Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-543/2020 25.09.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X4 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 2 saylı regional ərazi filialına (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Quba rayon şöbəsinə) qarşı “xx xxxxxx 1972-ci il tarixdən xx xxxxxx 1984-cü il tarixə kimi Quba rayon C.Cabbarlı adına sovxozda, xx xxxx 1994-cü il tarixdən xx xxxxxxxx 1994-cü il tarixə kimi “Aqroyol” X10 vahidində, xx xxxxxxx 1994-cü il tarixdən xx xxxxxxx 1995-ci il tarixə kimi Quba rayon C.Cabbarlı adına sovxozda, xx xxxx 1996-cı il tarixdən xx xxxxxxxx 1996-cı il tarixə kimi Quba rayonu Utuq birgə təsərrüfatında və xx xxx 2001-ci il tarixdən xx xxxxxxx 2006-cı il tarixə kimi Abşeron Zeytun 2 təsərrüfatında işlədiyi dövrlərin sosial siğorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı xx.xx.1955-ci ildə anadan olmuşdur. İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdehin xx xxxxxx 2019-cu il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtinanın əsası kimi iddiaçının iddiaçının qanunla tələb olunan 25 il sığorta stajının və ya fərdi hesabın sığorta hissəsində 23040 manat pensiya kapitalının olmaması qeyd edilmişdir. İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 1972-ci il tarixdə Quba rayon C.Cabbarlı adma sovxoza fəhlə qəbul edilməklə əmək fəaliyyətinə başlamış və xx xxxxxxx 2006-cı il tarixə kimi müxtəlif təşkilatlarda işləməklə 25 il 4 ay sığorta stajı kimi toplamış və xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı illərdə sovet ordusu sıralarında xidmət etmişdir. İddiaçının pensiya yaşı imkan verdiyi üçün yaşa görə əmək pensiyası təyin edilməsi üçün hüquqmüəyyənedici sənədləri DSMF-nm Quba rayon Şöbəsinə təqdim etmişdir. DSMF-nin Quba rayon Şöbəsi xx xxxxxx 2019-cu il tarixli məktubu ilə tələb olunan 25 il sosial sığorta stajının və fərdi hesabında 23040 manat pensiya kapitalının olmadığını əsas gətirərək yaşa görə əmək pensiyası hüququnun yaranmadığını bildirib ərizəni təmin etməmişlər, ona görə də məhkəməyə müraciət etməli olmuşdur. İddia ərizəsinə əlavə etdiyi xx xxxxxx 1976-cı ü tarixli əmək kitabçasından aşkar olur ki iddiaçının 25 il 4 ay sığorta stajı vardır. İddia ərizəsinə əlavə etdiyi xx xxxx 1974-cü il tarixdə tərtib edilmiş hərbi biletdən aşkar olur ki, iddiaçı həmin tarixdən xx.xx.1976-a il tarixə kimi keçmiş sovet ordusu sıralarında hərbi xidmət keçmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini xahiş edir. İddiaçı şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iddiaçının iştirakı olmadan işə baxilmasını mümkün hesab etmişdir. Cavabdeh iddiaya qarşı yazılı etirazında qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 1-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqları ödənilmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Bu qanunun 21-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi asasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 4.2.7 bəndinə əsasən zəruri hesab olunan hallarda sənədlərin yerində qarşılıqlı yoxlanılması həyata keçirilir. X1 xx.xx.1996-cı ildən xx.xx.1996-cı ilədək Quba rayonu “Utuq birgə təsərrüfatın”da, xx.xx.2001-ci il tarixədən xx.xx.2006-cı il tarixədək “A.M.Hüseynov adına Abşeron Zeytun-2” istehsal emal müəssisəsində işləməsi ilə bağlı əmək kitabçasındakı qeydləri qarşılıqlı yoxlamaq mümkün olmadığından və yuxarıda adı çəkilən müəssisələrin sənədləri müvafiq olaraq Dövlət Arxivinin Quba və Abşeron rayon filiallarına təhvil verilmədiyindən həmin dövrləri onun sosial sığorta stajına daxil etmək mümkün deyildir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X8 iştirak etmiş, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə göndərilmiş xx xxxx 2020-ci il tarixli 2-1(118)-543/2020 saylı sorğusuna cavab olaraq aidiyyəti üzrə baxılması üçün göndərilmiş Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialı tərəfindən təqdim olunmuş arxiv arayışına əsasən “Utuq” birgə təsərrüfatının və Abşeron Zeytun 2 istehsal və emal müəssisəsinin heç bir il üçün sənədləri, o cümlədən arayış xarakterli (əmr kitabları, əmək haqqı cədvəlləri) Dövlət Arxivinin Quba filialına təhvil verilməmişdir. X10 Vahidinin 1994-cü ilə aid əmək haqqı cədvəllərində adı İmran yazılmışdır. Sumqayıt İnzibati Məhkəməsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Quba rayon şöbəsinə göndərilmiş xx xxxx 2020-ci il tarixli 2-1(118)-543/2020 saylı sorğusuna cavabdehin cavab məktubunda bildirilmişdir ki, X1 04 03.1996-cı ildən xx.xx.1996- cı ilədək “Utuq” birgə təsərrüfatında, xx.xx.2001-ci ildən xx.xx.2006-cı ilədək “Abşeron Zeytun-2” istehsal və emal müəssisəsində işləməsi ilə bağlı əmək kitabçasındakı qeydləri müəssisənin hüquqi ünvanı məlum olmadığı üçün qarşılıqlı yoxlamaq mümkün olmadığından və yuxarıda adı çəkilən müəssisənin sənədləri müvafiq olaraq Dövlət Arxivinin Quba rayon filialına və Abşeron rayon filialına təhvil verilmədiyindən xx.xx.2006-cı ilədək olan dövrü onun sosial sığorta stajına daxil etmək mümkün olmamışdır. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Qanunun 8.2 bəndinə əsasən sığortaolunan dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanında uçota düşməli ( burada müvafiq icra hakimiyyəti orqanı kimi DSMF nəzərdə tutulur) və bu qanuna əsasən onun fərdi şəxsi hesabına daxil edilməli olan məlumatları təqdim etməlidir. Həmin qanunun 9.2-ci bəndinə əsasən Sığortaedən dövlət sosial sığorta sistemində fərdi uçotuata keçirən müvafiq icra hakimiyyəti orqanına sığortaolunanlar haqqında bu qanunla müəyyən olunan məlumatları dürüst və müəyyən olunmuş müddətdə təqdim etməlidir. X2 xx.xx.2006-cı ildən xx.xx.2006-ci ilədək “Abşeron Zeytun-2” istehsal və emal müəssisəsində əmək fəaliyyəti ilə bağlı fərdi uçot sistemində heç bir məlumat yoxdur. Beləliklə, vətəndaşın xx.xx.1972-ci ildən xx.xx.1974-cü ilədək “C.Cabbarlı” adına sovxozda işlədiyi, xx.xx.1974-cü ildən xx.xx.1976-cı ilədək hərbi xidmətdə olduğu dövrü, xx.xx.1976-cı ildən 3.02.1994-cü ilədək “C.Cabbarlı” adına sovxozda, xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilədək “Aqroyol KM” X10 vahidində və xx.xx.1994-cü ildən xx.xx.1995-ci ilədək “C.Cabbarlı” adına sovxozda işlədiyi dövrlər nəzərə alınmaqla (xx.xx.1992-ci ilədən sonrakı dövr üçün əmək haqqı olmayan aylar çıxılmaq şərtilə) , ümumilikdə 22 il 10 ay sığorta stajının olduğu müəyyən edilmişdir. Yuxarıda sadalanan səbəblərdən X3 “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən tələb olunan 25 il sosial sığorta stajı və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən onun əmək pensiyası hüququ yaranmır. Məhkəməyə yuxarıda adı qeyd olunan sənədlər təqdim edilmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəməiş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, iddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə cavabdeh inzibati orqana müraciət etmiş və cavabdehin 13 noyabr2019-cu il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunidir və hər hansı bir pozuntuya yol verməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının təhsil aldığı illərin sosial sığorta stajı kimi nəzərə almaması əsaslı olmasada, iddiaçının ümumilikdə 25 il sığorta stajına malik olmadığı üçün ona pensiya təyin edilməsindən imtina olunması əsaslı olmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Sumqayıt İnzibati Məhkəməsinin Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə göndərilmiş xx xxxx 2020-ci il tarixli 2-1(118)-543/2020 saylı sorğusuna cavab olaraq aidiyyəti üzrə baxılması üçün göndərilmiş Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialı tərəfindən təqdim olunmuş arxiv arayışında qeyd edilmişdir ki, “Utuq” birgə təsərrüfatının və Abşeron Zeytun 2 istehsal və emal müəssisəsinin heç bir il üçün sənədləri, o cümlədən arayış xarakterli (əmr kitabları, əmək haqqı cədvəlləri) Dövlət Arxivinin Quba filialına təhvil verilməmişdir. Hansıkı tərəflər arasında mübahisənin yaranmasına əsas olan həmin dövrlərdir. İddiaçının mübahisəli dövrlərdə işləməsi əmək kitabçasında qeyd edilsə də, həmin dövrlərdə bu müəssisələrin qanunvericiliyə uyğun fəaliyyətinin olmasını, iddiaçının əmək haqqı almasını təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəməyə təqdim edilən arxiv arayışı ilə bu hal öz təsdiqini tapmamışdır. Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanunun 31.2-ci maddəsinə əsasən Əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gündən ən geci 10 gün müddətində baxılmaqla təyinat aparılır. Həmin Qanunun 31.2-1-ci maddəsinə əsasən Sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Lakin hazırki işdə iddiaçının xx.xx.1996-cı ildən xx.xx.1996-cı ilədək Quba rayonu “Utuq birgə təsərrüfatın”da, xx.xx.2001-ci il tarixdən xx.xx.2006-cı il tarixədək “A.M.Hüseynov adına Abşeron Zeytun-2” istehsal emal müəssisəsində işlədiyi dövrlərə aid iş stajı dövlət arxivinin arayışı ilə öz təsdiqini tapmamışdır. Mübahisəli dövrlər nəzərə alınmadıqda isə, hazırda qüvvədə olan qanunvericiliyə əsasən iddiaçının pensiya hüququ yaranmır. Bu halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın qeyd edilən dövrləri nəzərə almaqla iddiaçıya pensiya təyin edilməsindən imtinası əsaslı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsassızdır və rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68,69,73,75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəməqərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-543/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-543/2020
25.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver