Məhkəmə qərarları › İş №2-1(118)-539/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-539/2022

24.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-539/2022 24.05.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi X1 (işləməyən, ünvan 1 ünvanında yaşayan), Cavabdehin nümayəndəsi X2 (“Əkrəm Həsənov və Partnyorları” vəkil bürosunun vəkili, Bakı şəhəri, M.Seyidov küç, ev 16, mənzil 9-da yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialina qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialina qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. - İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1963-cü ildə anadan olmuşdur. O, xx.xx.1979-xx.xx.1980-ci illərdə X4 təhsil almış, xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək və xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək “Azneftximmaş” İB 2 saylı Tımir Tikinti İdarəsində çilingər, xx.xx.1985-ci il tarixdən xx.xx.2003-cü il tarixdən Sumqayıt şəhər Tramvay-Trolleybus İdarəsində və xx.xx.2003-cü il tarixdən xx.xx.2006-cı il tarixədək Sumqayıt şəhər Nəqliyyat Departamentində trolleybus sürücüsü işləmişdir. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə əlaqədar olaraq cavabdeh inzibati orqana müraciət etmişdir. Lakin ona imtina cavabı verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdi və iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək izah etdi ki, iddiaçı xx.xx.1963cü il təvəllüdlüdür, 60 yaşı hələ tamam olmamışdır. İddiaçıya 57 yaşdan pensiya təyin edilə bilməsi üçün onun xx.xx.2006-cı il tarixədək 25 il ümumi, 12 il 6 ay güzəştli iş stajı olmalı və iddiaçı kifayət qədər sığorta kapitalını toplamış olmalıdır. İddiaçı isə müvafiq şərtlərlə cavab vermir. Belə ki, onun təqdim etdiyi əmək kitabçasına əsasən həmin tarixə qədərki ümumi iş stajı 22 il 9 ay 13 gün (xx.xx.1980-xx.xx.1981, xx.xx.1981- xx.xx.1983, xx.xx.1984-xx.xx.1985, xx.xx.1985-xx.xx.2003), güzəştli iş stajı isə 4 il 2 ay 5 gündür (xx.xx.1987-xx.xx.1989, xx.xx.1989 - xx.xx.1992). Bundan əlavə iddiaçı sığorta kapitalı ilə bağlı tələbə də cavab vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 44955.79 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alman pensiya kapitalı cəmi 48001,48 manat təşkil edir. Bununla bağlı cavabdehin nümayəndəsi iddianın təmin edilməməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan : - - İddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, o, xx.xx.1963-cü il təvəllüddür. - -НЗ № ******* seriyalı hərbi biletdən görünür ki, İddiaçı 1981-1983-cü illərdə hərbi xidmətdə olmuşdur. - - İddiaçının adına açılmış ИТ№ ******* seriyalı əmək kitabçasından görünür ki, o, xx.xx.1979-xx.xx.1980-ci illərdə X4 təhsil almış, xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək və xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək “Azneftximmaş” İB 2 saylı Tımir Tikinti İdarəsində çilingər, xx.xx.1985-ci il tarixdən xx.xx.2003-cü il tarixdən Sumqayıt şəhər Tramvay-Trolleybus İdarəsində və xx.xx.2003-cü il tarixdən xx.xx.2006-cı il tarixədək Sumqayıt şəhər Nəqliyyat Departamentində trolleybus sürücüsü işləmişdir. - - Sumqayıt şəhər İcra hakimiyyəti Mənzil-kommunal Təsərrüfatı Birliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 22 saylı arayışdan görünür ki, İddiaçı xx.xx.1985xx.xx.1989,xx.xx.1989-xx.xx.1992-ci il tarixlərdə Sumqayıt Tramvay Trolleybus İdarəsində çilingər, daha sonra trolleybus sürücüsü işləmişdir. xx.xx.2006-cı il tarixdə öz təşşübüsü ilə işdən azad edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində qeyd edilir ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx.xx.1997-ci il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən, əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli Siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları»nın 2.1.8-ci bəndinə uyğun olaraq Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəıxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin Siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmiüşdür) əsasında müəyyən edilir. Məhkəmə araşdırmazı zamanı müəyyən edildi ki, İddiaçı ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasınını təyin olunmasını xahiş etmişdir. Yuxarıda göstərilən normaların məzmunundan aydın olduğu kimi iddiaçıya 57 yaşdan əmək pensiyasının təyin olunması üçün onun xx.xx.2006-cı il tarixə qədər azı 25 il ümumi, o cümlədən azı 12 il 6 ay xüsusi staja (əmək şəraiti zərərli və ağır olan digər işlərdə işləməsi) malik olması tələb olunur. Cavabdehin mövqeyinə görə iddiaçının cəmi 22 il 9 ay 13 gün (xx.xx.1980xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1983-cü il, xx.xx.1984-xx.xx.1985-ci il və xx.xx.1985xx.xx.2003-cü il tarixləri arasındakı dövrlər) və 4 il 2 ay 5 gün (xx.xx.1987-xx.xx.1989-cu il və xx.xx.1989-xx.xx.1992-ci il tarixləri arasındakı dövrlər) xüsusi stajı vardır. Hakbuki, əmək kitabçasına görə iddiaçı xx.xx.2003-cü ildə idarənin ləğv edilməsi ilə işdə azad edilsə də, elə həmin tarixdə yeni yaradılan Nəqliyyat Departamentinə torlleybus sürücüsü işinə qəbul edilmiş və həmin funkisyanı yerinə yetirmişdir. Bununla bağlı cavabdehin nümayəndəsi izah etdi ki, əmək kitabçasının həminhissəsi iddiaçı tərəfindən cavabdehə təqdim edilməmişdir. Bu səbəbdən həmin staj onun ümumi iş stajına hesablanmamışdır. İş materiallarında mövcud olan sübutlarla iddiaçının “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə minənədək, yəni xx.xx.2006-cı il tarixədək Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahı üzrə 12 il 06 ay xüsusi və 25 il ümumi əmək stajı topladığı təsdiq olunduğundan, onun qanunvericiliyin yuxarıda istinad olunmuş müddəalarına əsasən 57 yaşının tamam olduğu gündən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Həmin Siyahıya görə trolleybus sürücüsü peşəsi 23004000- 11462 şifrə altında güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququ verən peşələrə aid edilmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəf imtina məktubunda və iddia ərizəsinə etirazında iddiaçının xx.xx.1987-xx.xx.1989-cu və xx.xx.1989-xx.xx.2006-cı illərdə trolleybus sürücü işlədəiyi dövrün yalnız 4 il 2 ay 5 günlük dövrünü xüsusi staj kimi qəbul etmişdir. Cavabdehin nümayəndəsi qalan müddətin hansı səbəbdən xüsusi staj kimi qəbul edilməməsi səbəbini izah edə bilmədi. Beləliklə, məhkəmə araşdırması zamanı iddiaçının 25 il 7 aydan yuxarı ümumi, o cümlədən 16 il 7 ay xüsusi stajına malik olması öz təsdiqini tapdı. Azərbaycan Respublikası İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildir. Yuxarıda göstərilən xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli və İddiaçı 57 yaşı tamam olduğu gündəbn güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti , 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar