Məhkəmə qərarları › İş №2-1(118)-542/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-542/2020

03.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-542/2020 03.06.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nun Qusar rayon şöbəsinin ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün təqdim etdiyi arxiv arayışında göstərilmiş dövrlərin əmək kitabçasında qeyd edilmədiyi üçün sığorta stajına daxil edilməsindən imtina edilməsinin qeyri qanuni hesab edilərək, 23.02.1982-ci ildən-03.10.1982-ci ilə kimi “Bakı Balıq Soyuducu Donanma” İdarəsində matros işində işlədiyi dövr onun sığorta stajına daxil edilməklə ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdehin üzərinə öhdəliyin qoyulması tələbinə” dair iddiasınaməhkəmənin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı xx.xx.1964-cü ildə Qusar rayonun Düztahir kəndində anadan olmuş və halhazırda Qusar şəhəri İlizarov küçəsi 130 saylı evdə yaşayır. İş fəaliyyətinə 23.02.1982- ci ildən başlamış, 28.10.1982-ci ildən 01.10.1994-cü ilə kimi müxtəlif dövrlərdə müxtəlifişlərdə işləmiş və işləməyi barədə əmək kitabçamda da qeyd edilərək təsdiq edilmişdir. Lakin, 23.02.1982- ci il tarixdən 03.10.1982-ci il tarixədək “Bakı Balıq Soyuducu Donanma” İdarəsində işlədiyi dövr əmək kitabçasında qeyd edilməmişdir. Belə ki, onun həmin 23.02.1982-ci ildən 03.10.1982-ci il tarixədək işləməyi barədə "xxxx" ASC-nin Arxivi tərəfindən verilmiş arayışda qeyd edilmişdir. Bu yaxınlarda o, Cavabdehnə əlilliyə görə əmək pensiyasının təyin edilməsi ilə əlaqədar müraciət etmiş lakin, orada ona 23.02.1982ci ildən 04.08.1982-ci ilə kimi BOD “Viçeqda” gəmisində matros və 04.08.1982- ci ildən 03.10.1982-ci ilədək RTS “Qusar” gəmisində matros işlədiyi dövr əmək kitabçasında qeyd edilmədiyi üçün həmin dövr iş stajına daxil edilməsi mümkünolmadığını bildirdilər.Hesab edir ki, onun həmin dövrlərə aid sığorta stajı məhkəmə qaydasında müəyyən olunmalı və onun yuxarıda qeyd etdiyi dövrlərdə işləməyi həmin dövrlər onun ümumi iş stajına daxil edilməli və ona əlilliyə görə əmək pensiyası təyin edilməlidir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştrak edən iddiaçı eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF Qusar rayon şöbəsinin rəhbərliyi vətəndaş Qusar şəhəri, İlizarov küçəsi 130 saylı evin sakini İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF Qusar rayon şöbəsinə qarşı onun 23.02.1982-ci ildən 03.10.1982-ci ilə kimi “Bakı Balıq Soyuducu Donanma” İdarəsində matros işlədiyi müddət sosial sığorta stajına daxil edilməklə əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulmasına dair idda ərizəsi ilə əlaqədar olaraq bildirir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1.1 bəndinə əsasən Qanunun qüvvəyə mindiyi günədək sığrtaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Odur ki, vətəndaş İddiaçı 23.02.1982-ci ildən 03.10.1982-ci ilə kimi “Bakı Balıq Soyuducu Donanma” İdarəsində matros işləməsi barədə "xxxx" ASC-nin Arxivi tərəfindən verilmiş arayışda göstərilən dövr əmək kitabçasında qeyd edilmədiyi üçün həmin dövrləri sığorta stajına daxil etmək qeyri mümkündür.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklilər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa əsasən 2017- ci il iyulun 1-dək əlilliyə görə əmək pensiyası hüququ olan pensiyaçıların pensiyası, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 12.1 maddəsinə əsasən əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir.Odur ki, vətəndaş İddiaçı əmək pensiyası hüququ 13.04.2017- ci il tarixdən yarandığı üçün ona əmək pensiyasının təyin edilməsi üçün 12 il 8 ay sığorta stajı tələb olunur. Lakin, onun şöbəyə təqdim etdiyi iş stajları barədə əmək kitabçasında 01.01.2006-cı il tarixədək işləməsi barədə qeyd edilmiş dövrlər və 01.01.2006-cı il tarixdən sonra işləyərək qazandığı sığorta stajı ona əmək pensiyasının təyin edilməsi üçün hüquq yaratmır. Belə ki, vətəndaş İddiaçı 23.02.1982-ci ildən 03.10.1982-ci ilədək işlədiyi müddət sosial sığorta stajına daxil edilərsə onun əlilliyə görə əmək pensiyası almaq hüququna malik olacaqdır. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştrak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahaat verərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəməyə icraat materialları təqdim edilmişdir. Həmin sənədlərə: İddiaçının şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiqlənmiş surəti, əlillik kağızı, arayışlar, əmək kitabçasının surəti, cavabdehin imtina məktubu, etirazı və Bakı Hövsan Beynalxalq Dəniz Limanın 17 mart 2020-ci il tarixli 01/13 saylı məktubu daxildir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər bir vətəndaşın sosial təminat konstitusiya hüququ onun qanunla müəyyən edilmiş hallarda və məbləğdə pensiya almaq hüququnu da nəzərdə tutur. Bu mənada, pensiya təminatı sosial təminat hüququnun mühüm tərkib hissəsi kimi çıxış edir və Azərbaycan Respublikasının qoşulduğu bir sıra beynəlxalq-hüquqi aktlarda da öz əksini tapmışdır. Qeyd edilən konstitusion müddəadan çıxış etməklə Azərbaycan Respublikasının qanunvericiliyi sosial təminat hüququnun əldə edilməsi və həyata keçirilməsi qaydalarını müəyyənləşdirmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklilər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa əsasən 2017- ci il iyulun 1-dək əlilliyə görə əmək pensiyası hüququ olan pensiyaçıların pensiyası, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 12.1 maddəsinə əsasən əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İş materiallarından görünür ki, iddiaçıya Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi TSEK tərəfindən verilən məlumat vərəqindən görünür ki, İddiaçı 13.04.2017-ci il tarixdən ikinci dərəcəli əlillik dərəcəsi almışdır. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iş stajının əmək kitabçasına əsasən hesablanmalı olmasını səbəb gətirərək "xxxx" ASC-nin Arxivinin 28 dekabr 2016-cı il tarixli, 01/105 saylı arxiv arayışında qeyd olunan dövrləri nəzərə almaması qanuna uyğun deyildir. Belə ki, həmin arayışda iddiaçının 23.02.1982-ci ildən 04.08.1982-ci ilə kimi BOD “Viçeqda” gəmisində matros və 04.08.1982- ci ildən 04.10.1982-ci ilədək RTS “Qusar” gəmisində matros işləməsi öz təsdiqini tapmışdır. Vətəndaşın iş stajının müəyyən olunmasında müvafiq arayışın nəzərə alınmamasını məhkəmə yuxarıda qeyd olunan konstitusion hüququn pozulması kimi qiymətləndirir və bu qənaətə gəlir ki, həmin arayışda qeyd olunan dövrlər iddiaçıya əlilliyə görə əmək pensiyasının hesablanması zamanı sosial sığorta stajı kimi nəzərə alınmalıdır. Bundan başqa cavabdehin etirazından görünür ki, iddiaçıya 23.02.1982-ci ildən 03.10.1982-ci ilədək işlədiyi müddət sosial sığorta stajına daxil edilərsə onun əlilliyə görə əmək pensiyası almaq hüququna malik olacaqdır qeydi vardır.Bu hal "xxxx" ASC-nin Arxiv arayışında öz təsdiqini tapmışdır. Ancaq cavabdeh inzibati orqan əsassız olaraq həmin dövrlərin iddiaçının sosial sığorta stajı kimi nəzərə alınmasından imtina etmişdir. İş materiallarından görünür ki, iddiaçının əmək kitabçasında və "xxxx" ASC-nin Arxiv arayışında qeyd edilən dövrlər iddiaçının sosial sığorta stajı kimi nəzərə alınanda onun əlilliyə görə pensiya hüququ yaranır. Bu hal tərəflər arasında da mübahisə olunmur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassızdır və iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68,69,73,75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəməqərara aldı: İddia təmin edilsin. "xxxx" ASC-nin Arxivinin 28 dekabr 2016-cı il tarixli, 01/105 saylı saylı arxiv arayışında qeyd edilən dövrlər sosial sığorta stajı kimi nəzərə alınmaqla, İddiaçı 27.12.2019-cu il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar