Məhkəmə qərarları › İş №2-1(118)-5468/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-5468/2025

08.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-5468/2025 08.12.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iş üzrə (Açar sözlər: müharibə veteranı adı və vəsiqəsinin verilməsi) GİRİŞ HİSSƏ Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bəşirova Nərminə Zakir qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 8 dekabr 2025ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddiaçı tərəfindən iddia ərizəsinə qoşma şəklində əlavə edilmiş, həmçinin Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) N2.3-cü maddəsinə əsasən, təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:

1. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Xaçmaz Rayon Hərbi Komissarlığının 20 sentyabr 2006-cı il tarixli, N489 nömrəli “Çavuş, sıravi və ordu qulluqçularının hərbi xidmət və digər göstəricilərini təsdiq edən sorğu anketi”ndən görünür ki, “X7” N saylı hərbi hissədə N iyul N995-ci il tarixdən N8 dekabr N995-ci il tarixədək, NN saylı hərbi hissədə N dekabr N995-ci il tarixdən 7 sentyabr N996-cı il tarixədək, N3 saylı hərbi hissədə N sentyabr N996-cı il tarixdən N iyul N998-ci il tarixədək döyüşlərdə iştirak etmişdir.

2. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivin 5 mart 2024-cü il tarixli, 3-25/2-D-2xx-xx/2024 nömrəli arxiv arayışından görünür ki, N iyul N995-ci il tarixdə Rayon Hərbi Komissarlığı tərəfindən göndərilmiş X8 N nömrəli hərbi hissə komandirinin N2 avqust N995-ci il tarixli, 224 nömrəli əmrilə (əsas: səh.29, §N0, sıra-262, qeyd: əmrdə soyadı Dönüşov yazılmışdır və “xx.xx.N995” tarixdə düzəliş olunaraq qaralanmışdır) şəxsi heyətin siyahısına salınaraq 6 avqust N995-ci il tarixdə hərbi andı qəbul etmişdir. 5-ci MAT-un sıravisi X9 N nömrəli hərbi hissə komandirinin N8 dekabr N995-ci il tarixli, 35N nömrəli əmrilə (əsas: səh.20, §6, qeyd: əmrdə adı Ramil atasının adı Bakir yazılmışdır) şəxsi heyətin siyahısından çıxarılıb xidmətini davam etdirmək üçün NN nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. N2 nömrəli hərbi hissə komandirinin N sentyabr N996-cı il tarixli, N079 nömrəli sərəncamına əsasən NN nömrəli hərbi hissədən hərbi xidmətini davam etdirmək üçün hərbi hissəyə göndərilmiş N iyul N995-ci il tarixdə Xaçmaz Rayon Hərbi Komissarlığından çağırılmış N977-ci il təvəllüdlü sıravi XN0 N3 nömrəli hərbi hissə komandirinin N sentyabr N996-cı il tarixli, 253 nömrəli əmrilə (əsas: səh.95, §2, sıra-2N, qeyd: əmrdə soyadı Göyüşov yazılmışdır) şəxsi heyətin siyahısına daxil edilərək, 2-ci MAT-un N-ci bölüyünün, N-ci tağımının, 2-ci manqasının baş atıcısı vəzifəsinə təyin olunmaqla bütün növ təminatlarla təmin edilmişdir. Müdafiə nazirinin “xx.xx.N995-ci il tarixə kimi həqiqi hərbi xidmətə çağırılmış o, cümlədən ali təhsili olan N (bir) il və daha çox xidmət etmiş hərbi qulluqçuların Azərbaycan Respublikası Silahlı Qüvvələrdən ehtiyata tərxis edilməsi haqqında” NN2 saylı, 22 iyun N998-ci il tarixli əmrinə əsasən, xx xxx N977-ci il təvəllüdlü N iyul N995-ci il tarixdə Xaçmaz Rayon Hərbi Komissarlığından çağırılmış, 2-ci MAT-un atıcısı sıravi İddiaçı N3 nömrəli hərbi hissə komandirinin 2N iyul N998-ci il tarixli, 206 nömrəli əmrilə (əsas: səh.95, §N, sıra-N9) şəxsi heyətin siyahısından bütün növ təminatlardan çıxarılaraq qeydiyyata durmaq üçün Xaçmaz Rayon Hərbi Komissarlığına göndərilmişdir. Qeyd edilmişdir ki, NN nömrəli hərbi hissə komandirinin N995-N996-cı il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır.

3. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin N0 mart 2025-ci il tarixli, 3-25-N4/2-D-34xx-xx/2025 nömrəli məktublarından görünür ki, İddiaçı “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın 6 avqust 2025-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Təqdim olunmuş sənədlərə əsasən hərbi xidməti N iyul N995-ci il tarixə (yəni atəşkəs dövrünə) təsadüf etdiyinə görə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur.

4. X6 məxsus 3 iyun N995-ci il tarixli, H3 seriyalı, ******* nömrəli “Hərbi bilet”in surəti.

Məhkəmə araşdırması zamanı İPM-in N2.3-cü maddəsinə əsasən, verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:

5. Azərbaycan Respublikasının Ağdam Hərbi Prokurorluğunun N5 avqust 2025-ci il tarixli, 3-3-N70/2-03N603/2025 nömrəli məktubundan görünür ki, xx xxx N977-ci il təvəllüdlü İddiaçı barəsində Ağdam Hərbi Prokurorluğunda cinayət işi istintaq olunmamış və təqsirləndirici material araşdırılmamışdır.

6. Azərbaycan Respublikasının Tərtər Hərbi Prokurorluğunun 25 avqust 2025-ci il tarixli, 3-3-2N0/2-032768/2025 nömrəli məktubundan görünür ki, Tərtər Hərbi Prokurorluğunda vətəndaş İddiaçı barəsində əvvəllər və hal-hazırda təqsirləndirici material araşdırılmamış və cinayət işi istintaq olunmamışdır.

7. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N9 avqust 2025-ci il tarixli, 3-25-29/2- N654/2025 nömrəli məktubundan görünür ki, N iyul N995-ci il tarixdə Azərbaycan Respublikası Hərbi Komissarlığı tərəfindən göndərilmiş, sıravi X8 N nömrəli hərbi hissə komandirinin N2 avqust N995-ci il tarixli, 224 nömrəli əmrilə (əsas: § N0, sıra 262, səh 28, əmrdə soyadı Dönüşov yazılmışdır, vəzifəsi göstərilməyib, “xx.xx.N995” tarixi düzəliş olunaraq qaralanmışdır) şəxsi heyətin siyahısına daxil edilərək 6 avqust N995-ci il tarixdən hərbi andı qəbul etmiş hesab edilmişdir. N nömrəli hərbi hissə komandirinin N8 dekabr N995-ci il tarixli, 35N nömrəli əmrilə 5-ci MAT-un hərbi qulluqçusu, sıravi X9 (əsas: § 6, səh 20, əmrdə adı Ramil və atasının adı Bakir yazılmışdır, vəzifəsi göstərilməyib) şəxsi heyətin siyahısından çıxarılaraq xidmətini davam etdirmək üçün NN nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. N2 nömrəli hərbi hissə komandirinin N sentyabr N996-cı il tarixli müvafiq sərəncamına əsasən NN nömrəli hərbi hissədən xidmətini davam etdirmək üçün göndərilmiş, Xaçmaz Rayon Hərbi Komissarlığının çağırışçısı, N977-ci il təvəllüdlü, sıravi XN0 N3 nömrəli hərbi hissə komandirinin N sentyabr N996-cı il tarixli, 253 nömrəli əmrilə (əsas: § 2, sıra 2N, səh 95, əmrdə soyadı Göyüşov yazılmışdır) şəxsi heyətin siyahısına daxil edilməklə bütün növ təminatlarla təmin edilərək baş atıcı vəzifəsinə təyin olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirinin “xx.xx.N995-ci il tarixə kimi həqiqi hərbi xidmətə çağırılmış o, cümlədən ali təhsili olan N (bir) il və daha çox xidmət etmiş hərbi qulluqçuların Azərbaycan Respublikası Silahlı Qüvvələrdən ehtiyata tərxis edilməsi haqqında” 22 iyun N998-ci il tarixli, NN2 nömrəli əmrinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrdən ehtiyata tərxis olunmuş, xx xxx N977-ci il təvəllüdlü, atıcı, sıravi İddiaçı N3 nömrəli hərbi hissə komandirinin 2N iyul N998-ci il tarixli, 206 nömrəli əmrilə (əsas: § N, sıra N9, səh 95) şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Xaçmaz Rayon Hərbi Komissarlığının sərəncamına göndərilmişdir. Qeyd edirik ki, NN nömrəli hərbi hissə komandirinin N995-N996-cı il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır.

b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

İddia tələbinin dəlilləri:

8. İddiaçı (bundan sonra - “iddiaçı”) Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müharibə veteranı statusunun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. İddia tələbi işin hallarına (§N-4) istinad edilərək onunla əsaslandırılmışdır ki, iddiaçı N995-N998-ci illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tərkibində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Həmin dövrdə, Birinci Qarabağ müharibəsindən sonrakı atəşkəs rejiminə baxmayaraq, erməni silahlı birləşmələri tərəfindən atəşkəsin mütəmadi olaraq pozulduğu və döyüş toqquşmalarının baş verdiyi dövrlərdə Ağdam və Tərtərin Qapanlı, Qazyan, Qırmızıkənd və bir çox ön cəbhə bölgələrində, ən ağır döyüş tapşırıqlarında iştirak etmişdir. Xidməti zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi uğrunda aparılan döyüş əməliyyatlarında fəal iştirak etmiş, bu zaman bir neçə dəfə onurğa sütunu və döş qəfəsindən travmalar almışdır. Həmin xəsarətlərin fesadları bu gündə səhhətinə mənfi təsir göstərir və sağlamlığında ciddi problemlər yaratmaqdadır. Müvafiq tibbi arayışlardada bu hall təsdiqlənir. Döyüş şəraitində xəsarət alması, həmin dövrdə səhiyyə və hərbi qeydiyyat sistemlərinin natamamlığı səbəbilə tam və rəsmi qaydada sənədləşdirilməmişdir.

10. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Konstitusiyasının 25, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin N0-cu maddələrinə, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa, “Sosial müdafiə haqqında” Azərbaycan Respublikasının Qanununa, “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 3, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 26, 30-cu maddələrinə istinad edilmişdir.

11. Azərbaycan Respublikası İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

12. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir.

İddia tələbinə qarşı etirazın dəlilləri:

13. Cavabdeh məhkəməyə etirazlar təqdim edərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

14. Etiraz arxiv məlumatlarına istinad edilərək (§7) onunla əsaslandırılmışdır ki, şəxsə “Müharibə veteranı adı və vəsiqəsi”nin verilməsi üçün qanunvericiliyin müvafiq normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: - şəxsin xidmət keçməsi: hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyahısına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. - bunun müvafiq sənədlərdə əks edilməsi: bu zaman zəruri sənədlər məfhumuna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 20N8-ci il tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxmından hesab edilir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın N0 mart 2025-ci il tarixli məktubundan görünür ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən tərtib edilmiş 5 mart 2024-cü il tarixli arxiv arayışa əsasən iddiaçının hərbi xidməti N iyul N995-ci il tarixdən sonrakı vaxta (döyüş əməliyyatları bitdikdən sonraya) təsədüf etdiyinə görə ona müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina olunmuşdur.

15. Etirazın maddi hüquqi əsası kimi “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli, 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N, ““Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 aprel 2006-cı il tarixli, 396 nömrəli Fərmanının N.3-cü bəndlərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X2 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 27 sentyabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 9 iyul 2007-ci il tarixli Qərarına, prosessual hüquqi əsası kimi isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77, İPM-in N4.3, 38, 47.2, 48.2-ci maddələrinə istinad edilmişdir.

c) Tərəflərin iştirakı və izahatları:

16. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir.

17. Məhkəmə iclasında iştirak edən şahid X3 ifadə verərək, N993-cü ildən N997-ci ilədək N3 nömrəli hərbi hissədə xidmət etdiyini, iddiaçının N996-cı ildə hərbi hissəyə daxil olduğunu, atəşkəs elan olunduğuna baxmayaraq, atışmaların davam etdiyini, N997-ci ildə tərxis olunduqdan sonra iddiaçının hərbi hissədə qaldığını, 2000-ci ildə veteran vəsiqəsi ilə təmin olunduğunu bildirmişdir.

18. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır.

19. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının N8 may 202N-ci il tarixli, 2-N(N02)-895/202N saylı qərarında qeyd olunmuşdur ki, “... məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin məlumatlandırılması yalnız bildirişin qanunauyğun formada tərtib edilməsindən yox, eləcə də həmin bildirişin tərəflərə lazımi qaydada çatdırılmasından ibarətdir. Məhkəmələr məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verərkən həm bildirişin mətnini qanunauyğun formada tərtib etməli, həm də həmin bildirişin proses iştirakçılarına qanunvericilikdə nəzərdə tutulan formada təqdim edilməsini təmin etməlidir.”

20. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § N-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).

21. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Həmçinin, tərəflərə göndərilmiş məhkəmə bildirişlərində onların yazılı izahat vermək, sübutlar təqdim etmək və s. hüquqları barədə xəbərdar olunmuşdurlar.

22. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ

İddianın mümkünlüyü:

23. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

24. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

25. Həmin Məcəllənin 33.N-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.

26. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

27. Məhkəmə iddiaçı tərəfin izahatını, həmçinin iş materialına əlavə edilmiş sənədləri mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunan hallara istinad edərək əsaslandırır.

28. Belə ki, iddiaçı tərəfin mövqeyinə görə, o, N995-N998-ci illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tərkibində müddətli həqiqi hərbi xidmətdə olmuş, həmin dövrdə İ Qarabağ müharibəsindən sonrakı atəşkəs rejiminə baxmayaraq, erməni silahlı birləşmələri tərəfindən atəşkəsin mütəmadi olaraq pozulduğu və döyüş toqquşmalarının baş verdiyi dövrlərdə Ağdam və Tərtərin Qapanlı, Qazyan, Qırmızıkənd və bir çox ön cəbhə bölgələrində, ən ağır döyüş tapşırıqlarında iştirak etmiş, xidməti zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi uğrunda aparılan döyüş əməliyyatlarında fəal iştirak etmiş, bu zaman bir neçə dəfə onurğa sütunu və döş qəfəsindən travmalar almışdır.

29. Cavabdeh tərəfin mövqeyinə görə isə iddiaçının hərbi xidməti N iyul N995-ci il tarixdən sonrakı vaxta (döyüş əməliyyatları bitdikdən sonraya) təsədüf etdiyinə görə ona müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina olunmuşdur.

30. Məhkəmə tərəfindən tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinə əsasən, İPM-in N2-ci maddəsinin tələbləri çərçivəsində hər iki tərəfin mövqeyi nəzərə alınaraq müxtəlif qurumlara müvafiq sorğular ünvanlanmışdır.

31. İş materiallarında olan sənədlərdən, həmçinin məhkəmənin sorğularına cavab olaraq göndərilmiş arxiv arayışları ilə müəyyən olunur ki, iddiaçı N nömrəli hərbi hissə komandirinin N2 avqust N995-ci il tarixli, 224 nömrəli əmrilə şəxsi heyətin siyahısına daxil edilərək 6 avqust N995-ci il tarixdən hərbi andı qəbul etmiş, N nömrəli hərbi hissə komandirinin N8 dekabr N995-ci il tarixli, 35N nömrəli əmrilə şəxsi heyətin siyahısından çıxarılaraq xidmətini davam etdirmək üçün NN nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilmiş, N2 nömrəli hərbi hissə komandirinin N sentyabr N996-cı il tarixli müvafiq sərəncamına əsasən NN nömrəli hərbi hissədən xidmətini davam etdirmək üçün göndərilmiş, N3 nömrəli hərbi hissə komandirinin N sentyabr N996-cı il tarixli, 253 nömrəli əmrilə şəxsi heyətin siyahısına daxil edilməklə bütün növ təminatlarla təmin edilərək baş atıcı vəzifəsinə təyin olunmuş, Azərbaycan Respublikası Müdafiə nazirinin 22 iyun N998-ci il tarixli, NN2 nömrəli əmrinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrdən ehtiyata tərxis olunmuş, N3 nömrəli hərbi hissə komandirinin 2N iyul N998-ci il tarixli, 206 nömrəli əmrilə şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Xaçmaz Rayon Hərbi Komissarlığının sərəncamına göndərilmişdir.

32. Göründüyü kimi, həm məhkəmə araşdırması zamanı əldə edilmiş məlumatlar, həm də şahidin verdiyi izahatından müəyyən edilir ki, iddiaçının xidmət dövrü N2 avqust N995ci il tarixdən 2N iyul N998-ci il tarixədək davam etmişdir.

33. İddiaçı xidmət zamanı yaralanmasını bildirsə də, bu barədə hər hansı sübut təqdim etməmiş, həmçinin şahidin verdiyi izahatına əsasən iddiaçı N996-cı ildən əvvəl yaralanmış və bundan sonra hərbi xidmətini davam etdirmişdir. Qeyd edilməlidir ki, şahidə həmin məlumatı iddiaçı hərbi hissəyə daxil olduğu zaman bildirmiş və bu hal hər hansı əsasla öz təsdiqini tapmamışdır.

34. Bununla da məhkəmə belə nəticəyə gəlir ki, istər arxiv arayışlarında, istərsə də iş materiallarında olan digər sənədlərdə iddiaçının qanunvericiliklə nəzərdə tutulmuş N fevral N988-ci il tarixdən N2 may N994-cü il tarixədək döyüş əməliyyatlarında iştirak etməsi, və ya N994-cü il N2 may tarixdən sonra döyüş zonasında hərbi xidmət keçərkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edərək, həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət alması sübuta yetirilməmişdir.

35. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə əsasən: “N. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Ağdərə, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və XN Xidməti, Azərbaycan Respublikasının Strateji X4 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; ...”

36. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: İkinci dünya müharibəsi illərində döyüşən orduda (donanmada), partizan birləşmələri tərkibində, gizli fəaliyyətdə Vətənin müdafiəsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, habelə başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində və keçmiş SSRİ Silahlı Qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri və müşavirləri kimi iştirak etmiş şəxslər; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; N944-cü il yanvarın N-dən N95N-ci il dekabrın 3N-dək Ukraynanın, Belorusiyanın, Baltikyanı respublikaların ərazisində quldur dəstələrinə qarşı silahlı mübarizədə iştirak etmiş şəxslər; Azərbaycan Respublikasının ərazisində daimi yaşayan, ikinci dünya müharibəsi illərində xarici ölkələrin ərazisində milli orduların, partizan dəstələrinin tərkibində faşist Almaniyasına, onun müttəfiqlərinə və imperialist Yaponiyaya qarşı döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; İkinci dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçiləri; N94N - N945-ci illərdə keçmiş Sovet ordusunda (donanmasında), daxili işlər və dövlət təhlükəsizliyi orqanlarında hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş hərbi qulluqçular; İkinci dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müharibə veteranlarının vahid informasiya bazasını yaratmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində müharibə veteranlarının reyestrini elektron formada aparır. Müharibə veteranlarının reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir.

37. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 aprel tarixli, 396 nömrəli Fərmanı: N. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində: ... N.3. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısını, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin; ...

38. Beləliklə, aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia tələbi onun hüquqi əsasının dispozisiya şərtlərini ödəmədiyindən, təmin edilməməlidir.

39. İPM-in müvafiq müddəalarında nəzərdə tutulmuşdur: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.N-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır;

NƏTİCƏVİ HİSSƏ

40. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.N-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilməsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar