Məhkəmə qərarları › İş №2-1(118)-546/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-546/2023

06.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-546/2023 06.02.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Vəkil (ünvan 1 ünvanında yaşayan) iştirakı ilə, Cavabdehin nümayəndəsi X1 (DSMF publik hüquqi şəxsinin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialında aparıcı mütəxəssis işləyən, ünvan 2 ünvanında yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı onun xx.xx.1989-cu il tarixdən xx.xx.1990-cı il tarixədək Goranboy rayonu Dmitrov adına kolxozda işlədiyi dövrün sosial sığorta stajına daxil edilərək xx.xx.2017-ci il tarixdən iddiaçıya güzəştli şərrlərlə pensiyanın təyin edilməsi və ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filailının üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2017-ci il tarixdən iddiaçıya güzəştli şərrtlərlə pensiyanın təyin edilməsi və ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filailının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək xx.xx.1989-cu il tarixdən xx.xx.1990-cı il tarixədək Goranboy rayonu Dmitrov adına kolxozda işlədiyi dövrün sosial sığorta stajına daxil edilərək xx.xx.2017-ci il tarixdən iddiaçıya güzəştli şərrlərlə pensiyanın təyin edilməsi və ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filailının üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1965-ci il təvəllüdlüdür. Onun xx.xx.2006-cı ilədək 20 il 5 ay 11 gün ümumi və 10 ild\m yuxarı xüsusi iş stajı vardır. Belə ki, o, xx.xx.1990-xx.xx.2009-cu il tarixədək Sumqayıt Səthi Aktiv Maddələr Zavodunda güzəştli şərtlərlə pensiya hüququ verən peşələrdə işləmişdir. Bununla bağlı o, cavabdeh Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək 52 yaşdan əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin cavabdehin **********7 nömrəli, 21,07.2022-ci il tarixli məktubuna əsasən ona güzəştli şərtlərlə pensiya təyin olunmasından imtina edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddia tələbini qəbul etmədi və izah etdi ki, Mərkəzi Filiala təqdim etdilmiş sənədlərdə qeyd olunanlara əsasən iddiaçının ümumi iş stajı 1 yanvar 2006-cı il tarixədək 20 ildən az (18 il 8 ay 14 gün (xx.xx.1984- xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.1987-ci il, xx.xx.1987-xx.xx.1988-ci il, xx.xx.1988- xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.1989-cu il, xx.xx.1990-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir.Əlavə olaraq iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.1987-ci il tarixli AT-V ******* nömrəli əmək kitabçasında xx.xx.1990-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində “Sumqayıt Səthi Aktiv Maddələr Zavodu"nda işlədiyi qeyd olunmuşdur, iddiaçının adıçəkilən müəsisədəki iş stajına aid sənədlərdə qeyd olunan məlumatların yerində dəqiqləşdirilməsi zamanı yuxarıda qeyd olunan dövr ərzində iddiaçının ümumilikdə 5 ay 6 gün ödənişsiz məzuniyyətdə olduğu müəyyən edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edilmədiyi üçün (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) yuxarıda qeyd olunan dövrün iş stajına daxil etmək mümkün deyil.Qeyd olunanları nəzərə alaraq İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün deyil.Həmçinin əmək kitabçasında qeyd edilən xx.xx.1989-xx.xx.1990-cı il tarixləri arasındakı dövr arxiv arayışı ilə öz təsdiqini tapmadığı üçün həmin dövrün iş stajıma daxil ettmək mümkün deyildir. İş materiallarında olan : - İddiaçıya məxsus şəxsiyyət vəsiqəsindən görünür ki, o, xx.xx.1965-ci il təvəllüddür. - İddiaçı adına açılmış AT-V № ******* seriyalı əmək kitabçasından görünür ki, o, xx.xx.1987-xx.xx.1988-ci illərdə zavod, xx.xx.1988-xx.xx.1989-cu illərdə zavodda, xx.xx.1989-xx.xx.1990-cı illərdə Dmitrov adına kolxozda, xx.xx.1990- xx.xx.2010-cu illərdə Sumqayıt Səthi Aktiv Maddələr Zavodunda, xx.xx.2011- xx.xx.2011-ci il tarixlərdə "xxxx"ASC-də, xx.xx.2012-xx.xx.2013-cü illərdə "xxxx" MMC-də, xx.xx.2015-xx.xx.2016cı il tarixlərdə Abşeron rayon STAS-da, xx.xx.2016-xx.xx.2016-cı illərdə Abşeron rayon MKİİTB-də işləmişdir. xx.xx.2022-ci il tarixdən hazırki tarixədək “X3” MMC-də işləyir. - “Azərkimya” İB Səthi Aktiv Maddələr Zavodu tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 05/202 saylı arayışdan görünür ki, İddiaçı 27 a prel 2010-cu il tarixindən 02 sentyabr 2010cu il tarixinədək Sumqayıt Səthi Aktiv Maddələr zavodunun civə üsulu ilə xlor və kaustik soda istehsalatının elektroliz sexində xlorun qurudulması və nəql edilməsi və qurutma aparatçısı vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarına 1№-li Əlavənin 1 №-li Siyahısının Vİİİ bölməsinin 1080A010 şifri üzrə ona güzəştli şərtls pensiya təyin olunması hüququ verilir. - “Azərkimya” İB Səthi Aktiv Maddələr Zavodu tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 05/203 saylı arayışdan görünür ki, 24 oktyabr 1990-cı il tarixindən 01 aprel 2009-cu il tarixədək Sumqayıt Səthi Aktiv Maddələr zavodunun civə üsulu ilə xlor və kaustik soda istehsalatının elektroliz sexinin hidrogen qazının təmizlənməsi şöbəsində təmizləyici aparatçı, həmin sexdə xlorun qurudulması və nəql edilməsi aparatçısı vəzifəsində işləyib.Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi 21 iyun 1993-cü il tarixli 320 saylı qərarına 1 N-li Əlavənin 1№-li siyahısının Vİİİ bölməsinin 1080A010 şifri üzrə ona güzəştli şərtlə pensiya təyin olunması hüququ verilir. - iddiaçıya məxsus ******* seriyalı hərbi biletdən görünür ki, o, xx.xx.1984-xx.xx.1986-cı il tarixlərdə hərbi xidmətdə olmuşdur. -Kirovabad şəhər 38 nömrəli orta texniki peşə məktəbi tərəfindən verilmiş seriyalı diplomun surətindən görünür ki,İddiaçı xx.xx.1986-xx.xx.1987-ci il tarixlərdə həmin məktəbin suvaqçı -rəngsaz peşəsi üzrə tam kursu bitirmişdir. - Məhkəmənin sorğusuna əsasən Goranboy rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cavab mətubundan görünür ki, 1992- ci ildə rayonun keçmiş Dmitrov adma kolxoz idarə heyətinin inzibati binasında yanğın baş vermiş, buna görə də kolxozun idarə heyətinin qərarları, şəxsi hesab kitabları, əmək haqqı cədvəlləri mühafizə olunması üçün rayon Dövlət Arxivinə təhvil verilməmişdir.Bu səbəbdən də İddiaçı xx.xx.1989- 5.07.1990-cı illərdə Dmitrov adma kolxozda işləməsi barədə arxiv arayışının inzibati məhkəməyə təqdim olunması mümkün deyildir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Cavabdehin mövqeyinə görə iddiaçının xx.xx.2006-cı il tarixədək 10 ildən artıq xüsusi iş stajına malik olması mübahisələndirilmir. İşin mübahisələndirilən halı iddiaçının xx.xx.2006-cı ilədək 20 il ümumi iş stajına malik olmamasıdır. Belə ki, cavabdeh iddiaçının xx.xx.1990-xx.xx.2006-cı illər ərzində işlədiyi dövrdə ümumlikdə 5 ay 6 gün ödənişsiz məzuniyyətdə olduğunu və xx.xx.1989-xx.xx.1990-cı illərdə Goranboy (keçmiş Q.İsmayılov) rayon Dmitrov adına kolxozda işlədiyi dövrü sosial sığorta stajına daxil etməkdən imtina edir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi gündən bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafıq surətdə təyin edilir. 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfındən təsdiq olunan 1 nömrəli Siyahısı üzrə kişilər 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 26 iyun tarixli, 358-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılaraq 52 yaş müəyyən edilmişdir. Təqdim edilmiş əmək kitabçasından müəyyən edilir ki, iddiaçı xx.xx.1989-xx.xx.1990-cı illərdə Goranboy (keçmiş Q.İsmayılov) rayon Dmitrov adına kolxozda işləmişdir. Bununla bağlı X4 filialına sorğu verilmişdir. Həmin Filialdan sorğuya alınmış cavabdan görünür ki, 1992-ci ildə rayonun keşmiş Dmitrov adına kolxoz idarə heyətinin inzibati binasında yanğın baş vermiş, buna görə də kolxozun idarə heyətinin qərarları, şəxsi hesab kitabları, əmək haqqı cədvəlləri mühafizə olunması üçün rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Məhkəmə hesab edir ki, koxoz binasında baş vermiş yanğınla bağlı arxiv sənədləri məhv edildiyindən hazırda əmək kitabçasından başqa iddiaçının işləməsini təsdiq edən sənədləri təqdim edilməməsinə o, cavabdehlik daşımamalıdır. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin birinci hissəsinin b) bəndinə əsasən: əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli Siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. xx xxxx 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. …Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci – yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” : 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”:

1. Əmək stajı iş, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.

21. Əmək Məcəlləsi: Maddə 87. 1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

22. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı: Maddə 1.1 Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir.__ Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 saylı Siyahısı”nın Vlll bölməsinə görə (1080A010 saylı şifrə) civə üsulu ilə xlor və kaustik soda istehsalatının elektroliz sexində xlorun qurudulması və nəql edilməsi və qurutma aparatçısı peşələri nəzərdə tutulmuşdur. Məhkənə qeyd edir ki, mübahisələndirilən dövr də nəzər alındıqda iddiaçının ümumi iş stajı 20 ildən artıq təşkil edəcəkdir ki, bu da ona güzəştli şərtlərə 52 yaşdan əmək pensiyasının təyin edilməsi üşün əsas olacaqdır. İş materiallarında mövcud olan sübutlarla iddiaçının “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə minənədək, yəni xx.xx.2006-cı il tarixədək Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahı üzrə 10 il güzəştli və 20 il ümumi əmək stajı topladığı təsdiq olunduğundan, onun qanunvericiliyin yuxarıda istinad olunmuş müddəalarına əsasən 52 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Məhkəmə hesab edir ki, iddiaçının pensiya hüququ xx.xx.2017-ci il tarixdə yaransa da, pensiyanın təyini üçün xx.xx.2022-ci il tarixdə cavabdeh inzibati orqana müraciət etdiyindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası iddiaçıya münasibətdə də tətbiq edilməlidir. Beləliklə, məhkəmə qeyd edilənləri ümumiləşdirərək hesab edir ki, iddiaçının 52 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə müəyyən edilmiş bütün şərtlərin ödənildiyi müəyyən olunduğundan iddia təmin edilməli, xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və iddiaçının pensiya təyin edilməsi üçün cavabdehə müraciət etdiyi xx.xx.2022-ci il tarixdən əvvəlki üç il üçün alınmamış əmək pensiyasının məbləğinin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildir.

NƏTİCƏVİ HİSSƏ

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. İddiaçı xx.xx.1989-cu il tarixdən xx.xx.1990-cı il tarixədək Goranboy rayonu Dmitrov adına kolxozda işlədiyi dövrün sosial sığorta stajına daxil edilərək xx.xx.2017-ci il tarixdən iddiaçıya güzəştli şərtlərlə pensiyanın təyin edilməsi və iddiaçının pensiya təyin edilməsi üçün cavabdehə müraciət etdiyi xx.xx.2022-ci il tarixdən əvvəlki üç il üçün alınmamış əmək pensiyasının məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialının üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən (Sumqayıt Məhkəmə Kompleksi) Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər.

Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar