Məhkəmə qərarları › İş №2-1(118)-539/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-539/2023

24.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-539/2023 24.08.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı N nömrəli hərbi hissə komandirinin N aprel N22-ci il tarixli 036 əç nömrəli əmrinin ləğv edilməsi tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdaifə Nazirliyinin N saylı hərbi hissəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 550nömrəli hərbi hissə komandirinin onun barəsində çıxardığı 23 aprel N22-ci il tarixli 036əç nömrəli əmrinin ləğv olunması və ya dəyişdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək N nömrəli hərbi hissə komandirinin N aprel N22-ci il tarixli 036əç nömrəli əmrinin ləğv edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İddia tələbi onunla əsasıandırılmışdır ki, iddiaçı xx.xx.1999-cu il təvəllüdlüdür. N17- N19-cu illərdə həqiqi hərbi xidmətdə olmuş, NN-ci ilin sentyabr ayında səfərbərliklə ll Qarabağ müharibəsinə qatılmışdır. Müharibədən sonra “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur, hazırda müharibə veteranı statusunu daşıyır. xx.xx.N21-ci il tarixdən xx.xx.N21-ci il tarixədək Müdafiə Nazirliyinin tərkibində 177 saylı X3 təyin olunmuş musiqiçi ixtisası üzrə kurs keçdikdən sonra Müdafiə Nazirinini əmri ilə xx.xx.N21ci il tarixdən N saylı hərbi hissənin orkestrində musiqiçi kimi qanuni xidmətə başlamışdır. 14 ay xidmət etdikdən sonra onun xəbəri olmadan naməlum səbəblərdən xidmətdən kənarlaşdırılmışdır. Valideynlərinə bunun səbəbi sertifikatın olmaması kimi təqdim edilsə də, həqiqətə uyğun deyildir, çünki həmin sertifikat mövcuddur. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə etdi və iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəməyə ünvanladığı etiraz ərizəsində iddianın iddia müddəti pozulmaqla verildiyi üçün iddianın mümkün sayılmaması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, iddiaçı xx.xx.N22-ci il tarixdə xidmət etdiyi N saylı hərbi hissə komandirinə raportla müraciət etmiş və Azərbaycan Ordusundan ehtiyata buraxılmasını xahiş etmişdir. xx.xx.N22-ci il tarixdə iddiaçı ilə söhbətləşmə aparılmış və o, xidmət etməkdə çətinlik çəkdiyini və ehtiyata buraxılmaq istədiyini qeyd etmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.N22-ci il tarixli 036 ƏÇ nömrəli məxfi əmri ilə iddiaçı ordu sıralarından ehtiyata buraxılmış, xx.xx.N22-ci il tarixdə N nömrəli hərbi hissə komandirinin əmri ilə şəxsi heyətin siyahısından çıxarılmışdır. İddia isə xx.xx.N22-ci il tarixdə qaldırılmış, bununla da onun tərəfindən iddia müddəti buraxılmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsinə Azərbaycan Respublikası İnzibayti Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən hüquqi yardım edildikdən sonra o, vəsatətlə məhkəməyə müraciət edərək, iddia müddətinin üzürlü səbəbdən buraxılmış hesab edilərək bərpa edilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etdi. Vəsatət onunla əsaslandırılmışdr ki, o, ehtiyata buraxıldıqdan sonra müxtəlif instansiyalarına Azərbaycan Respublikası Prezidentinə, X2, Müdafiə Nazilriyinə və s.orqanlara şikayətlə müraciət etmiş, həlli mümkün olmadığına görə müvafiq iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia müddətinin bərpa edilməsinə dair vəsatət təmin edilməməli və iddia mümkün sayılmamalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan göründüyü kimi qeyd edilən iddia tələbi mübahisələndirmə haqqında iddia növünə daxildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddiaların növünə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddia da (mübahisələndirmə haqqında iddia) daxil edilmişdir. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.12-ci maddəsinə əsasən qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən bir il ərzində ləğv edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 24.4-cü maddəsinə görə təbii fəlakət və digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. «E.Həkimovun şikayəti ilə əlaqədar» 03 noyabr N08-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif faktorun mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Məhkəmə hesab edir ki, mübahisələndirilən əmrin iddiaçıya vaxtında təqdim edilməsini təsdiq edən sənəd iş materiallarına əlavə edilməsə də, N22-ci ilin aprel ayının 23-də o, artıq əmrdən xəbərdar olmuşdur. Lakin iddia ilə məhkəməyə 11 avqust N22-ci il tarixdə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının gətirdiyi dəlillər iddia müddətinin bərpa edilməsi üçün üzürlü səbəb kimi qiymətləndirilə bilməz. İddiaçı qeyd olunan əmrlə hüquqlarının məhdudlaşdırıldığını həmin vaxt artıq bildiyi halda qanunla müəyyən edilmiş müddət ərzində onun ləğvi üçün məhkəməyə müraciət etməmiş, bununla da göstərilən inzibati aktın mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. “İnzibati məhkəmə icraatında idianın mümkünlüuünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 saylı 10 aprel N15-ci il tarixli Qərarının 2.3-cü bənidnə görə məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı nümayəndəsinin idida müddətinin bərpa edilməsinə dair vəsatəti təmin edilməməli və iddia mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı N nömrəli hərbi hissə komandirinin N aprel N22-ci il tarixli 036 əç nömrəli əmrinin ləğv edilməsi tələbinə dair iddiası üzrə iddia müddətinin bərpa olunmasına dair vəsatəti təmin edilməsin. İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar