Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-546/2021 14.06.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı “X4 LTD” MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “ “X4 LTD” MMC-nin məcburi dövlət sosial sığorta haqları üzrə 73066,12 manat, penya üzrə 2957,86 manat, işsizlik sığortası üzrə 639,51 manat, ümumilikdə isə 76663,49 manat borcun silinməsi” tələbinə dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, 23.11.2020-ci il tarixli şəxsi hesab vərəqəsinə (SALDO) göstəricisinə əsasən “X4 LTD” MMC-nin 01.01.2019-cu il tarixinə saldo borcu məcburi dövlət sosial sığorta haqları üzrə 73066,12 manat, penya üzrə 2957,86 manat, işsizlik sığortası üzrə 639,51 manat, ümumilikdə isə 76663,49 manat təşkil edir. “X4 LTD” MMC 26.04.2004-cü il tarixdən dövlət qeydiyyatına alınaraq fəaliyyət göstərir. Bu zaman, kəsiyində cəmiyyət dövlət büdcəsi qarşısında öhdəliklərini vaxtlı vaxtında icra etmiş və hər hansı borcu olmamışdır, belə ki, məcburi dövlət sosial sığorta haqları üzrə yığıma nəzarət ƏƏSMN-nin yanında DSMF tərəfindən həyata keçirildiyi dövrdə cəmiyyətin hər hansı borcu olmamış və DSMF-nin Sumqayıt şəhər şöbəsindən onlara borcun olmasına dair hər hansı xəbərdarlıq edilməmiş, hər hansı bildiriş göndərilməmişdir. Halbuki, dövlət qurumları tərəfindən borcun olmasına dair rəsmi şəkildə məlumat verilməli və bu barədə xəbərdarlıq bildirişi göndərilməlidir. Məcburi dövlət sosial sığorta haqlarının yığımına nəzarət Vergilər Nazirliyinə (indiki Dövlət Vergi Xidmətinə) həvalə edildikdən sonra cəmiyyətin məcburi dövlət sosial sığorta haqları üzrə borcunun olması ilə bağlı bildirişlər daxil olmuşdur. Hesab edir ki, “X4 LTD” MMC-nin məcburi dövlət sosial sığorta haqları üzrə 73066,12 manat, penya üzrə 2957,86 manat, işsizlik sığortası üzrə 639,51 manat, ümumilikdə isə 76663,49 manat borcu əsassız hesab edilməklə silinməlidir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edilmişdir. Məhkəmənin ötən iclaslarında iştirak edən iddiaçının nümayəndə və vəkili eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin sonuncu iclası barədə lazımi qaydada məlumatlandırılmış iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştrakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia ərizəsində yaranmış borcla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Sumqayıt şəhər şöbəsindən borcun olmasına dair hər hansı xəbərdarlıq edilmədiyi, hər hansı bildirişin göndərilmədiyi, inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Qanunun 11.1 ci və 24.1-ci maddələrinin tələblərinə əməl edilmədiyi göstərilərək 01.01.2019-cu il tarixə məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış 73066,12 manat, penya üzrə 2957,86 manat, işsizlik sığortası üzrə 639,51 manat, ümumilikdə isə 76663,49 manat məbləğində saldo borcu əsassız hesab edilməklə silinməli olması nətcəsinə gəlinmişdir. Aşağıda göstərilənlərə görə iddia ərizəsinin dəlillərini əsassız hesab edirik. Məcburi dövlət sosial sığorta haqları üzrə borcun olmasına dair Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Sumqayıt şəhər şöbəsi tərəfindən hər hansı xəbərdarlıq edilməməsi, hər hansı bildirişin göndərilməməsi barədə iddiaçının dəlilinə münasibətdə bildirilir ki, məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət edən inzibati orqanın qeyd edilən hərəkətləri etməsi onun hüquq və vəzifələrində nəzərdə tutulmamışdır. Belə ki, “Sosial sığorta haqqında” Qanunun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) məcburi dövlət sosial sığorta haqları üzrə məlumat və hesabatlar almaq, sosial sığorta ödəmələrinin həcmi və verilmə əsasları barədə sığorta edənlərdən arayış almaq, sığortaedənlər tərəfindən bu qanunun tələblərinə əməl edilməsinin elektron monitorinqini aparmaq, monitorinqin nəticələri barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat vermək, könüllü (əlavə) sosial sığorta müqaviləsi üzrə öhdəliklərin icrasını tələb etmək və qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək sığortaçının hüquqlarına, özünün müntəzəm ödəmə qabiliyyətini təmin edən tədbirlər görmək, sosial sığorta ödəmələrinin vaxtında hesablanıb ödənilməsini təmin etmək, könüllü (əlavə) sosial sığorta müqavilələri üzrə öhdəliklərini vaxtında və tam həcmdə icra etmək, məcburi dövlət sosial sığortanın məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdim etdiyi məlumatlar əsasında sığortaedənlərin uçotunu aparmaq, məcburi dövlət sosial sığortanın məqsədləri üçün sığortaedənlərin təqdim etdiyi məlumatlar əsasında sığortaolunanların uçotunu aparmaq, məcburi dövlət sosial sığortası üzrə daxilolmaların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə aylıq, rüblük və illik üzləşdirilməsini aparmaq, qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək isə sığortaçının vəzifələrinə aid edilmişdir. 01.01.2019-cu il tarixədək qüvvədə olmuş “Sosial sığorta haqqında” Qanunun 21-ci maddəsində məcburi dövlət sosial sığorta qaydalarının pozulmasına görə məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət edən inzibati orqanın məcburi dövlət sosial sığortası üzrə uçota durma qaydalarını pozmalarına, hesabat və maliyyə sənədlərinin vaxtında təqdim edilməməsinə, dövlət sosial sığorta haqqı hesablanan əmək ödənişi və gəlir növlərinin gizlədilməsinə, əməyin ödənilməsinin ölkə üzrə müəyyən edilmiş minimum məbləğindən az əmək haqqı ödənilməsinə, işçilərinin sayının gizlədilməsinə, dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən bank və ya digər kredit təşkilatında hesabın açılmasına dair şəhadətnamə-dublikat olmadan sığortaedənlərə (kommersiya hüquqi şəxsləri, xarici kommersiya hüquqi şəxsin nümayəndəlik və filialları, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər istisna olmaqla) hesablaşma hesabı və ya digər hesablar açılmasına görə müvafiq məbləğlərdə maliyyə sanksiyalarının tətbiq edilməsi və sığortaedənlərin məcburi dövlət sosial sığorta haqqının ödənilməsini gecikdirdiyinə görə gecikdirmənin hər gününə görə, lakin bir ildən çox olmamaq şərti ilə sığorta haqqının 0,1 faizi məbləğində penya hesablaması nəzərdə tutulmuşdur. “Sosial sığorta haqqında qanun" əlavə edilmiş 9-1.1-ci maddəyə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. 2. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsində inzibati orqanların qanunun tələblərinə riayət etməyə borclu olması, həmin Qanunun 24.1-ci maddəsində isə qanunda başqa qayda nəzərdə tutulmadığı halda inzibati orqanın inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli olması və işdə onun iştirakını təmin etməsi nəzərdə tutulmuşdur. Yuxarıda qeyd edildiyi kimi, məcburi dövlət sosial sığorta haqqı üzrə borcun olmasına dair sığortaedənə hər hansı xəbərdarlıq edilməsi, hər hansı bildiriş göndərilməsi qanunda birbaşa nəzərdə tutulmadığından inzibati orqanın bu sahədə hərəkətsizliyə yol verməsi mövcud deyildir. Eyni zamanda məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcun alınmasında inzibati icraatın aparılmasına zərurət olmadığından “İnzibati icraat haqqında” Qanunun 24.1 -ci maddəsinin tələblərinin pozulmasının iddia edilməsi də tamamilə əsassızdır. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat— fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İddiaçı tərəfindən silinməli olması iddia edilən məcburi dövlət sosial sığorta haqları üzrə borcların tərkibindən görünür ki, borcun 73066,12 manat hissəsi məcburi dövlət sosial sığorta haqlarından, 2957,86 manat hissəsi penyadan, 639,51 manat hissəsi isə işsizlik sığortası məbləğlərindən ibarətdir. Həmin borclar iddiaçının təqdim etdiyi hesabatlar üzrə yaranmış, həmin borclara görə inzibati orqan tərəfindən hər hansı inzibati akt qəbul edilməmişdir. İnzibati akt qəbul edilmədiyi halda hansı inzibati icraatdan danışmaq olar. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi, iddiaçı “X4 LTD” MMC-nin cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “məcburi dövlət sosial sığorta haqları üzrə 73066,12 manat, penya üzrə 2957,86 manat, işsizlik sığortası üzrə 639,51 manat, ümumilikdə isə 76663,49 manat borcun silinməsinə dair iddia tələbində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulması halları əsaslandırılmadığından iddia mümkün sayıla bilməz. Göstərilənlərə əsasən iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə hesab edir ki, aşağıda qeyd olunanlara görə iddia tələbi əsassızdır. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İİ-ci hissəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.2-ci maddəsinə əsasən vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. Həmin Məcəllənin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Həmin Məcəllənin 24.0 və 24.1-ci maddələrinə görə vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DSMF 08.05.2021-ci il tarixli, **********2 saylı məktubu ilə bildirmişdir ki, nazirliyin “X1 Sistemi”ndə olan məlumatlara əsasən sığortaedən “X4 LTD” MMC-nin (VÖEN: **********) 2018-cı il 01 oktyabr tarixinə 0111 (işəgötürənlər-muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər (büdcədən maliyyələşən təşkilatlar istisna olmaqla) fəaliyyət növünə görə 73066 manat 12 qəpik məcburi dövlət sosial sığorta haqqı, 2957 manat 86 qəpik maliyyə sanksiyası (o cümlədən penya), 1000 (işsizlik sığortasına cəlb olunan hüquqi şəxslər) fəaliyyət növünə görə isə 639 manat 51 qəpik işsizlikdən sığorta haqqı üzrə borcu yaranmışdır. Eyni zamanda “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 6 mart tarixli 1042-VQ nömrəli Qanununa uyğun olaraq sığortaedən “X4 LTD” MMC-nin (VÖEN: **********) 2015-ci il 1 yanvar tarixinədək yaranmış və 2018-ci il 01 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş 6393 manat 36 qəpik maliyyə sanksiyası, 2015-ci il 1 yanvar tarixindən yaranmış və 2018-ci il 01 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalarının (hesablanmış penya) 10 faizi 2018-ci ilin aprel-may ayları ərzində ödənildiyi üçün - maliyyə sanksiyalarının (hesablanmış penya) ödənilməmiş 90 faizi, yəni 10940 manat 78 qəpik borcu 2018-cı ıl 8 iyun tarixində tam şəkildə silinmişdir. “Sosial sığorta haqqında” Qanunun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) məcburi dövlət sosial sığorta haqları üzrə məlumat və hesabatlar almaq, sosial sığorta ödəmələrinin həcmi və verilmə əsasları barədə sığorta edənlərdən arayış almaq, sığortaedənlər tərəfindən bu qanunun tələblərinə əməl edilməsinin elektron monitorinqini aparmaq, monitorinqin nəticələri barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat vermək, könüllü (əlavə) sosial sığorta müqaviləsi üzrə öhdəliklərin icrasını tələb etmək və qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək sığortaçının hüquqlarına, özünün müntəzəm ödəmə qabiliyyətini təmin edən tədbirlər görmək, sosial sığorta ödəmələrinin vaxtında hesablanıb ödənilməsini təmin etmək, könüllü (əlavə) sosial sığorta müqavilələri üzrə öhdəliklərini vaxtında və tam həcmdə icra etmək, məcburi dövlət sosial sığortanın məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdim etdiyi məlumatlar əsasında sığortaedənlərin uçotunu aparmaq, məcburi dövlət sosial sığortanın məqsədləri üçün sığortaedənlərin təqdim etdiyi məlumatlar əsasında sığortaolunanların uçotunu aparmaq, məcburi dövlət sosial sığortası üzrə daxilolmaların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə aylıq, rüblük və illik üzləşdirilməsini aparmaq, qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək isə sığortaçının vəzifələrinə aid edilmişdir. 01.01.2019-cu il tarixədək qüvvədə olmuş “Sosial sığorta haqqında” Qanunun 21-ci maddəsində məcburi dövlət sosial sığorta qaydalarının pozulmasına görə məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət edən inzibati orqanın məcburi dövlət sosial sığortası üzrə uçota durma qaydalarını pozmalarına, hesabat və maliyyə sənədlərinin vaxtında təqdim edilməməsinə, dövlət sosial sığorta haqqı hesablanan əmək ödənişi və gəlir növlərinin gizlədilməsinə, əməyin ödənilməsinin ölkə üzrə müəyyən edilmiş minimum məbləğindən az əmək haqqı ödənilməsinə, işçilərinin sayının gizlədilməsinə, dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən bank və ya digər kredit təşkilatında hesabın açılmasına dair şəhadətnamə-dublikat olmadan sığortaedənlərə (kommersiya hüquqi şəxsləri, xarici kommersiya hüquqi şəxsin nümayəndəlik və filialları, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər istisna olmaqla) hesablaşma hesabı və ya digər hesablar açılmasına görə müvafiq məbləğlərdə maliyyə sanksiyalarının tətbiq edilməsi və sığortaedənlərin məcburi dövlət sosial sığorta haqqının ödənilməsini gecikdirdiyinə görə gecikdirmənin hər gününə görə, lakin bir ildən çox olmamaq şərti ilə sığorta haqqının 0,1 faizi məbləğində penya hesablaması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir, Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, iddiaçı “X4 LTD” MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “X4 LTD” MMC-nin məcburi dövlət sosial sığorta haqları üzrə 73066,12 manat, penya üzrə 2957,86 manat, işsizlik sığortası üzrə 639,51 manat, ümumilikdə isə 76663,49 manat borcun silinməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı “X4 LTD” MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “ “X4 LTD” MMC-nin məcburi dövlət sosial sığorta haqları üzrə 73066,12 manat, penya üzrə 2957,86 manat, işsizlik sığortası üzrə 639,51 manat, ümumilikdə isə 76663,49 manat borcun silinməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-546/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-546/2021
14.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver