Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-5428/2024 19.11.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iş üzrə (Açar sözlər: müharibə veteranı adı və vəsiqəsinin verilməsi) GİRİŞ HİSSƏ Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə N noyabr 2024-cü il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İş materiallarında olan iddiaçı tərəfindən təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:
1. 25 oktyabr N85-ci il tarixli, НЗ seriyalı, ******* nömrəli İddiaçı məxsus “Hərbi bileti”;
2. İddiaçı məxsus AA seriyalı, 134048 saylı məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Dövlətqaçqınkomun 3 may 2006-cı il tarixli qərarına əsasən ona məcburi köçkün vəsiqəsi verilmişdir.
3. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 1 mart 2021-ci il tarixli, 73 nömrəli qərarından görünür ki, Zəngilan RHK tərəfindən N92-ci ildə hərbi xidmətə çağırılmış, Füzuli Hərbi Prokurorluğu tərəfindən barəsində cinayət işinin icraatına 30 iyun 2005-ci il tarixdə xitam verilmiş, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən N93-cü ilin yanvar ayında aldığı və N yanvar N93-cü il tarixdən 16 yanvar N93-cü ilə kimi Bakı ş. 3 nömrəli Şəhər Klinik Xəstəxanasında müayinə və müalicə olunduğu travma-diaqnoz: “Qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi. Kontuziya” və 1N yanvar 2018-ci il tarixdə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X2 canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələri-diaqnoz: “Odlu silah mərmi partlamasından sonrakı başın təpə nahiyəsində bir ədəd, döş qəfəsinin sağ yan səthində üç ədəd, sol əlin İ barmağının distal falanqasının ovuc səthində bir ədəd, sağ əlin İV barmağının proksimal falanqasının arxa səthində bir ədəd köhnə çapıq toxumalar” (Azərbaycan Respublikası SHXÇDX-nin Zəngilan rayon böiməsinin 1N fevral 2021-ci il tarixli, 109 nömrəli göndərişi, 1N fevral 2021-ci il tarixli, 93 nömrəli arayışı, Bakı ş. 3 nömrəli Şəhər Klinik Xəstəxanasından verilmiş 16 yanvar N93-cü il tarixli çıxarış epikrizi, Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X2 canlı şəxsin məhkəmə-tibbi müayinəsinin 1N yanvar 2018-ci il tarixli 107 nömrəli aktı, iki nəfər keçmiş hərbi qulluqçunun şahid ifadəsi, MN MHHK-nın həkim-mütəxəssisinin rəyi ilə təsdiq edilir), “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”.
4. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Katibliyi Mərkəzi Arxivinin 30 yanvar 2024-cü il tarixli, 323 nömrəli məktubundan görünür ki, N nömrəli hərbi hissə komandirinin N yanvar N92-ci il tarixli 10 nömrəli əmrilə (əsas: səh-8, §-3, sıra-10) İddiaçı atıcı vəzifəsinə təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin N may N92-ci il tarixli 172 №-li əmrində (əsas: §-4, sıra- 7, əmrdə atasının adı yazılmamışdır) 3-cü bölüyün əsgəri İddiaçı mart ayı üçün döyüş pulu ödənilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin N dekabr N92-ci il tarixli 3 №-li əmrilə (əsas: §-11, sıra- 24) sıravi İddiaçı adı şəxsi heyətin siyahısında tağım komandirinin müavini vəzifəsində qeyd olunmuş və əmək haqqı 1 dekabr N92-ci il tarixdən hesablanmışdır. N №-li hərbi hissə komandirinin N iyun N93-cü il tarixli 142 №-li əmrilə (əsas: §-3, sıra- 7) İddiaçı növbəti “kiçik çavuş” hərbi rütbəsi verilmişdir. N №-li hərbi hissədən xidmətini davam etdirmək üçün gəlmiş N63-cü il təvəllüdlü, sıravi İddiaçı N №-li hərbi hissə komandirinin N yanvar N94-cü il tarixli 05 №-li əmrilə (əsas: səh- 20, §-4, sıra-61, əmrdə təvəllüdlü “N63” yazılmışdır) şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. N №-li hərbi hissə komandirinin N fevral N94-cü il tarixli 35 №-li əmrində (əsas: səh- 180, §-6, sıra-69, əmrdə atasının adı yazılmamışdır) İddiaçı BMO-nun tərkibindən 4 MAT-a keçirilməsi barədə məlumat vardır. Hərbi hissəni özbaşına tərk etdiyi üçün İddiaçı N №-li hərbi hissə komandirinin N fevral N94-cü il tarixli N №-li əmrilə (əsas: səh-185, §-7, sıra-14) 4 MAT-un qazan təminatından çıxarılmışdır. Hərbi hissəni özbaşına tərk etdiyi üçün Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 27 iyun N95-ci il tarixli müvafiq Direktivinə əsasən N63-cü il təvəllüdlü, sıravi İddiaçı N №-li hərbi hissə komandirinin N sentyabr N95-ci il tarixli N №-li əmrilə (əsas: səh-N9, §-9, sıra-770, əmrdə təvəllüdlü “N63” yazılmışdır) şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. Qeyd edilir ki, N №-li hərbi hissə komandirinin iyul-dekabr N93-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır.
5. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Katibliyinin 3 may 2024-cü il tarixli, 2/2-5237 nömrəli məktubundan görünür ki, İddiaçı “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın 1 mart 2024-cü il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin 30 yanvar 2024-cü il tarixli, 323 nömrəli arayışına əsasən fevral N94-cü ildə hərbi hissəni özbaşına tərketmə faktı olduğuna görə vətəndaş İddiaçı “müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur.
Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:
6. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 15 oktyabr 2024-cü il tarixli, 2941 nömrəli məktubundan görünür ki, N №-li hərbi hissə komandirinin N yanvar N92-ci il tarixli 10 №-li əmrilə (əsas: §-3, səh-8, sıra-10, əmrdə hərbi rütbəsi yazılmamışdır) İddiaçı 3-cü bölükdə atıcı vəzifəsinə təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin N may N92-ci il tarixli 172 №-li əmrində (əsas: §-4, sıra- 7, əmrdə atasının adı yazılmamışdır) mart ayı üçün döyüş pulu verilən 3-cü bölüyün əsgərlərinin siyahısında İddiaçı adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin N dekabr N92-ci il tarixli 3 №-li əmrilə (əsas: §-11, sıra- 24) sıravi İddiaçı 3-cü taborun 2-ci motoatıcı bölüyündə tağım komandirinin müavini vəzifəsinə təyin olunmuş və əmək haqqı 1 dekabr N92-ci il tarixdən hesablanmışdır. N №-li hərbi hissə komandirinin N iyun N93-cü il tarixli 142 №-li əmrilə (əsas: §-3, sıra- 7) İddiaçı növbəti “kiçik çavuş” hərbi rütbəsi verilmişdir. Qeyd edilir ki, N №-li hərbi hissə komandirinin N iyun N93-cü il – 24 dekabr N93-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı barəsində əlavə məlumat aşkar edilməmişdir. N №-li hərbi hissə komandirinin N94-cü il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. N №-li hərbi hissə komandirinin N yanvar N94-cü il tarixli 05 №-li əmrində (əsas: §-4, səh-N, sıra-61, əmrdə vəzifəsi göstərilməmişdir) N №-li hərbi hissənin X4 məntəqəsindən göndərilmiş, hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara salınmış və xidmət keçmək üçün hərbi hissənin BMO-na təyin olunmuş hərbi qulluqçuların siyahısında, toplanışa gəlmiş, N63-cü il təvəllüdlü, sıravi İddiaçı adı qeyd edilmişdir. N №-li hərbi hissə komandirinin N fevral N94-cü il tarixli 35 №-li əmrində (əsas: §-6, səh-179, sıra-69, əmrdə atasının adı, hərbi rütbəsi və vəzifəsi yazılmamışdır) xidmətlərini davam etdirmək üçün BMO-dan 4 MAT-a keçirilən hərbi qulluqçuların siyahısında İddiaçı adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin N fevral N94-cü il tarixli N №-li əmrində (əsas: §-7, səh- 185, sıra-14, əmrdə hərbi rütbəsi və vəzifəsi yazılmamışdır) hərbi hissəni özbaşına tərk etdiklərinə görə, qazan təminatından çıxarılan 4-cü MAT-ın hərbi qulluqçularının siyahısında İddiaçı adı qeyd edilmişdir. Səfərbərliklə gəlmiş, N63-cü il təvəllüdlü, yuxarı yaş hədli, sıravi İddiaçı hərbi hissəni özbaşına tərk etdiyinə görə, Azərbaycan Respublikası Silahli Qüvvələrin Baş Qərargah rəisinin 27 iyun N95-ci il tarixli müvafiq nömrəli Direktivinə əsasən, N №-li hərbi hissə komandirinin N sentyabr N95-ci il tarixli N №-li əmrilə (əsas: §-9, səh-N8, sıra-770, əmrdə vəzifəsi yazılmamışdır, çağırıldığı yer göstərilməmişdir) hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır.
7. Füzuli Hərbi Prokurorluğunun 20 noyabr 2024-cü il tarixli, 3-3-150/2-21-5855/24 nömrəli məktubundan görünür ki, İddiaçı barəsində Füzuli hərbi prokurorluğunda Azərbaycan Respublikası CM-in 334.1-ci maddəsi ilə cinayət işi istintaq edilmiş və 30 iyun 2005-ci il tarixdə həmin cinayət işinin icraatına Azərbaycan Respublikası CPM-in 40.2.3-cü maddəsinə əsasən xitam verilmişdir. Qəbul olunmuş qərarın surəti qoşma şəklində göndərilmişdir.
b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
İddia tələbinin dəlilləri:
8. İddiaçı (bundan sonra - “iddiaçı”) Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona cavabdehin imtinasının qanunsuz hesab edilərək, “müharibə veteranı adı və vəsiqəsi”nin verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1 oktyabr N91-ci il – N fevral N94-cü il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərək, hərbi xidmət keçmişdir. Belə ki, N91-ci ilin oktyabr aylarından könüllü olaraq Milli orduya yazılmış, N yanvar N92-ci il tarixdən N yanvar N94-cü il tarixədək N saylı hərbi hissədə, həmin tarixdən N fevral N94-cü il tarixədək isə N saylı hərbi hissədə hərbi qulluq keçmişdir. Xidmətdə olduğu dövrdə vətənin ərazi bütövlüyü uğrunda Zəngilan istiqamətlərində gedən döyüş əməliyyatlarında fəal iştirak edərək ermənilərin atdığı mərmi nəticəsində yaralandığından, hərbi xidmətini davam etdirə bilməmişdir. Qeyd edilir ki, iddiaçının hərbi əməliyyatlarda iştirakını təsdiq edən döyüş yoldaşları hazırda müharibə veteranı statusu almışlar. İddiaçıya Müdafiə Naziriyinin müvafiq arayışına əsasən müəyyən edilmişdir ki, o, N saylı hərbi hissə komandirinin N fevral N94-cü il tarixdə 36 saylı əmrilə 4 MAT qazan təminatından çıxarılmışdır. Həmçinin, hərbi həkim komissiyasının müvafiq qərarından görünür ki, canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələri-diaqnoz: “Odlu silah mərmi partlayışından sonrakı başın təpə nahiyyəsində bir ədəd, döş qəfəsinin sağ yan səthində üç ədəd, sol əlin İ barmağının distal falanqasının ovuc səthində bir ədəd, sağ əlinin İV barmağının proksimal falanqasının arxa səthidə bir ədəd köhnə çapıq toxumaları” (Azərbaycan Respublikasının SHXKDX-nin Zəngilan rayon bölməsinin 2N yanvar 2018-ci il tarixli 77 nömrəli göndərişi, 23 yanvar 2018ci il tarixli 64 nömrəli arayış, Müdafiə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və potoloji anatomiya Mərkəzi tərəfindən verilmiş 1N yanvar 2018-ci il tarixli k/107 nömrəli canlı şəxsin MTM Aktı, 2 nəfər keçmiş hərbi qulluqçunun şahid ifadələri, MN-nin MHHK-nin həkim mütəxəssisi-cərrahın rəyi ilə təsdiq edilir), “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak etdiyi hərbi hissənin tərkibində döyüşdüyü əsgər yoldaşları kimi iddiaçı da Azərbaycan Republikası Müdafiə Nazirliyinə müraciət edərək, ona müharibə veteranı adı verilməsini xahiş etsə də, cavabdeh inzibati orqan əsassız olaraq müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina etmişdir (§5). Hesab edir ki, inzibati orqanın ərizəsinin icrasından imtinası qanunsuz və əsassız olmuşdur.
10. İddia tələbinin maddi hüquqi əsası kimi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun N.1, 20.1, 24, 61, 67, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N95-ci il tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinin 10-cu yarımbəndinə, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 3-cü bəndinə, prosessual hüquqi əsası kimi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 2.2.2, 73.1, 73.2-ci maddələrinə istinad olunmuşdur.
11. Azərbaycan Respublikası İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
12. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir.
İddia tələbinə dair cavabdehin münasibəti:
13. Cavabdeh məhkəməyə etiraz təqdim edərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
14. Etiraz onunla əsaslandırılmışdır ki, şəxsə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən iki zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: - şəxsin xidmət keçməsi - hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması; - bunun müvafiq sənədlərdə əks edilməsi - bu zaman zəruri sənədlər məfumuna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı, hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivin 30 yanvar 2024-cü il tarixli 323 nömrəli arxiv məktubundan da göründüyü kimi, iddiaçı hərbi hissəni özbaşına tərk etdiyi üçün N nömrəli hərbi hissə komandirinin N fevral N94-cü il tarixli, 36 nömrəli əmri ilə qazan təminatından çıxarılmış, N nömrəli hərbi hissə komandirinin iyul-dekabr N93-cü il tarixli nizami hissə əmrlərində iddiaçının hərbi xidməti barədə məlumatlar aşkar olunmamışdır. Bununla da iddiaçının N fevral N94-cü il tarixdən sonrakı hərbi xidməti həmçinin qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumatlar aşkar olunmamışdır. Bu kimi halları nəzərə alaraq, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının müraciətinə haqlı olaraq müsbət qərar qəbul edilməmişdir. İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxmından hesab edilir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. Qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin hamısı müharibə veteranı sayılmır. Əgər sayılsaydı onların sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasına ehtiyac qalmazdı.
15. Etirazın maddi hüquqi əsası kimi “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 aprel tarixli, 396 nömrəli Fərmanının 1.3, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N95-ci il tarixli, 216 saylı Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və Əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməsinin 1-ci bənlərinə, prosessual hüquqi əsası kimi İPM-in 14.3, 38, 47.2, 48.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 47, 77, 154-cü maddələrinə istinad edilmişdir.
c) Tərəflərin iştirakı və izahatları:
16. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında təmsil olunmamışdırlar.
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “... məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin məlumatlandırılması yalnız bildirişin qanunauyğun formada tərtib edilməsindən yox, eləcə də həmin bildirişin tərəflərə lazımi qaydada çatdırılmasından ibarətdir. Məhkəmələr məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verərkən həm bildirişin mətnini qanunauyğun formada tərtib etməli, həm də həmin bildirişin proses iştirakçılarına qanunvericilikdə nəzərdə tutulan formada təqdim edilməsini təmin etməlidir.”
18. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).
19. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Həmçinin, tərəflərə göndərilmiş məhkəmə bildirişlərində onların yazılı izahat vermək, sübutlar təqdim etmək və s. hüquqları barədə xəbərdar olunmuşdurlar.
20. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ
İddianın mümkünlüyü:
21. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
22. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
23. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.
24. 15 oktyabr 2023-cü il tarixli ərizədən görünür ki, iddiaçı “müharibə veteranı adının verilməsində köməklik göstərilməsini xahiş etmişdir. Həmin ərizə Azərbaycan Respublikasının Müdafiə Nazirliyində 23 oktyabr 2023-cü il tarixdə təhvil almışdır.
25. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
26. Məhkəmə iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.
27. İddiaçı 1 oktyabr N91-ci il tarixdən N fevral N94-cü il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsinə, N91-ci ilin oktyabr aylarından könüllü olaraq Milli orduya yazılmış, N yanvar N92-ci il tarixdən N yanvar N94-cü il tarixədək N saylı hərbi hissədə, həmin tarixdən N fevral N94-cü il tarixədək isə N saylı hərbi hissədə hərbi qulluğun keçməsinə, xidmətdə olduğu dövrdə vətənin ərazi bütövlüyü uğrunda Zəngilan istiqamətlərində gedən döyüş əməliyyatlarında fəal iştirak edərək ermənilərin atdığı mərmi nəticəsində yaralandığından hərbi xidmətinin davam etdirə bilməməsinə, hərbi əməliyyatlarda iştirakını təsdiq edən döyüş yoldaşları hazırda müharibə veteranı statusunun almasına, Müdafiə Naziriyinin müvafiq arayışına əsasən N saylı hərbi hissə komandirinin N fevral N94-cü il tarixdə 36 saylı əmrilə 4 MAT qazan təminatından çıxarılmasına, həmçinin hərbi həkim komissiyasının müvafiq qərarına əsasən Azərbaycan Respublikasının müdafiəsi zamanı hərbi travmanın alınmasına istinad edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
28. Cavabdeh tərəfin mövqeyinə görə isə iddia tələbi əsassızdır. Etiraz iki dəlilə söykənir: a) Müdafiə Nazirliyinin Mərkəzi Arxivin 30 yanvar 2024-cü il tarixli 323 nömrəli arxiv məktubundan da göründüyü kimi, iddiaçı hərbi hissəni özbaşına tərk etdiyi üçün N nömrəli hərbi hissə komandirinin N fevral N94-cü il tarixli, 36 nömrəli əmri ilə qazan təminatından çıxarılmış, N nömrəli hərbi hissə komandirinin iyul-dekabr N93-cü il tarixli nizami hissə əmrlərində iddiaçının hərbi xidməti barədə məlumatlar aşkar olunmamışdır; b) iddiaçının N fevral N94-cü il tarixdən sonrakı hərbi xidməti həmçinin qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumatlar aşkar olunmamışdır.
29. Məhkəmə tərəfindən tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinə əsasən, İPM-in 12-ci maddəsinin tələbləri çərçivəsində hər iki tərəfin mövqeyi nəzərə alınaraq müxtəlif qurumlara müvafiq sorğular ünvanlanmışdır.
30. İş materiallarında olan sənədlərdən müəyyən olunur ki, N №-li hərbi hissə komandirinin N fevral N94-cü il tarixli N №-li əmrində hərbi hissəni özbaşına tərk etdiklərinə görə, qazan təminatından çıxarılan 4-cü MAT-ın hərbi qulluqçularının siyahısında iddiaçının adı qeyd edilmişdir. İddiaçı hərbi hissəni özbaşına tərk etdiyinə görə, Azərbaycan Respublikası Silahli Qüvvələrin Baş Qərargah rəisinin 27 iyun N95-ci il tarixli müvafiq nömrəli Direktivinə əsasən, N №-li hərbi hissə komandirinin N sentyabr N95-ci il tarixli N №li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. Onun barəsində Füzuli hərbi prokurorluğunda Azərbaycan Respublikası CM-in 334.1-ci maddəsi ilə cinayət işi istintaq edilmiş və 30 iyun 2005-ci il tarixdə həmin cinayət işinin icraatına Azərbaycan Respublikası CPM-in 40.2.3-cü maddəsinə əsasən xitam verilmişdir.
31. Göründüyü kimi, iddiaçı hərbi hissəni özbaşına tərk etdiyi üçün N nömrəli hərbi hissə komandirinin N fevral N94-cü il tarixli, 36 nömrəli əmri ilə qazan təminatından çıxarılmış, N nömrəli hərbi hissə komandirinin iyul-dekabr N93-cü il tarixli nizami hissə əmrlərində iddiaçının hərbi xidməti barədə məlumatlar aşkar olunmamışdır. Bununla da iddiaçının N fevral N94-cü il tarixdən sonrakı hərbi xidməti həmçinin qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumatlar aşkar olunmamışdır.
32. Qeyd edilmiş məlumatların həqiqiliyi Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Arxivində mövcud olan sənədlərlə təsdiq olunmuşdur.
33. Bununla da məhkəmə cavabdeh tərəfin etirazının dəlillərini əsaslı hesab edərək bildirir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin hamısı müharibə veteranı sayılmır. Şəxsə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən iki zəruri şərtin - şəxsin xidmət keçməsi, hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması; bunun müvafiq sənədlərdə əks edilməsi - bu zaman zəruri sənədlər məfumuna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışlarının olması tələb olunur. Lakin qeyd olunan tələblərin iddiaçıya münasibətdə mövcud olması sübutlarla təsdiq olunmur.
34. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N95-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə əsasən: “1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N88-ci il fevralın 1-dən N94-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Ağdərə, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N94-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X3 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; ...”
35. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu:
Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: İkinci dünya müharibəsi illərində döyüşən orduda (donanmada), partizan birləşmələri tərkibində, gizli fəaliyyətdə Vətənin müdafiəsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, habelə başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində və keçmiş SSRİ Silahlı Qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri və müşavirləri kimi iştirak etmiş şəxslər; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; N44-cü il yanvarın 1-dən N51-ci il dekabrın 31-dək Ukraynanın, Belorusiyanın, Baltikyanı respublikaların ərazisində quldur dəstələrinə qarşı silahlı mübarizədə iştirak etmiş şəxslər; Azərbaycan Respublikasının ərazisində daimi yaşayan, ikinci dünya müharibəsi illərində xarici ölkələrin ərazisində milli orduların, partizan dəstələrinin tərkibində faşist Almaniyasına, onun müttəfiqlərinə və imperialist Yaponiyaya qarşı döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; İkinci dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçiləri; N41 - N45-ci illərdə keçmiş Sovet ordusunda (donanmasında), daxili işlər və dövlət təhlükəsizliyi orqanlarında hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş hərbi qulluqçular; İkinci dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müharibə veteranlarının vahid informasiya bazasını yaratmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində müharibə veteranlarının reyestrini elektron formada aparır. Müharibə veteranlarının reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir.
36. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 aprel tarixli, 396 nömrəli Fərmanı:
1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində: ... 1.3. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısını, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin; ...
37. Beləliklə, aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia tələbi onun hüquqi əsasının dispozisiya şərtlərini ödəmədiyindən, təmin edilməməlidir.
38. İPM-in müvafiq müddəalarında nəzərdə tutulmuşdur: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır;
NƏTİCƏVİ HİSSƏ
39. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Könül Həbibova