Məhkəmə qərarları › İş №2-1(118)-541/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-541/2023

17.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-541/2023 17.01.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Ramiz qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 (DSMF publik hüquqi şəxsinin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialında mütəxəssis işləyən, Bakı şəhəri, B.Nuriyev küçəsi ev 79 mənzil 90-da yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə öhdəliyin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1955-ci il tarixdə anadan olmuşdur. xx.xx.1972-ci il tarixdə keçmiş Quba rayonu Telman adına sovxoza işə daxil olaraq əmək fəaliyyətinə başlamışdır. xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək hərbi xidmətdə olmuşdur. Daha sonra isə əmək fəaliyyətini 20 iyun 2012-ci il tarixə kimi müxtəlif təşkilatlarda davam etmişdir. İşlədiyi dövrlərin əmək kitabçasında qeyd edilmədiyi və 25 il sığorta stajının olmadığını əsas gətirərək Dövlət Sosial Müdafiə Fondu ona yaşa görə əmək pensiyası deyil, xx.xx.2020-ci il tarixdən sosial müavinət təyin etmişdir. Onun əmək kitabçasında və hərbi biletində qeyd edilmiş məlumatlara əsasən 19 il 10 ay sığorta stajı vardır. Bundan başqa O, xx.xx.2010-cu il tarixdən 20 iyun 2012-ci ilədək "xxxx"MMC-də fəhlə işləmiş və həmin təşkilatdan DSMF-yə onun adına sosial ödənişlər edilmişdir, lakin cavabdeh təşkilat heç bir araşdırma aparmadan ona yaşa görə əmək pensiyası təyin etməkdən imtina etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilməsinə baxnayaraq məhkmə iclasına gəlməmişdirş məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə etmiş və iddia ərizəsinin dəlillərinə uyğun uzahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi G.Hüseynova iddianı qəbul etmədi və izah etdi ki, iddiaçının əmək kitabçası və hərbi biletinin surətinə əsasən sosial sığorta stajı 21 il 02 ay təşkil edir. İddiaçı 1972-ci il tarixdən 2021-ci il tarixədək işlədiyini iddia etməsinə baxmayaraq 02636551 nömrəli əmək kitabçasına əsasən, xx.xx.1994-cü ildə 58/k nömrəli əmrlə işdən azad olunduğu və xx.xx.2019-cu ildə 64 nömrəli əmrlə işə qəbul olunduğu qeyd olunmuşdur. Yəni, İddiaçı əmək kitabçasında 1994-cü il tarixdən 2019-cu il tarixədək əmək fəaliyyətini təsdiq edən qeyd yoxdur.Həmçinin fərdi hesabın sığorta hissəsində 2019-cu il may ayından etibarən 2020-ci ilin avqust ayınadək məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi müəyyən olunmuşdur.Belə ki, xx.xx.2006-cı il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 19 il 10 ay sığorta stajına uyğun olaraq 16127.08 manat, xx.xx.2019-cu tarixdən xx.xx.2020-ci il tarixədək 1949,07 manat pensiya kapitalı vardır.Göründüyü kimi, tələb olunan 25 il sosial sığorta stajına qarşı iddiaçının 21 il 02 ay sosial sığorta stajı olduğundan həmin müddətə uyğun hesablanan pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. Belə olan halda İddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunması üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən və bu maddədə göstərilən sığorta stajı olmadığından iddia tələbi təmin edilə bilməz. İş materiallarında olan : - İddiaçıya məxsus şəxsiyyət vəsiqəsindən görünür ki , o, xx.xx.1955-ci il təvəllüddür. -İddiaçının adına açılmış ИТ-№0263651 seriyalı əmək kitabçasından görünür ki, o, xx.xx.1972-xx.xx.1974-cü illərdə və xx.xx.1976-xx.xx.1982-ci illərdə Telman adına sovxozda, xx.xx.1983-xx.xx.1985-ci illərədə “Kerqezskiy“ KSM-də, xx.xx.1985-xx.xx.1986cı illərdə Telman adına sovxozda,16,06.1986-xx.xx.1987-ci illərdə Təsərrüfatlararası kökəltmə kompleksinin 2 nömrəli bitkiçilik briqadasında, xx.xx.1987-xx.xx.1989-cu illərdə Telman adına sovxozda, xx.xx.1990-xx.xx.1992-ci illərdə “Karvansaray” mexanikləşdirilmiş daş karxanasında, xx.xx.1992-xx.xx.1992-ci illərdə “Vulkan” inşaat materialları kombinatında, xx.xx.1992-xx.xx.1993-cü illərdə “Karvansaray” mexanikləşdirilmiş daş karxanasında, xx.xx.1993-xx.xx.1993-cü illərdə Bakı Yol Dəmir yol stansiyasında, xx.xx.1993-xx.xx.1994-cü illərdə TMK 5 nömrəli sahədə, xx.xx.2019-xx.xx.2020-ci illərdə və xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə Qobustan Milli Tarixi Bədii qoruğunda işləmişdir. - НЗ № 306778 seriyalı hərbi biletdən görünür ki, İddiaçı xx.xx.1974-xx.xx.1976-cı il tarixlərdə hərbi xidmətdə olmuşdur. Məhkəmənin sorğusuna əsasən Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli sorğuya cavab məkubundan görünür ki, Əmlak Məsələləri Dövlət Xidmətinin arxivində "xxxx" MMC barədə hər hansı məlumat aşkar edilmədi. - Məhkəmənin sorğusuna əsasən bbbbbbbbbLokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli sorğuya cavab məkubundan görünür ki, xx.xx.2022-ci il tarixə olan uçot məlumatlarına əsasən “İCN Kompani" MMC vergi orqanında qeydiyyata alınmamışdır. - Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Milli Arxiv İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli sorğuya cavab məkubundan görünür ki, sorğuda qeyd olunan "xxxx" MMC-nin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Göstərilən Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin “Qeyd” hissəsində göstərilmişdir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunvericiliyin normasından göründüyü kimi yaşa görə əmək pensiyasının təyin edilməsi üçün göstərilən yaşa çatmaq və azı 25 il sığorta stajına malik olmaq tələb olunur. Məhkəmə araşdırması zamanı iddiaçı iş vəsiqəsini təqdim edərək 2010-2012-ci illərdə "xxxx" MMC-də işlədiyini və məcburi dövlət sosial sığorta haqqını ödədiyini bildirmişdir. Məhkəmə bu hakın yoxlanılması üçün müvafiq orqanlara, o cümlədən vergi orqanına, Milli Arxivə sorğular verərək həmin müəssisə barədə məlumat əldə etməyə cəhd etmişdir. Lakin həmin MMC barəsində hər hansı məlumat əldə etmək mümkün olmamışdır. İddiaçının təqdim etdiyi iş vəsiqəsi iddiaçının iddia etdiyi dövrün sosial sığorta stajına daxil edilməsi üçün əsas deyildir. Məhkəmə hesab edir ki, göstərilən müəssisələrdə işləməsi barədə iddiaçının əmək kitabşasında və hərbi biletində əks olunan qeydlərə görə onun tələb olunan 25 illik sosial sığorta stajı tamamlanmadığı üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsinə dair iddia tələbi təmin olunmamalıdır. Məhkəmə qeyd edir ki, iddiaçının arzuladığı aktın qəbulundan caabdehin imtinası normativ hüquqi aktlara əsaslandığı üçün qanunazidd olmamış və iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Belə olan halda imtinası mahiyyətcə qüvvədə olan maddi hüquq normalarının tələblərinə cavab verən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyula, bu tələbi ehtiva edən iddia isə təmin oluna bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən (Sumqayıt Məhkəmə Kompleksi) Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar