Məhkəmə qərarları › İş №2-1(118)-540/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-540/2020

20.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-540/2020 20.10.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibat iMəhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X11 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə qarşı “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X15 üçüncü şəxs X2 mülkiyyətinə Quba rayonu Birinci Nügədi kəndi ərazisindən 0,09 ha torpaq sahəsinin verilməsinə dair xx.xx.2009-cu il tarixli ********** nömrəli qeydiyyatın aparılması ilə bağlı hərəkətləri qanunsuz hesab edilməsi və həmin qeydiyyatın nəticələrini, yəni X2 adına verilmiş xx xxxxx 2009-cu il tarixli, qeydiyyat nömrəsi ********** olan seriya MH ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın ləğv edilməsinə” dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı X2 adına verilmiş xx xxxxx 2009-cu il tarixli, qeydiyyat nömrəsi ********** olan seriya MH ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın ləğv edilməsi üçün cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdehin xx xxxxxx 2019-cu il tarixli, **********14 saylı məktubu ilə iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 1993-cü il tarixli, 266 saylı qərarı ilə Quba rayonu Nügədi meyvəçilik sovxozuna ayrılmış 20,54 ha torpaq sahəsindən 0,06 ha həyatyanı torpaq sahəsi iddiaçı Xıdırova (Salahova) Nailə Qəhrəman qızına ayrılaraq ona təhkim edilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialının verdiyi xx.xx.2016-cı il tarixli, 316 nömrəli arxiv arayışına əsasən, Quba rayon icra Hakimiyyəti Başçısının X17 Ərazi Vahidi üzrə nümayəndəliyinin 1991-1995, 1996-2000-ci illərə aid təsərrüfatbaşına kitablarında Salahova (Xıdırova) Nailə Qəhrəman qızının təsərrüfat başçısı olub, onun şəxsi mülkiyyətində, istifadəsində 1994-cü ildən 0,06 ha həyatyanı torpaq sahəsi, o cümlədən tikili altında 0,01 ha torpaq olduğu qeyd edilmişdir. Həmin nümayəndəliyin 2001-2005, 2006-2010-cü illərə aid təsərrüfatbaşına kitablarında Salahova (Xıdırova) Nailə Qəhrəman qızının təsərrüfat başçısı olub, onun xüsusi mülkiyyətində, istifadəsində 0,28 ha torpaq sahəsi, o cümlədən 0,22 ha pay torpağı, 0,06 həyatyanı torpaq sahəsi və tikili altında 0,01 ha torpaq sahəsi olduğu göstərilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialının verdiyi xx.xx.2016-cı il tarixli, 315 nömrəli arxiv çıxarışından görünür ki, Nügədi meyvaçilik sovxozu üzrə 02 iyul 1993-cü il tarixli, 73 nömrəli əmrdə Salahova (Xıdırova) Nailə Qəhrəman qızına 0,06 ha torpaq sahəsi ayrıldığı qeyd olunmuşdur. Quba rayonu Birinci Nügədi bələdiyyəsinin xx xxxxxxx 2016-cı il tarixli, 115 nömrəli arayışından görünür ki, Salahova (Xıdırova) Nailə Qəhrəman qızına məxsus O 06 ha hayatyanı torpag sahəsinə dair DTXK və X12 təqdim etdiyi xx xxx 2005-ci il tarixli, JN-523F saylı şəhadətnamədə Salahova (Xıdırova) Nailə Qəhrəman qızının adı göstərilmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 03 aprel 2009-cu il tarixli, 89/2 nömrəli məktubundan görünür ki, Quba rayonu, Birinci Nügədi kənd sakini X9 və onun ailə üvlərinin mülkiyyətində olan 0,08 ha həyatyanı torpaq sahəsinə JN-455E saylı xx xxx 2005-ci il tarixli, 0,09 ha torpaq sahəsinə isə yalnız X2 adına JN-523F saylı, 12 avqust 2005-ci il tarixli torpağa mülkiyyət hüququna dair şəhadətnamələr verilmişdir. Kadastr siyahısında JN-523F saylı şəhadətnamədə Salahova (Xıdırova) Nailə Qəhrəman qızının adı qeyd olunmuşdur. Qeyd olunanlardan göründüyü kimi 3-cü şəxs Rizvan Salahovun mülkiyyətinə 2 müxtəlif ərazidən həyətyanı torpaq sahəsi verilmiş, iddiaçı Salahova (Xıdırova) Nailə isə ona verilmiş 0,06 ha. həyətyanı torpaq sahəsindən məhrum olmuşdur. Tərəflər arasında mövcud olan hazırki mübahisə üzrə qəbul edilmiş məhkəmə qərarları ilə təsdiq edilir ki, 3-cü şəxsin adına Dövlət Reyestrindən Çıxarış verilmiş 0,09 ha torpaq sahəsi əslində iddiaçıya məxsus olan 0,06 ha torpaq sahəsidir, lakin sadəcə olaraq ölçüsü 0,03 ha artıq göstərilmişdir. Müəyyən olunduğu kimi 0,09 ha torpaq sahəsinə dair JN 523 F saylı 12 avqust 2005-ci il tarixli torpağa mülkiyyət hüququna dair şəhadətnamə verilmiş, lakin kadastr siyahısında JN- 523F saylı şəhadətnamədə X3 adı qeyd olunmuşdur. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin X23nə ünvanladığı xx xxxxx 2009cu il tarixli məktubunda, kadastr sıyahısında Nailə Salahovanın adının göstərilməsinin guya texniki səhv olduğunu göstərmişdir. Halbuki, bu faktın kadastr siyahısında texniki səhv kimi göstərilməsi mümkun deyildır. Həmin məktubdan məlum olur ki, qeyd olunan torpaq sahəsinə dair 12 avqust 2005-ci il tarixdə Nailə Salahovanın adına mülkiyyət hüququ haqqında şahadətnamə verilmiş, lakin xx xxxxx 2009-cu il tarixli məktubda bunun texniki səhv olmasının göstərilməsi səbəbindən, 0,09 ha olçudə torpaq sahəsinin ona ayrılması üçün heç bir əsas olmamasına baxmayaraq həmin torpaq sahəsinə dair qanunsuz olaraq Rizvan Salahovun adına xx xxxxx 2009-cu il tarixlı qeydiyyat nömrasi **********olan seriya MH ******* nömrali hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilmişdir. Həmin çıxarışa əsasən Quba rayonu Birinci Nügədi kəndində mülkiyyətində olan 0,09 ha. torpaq sahəsində yerləşən 1 martəbəli, 3 otaqlı, 53,6 kv.m. yaşayış, 61,50 kv.m. köməkçi sahədən ibarat fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Salahov Rizvan Qəhrəman oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində 5 nömrali reyestr kitabının 133 nömrəli vərəqində qeydə alınmışdır. Quba rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(027)-2443/2016 saylı qətnaməsi ilə (hakim E.Əhmdov) iddiaçı X4 cavabdeh X5 və müstəqil tələb irəli sürməyən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X14rşı JN 523F KOD 30319018 saylı şəhadətnamənin və **********7610301 reyestr nömrəli, xx.xx.2009-cu il tarixli Çıxarışının etibarsiz hesab edilməsi, JN-3xx xxx 30319018 nömrali dövlət aktına əsasən, Quba rayonu X8 1999-cü il 23 mart tarixli, 07 saylı qərarı ilə X6 Quba rayonu Birinci Nügədi kəndi ərazisindən kand təsərrüfatı məhsullarının istehsalı məqsədilə verilmiş 0.22 ha torpaq sahasindən çıxarılması və torpaq sahəsinin boşaldılaraq iddiaçıya geri qaytarılması taləbinə dair iddia tələbi qismən təmin edilmiş, cavabdeh X21 oğlunun torpağa mülkiyyat hüququna dair JN-3xx xxx 30319018 nömrali dövlət aktına əsasən, Quba rayonu X8 1999-cü il 23 mart tarixli, 07 saylı qərarı ilə X7 Quba rayonu Birinci Nügədi kəndi ərazisindən kənd təsərrüfatı mahsullarının istehsalı məqsədilə verilmiş 0,22 ha torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin boşaldılaraq iddiaçıya geri qaytarılması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. X1 Mülki Kolllegiyasının 2(105)-2048/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Quba rayon Məhkəməsinin 2(027)-2443/2016 saylı, xx xxxxxx 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 352/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qərarı ilə (hakimlər 1.Xələfov, Q.Allahverdiyev, a.Şadiyev) iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2048/2017 saylı, 29 avqust 2017-ci il tarixli qətnaməsi cavabdehin 0,06 ha həyətyanı torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin boşaldılaraq geri qaytarılması, cavabdehin adına verilmiş şəhadətnamənin, dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi tələbinin rədd olunmasına dair hissədə ləğv edilmiş və iş həmin hissadə yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1641/2018 saylı xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayati təmin edilməyərək, Quba rayon Məhkəməsinin xx xxxxxx 2016-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mürki Kollegiyasının 2(102)- 6959/18 saylı, xx xxxxxxx 2018-ci il tarixli qərarı ilə İddiaçı qızının kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə xx xxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin Mülki Kollegiyası apellyasiya instansiyası məhkəməsinin belə bir mövqeyi ilə razılaşmışdır ki, İddiaçı mübahisəli torpaq sahəsinə dair ehtimal olunan hüquqları lazımi qaydada dövlət qeydiyyatına alınmadığından hazırki halda onun belə bir iddia ilə çıxış etməsi üçün əsaslar yaranmamışdır. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçı Xıdırova (Salahova) Nailə Qəhraman qızının, 3-cü şəxs Salahov Rizvan Qəhrəman oğlunun adına verilmiş dövlət reyestrindən çıxarışın ləğvi və 0.06 ha torpaq sahəsinin dövlət qeydiyyatına alınması və torpaq sahəsinin planı və ölçüsünün hazırlanmasına dair cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi idarəsinə etdiyi müraciətə həmin idarə verdiyi xx.xx.2019-cu il tarixli **********14 saylı cavab məktubunda göstərmişdir ki, ərizədə qeyd olunan X2 adına verilmiş Quba rayonu Birinci Nügədi kəndində yerləşən daşınmaz əmlaka dair xx.xx.2009-cu il tarixli, ********** qeydiyyat nömrali dövlət reyestrindən çıxarış "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə müəyyən edilmiş hüquqların dövlət qeydiyyatına əsas olan hüquqmüəyyənedici sənədlər əsasında hazırlanmışdır və həmin daşınmaz əmlak ilə bağlı olan mübahisənin həlli Əmlak Məsələləri Dövlət Kəmitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi idarəsinin səlahiyyətiərinə aid deyildir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azerbaycan Respublikası Qanununun 2.3-cü maddəsina əsasan Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisəlandirilə bilər. Həmin qanunun 2.4-cü maddəsinə əsasan "Hüqüqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir". "Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 9 1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. Daha sonra həmin imtina məktubu ilə iddiaçıya bildirilmişdir ki, yuxarıda qeyd olunanları nəzərə alaraq ərizənizin icrası mümkün olmamışdır və müraciatinizdə geyd olunan məsələnin həlli ilə bağlı aiaiyyatı üzrə məhkəməyə müraciət etmayiniz məqsədəmüvafiqdir. İmtina məktubu iddiaçıya xx xxxxxx 2019-cu ildə rəsmi qaydada təqdim edilmişir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azarbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz amlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının" təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 nõmreli Fərmanının 2.3-cü bəndinə əsasan, kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin arazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (va ya) onların yerləşdiyi torpaq sahalərinə dair təsərrüfatbaşına kitablardan çıxarışlar qeydiyyat üçün əsas hesab edilir. Həmin Fərmanın 2 və 2.5.-ci bəndlərinə asasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları ittifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra "Daşınmaz əmlakın dövlat reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və diəer təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair, yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi baredə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor va s.) əmri qeydiyyat üçün əsas hesab edilir. Göstərilənlərə əsasən, Quba rayonu Nügədi meyvəçilik sovxozu üzrə 02 iyul 1993-cü il tarixli, 73 nömrəli əmrə əsasən Salahova (Xıdırova) Nailə Qəhrəman qızına ayrılmış 0,06 ha torpaq sahasinə olan hüquqları lazımi qaydada dövlət qeydiyyatına alınmalı və ona bu baradə çıxarış verilməli idi. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasan har kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mūlkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən digər əmlaka hüquqlar, bu hüquqların mülkiyyət hüququ məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habela daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Göstərilən Məcəllənin 139-1.1 və 139-1.1.1-ci maddələrinə əsasan qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz amlakın özgəninkiləşdirlməsinə icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz amlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdınimasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qeyd olunan Məcəllənin 146.1 və 146.2-ci maddəlarinə əsasən daşınmaz amlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında tasdiq edildiyi andan əmələ gəlir (məhkamə qərarı və ya digar qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Daşınmaz əmlak üzərində sərəncam vermak hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Sözügedən Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat veməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 7-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nazərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. İstinad olunan hüquq nomalarının dispozisiyasından göründüyü kimi qanunverici torpaq sahəsi üzərində hüquqların yaranmasını onun müvafiq qaydada qeydiyyata alınması ilə şərtləndirir. Bu normaların mənasına görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Göstərilən hüquq normalarını daha geniş təsvir edən Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur və onların fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Qeyd edilən hüquq nomalarına görə mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsina əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiasinə təminat verilir. Həmin maddənin İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayat edə bilər. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikasının xx xxxx 1996-cı il tarixli 155-İQ saylı Qanununun 8-ci maddəsinə əsasən xüsusi mülkiyyətdə olan torpaqlara dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, torpaqların alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin bağlanması, habelə torpaqların hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında üzərində fiziki və hüquqi şəxslərin xüsusi mülkiyyət hüququ yaranmış torpaq sahələri aiddir. Qeyd olunan Qanunun 9-cu maddəsinə əsasən Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edir. İddiaçı və onun vəkili Vəkil hazırlıq icraatı ilə bağlı məhkəmə iclaslarında iştirak etmiş, iddinı müdafiyə etmişlər, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında isə iştirak etməmişlər. Cavabdeh iddiaya etirazında qeyd edir ki, X2 adına verilmiş Quba rayonu Birinci Nügədi kəndində yerləşən daşınmaz əmlaka dair xx.xx.2009-cu il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə müəyyən edilmiş hüquqların dövlət qeydiyyatına əsas olan hüquqmüəyyənedici sənədler əsasında hazırlanmışdır və həmin daşınmaz əmlakla bağlı olan mübahisənin həlli Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azerbaycan Respublikası Qanununun 2.3-cü maddesine əsasən Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Hemin qanunun 2.4-cü maddəsinə əsasən "Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir". Cavabdeh bildirir ki, "Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında" Azərbaycan Respublikası qanununun 9.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ərizənin və ərizəyə əlavə olunan senədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında senədin qəbul edilməsi əsasında aparılır. İddia ərizəsində qeyd edilən X2 adına verilmiş Quba rayonu Birinci Nügədi kəndində yerləşən daşınmaz əmlaka dair xx.xx.2009-cu il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən JN-523 KOD 30319018 saylı "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə", RİH-nin evin tikintisinə icazə verilməsi barədə sərəncamı, RİH-nin tikinti və memarlıq şöbəsi tərəfindən təsdiqlənmiş layihə və tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi barədə qəbul edilməsi barədə qəbul komissiyasının aktı əsasında hazırlanmışdır. Cavabdeh qeyd edir ki, həmin çıxarış "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə nəzərdə tutulmuş torpaq sahəsinin və fərdi yaşayış evinin hüquqi statusunu müəyyən edən, hüquqların dövlət qeydiyyatına əsas olan hüquqmüəyyənedici sənədlər əsasında verilmişdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş edirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Üçüncü şəxs X9 iddia ərizəsinə etirazında qeyd edir ki, ləğv edilməsi xahiş edilmiş Quba rayonu İ Nügədi kəndi ərazisində olan 0,09 ha torpaq sahəsi xx xxxxx 2009-cu il tarixli, qeydiyyat nömrəsi ********** olan Seriya MH ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla üçüncü şəxsin mülkiyyətindədir. Həmin çıxarışın ləğv edilməsi onun Azərbaycan Respublikası Konstitusiyası ilə nəzərdə tutulmuş mülkiyyət hüququnun pozulmasına səbəb olacaqdır. Quba Rayon Məhkəməsinin 2(027)-2443/2016 nömrəli, xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh X16 olunun torpağa mülkiyyət hüququna dair JN-3xx xxx 30319018 nömrəli dövlət aktına əsasən, Quba rayonu X8 1999-cü il 23 mart tarixli, 07 saylı qərarı ilə X7 Quba rayonu İ Nügədi kəndi ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə verilmiş 0,22 ha torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin boşaldılaraq iddiaçıya geri qaytarılması qət edilmiş, iddianın qalan hissədə təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2048/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Quba Rayon Məhkəməsinin 2(027)-2443/2016 saylı, xx xxxxxx 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 352/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)- 048/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsi cavabdehin 0,06 ha həyətyanı torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin boşaldılaraq geri qaytarılması, cavabdehin adına verilmiş şəhadətnamənin, dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi tələbinin rədd olunmasına dair hissədə ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1641/201805 1 2018-ci tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməyərək, Quba Rayon Məhkəməsinin xx xxxxxx 2016-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-6559/2018 nömrəli, 29 oktyabr 2018-ci il tarixli qərarına əsasən Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə xx xxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, X5 məxsus çıxarış ləğv edilməmişdir. İddiaçı tərəfindən mübahisələndirilən torpaq sahəsi 1990-ci illərdən əvvəl X5 məxsusdur. O, həmin torpaq sahəsində fərdi yaşayış evi tikərək oradaya yaşayır. iddiaçı üçün ata yurdunda 0,06 ha torpaq sahəsi qalmış, istənilən vaxt həmin torpaq sahəsinə mülkiyyət hüququnu əldə edə bilər. Qeyd ediləmlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişdir, məhkəmə üçüncü şəxsin iştirakı olmadan işə baxılmsını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Məhkəmə qeyd edir ki, X2 adına verilmiş Quba rayonu Birinci Nügədi kəndində yerləşən daşınmaz əmlaka dair xx.xx.2009-cu il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış hüquqmüəyyənedici sənədlər əsasında hazırlanmışdır və həmin daşınmaz əmlakla bağlı olan mübahisənin həlli cavabdehin səlahiyyətlərinə aid deyildir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azerbaycan Respublikası Qanununun 2.3-cü maddesine əsasən Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Hemin qanunun 2.4-cü maddəsinə əsasən "Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir". Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Məhkəmə araşdırması zamanı DƏDRX 5 saylı X23 tərəfindən X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış MH ******* seriyalı çıxarışın və həmin çıxarışın verilməsinə əsas olmuş sənədlərin təsdiqlənmiş surətləri məhkəməyə təqdim edilmişdir. Mübahisələndirilən çıxarış JN-523 F KOD 30319018 "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə", Quba rayon İcra Hakimiyyəti Başçısının fərdi yaşayış evinin tikintisinə icazə verilməsi barədə sərəncamı, Quba rayon İcra Hakimiyyətinin tikinti və memarlıq şöbəsi tərəfindən təsdiqlənmiş layihə və istismara qəbula aktı əsasında hazırlanmışdır. Məhkəməmə araşdırması zamanı müəyyən edilmişdir ki, hazırkı işdə mübahisələndirilən mülkiyyət sənədi əvvəldə başqa məhkəmədə mübahisələndirilmişdir. Quba rayon Məhkəməsinin 2(027)2443/2016 saylı, xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh X5 və üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə qarşı torpaq sahəsinin boşaldılıb özgəsinin qanunsuz sahibliyindən geri qaytarılması, şəhatnamənin və çıxarışının etibarsız hesab edilməsinə dair iddia tələbinin qismən təmin edilməsi, cavabdeh X2 Torpağa Mülkiyyət hüququna dair JN-336 nömrəli KOD 30319018 nömrəli dövlət aktına əsasən Quba rayonu X8 1999-cü il 23 mart tarixli 07 saylı qərarı ilə X7 Quba rayonu İ Nügədi kəndində ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə verilmiş 0,22 ha torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin boşaldılaraq iddiaçıya geri qaytarılması, iddiaçı X3 cavabdeh X5 qarşı JN 523F KOD 30319018 saylı şəhatnamənin və **********7610301 reyestr nömrəli, xx.xx.2009-cu il tarixli çıxarışının etibarsız hesab edilməsi tələbinə dair hissəsinin təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2048/2017 saylı xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə Quba rayon məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-352/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli Qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)- 048/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsi cavabdehin 0,06 ha həyətyanı torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin boşaldılaraq geri qaytarılması, cavabdehin adına verilmiş şəhadətnamənin, dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi tələbinin rədd olunmasına dair hissədə ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1641/201805 1 2018-ci tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməyərək, Quba Rayon Məhkəməsinin xx xxxxxx 2016-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-6559/2018 nömrəli, 29 oktyabr 2018-ci il tarixli qərarına əsasən Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə xx xxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, X5 məxsus mülkiyyətə dair çıxarış əvvəldə mübahisələndirilmiş və iddia həmin hissədə təmin edilməmişdir. Hal-hazırda iddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X15 üçüncü şəxs X2 mülkiyyətinə Quba rayonu Birinci Nügədi kəndi ərazisindən 0,09 ha torpaq sahəsinin verilməsinə dair xx.xx.2009-cu il tarixli ********** nömrəli qeydiyyatın aparılması ilə bağlı hərəkətləri qanunsuz hesab edilməsi və həmin qeydiyyatın nəticələrini, yəni X2 adına verilmiş xx xxxxx 2009-cu il tarixli, qeydiyyat nömrəsi ********** olan seriya MH ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın ləğv edilməsini istəyir. Lakin yuxarıda qeyd edildiyi kimi bu mübahisə ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun A.Kərimov və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının x xxxx 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxx 2020-ci il tarixli qərarında aşağıdakılar qeyd olunur. Məhkəmə qərarının preyudisiallığı prinsipi də qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərini özündə ehtiva edir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı). Hüquqi müəyyənlik prinsipi baxımından eyni predmet üzrə qanuni qüvvəyə minmiş fərqli məhkəmə qərarlarının olması nəticədə məhkəmə aktlarının icrası prosesini mümkünsüz və səmərəsiz edir (Konstitusiya Məhkəməsi Plenumunun “X13” Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə 2020-ci il 14 fevral tarixli Qərarı) Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, inzibati orqanın imtinası əsaslı olmuşdur və iddia təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68,69,73,75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 2 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar