,08 ha torpaq sahəsinə dair JN-1157A saylı, 30800118 kod nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə əsasən, daşınmaz əmlakın dövlət reyestrindən 17 yanvar 2014-cü il tarixdə **********96 reyestr nömrəli çıxarış almışdır. Bundan sonra, həmin torpaq sahəsinin 0,04 ha hissəsini X1. Həmin özgəninkiləşdirılmiş torpaq sahəsinə giriş-çıxış yolu kimi Ərazi İdarəsi tərəfindən özbaşına 0,004 ha (40 kv.m) yolunun ayrılması müəyyən edilmiş, iddiaçıların razılığı olmadan həmin 0,004 ha (40 kv.m) torpaq sahəsi azaldılaraq yerdə qalan 0,036 ha torpaq sahəsinə dair iddiaçıların adına daşınmaz əmlakın dövlət reyestrindən **********02 reyestr nömrəli çxarış verilmişdir. Xüsusi ilə qeyd edir ki, 0,004 ha (40 kv.m) torpaq sahəsi üzərində mülkiyyət hüququna heç bir əsas olmadan xitam verilmişdir. Notarial qaydada təsdiq edilmiş bölgü sxemi Ərazi İdarəsi tərəfindən bəhanə kimi göstərilsə də, bu tam olaraq absurd bir əsasdır. Qeyd olunan bölgü sxemi iddiaçılar tərəfindən imzalanmamışdır. İddiaçıların adına verilmiş **********02 reyestr nömrəli çxarışda torpaq sahəsinin ölçüsünün 0,036 ha kimi göstərilməsi ilə razı olmasalar da, narazılığa Ərazi İdarəsi tərəfindən əhəmiyyət verilməmişdir. Bundan sonra, iddiaçılar **********02 reyestr nömrəli çıxarışa əsasən mülkiyyətlərində olan 0,036 ha torpaq sahəsim bağışlama müqaviləsinə əsasən ailə üzvü X18 adına özgəninkiləşdirmişdir. Torpaq sahəsi hal-hazırda X18 mülkiyyətindədir. Bu gün mövcud olan vəziyyətlə əlaqədar yaranmış zərurətdən üzərində mülkiyyət hüquqları qeydiyyata alınmalı olan, lakin olunmamış yerdə qalan torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün 4 saylı Abşeron Ərazi idarəsinə müraciət etmişdir. Lakin 4 saylı Abşeron Ərazi İdarəsinin 14.04 2025-ci il tarixli, 3-21-3-32/2-V- 0015-8/2025 saylı bildiriş məktubu ilə ərizənin icrasından imtina edilmişdir.
41. Məhkəmə tərəfindən müəyyən edildi ki, hazırki iş üzrə iddiaçılara məxsus JN-1157A saylı, 30800118 kod nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”də torpağın sahəsi 0,08 ha kimi qeyd edilmişdir. 0,08 ha torpaq sahəsinin 0,04 ha hissəsi xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrində **********40 reyestr nömrəli, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış çıxarışa əsasən, X3 adına xüsusi mülkiyyət hüququ əsasında qeydə alınmışdır. 0,08 ha torpaq sahəsinin 0,036 ha hissəsi isə **********02 reyestr nömrəli çıxarış ilə X18 adına xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. İddiaçıların mövcud tələbi isə 82 kv.m torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından ibarətdir. Mübahisə predmeti olan 82 kv.m torpaq sahəsinin 0,004 ha (40 kv.m) hissəsi təsdiqlənmiş bölgü sazişində qeyd olunan bölgü eskizinə əsasən, hal-hazırda ümumi istifadədə olan yoldur. Belə ki, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025 tarixli, 2-1(118)-2790/2025 nömrəli qərardadı ilə İddiaçı2 və X18 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X35 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı xx.xx.2018-ci il tarixdə tərtib edilmiş bölgü eskizinə və onun əsasında verilmiş plan və ölçü sənədində düzəlişlərin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2025 tarixli, 2-1(105)- 371/2025 nömrəli qərarı ilə İddiaçı2 və X18 apellyasiya şikayəti təmin edilmədən, qərar isə dəyişdirilmədən saxlanılmışdır. Qərardan kassasiya şikayəti verilməmiş və qanuni qüvvəsini almışdır.
42. Yuxarıda sadalanan qanunvericiliyin normalarından göründüyü kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan sənədlərin siyahısı göstərilmişdir. Həmin siyahıda olan sənədlərdən hər hansı birinin mövcudluğu daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınmasına əsasdır. Mülkiyyət hüququnun qeydə alınması məqsədilə qeydiyyat orqanına verilən ərizəyə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində olan əsaslardan biri əlavə edilməlidir.
43. Beləliklə, müəyyən edilmişdir ki, iddiaçıların mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün qanunvericliklə müəyyən edilən əsaslardan hər hansı biri yoxdur. Bu da “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından imtinaya əsasdır.
44. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
45. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.3). Hazırki halda iddiaçı notariat qaydasında bağlanmış alqısatqı müqaviləsinə əsasən ona satılması ilə bağlı üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir.
46. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 68.1-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
NƏTİCƏVİ HİSSƏ
47. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 78-79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilmir. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
X32-Abbaszadə