Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-544/2021 15.02.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi ilə, iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və X5 Dövlət Xidmətinin cavabdeh “X8 Txxxx” MMC-yə qarşı cavabdehə verilmiş xx.xx.2020-ci il tarixli Göstərişin (maliyyə sanksiyasının ödənilməsi hissəsi istisna olmaqla) məcburi icrasının təmin edilməsi tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Siyəzən rayonu, Eynibulaq kəndində fəaliyyət göstərən müəssisə tərəfindən istehsal olunan “Şükran quşçuluq” adlı toyuq məhsullarının markalanmasında qeyri-qanuni olaraq “Halal AZS Milli Sertifikatlaşdırma Sisiemi” əmtəə nişanından istifadə edilməsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və X1 Dövlət Xidmətinə “xxxx” MMC-nin xx.xx.2019-cu il tarixli 1/027 nömrəli müraciəti daxil olmuşdur. Müraciətdə qeyd olunan məsələlərin araşdırılması məqsədilə Dövlət Xidmətinin xx.xx.2019-cu il tarixli ASİMDX-05/02-5/2988 nömrəli və xx.xx.2019-cu il tarixli ASİMDX- ‘5 02-5/3295 nömrəli məktubları ilə “X8 Txxxx” MMC-dən (VÖEN-İ “'13081561, hüquqi ünvanı AZ 5300, Siyəzən rayonu, Eynibulaq, Siyəzən şəhəri) zəruri sənəd və məlumatlar tələb edilmişdir. Lakin “X8 Txxxx” MMC tələb olunan sənəd və məlumatları Dövlət Xidmətinə təqdim etməmişdir. Bununla əlaqədar “X8 Txxxx” MMC (VÖEN-İ **********) barəsində “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin ikinci abzasının tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılmışdır. İşə baxılması xx.xx.2019-cu il tarixinə təyin edilmişdir. Komissiyanın xx.xx.2019-cu il tarixinə təyin edilmiş işəbaxma iclasında “xxxx” MMC-nin nümayəndəsi X3 iştirak etmişdir. “X8 Txxxx” MMC-nin rəhbərliyi və ya onun səlahiyyətli nümayəndəsi iştirak etməmiş və tələb olunan sənəd və məlumatlar təqdim edilməmişdir. Komissiya qeyd olunanları və təqdim edilməmiş sənəd və məlumatların zəruriliyini nəzərə alaraq işə baxılmasını təxirə salaraq xx.xx.2020-ci ii tarixinə təyin etmişdir. Komissiyanın xx.xx.2020-ci il tarixinə təyin edilmiş işəbaxma iclasında “xxxx” MMC-nin nümayəndəsi X3 iştirak etmişdir. “X8 Txxxx” MMC-nin rəhbərliyi və ya onun səlahiyyətli nümayəndəsi yenə də iştirak etməmiş və tələb olunan sənəd və məlumatlar təqdim edilməmişdir. İclasda özünü “X8 Txxxx” MMC-nin səlahiyyətli nümayəndəsi kimi təqdim edən X4 iştirak etmiş, lakin həmin müəssisənin səlahiyyətli nümayəndəsi olmasını təsdiq edən sənədi təqdim etməmişdir.Komissiya qeyd olunanları və təqdim edilməmiş sənəd və məlumatların zəruriliyin nəzərə alaraq işə baxılmasını təxirə salaraq xx.xx.2020-ci il tarixinə təyin etmişdir. Komissiyanın xx.xx.2020-ci il tarixinə təyin edilmiş işəbaxma iclasında “xxxx” MMC-nin nümayəndəsi X3 iştirak etmişdir. “X8 Txxxx” MMC-nin rəhbərliyi və ya onun səlahiyyətli nümayəndəsi iştirak etməmiş və tələb oluanan sənəd və məlumatlar təqdim edilməmişdir. Ərizə verən “xxxx” MMC-nin təqdim etdiyi materiallardan göründüyü kimi etiket göstəricisinə əsasən “X8 Txxxx” MMC tərəfindən istehsal olunan toyuq məhsullarının etiketində “Halal AZS Milli Sertifikatlaşdırma Sistemi” əmtəə nişanından istifadə edildiyi müəyyən edilmiş və həmin istifadənin qanunauyğunluğu barədə sənəd və məlumatlar Dövlət Xidmətinin rəsmi məktubları ilə “X8 Txxxx” MMC-dən tələb edilsə də təqdim edilməmişdir. “X8 Txxxx” MMC ilə ‘xxxx” MMC eyni bazar subyektləri (rəqib) deyildir. Lakin "X9 Txxxx” MMC öz mallarının üzərində “Halal AZS Milli Sertifikatlaşdırma Sistemi” əmtəə nişanının təsvirini qeyri-qanuni əks etdirməsi təsərrüfat fəaliyyətinin xüsusiyyətləri barədə istehlakçıları çaşdırmaqla digər bazar subyektləri ilə (qanunvericiliyə əməl etməklə malların üzərində “Halal” AZS Milli Sertifikatlaşdırma Sistemi” əmtəə nişanını vuran) haqsız rəqabətə yol verməsini göstərir.Dövlət Xidmətinin xx.xx.2019-cu il tarixli ASİMDX-05/02-5/2988 nömrəli və xx.xx.2019- t. tar.xii ASİMDX-05/02-5/3295 nömrəli məktubları, habelə Dövlət Xidmətinin xx.xx.2019-cu xx.xx.2019-cu il tarixli FA-22 nömrəli əmrilə yaradılmış Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxan Komissiyanın “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılması haqqında” xx.xx.2019-cu il tarixli və “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işə baxılmasının təxirə salınması haqqında" xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixli Qərarları ilə tələb olunan sənəd və məlumatları “X11' “xxxx” MMC təqdim etməmişdir. Komissiya işin həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, habelə təqdim edilmiş sənəd və məlumatları tam və obyektiv araşdıraraq, “X8 Txxxx” MMC tərəfindən “xxxx” MMC-yə məxsus “Halal AZS Milli Sertifikatlaşdırma Sistemi” əmtəə nişanından qeyri-qanuni istifadə etməklə “Haqsız rəqabət "haqqında Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin ikinci abzasının, habelə tələb olunan sənəd və məlumatları təqdim etməməklə “Antiinhisar fəaliyyəti haqqında” Qanunun 16-cı maddəsinin 1-ci bəndinin tələblərinin pozulduğunu müəyyən etmişdir. Komissiya yuxarıda qeyd olunanları nəzərə alaraq, Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işə baxılmasının nəticələri haqqında xx.xx.2020-ci il tarixli Qərarı ilə “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü və “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci və 11-ci maddələrini və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli 120 nömrəli Qərarı ilə təsdiq edilmiş “Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə işlərə baxılması Qaydaları”nın 2.12, 3.3, 3.7 və 3.8-ci bəndlərini rəhbər tutaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və X2 Dövlət Xidməti tərəfindən tələb olunan sənəd və məlumatları təqdim etməməklə “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin 1-ci bəndinin tələblərini pozduğuna görə hüquqi ünvanı AZ530, Siyəzən rayonu, Eynibulaq, Siyəzən şəhəri olan “X10 Txxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinin üçüncü abzasına əsasən 5500 manat məbləğində maliyyə sanksiyası şəklində cərimə tətbiq edilmiş və Dövlət Xidmətinin antiinhisar qanunvericiliyinin pozulmasının aradan qaldırılması barədə xx.xx.2020-ci il tarixli Göstəriş verilmişdir. Həmin göstərişlə "X8 Txxxx” MMC-dən 15 (on beş) iş günü müddətində aşağıdakı sənəd və məlumatları iqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və X2 Dövlət Xidmətinə təqdim edilməsi tələb edilmişdir: 1) "X8 Txxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsis sənədlərinin (nizamnamə, vergi orqanlarında qeydiyyat şəhadətnaməsi və kommersiya hüquqi şəxslərin Dövlət Reyestrindən Çıxarış və s.) müvafiq qaydada təsdiq olunmuş surətləri; 2) “Halal AZS Milli Sertifikatlaşdırma Sistemi” əmtəə nişanından qeyri-qanuni istifadə etməyə başladığı tarixdən həmin istifadəni dayandırıldığı tarixədək bu əmtəə nişanlı toyuq məhsullarının satışından əldə olunmuş gəlirləri və bunu təsdiq edən sənədlərin (qaimə-fakturalar və s.) müvafiq qaydada təsdiq olunmuş surətləri;3) “Halal AZS Sertifikatlaşdırma Sistemi” əmtəə nişanından qeyri-qanuni istifadə etməyə başladığı tarixdən həmin istifadəni dayandırıldığı tarixədək malların təqdim təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) əldə edilmiş gəlirləri təsdiq edən vergi orqanlarına təqdim edilmiş hesabatların (əlavə dəyər vergisinin bəyannamələri və s) müvafiq qaydada təsdiq olunmuş surətləri. Dövlət Xidmətinin xx.xx.2020-ci il tarixli Göstərişi “X8 Txxxx MMC-yə xx.xx.2020ci il tarixdə poçt vasitəsilə rəsmi qaydada çatdırılsa da, Göstərişin icrası hazırkı tarixədək təmin edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin xx xxx 2020-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və X5 Dövlət Xidmətinin Əsasnamə”sinin 3.0.10-cu yarımbəndinə əsasən antiinhisar (rəqabət) qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə verilmiş qərarlar (göstərişlər) yerinə yetirilmədikdə, onların məcburi icrası məqsədilə məhkəməyə müraciət edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti məhkəmənin xx xxxx 2020-ci il tarixli sərəncamı ilə cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddia tələbinə dair etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçı və cavabdeh nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat vermədiklərindən məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına aşağıdakı sənədlər daxildir: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və X2 Dövlət Xidmətinin Antiinhisar qanunvericiliyinin pozulmasının aradan qaldırılması və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsi haqqında xx.xx.2020-ci il tarixli Göstəriş və digər sənədlər. Əsaslandırma hissə: Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. “Antiinhisar fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin 1-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanının öz vəzifə və funksiyalarını yerinə yetirmək üçün dövlət idarəetmə orqanlarından, təşkilati-idarəetmə qurumlarından, təsərrüfat subyektlərindən, vəzifəli şəxslərdən zəruri olan hər bir məlumat, o cümlədən antiinhisar qanunvericiliyinin pozulması ilə bağlı yazılı (şifahi) izahatlar almaq hüququ vardırHəmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinin üçüncü abzasına əsasən təsərrüfat subyektləri müvafiq icra hakimiyyəti orqanına bu Qanunun 13-cü, 13-1 -ci və 16cı maddələrində göstərilmiş məlumatları və sənədləri vermədikdə, yaxud düzgün olmayan məlumatlar verdikdə beş min beş yüz manatadək maliyyə sanksiyası şəklində cərimə olunurlar. “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununa əsasən haqsız rəqabət – bazar subyektinin sahibkarlı fəaliyyətində mövcud qanunvericiliyə zidd və ədalətsiz üsullarla üstünlük əldə etməyə yönəlmiş, bununla da digər bazar subyektlərinə (rəqiblərinə) zərər vura bilən, yaxud onların işgüzarlıq nüfuzuna xələl yetirə bilən hərəkətlərdir. Azərbaycan Respublikası Prezidentinin xx xxx 2020-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və X5 Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.3-cü yarımbəndinə əsasən Dövlət Xidməti antiinhisar qanunvericiliyinin tələblərinə riayət olunmasına dövlət nəzarətinin həyata keçirilməsini təmin edir, inhisarçılıq və haqsız rəqabət fəaliyyətinin qarşısının alınması, məhdudlaşdırılması və aradan qaldırılması, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin və istehlakçıların mənafelərinin pozulmasınagətirib çıxara bilən hərəkətlərin qarşısının alınması ilə bağlı antiinhisar qanunvericiliyi ilə səlahiyyətlərinə aid edilmiş tədbirlər hazırlayır və həyata keçirir. Həmin əsasnamənin 3.0.6-cı yarımbəndinə görə Dövlət Xidməti antiinhisar qanunvericiliyinin pozulması və sahibkarlı fəaliyyətinin ədalətsiz üsullarla aparılması haqqında işlərə baxır, bazar subyektlərinin tətbiq etdiyi haqsız rəqabət hallarının, təsərrüfat subyektlərinin kartel sövdələşmələrini aşkar edir və aradan qaldırır, bazarda ilkin vəziyyəti bərpa edir, həmçinin, qanun pozuntusuna yol vermiş şəxslərin antiinhisar qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məsuliyyətə cəlb edilməsi üçün tədbirlər görür. “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci əsasən Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı bu Qanunun pozulmasına görə müvafiq icra hakimiyyəti orqanlarına, bazar subyektlərinə və onların vəzifəli şəxslərinə qanun pozuntusunun dayandırılması və onun nəticələriin aradan qaldırılması ilə bağlı icrası məcburi olan göstərişlər verə bilər və bazar subyektləri və onların vəzifəli şəxsləri qanun pozuntusunu dayandırmaq və onun nəticələrini aradan qaldırmaq haqqında Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişlərini yerinə yetirməyə borcludurlar. İşdən göründüyü kimi iddiaçı Dövlət Xidmətinin iş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli Antiinhisar qanunvericiliyinin pozulmasının aradan qaldırılması və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsi haqqında Göstərişi rəsmi qaydada “X8 Txxxx” MMC-yə xx.xx.2020-ci il tarixdə çatdırılsa da, Göstərişin icrası hazırkı tarixədək təmin eidlməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalı, xx.xx.2020ci il tarixli Göstərişin (maliyyə sanksiyasının ödənilməsi hissəsi istisna olmaqla) məcburi icrası cavabdeh tərəfindən təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh “X8 Txxxx” MMC-yə verilmiş xx.xx.2020-ci il tarixli Göstərişin (maliyyə sanksiyasının ödənilməsi hissəsi istisna olmaqla) məcburi icrası təmin edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-544/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-544/2021
15.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver