Məhkəmə qərarları › İş №2-1(118)-54/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-54/2022

09.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-54/2022 09.12.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X23 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Xaçmaz rayon Gödəkli kəndi ərazisində yerləşən X1 adına olan 0.57 ha torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi və texniki paportun tərtib olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Xaçmaz rayon Gödəkli kəndi ərazisində yerləşən X1 adına olan 0.57 ha torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi və texniki pasportun tərtib olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. X12, X17, X21, X26 və X18 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdirlər. Üçüncü şəxslər X12, X17, X21, X26 X1 ailə üzvləridir və hazırda mübahisə predmeti olan 0.57 ha torpaq sahəsinin aid olduğu JN 0390 KOD 30204028 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktında qeyd edilən 2.87 ha torpaq sahəsinin paylı mülkiyyətçiləridirlər. Həmin 2.87 ha torpaq sahəsindən 0.57 ha hissəsi isə hazırda iş üzrə icraata üçüncü şəxs kimi cəlb edilmiş X13 mülkiyyətindədir, hansıkı həmin torpaq sahəsini X18 mərhum X6 deyil, digər paylı mülkiyyətçinin torpaq payından əldə etmişdir. 2.87 ha torpaq sahəsi ilə bağlı iddiaçı tərəf ilə üçüncü şəxslərin, o cümlədən Bahadırova Səfurənin əri X7 tərəf olduğu çoxlu sayda məhkəmə mübahisələri olmuş, mahiyyəti etibarı ilə hazırkı mübahisədə həmin mülki mübahisələrin davamı kimi inzibati orqanın qanunsuz hərəkətlərindən şikayət formasında meydana çıxmışdır. İddia onunla əsaslandırılmışdır ki, Xaçmaz rayonunun Gödəkli kəndində yerləşən iddiaçının oğlu X9 ailə üzvləri ilə birlikdə Xaçmaz rayonunun Aqrar İslahat Komissiyasının 1998-ci il 24 iyun tarixli 08 nömrəli qərarı ilə Xaçmaz rayonunun Gödəkli kəndində 2.87 ha torpaq sahəsi ayrılmış və JN:158 nömrəli KOD 30204028 nömrəli dövlət aktı verilmişdir. Həmin torpaq sahəsinin 2.30 Ha torpaq sahəsinə dair X4 sənədlər əsasında JN-389 KOD 30204028 nömrəli Dövlət Aktı almış və oğlunun mülkiyyətində olan torpaq sahəsini saxta yollarla ələ keçirmişdir. Bundan sonra onların məhkəmədə qaldırdıqları iddiaya əsasən həmin X4 sənədlər əsasında almiş JN-389 KOD 30204028 nömrəli Dövlət Aktı və onun əsasinda verilmiş çıxarış ləğv olunmuşdur. Həmçinin torpağın cavabdehin qanunsuz sahibliyindən alınması barədə məhkəmə qərari çıxarılmış və icraya göndərilmiş və icra məmurunun aktı əsasında torpaq ölçülərək iddiaçıya təhvil verilmişdir. Həmin torpaq sahəsinin 0.57 ha hissəsi oqlu X24 oqluna ayrılmış pay hissəsidir. Oğlu xx.xx.2018-ci ildə vəfat etmişdir. Oğlu vəfat etməmişdən əvvəl iddiaçıya bütün əmlakina dair vəsiyyətnamə vermişdir. Oğlu rəhmətə getdikdən sonra iddiaçı notariat orqanına ərizə ilə müraciət etmiş və orda vərəsəlik işi açılmışdır. Torpağın çıxarışı olmadığından notaris iddiaçıya vərəsəlik şəhadətnaməsi verə bilmədiyini bildirmişdir. İddiaçı dəfələrlə cavabdeh idarəyə oğluna məxsus torpaqa dair çıxarışın verilməsi barədə müraciət etsə də cavabdeh hər dəfə bir bəhanə ilə ona çıxarışın və plan sxemin verilməsindən imtina etmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iştirak etmiş, iddia ərizəsinə uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, hazırkı iddia X8 torpağı ilə bağlıdır, həmin torpağın üçüncü şəxs X15 torpağına heç bir aidyyəti yoxdur. İdddiaçı vərəsəsi olduğu Daştəmirov Rəşid Balasoltan oğlunun mülkiyyət hüququnun qeydə alınması istəyir, X16 payı ilə əlaqədar iddia qldırmamışlar. Sonda iddiaçının nümayəndəsi Nümayəndə iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Xaçmaz rayon İcra Şöbəsindən daxil olmuş Xaçmaz rayon məhkəməsinin xx.xx.2006-cı il tarixli, 2-519 saylı qətnaməsi əsasında JN-158 (KOD ********) saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilən 2.87 ha torpaq sahəsinin 1.71 ha və 1.16 ha hissələrə ayrılması və həmin hissələrə yeni sənədlərin verilməsi qərara alınmışdır. Xaçmaz rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8(067)-50/2020 saylı qərardadı əsasında Xaçmaz rayon məhkəməsinin xx.xx.2006-cı il tarixli, 2-519 saylı qətnaməsinə izah verilərək JN-158 (KOD ********) saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilən 2.87 ha torpaq sahəsinin bölgü istiqaməti aparılmışdır. Müraciətdə göstərilən JN-158 KOD 30204028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda göstərilən 0.57 ha hissəsinə 5 saylı az Ərazi İdarəsinin elekton məlumat bazasında olan xəritəyə əsasən digər şəxsin adına Dövlət reyestrindən çıxarış verilmişdir. Bundan əlavə, 5 saylı Xaçmaz Ərazi İdarəsinə ünvanlanmış ərizə və ona əlavə edilmiş sənəddən Xaçmaz rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8(067)-50/2020 saylı qərardadından şikayət verildiyi bildirilmişdir. Göstərilənləri nəzərə alaraq ərizənin icrası mümkün olmamışdır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi Hüquqların dövlət qeydiyyatının aparılması qaydalarını müəyyən edir. Belə ki, Qanunun 9.1 -ci maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatının aşağıdakı qaydada aparılır: daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi),onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin qanunun 2.4-cü maddəsinə əsasən “Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir”. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X31 iştirak etmiş, iddia ərizəsinə etirazı müdafiə etmiş əlavə olaraq bildirmişdir ki, torpaq sahələri ilə bağlı uzunmüddətli məhkəmə mübahisəsi olub. Xaçmaz rayon Məkhəməsinin icra olunmamış qətnaməsi var. Bu qətnamə icra olunmadan X8 hüququnu qeydə ala bilmirlər. Məhkəmə iclasında üçüncü şəxs X13 nümayəndəsi və vəkili Vəkil iştirak etmiş iddiaya etiraz etmiş, və bildirmişdir ki, iddiaçı başqa şəxsin adına olan torpaq sahəsinə çıxarış almaq istəyir. Torpaq sahəsinin yeri müəyyən edilməmiş iddia təmin edilə bilməz. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, mahiyyəti baxımından qismən əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icras barədə iddiadır, iddiaçının X8 vərəsəsi olaraq, hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır, iddiaçı iddia qaldırmamışdan əvvəl inzibati orqana müraciət etmiş, tələbi təmin olunmamışdır iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilmir. İddianın əsaslığı ilə bağlı məhkəmə hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən qismən əsaslıdır. Beləki iş materialları ilə müəyyən edilir ki, İddiaçı Daştəmirov Rəşid Balasoltan oğlunun vərəsəsi olaraq qanun üzrə vərəsəlik haqqında şəhadətnəmə əldə etmişdir. X2 ailə üzvləri ilə birlikdə Xaçmaz rayonunun Aqrar İslahat Komissiyasının 1998-ci il 24 iyun tarixli 08 nömrəli qərarı ilə Xaçmaz rayonunun Gödəkli kəndində 2.87 ha torpaq sahəsi ayrılmış və JN:158 nömrəli KOD 30204028 nömrəli dövlət aktı verilmişdir. Daştəmirov Rəşid Balasoltan oğlu xx.xx.2018-ci ildə vəfat etmişdir. Həmin dövlət aktı üzrə Daştəmirov Rəşid Balasoltan oğlunun torpaq sahəsinin 0.57 ha hissəsinə mülkiyyət hüququ vardır, hansıkı bununla bağlı məhkəmə qərarı da mövcuddur. İdddiaçı vərəsəsi olduğu Daştəmirov Rəşid Balasoltan oğlunun mülkiyyət hüququnun qeydə alınması ilə bağlı inzibati orqana müraciət etmiş, lakin inzibati orqan imtina etmişdir. İnzibati orqan iddiaya etirazında qeyd edir ki, Xaçmaz rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8(067)-50/2020 saylı qərardadı əsasında Xaçmaz rayon məhkəməsinin xx.xx.2006-cı il tarixli, 2-519 saylı qətnaməsinə izah verilərək JN-158 (KOD ********) saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilən 2.87 ha torpaq sahəsinin bölgü istiqaməti aparılmışdır. Müraciətdə göstərilən JN-158 KOD 30204028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda göstərilən 0.57 ha hissəsinə 5 saylı az Ərazi İdarəsinin elekton məlumat bazasında olan xəritəyə əsasən digər şəxsin adına Dövlət reyestrindən çıxarış verilmişdir. Lakin cavabdeh inzibati orqan bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. Məhkəmənin sorğusuna Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi xx.xx.2021-ci il tarixli cavab məktubunda bildirmişdir ki, JN-158 KOD 30204028 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda göstərilən 0.57 ha hissəsinə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X16 adına JN- 390 KOD 30204028 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı işlənmiş, həmin torpaq sahəsi Xaçmaz rayon 1 saylı Notariat Kontorunun xx.xx.2013-cü il tarixli, 4Ə-1774 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X22 adına özgəninkiləşdirilmişdir. X28 həmin torpaq sahəsini Xaçmaz rayon 1 saylı Notariat Kontorunun xx.xx.2018-ci il tarixli, 4Ə-1492 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X13 adına özgəninkiləşdirmiş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən X13 adına xx.xx.2018-ci il tarixli, RX ******* seriyalı, **********68 reyestr nömrəli çıxarış işlənmişdir. Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 08 nömrəli qərarı əsasında ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X14 və ailə üzvlərinin adına 2.87 ha torpaq sahəsinə dair JN-158 KOD 30204028 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı işlənmiş, həmin qərar ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilməmişdir. Məhkəmənin sorğusuna Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi xx.xx.2021-ci il tarixli cavab məktubunda bildirmişdir ki, Daştəmirov Rəşid Balasoltan oğlu və ailə üzvlərinin adına olan Xaçmaz rayonu, Gödəkli kəndində yerləşən JN-158 KOD 30204028 nömrəli 'Torpağa mülkiyyət hüququ dair Dövlət aktı” nda göstərilən 2.87 ha torpaq sahəsinin 0.57 ha torpaq sahəsinə Xaçmaz rayon AİK-ın xx.xx.1998-ci il tarixli, 08 saylı və Qusar rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli, 2- 1154a saylı qətnaməsinə əsasən X16 adına JN-390 KOD 30204028 nömrəli “Torpağa mülkiyyət hüququ dair Dövlət aktı”, 2.30 ha torpaq sahəsinə isə Qusar rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli, 2-1154a saylı qətnaməsinə əsasən X7 adına JN-389 KOD 30204028 nömrəli ‘Torpağa mülkiyyət hüququ dair Dövlət aktı” işlənmişdir.X10 adına olan 2.30 ha torpaq sahəsinə verilmiş JN-389 KOD 30204028 nömrəli “Torpağa mülkiyyət hüququ dair Dövlət aktı” na dövlət reyestrindən xx.xx.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********59 reyesütr nömrəli çıxarış işlənmiş, lakin həmin çıxarış Xaçmaz rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(067)-1985/16 nömrəli qətnaməsinə əsasən ləğv edilmişdir.Bundan əlavə, X26 adına olan 0.57 ha torpaq sahəsinə verilmiş JN-390 KOD 30204028 nömrəli “Torpağa mülkiyyət hüququ dair Dövlət aktı” Xaçmaz rayon 1 saylı Notariat Kontorunun xx.xx.2013-cü il tarixli, 4Ə-1774 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X22 adına özgəninkiləşdirilmiş və dövlət reyestrindən əsasən X22 adınaxx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********68 reyestr nömrəli çıxarış işlənmişdir.X28 həmin torpaq sahəsini Xaçmaz rayon 1 saylı Notariat Kontorunun xx.xx.2018-ci il tarixli, 4Ə-1492 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X13 adına özgəninkiləşdirmiş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi təəfindən X13 adına xx.xx.2018-ci il tarixli, RX ******* seriyalı, **********68 reyestr nömrəli çıxarış işlənmişdir. Göründüyü kimi inzibati orqan özü qeyd edir ki, X10 adına olan 2.30 ha torpaq sahəsinə verilmiş JN-389 KOD 30204028 nömrəli “Torpağa mülkiyyət hüququ dair Dövlət aktı” na dövlət reyestrindən xx.xx.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********59 reyestr nömrəli çıxarış işlənmiş, lakin həmin çıxarış Xaçmaz rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(067)-1985/16 nömrəli qətnaməsinə əsasən ləğv edilmişdir. Eyni zamanda məhkəmə araşdırması zamanı müəyyən olundu ki, hazırda mübahisə predmeti olan torpaq sahəsi ilə bağlı məhkəmə mübahisəsi olmuş, məhkəmə qərarı ilə Daştəmirov Rəşid Balasoltan oğluna mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsində hüquqlarını həyata keçirmək üçün X27 tərəfindən yaradılan maneələrə son qoyulması, Xaçmaz rayon, Gödəkli kəndində yerləşən və mülkiyyət hüququ ilə Daştəmirov Rəşid Balasoltan oğluna məxsus olan 0.57 ha torpaq sahəsi X19 qanunsuz sahibliyindən alınaraq Daştəmirov Rəşid Balasoltan oğluna verilməsi qət edilmiş, Sumqayıt Apelyasiya Məhkəmsinin Mülki Kollegiyasının 2(105)-81/2019 saylı, 24 iyul 2019-cu il tarixli Qətnaməsi ilə Xaçmaz rayon Məhkəməsinin 17 oktyabr 2017-ci il tarixli, 2 (067)- 4435/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi dövlət aktına əsasən Daştəmirov Rəşid Balasoltan oğluna məxsus olan 0.57 ha torpaq sahəsinin olması işin mübahisə olunmayan halıdır. Lakin işin araşdırılan hallarından görsənir ki, həmin torpaq sahəsi faktiki olaraq mərhum Daştəmirov Rəşid Balasoltan oğlunun vərəsəsi olan hazırkı iş üzrə iddiaçının faktiki istifadəsində deyil, həmin torpaq sahəsinin X19 qanunsuz sahibliyindən alınması ilə bağlı icra olunmamış məhkəmə qərarı var və həmin qərarın icrası zamanı icraya nəzarət formasında çoxlu sayda məhkəmə mübahisələri olmuş və hazırdada davam edir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, yuxarıda qeyd edilən 0.57 ha torpaq sahəsinin X19 qanunsuz sahibliyindən alınaraq Daştəmirov Rəşid Balasoltan oğluna verilməsi ilə bağlı məhkəmə qərarının icrası zamanı Xaçmaz rayon Məhkəməsinin 8(067)-25/2022 saylı qərardadı ilə icrası mümkün olmayan icra sənədinin məhkəməyə qaytarılması barədə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin 01 sentyabr 2021-ci il tarixli qərarından X5 tərəfindən verilmiş şikayət ərizəsi təmin edilməmişdir. Xaçmaz rayon Məhkəməsinin 23 may 2022-ci il tarixli, 8(067)-25/2022 saylı qərardadı ilə Xaçmaz rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(067)-25/2022 saylı qərardadından tələbkar X3 nümayəndəsi Nümayəndə şikayəti təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 iyun 2022-ci il tarixli, 8(105)-88/2022 saylı qərardadı ilə Xaçmaz rayon Məhkəməsinin 8(067)-25/2022 saylı 13 may 2022-ci il və 23 may 2022-ci il tarixli qərardadları ləğv edilmiş, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(067)-4435/2017 nömrəli icra sənədi üzrə icrası mümkün olmayan icra sənədinin məhkəməyə qaytarılması barədə Xaçmaz rayon İcra və probasiya şöbəsinin icra məmuru Vidadi Dadaşovun xx.xx.2021-ci il tarixli qərarı ləğv edilmiş, icra tədbirlərinin davam etdirilməsi üçün Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(067)-4435/2017 nömrəli icra sənədi Xaçmaz rayon İcra və probasiya şöbəsinə qaytarılması üçün iş birinci instansiya məhkəməsinə göndərilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfin faktiki istifadəsində torpaq sahəsi olmadığı üçün inzibati orqan tərəfindən həmin torpaq sahəsinə plan ölçü sənədinin verilməsi mümkün deyil və iddia həmin hissədə əsaslı hesab edilə bilməz. Lakin Xaçmaz rayon Gödəkli kəndi ərazisində yerləşən X1 adına olan 0.57 ha torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini istisna edəcək bir hal mövcud deyil. X1 0.57 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ yuxarıda qeydedilən dövlət aktı və məhkəmə qərarı ilə öz təsdiqini tapmışdır. Eyni zamanda qüvvəyə minmiş məhkəmə qərarlarından və inzibati orqanın təqdim etdiyi sənədlərdən görsənir ki, hazırkı işdə mübahisə predmeti olan torpaq sahəsi üçüncü şəxs X13 mülkiyyətində olan topaq sahələri başqa-başqa torpaq sahələridir. Məhkəmə hesab edir ki, X1 0.57 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun hazırda qüvvədə olan qaydalara uyğun olaraq dövlət qeydiyyata alınmaması iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. İddiaçı həmin torpaq sahəsi ilə bağlı hüquqları vərəsəlik qaydasında öz adına keçirmək niyyətindədir. Məhkəmə hesab edir ki, həmin torpaq sahəsinin X19 qanunsuz sahibliyindən alınması ilə bağlı məhkəmə qərarının icra olunması həmin torpaq sahəsinə plan ölçü sənədinin verilməsi üçün əsas yarada bilər. Həmin məhkəmə qərarının icra olunmaması isə müvafiq plan ölçü sənədinin veriməsini istisna edir. Lakin bu hal yuxarıda qeyd edilən dövlət aktı ilə mülkiyyət hüququ tanınan X1 mülkiyyət hüququnun hazırda qüvvədə olan qaydalara uyğun olaraq dövlət reystrində qeydə alınmanı istisna etmir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 4.1-ci maddəsinin tələbinə görə 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrıayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Cavabdeh inzibati orqan əsasız imtina edərək iddiaçının yuxarıda qeyd edilən qanunla qorunan gözlənilən mülkiyyət hüququnun əldə edilməsinin qarşısını alaraq, onun hüquqlarını pozmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli və Xaçmaz rayon Gödəkli kəndi ərazisində yerləşən X1 adına olan 0.57 ha torpaq sahəsinə dair plan ölçü sənədi verilmədən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Xaçmaz rayon Gödəkli kəndi ərazisində yerləşən X1 adına olan 0.57 ha torpaq sahəsinə dair həmin şəxsin adına plan-ölçü sənədi verilmədən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar