Məhkəmə qərarları › İş №2-1(118)-542/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-542/2021

19.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-542/2021 19.05.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X2 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı və onun nümayəndəsi və vəkili XN iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “İddiaçı “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı ona “Müharibə Veteranı” adı və vəsiqəsinin verilməsi ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmişdir. Həmin orqan iddiaçının müraciəti təmin edilməmiş, iddiaçı narazı qalaraq, məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxx N967-ci il tariixdə Qobustan rayonunun Sündü kəndində anadan olmuşdur. 25 oktyabr N985-ci il tarixdən 09 noyabr N987-ci il tarixədək keçmiş sovetlər ordusunda əsgəri xidmət etmiş, ehtiyata buraxılmışdır. Qarabağ uğrunda gedən döyüşlərlə bağlı hərbi səfərbərlik əsasında iddiaçı ehtiyatda olan əsgər kimi N993-cü ilin dekabr ayının əvvəllərində, Qobustan rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmış, Perekeşkül şəxsi heyətin qəbulu və hazırlığı məntəqəsinə göndərilmişdir. Həmin məntəqədə N aya yaxın müddət ərzindəhərbi təlim və hazırlıq keçdikdən sonra 0N.0N.N994-cü il tarixdə hərbi xidmətini davam etdirmək üçün Tərtər rayonu ərazisində ermənilərə qarşı döyüş əməliyyatları aparan N saylı hərbi hissəyə göndərilmiş, N saylı hərbi hissə komandirinin N yanvar N994-cü il tarixli, N №li əmrilə hərbi hissədə 4cü MAT-un siyahısına və bütün növ təminatlara daxil edilmişdir. N saylı hərbi hissə komandirinin N yanvar N994-cü il taeixli N7№li əmrinə əsasən hərbi hissənin “Mühəndis istehkam bölüyü”-də “Kəşfiyyatçı” vəzifəsinə təyin olunmuşdur. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən hərbi əməliyyatlarda döyüş tapşırığını yerinə yetirərəkən yanında mina partlaması nəticəsində aldığı qəlpə yarasından ağır yaralanmış, “Odlu silah yaralanması nəticəsində alt çənənin yerdəyişmiş, dağılmış sınığı” diaqnozu ilə N7.04.N994-cü il tarixdən 08.06.N994-cü il tarixə qədər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının N434 saylı, 28.09.20N8-ci il tarixli Qərarında qeyd edilmişdir: Şamaxı RHK tərəfindən 04.0N.N994-cü ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən N4.04.N994-cü ildə aldığı və N7.04.N994cü ildən 08.06.N994-cü ilə kimi Azərbaycan Respublikası Hərbi Klinik Hospitalında müayinə və müalicə olunduğu yaralanma diaqnozu “Odlu silah yaralanması nəticəsində alt çənənin yerdəyişmiş, dağılmış sınığı” və NN.N2.N995-ci ildə MN Mərkəzi Hərbi Poliklinikasının hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilən zaman təyin edilmiş yaralanmanın nəticəsi-diaqnozu “Alt çənənin konsolidasiya olunmuş sınığı, funksiyanın pozulması ilə Sol ayaqda, Sol budun orta N/3-də odlu qəlpə yaralanmasından (N4.04.N994) sonrakı bərkimiş çapığı, C3 fəqərə səviyyəsində yumuşaq toxumada yad cisim (metal qəlpə 06x06 sm)” (Azərbaycan Respublikası SHXDÇDX-nin Qobustan rayon bölməsinin N4.04.20N8-ci il tarixli, 600 nömrəli göndərişi, N4.04.20N8-ci il tarixli 45 nömrəli arayışı, SQ BKH-dan verilmiş N2.09.20N8-ci il tarixli 53N4 nömrəli arayışı, MN Mərkəzi Hərbi Polikilinikası tərəfindən verilmiş NN.N2.N995-ci il tarixli, N775 nömrəli arayışı, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir). “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı almışdır”. Aldığı qəlpə yarasının ağırlığından uzun müddət müalicədə olduğuna görə Müdafiə Nazirinin 278 saylı əmrinə əsasən, N saylı hərbi hissə komandirinin N noyabr N994-cü il tarixli, NN0 №li əmrilə şəxsi heyətin siyahısından çıxarılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında aldığı müalicədən sonrakı müddətdə, ambulator müalicəni davam etdirsə də, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Qobustan Rayon Hərbi Komissarlığı yanında Hərbi Həkim Komissiyası tərəfindən N0.N0.N995-ci il tarixdə ona Sülh dövründə hərbi xidmətə yararsızdır, Müharibə dövründə məhdud yararlıdır diaqnozu qoyulmuş və həmçinin, ona əlillik dərəcəsinin təyin olunması üçün Qobustan rayon Hərbi Komissarlığı tərəfindən 3N.N0.N995-ci il və N4.NN.N995-ci il tarixdə “Təcili Çağırış” vərəqələri də göndərilmişdir. Qarabağ uğrunda gedən döyüşlər dayandırılaraq N2 may N994-cü il tarixdə atəşkəs elan olunduğu vaxtdan sonrakı Sülh dövrü olduğundan və həmçinin, iddiaçıya qoyulmuş diaqnoza əsasən sülh dövründə hərbi xidmətə yararsız sayıldığından o bir daha hərbi xidmətini davam etdirmək üçün hərbi hissəyə geri qayıtmamışdır. Döyüş tapşırığını yerinə yetirərkən yaralanmanın nəticəsi olaraq sol budunun sınığı və boyun nahiyəsində daşıdığı, çıxarılması mümkün olmayan 06x06 sm ölçüdəki qəlpədən kəskin əziyyətlər çəkdiyindən, ilin soyuq aylarına dözülməz ağrılara məruz qaldığından Qobustan RMX-nın N0.N0.20N8-ci il tarixli, 03/346 saylı Göndərişi ilə müayinə və müalicə olunmaq üçün Bakı şəhərində yerləşən Respublika Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna göndərilmişdir ki, həmin səbəbdən də mütəmadi olaraq müalicə və müayinəsini davam etdirmək üçün Bakı şəhərində, müxtəlif ünvanlarda, qohum əqrəba evində yaşamaq məcburiyyətində qalmışdır. Yuxarıda şərh etdiklərini nəzərə alaraq, iddiaçıya müharibə veteranı adının və müvafiq vəsiqəsinin verilməsi ilə bağlı ilkin olaraq 20N6-cı ilin noyabr ayında Müdafiə Nazirliyi aparatı nəzdində Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üçün komissiyaya müraciət etmişdir. Həmin Komissiyanın 27.02.20N7-ci il tarixli məktubu ilə “Yaralanma haqqında sənədlərinin və əgər varsa əlillik vəsiqəsinin surətinin komissiyaya göndərməsi iddiaçıdan xahiş edilmişdir”. Lakin döyüş zamanı aldığı yaralanmanın nəticəsi olaraq səhhətinin günbəgün və kəskin pisləşməsi səbəbindən o zaman iddiaçı həmin sənədləri vaxtında toplayıb komissiyaya göndərə bilməmişdir. Həmin və digər sənədləri də toplayıb, 30 avqust 20N9-cu il tarixdə komissiyay müraciət etdiyi zaman isə komissiyanın 02.NN.20N9-cu il tarixli məktubu ilə iddiaçıya bildirilmişdir ki, “Mərkəzi Arxivin N8.N0.20N9-cu il tarixli, 9/2-N5940 nömrəli arayışında N2.N2.N992-ci ildən Şamaxı rayonu tərəfindən iddiaçının hərbi xidmətə çağırılmağı və 04.0N.N994-cü il tarixədək hərbi xidməti barədə məlumat olmadığına görə ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məqsədə uyğun deyildir”. İddiaçının ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası SHXDÇDX-nin Qobustan Bölməsinin 20 avqust 20N9-cu il tarixli Arayışından, Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin N8.N0.20N9-cu il tarixli arayışından və digər sənədlərdən də göründüyü kimi iddiaçı heç də N2.N2.N992-ci il tarixdə Şamaxı rayon HK tərəfindən hərbi xidmətə çağırılmış, 04.0N.N994-cü il tarixədək deyil, Qarabağ uğrunda gedən döyüşlərlə bağlı hərbi səfərbərlik əsasında ehtiyatda olan əsgər kimi N993-cü ilin dekabr ayında Qobustan rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmış, ilk öncə Perekeşkül şəxsi heyətin qəbulu və hazırlığı məntəqəsinə, oradan isə 0N.0N.N994-cü il tarixdə hərbi xidmətini davam etdirmək üçün Tərtər rayonu ərazisində, ermənilərə qarşı döyüş əməliyyatları aparan N saylı hərbi hissəyə göndərilmişdir ki, N saylı hərbi hissə komandirinin N yanvar N994-cü il tarixli, N №li əmrilə hərbi hissədə 4-cü MAT-un siyahısına və bütün növ təminatlarına daxil edilməklə, N saylı hərbi hissə komandirinin N yanvar N994-cü il tarixli, N7 №li əmrinə əsasən “Mühəndis-istehkam bölüyü”-də və “Kəşfiyyatçı” vəzifəsinə təyin olunmuşdur. Uzun müddət müalicədə olduğuna görə Müdafiə Nazirinin 278 saylı əmrinə və N saylı hərbi hissə komandirinin N noyabr N994-cü il tarixli, NN0 №li əmrinə əsasən şəxsi heyətin siyahısından çıxarılmağı Mərkəzi Arxivin N8.N0.20N9-cu il tarixli arayışında da bir daha öz təsdiqini tapdığı halda komissiyanın 02.NN.20N9-cu il tarixli məktubu ilə “Mərkəzi Arxivin N8.N0.20N9-cu il tarixli, 9/2-N5940 nömrəli arayışında N2.N2.N992-ci ildən Şamaxı rayonu tərəfindən hərbi xidmətə çağırılması, 04.0N.N994-cü il tarixədək hərbi xidməti barədə məlumat olmadığına görə iddiaçıya “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi məqsədə uyğun olmamışdır” deyə iddiaçının müraciətinə imtina edilmişdir. İddiaçının hərbi xidmətə çağırılıb, Perekeşkül şəxsi heyətinin qəbulu və hazırlığı məntəqəsinə, oradan isə N saylı hərbi hissəyə göndərilməsi, N saylı saylı hərbi hissə komadirinin N yanvar N994-cü il tarixli ,N №li əmrilə iddiaçı hərbi hissədə 4-cü MAT-un siyahısına və bütün növ təminatlara daxil edilib, N saylı hərbi hissə komandirinin N yanvar N994-cü il tarixli, N7 №li əmrinə əsasən “Mühəndis istehkam bölüyü-də “Kəşfiyyatçı” vəzifəsinə təyin olunmağı, həmçinin, hərbi xidmət zamanı aldığı qəlpə yarasının ağırlığından uzun müddət müalicədə olduğuna görə Müdafiə Nazirinin 278 saylı əmrinə, N saylı hərbi hissə komandirinin N noyabr N994-cü il tarixli NN0 №li əmrilə şəxsi heyətin siyahısından çıxarılmağı barədə məlumatlar Mərkəzi Arxivin N8.N0.20N9-cu il tarixli arayışında öz əksini tapdığı halda, qanunsuz olaraq komissiya tərəfindən iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsi məqsədəuyğun hesab edilməmişdir. İddiaçıya “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi barədə Müdafiə Nazirliyi aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya tərəfindən ünvanlanmış sonuncu ərizəyə də komissiya tərəfindən əvvəlki imtinaya istinad edilərək 04.NN.2020-ci il tarixli məktubla təkrarən əsassız olaraq imtina edilmişdir. İddiaçı hesab edir ki, şərh etdikləri məhkəmə tərəfindən nəzərə alınmalı və ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməlidir. Məhkəmə iclasında iddiaçı və onun nümayəndəsi və vəkili X3 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək təmin edilməsini məhkəmədən xahiş etmişlər. Cavabdeh iddiaya etirazında qeyd edir ki, iddiaçı Komissiya məktubunu mübahisələndirmişdir. İmtina məktubunda göstərilmişdir ki, arxiv arayışına əsasən N2.N2.N992-ci ildən Şamaxı rayonu tərəfindən hərbi xidmətə çağırılması və 04.0N.N994cü il tarixədək hərbi xidməti barədə məlumat olmadığından ona Müharibə veteranı adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. İddiaçı N2.N2.N992-ci ildən hərbi xidmətə çağırıldığı halda, (həmin müddət ərzində harada xidmət etməsi və həmin müddət ərzində (N2.N2.92-04.0N.94) özbaşına tərk etmə hadisəsi olub-olmaması barədə məlumat olmadığından) 04.0N.N994-cü il tarixdə (Pirəküşkül şəxsi heyətin qəbulu və hazırlıq məntəqəsindən xidmətini davam etdirmək üçün gəlmiş) N nömrəli hərbi hissənin siyahısına daxil edilmişdir. İddiaçı Şamaxı rayon Hərbi Komissarlığı tərəfindən çağırılmadığını yazsa da onun təqdim etdiyi sənədlərdə (28.09.20N8-ci il tarixli qərar) həmin komissarlıqdan çağırıldığı göstərilmişdir, İddiaçı nə əvvəllər baxılmış inzibati işlərə (2-N(085)-2039/20N9-2-N(NN8)- 4N6/2020), nə hazırki məhkəmə işinə hərbi biletini təqdim etməmişdir. Həmçinin iddiaçı özü aprel N994-cü il tarixdə yaralanmasını qeyd etsə də, NN.N2.N995-ci il tarixli arayışda N4.04.N995-ci ildə yaralanması göstərilmiş, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Qobustan rayon şöbəsinin 20.08.20N9-cu il tarixli, Mərkəzi Arxivin N8.N0.20N9-cu il tarixli arayışlarında onun N nömrəli hərbi hissə komandirinin aprel N995-ci il tarixli nizami hissə üzrə əmrlərində və yaralanmanın qeydiyyatı kitablarında onun barədə məlumat aşkar olunmadığı göstərilmişdir. “Müharibə veteranı” adının verilməsi üçün şəxsin hərbi hissədə xidmət etməsi kifayət etmir, xidmətdə olduğu dövr ərzində özbaşına tərk etmə hadisəsinin olmaması da şərtdir. Çünki Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.N995-ci il tarixli 2N6 №li qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə “Qeyd” hissəsi əlavə olunmuşdur. Həmin qeydə əsasən, Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istinsa olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissənin və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə “Müharibə veteranı” adı verilə bilməz. Azərbaycan Respublikası Milli Məclisinin N7.N0.N997-ci il tarixli, 383-İ QR Qərarın 9-cu bəndinə əsasən “... Qərarın qanuni mindiyi günədək hərbi hissədən, qulluq yerindən özbaşına getmiş, fərarilik etmiş şəxslər hərbi uçota qəbul edilməli, onların xidmət müddətləri Azərbaycan Respublikasının Silahlı qüvvələrində xidmət müddətinə hesablanmalıdır”. Həmin qərarda göstərilmişdir ki, ... törətdikləri cinayətlərə dair təhqiqat və istintaq edilən bütün işlərin və məhkəmələr tərəfindən baxılmamış işlərin icraatına xitam verilsin, materiallar üzrə isə cinayət işlərinin başlanması rədd edilsin. Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyanın 27.02.20N7-ci il tarixli, N/Q-N8NN №li məktubunda İddiaçı əlillik vəsiqəsinin olduğu halda komissiyaya göndərməsi tövsiyə olunmuşdur. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclası cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobustan rayon Bölməsinin 20 avqust 20N9-cu il tarixli, 36 saylı Arayışında qeyd edilir ki, İddiaçı N nömrəli hərbi hissə komandirinin N yanvar N994-cü il tarixli N №li əmrində (əsas: səh. 3 qeyd: atasının adı Mənsur yazılmışdır, rütbəsi və vəzifəsi yazılmamışdır.) Perekeşkül şəxsi heyətin qəbulu və hazırlığı məntəqəsindən gəlmiş İddiaçı 4 MAT-ın şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilməsi barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin N yanvar N994-cü il tarixli N7 Ns-li əmrində (əsas: səh: 28, sıra N. qeyd: atasının adı Mənsur yazılmışdır) sıravi İddiaçı mühəndisistehkam bölüyündə “kəşfiyyatçı" vəzifəsinə təyin olunması barədə məlumat vardır. N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: kitab: 0N.0N.N995-N6.04 N995: səh-N5, sıra 8N7; qeyd: atasının adı Mənsur yazılmışdır) Şamaxı RHK-dan çağırılmış İddiaçı uzun müddət müalicədə olduğuna görə Müdafiə Nazirinin 278 saylı əmrinə əsasən N nömrəli hərbi hissə komandirinin 07.NN.N994-cü il tarixli NN0 Ns-li əmrilə şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat vardır. N nömrəli hərbi hissənin “Yaralananların qeydiyyatı" kitablarında və komandirin aprel N995-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı yaralanması barədə məlumat aşkar olunmamışdır. Bildirirlər ki, N nömrəli hərbi hissə komanairinin 07.NN.N994-cü il tarixli NN0 nömrəli əmri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Əsas: MN-nin İşlər idarəsi Mərkəzi Arxivinin 3N.07.20N8-ci il tarixli 9/2-NN767 nömrəli məktubu. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin N8.N0.20N9-cu il tarixli, 9N2/N5940 saylı arayışında qeyd edilmişdir ki, Piriküşkül şəxsi heyətin qəbulu və hazırlıq məntəqəsindən xidmətini davam etdirmək üçün gəlmiş İddiaçı Mənsur oğlu N №-li hərbi hissə komandirinin N yanvar N994-cü il tarixli N Ns-li əmrilə (əsas: yoxlama əmri: səh 3, əmrdə atasının adı Mənsur yazılmışdır, hərbi rütbəsi və vəzifəsi göstərilməyib) 4-cü MAT-un siyahısına və bütün növ təminatlarına daxil edilmişdir. N №-li hərbi hissə komandirinin N yanvar N994-cü il tarixli N7 №-li əmrilə sıravi İddiaçı Mənsur oğlu (əsas: § 4, səh 28, əmrdə atasının adı Mənsur yazılmışdır) mühəndisistehkam bölüyündə kəşfiyyatçı vəzifəsinə təyin olunmuşdur. N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: əlifba kitabı: “Q”, sıra 8N7, səh N6, məlumatda hərbi hissəyə daxil olunması barədə qeydiyyat aparılmamışdır, atasının adı Mənsur yazılmışdır) N967-ci il təvəllüdlü İddiaçı Mənsur oğlunun N2.N2.N992-ci il tarixdən Şamaxı RHK-dan çağırılması və uzun müddət müalicədə olduğuna görə Azərbaycan Respublikası Müdafiə Nazirinin 278 Ns-li əmrinə əsasən komandirin 07.NN.N994-cü il tarixli NN0 Ns-li əmrilə şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat vardır. Qeyd edirlər ki, N №-li hərbi hissə komandirinin aprel N995-ci il tarixli nizami hissə üzrə əmrlərində və yaralananların qeydiyyatı kitablarında İddiaçı xidməti və yaralanması barədə məlumat aşkar olunmamışdır. Bildirirlər ki, N №-li hərbi hissə komandirinin 07.NN.N994-cü il tarixli NN0 №-li əmri Mərkəzi Arxivə daxil olmamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 28.09.20N8-ci il tarixli, N434 saylı Qərarına əsasən, Şamaxı RHK tərəfindən 04.0N,N994cü ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən N4.04.N994-cü ildə aldığı və N7.04.N994-cü ildən 08.06.N994-cü ilə kimi MN Mərkəzi Hərbi Klinik Hospitalında müayinə və müalicə olunduğu yaralanma - diaqnoz: “Odlu silah yaralanması nəticəsində alt çənənin yerdəyişmiş, dağılmış sınığı və NN.N2.N995-ci ildə MN Mərkəzi Hərbi Poliklinikasının hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilən zamanı təyin ediimiş yaralanmanın nəticəsi - diaqnoz: “Alt çənənin konsolidasiya olunmuş sınığı, funksiyanın pozulmaması ilə. Sol ayaqda, sol budun orta N/3-də odlu qəlpə yaralanmasından (N4.04.N994) sonrakı bərkimiş çapığı, C3 fəqərə səviyyəsində yumşaq toxumada yad cisim (metal qəlpə 0.6x0,6sm)” (Azərbaycan Respublikası SHXÇDX-nin Qobustan rayon bölməsinin N4.08.20N8-ci il tarixli 600 nömrəli göndərişi, N4.08.20N8-ci ii tarixli 45 nömrəli arayışı, SQ BKH-dan verilmiş N2.09.20N8-ci il tarixli 53N4 nömrəli arayışı, MN Mərkəzi Hərbi Poliklinikası tərəfindən verilmiş NN.N2.N995-ci il tarixli N775 nömrəli arayışı, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR”. Əsaslandırma hissəsi: Məhkəmə hesab edir ki, iddia mümkün iddia olsada, əsaslı deyil və təmin edilməməlidir. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, ona “Müharibə Veteranı” adı və vəsiqəsinin verilməsi ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmişdir. Həmin orqan tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. İddia öhdəliyin icrası hesab olunduğu və iddiaçının cavabdeh inzibati orqana müraciəti olduğu üçün, məhkəmə hesab edir ki, iddiaya mahiyəti üzrə baxılmalıdır. İddianın əsaslılığı ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar; Həmin Qanunun 7-ci maddəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnaməyə əsasən N99N-ci il oktyabrın 9-dan N994-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara N0 may N994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara — müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 20N8-ci il tarixli, 422 №li qərarına əsasən “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin qeyd hissəsində göstərilmişdir ki, həmin maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Qeyd edilən normaların tələbindən göründüyü kimi, müharibə veteranı adı verilməsi üçün hərbi biletdə göstərilən məlumatlar hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə təsdiq edilməli, hərbi qulluqçu qanuni əsaslarla hərbi xidmətdən təxris olunmalıdır. Lakin hazırki işdə iş materiallarında olan sənədlərdə iddiaçının N saylı hərbi hissənin tərkibində döyüş bölgəsində olması öz əksini tapsa da, onun qanuni əsalarla ordu sıralarından təxris olunması müəyyən olunmur. Bundan əlavə məhkəmə qeyd edir ki, iş materiallarından da göründüyü kimi iddiaçı hərbi travma almışdır. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 28.09.20N8-ci il tarixli, N434 saylı Qərarına əsasən, Şamaxı RHK tərəfindən 04.0N,N994-cü ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən N4.04.N994-cü ildə aldığı və N7.04.N994-cü ildən 08.06.N994-cü ilə kimi MN Mərkəzi Hərbi Klinik Hospitalında müayinə və müalicə olunduğu yaralanma diaqnoz: “Odlu silah yaralanması nəticəsində alt çənənin yerdəyişmiş, dağılmış sınığı və NN.N2.N995-ci ildə MN Mərkəzi Hərbi Poliklinikasının hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilən zamanı təyin ediimiş yaralanmanın nəticəsi - diaqnoz: "Alt çənənin konsolidasiya olunmuş sınığı, funksiyanın pozulmaması ilə. Sol ayaqda, sol budun orta N/3-də odlu qəlpə yaralanmasından (N4.04.N994) sonrakı bərkimiş çapığı, C3 fəqərə səviyyəsində yumşaq toxumada yad cisim (metal qəlpə 0.6x0,6sm)” (Azərbaycan Respublikası SHXÇDX-nin Qobustan rayon bölməsinin N4.08.20N8-ci il tarixli 600 nömrəli göndərişi, N4.08.20N8-ci ii tarixli 45 nömrəli arayışı, SQ BKH-dan verilmiş N2.09.20N8-ci il tarixli 53N4 nömrəli arayışı, MN Mərkəzi Hərbi Poliklinikası tərəfindən verilmiş NN.N2.N995-ci il tarixli N775 nömrəli arayışı, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR”. Lakin iddiaçının əlilliyi müəyyən olunmamış, bu əsaslarla və ya digər qanuni əsaslarla ordu sıralarından təxris olunmamışdır. Bu isə inzibati orqanın imtinası üçün əsas təkil edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.N və NN0-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 2 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar