Məhkəmə qərarları › İş №2-1(118)-548/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-548/2023

26.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-548/2023 26.09.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X4 Ramiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı ünvan 2az Ərazi İdarəsinə qarşı X1 adına qeydə alınmış ünvan 2az şəhəri, Heydər Əliyev küçəsi, ev 13, 12 saylı mənzilə dair mülkiyyət hüququnun dövlət reyestri haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda və texniki pasportda mənzilin sıra nömrəsinin “10”-a düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xamaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabehin 03 avqust 2022-ci il tarixli, **********58 saylı məktubu ilə iddiaçıya verilmiş imtinanın qanunsuz hesab edilməsi və cavabdehin üzərinə Tahirə Mahmudovanın adına qeydə alınmış ünvan 2az şəhəri, Heydər Əliyev küçəsi, ev 13, mənzil 12-nin hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışında və texniki pasportunda sıra nömrəsinin “10”a düzəliş edilməsin öhdəliyinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, X1 adına qeydə alınmış ünvan 2az şəhəri, Heydər Əliyev küçəsi, 13 saylı evdə yerləşən 12 saylı mənzilə dair mülkiyyət hüququnun dövlət reyestri haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda və texniki pasportda mənzilin sıra nömrəsinin “10”-a düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X3 Azərbaycan Respublikası İPM-nin 28.2-ci maddəsinə əsasən üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2az rayon İcra Hakimiyyəti Başçısının 19 avqust 1994-cü il tarixli 248 nömrəli sərəncamı ilə iddiaçının adına ünvan 2az şəhəri, Mikayıl Müşfiq küçəsi, 13 saylı evdə yerləşən iki otaqdan ibarət, yaşayış sahəsi 26,31 kvm olan 12 nömrəli mənzilə 1123 nömrəli order verilmişdir. Həmin tarixdən də o, ailə üzvləri ilə birlikdə göstərilən mənzildə yaşayır. 2013-cü ildə həmin mənzili özəlləşdirmiş və ünvan 2az ərazi idarəsi tərəfindən xx.xx.2013-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, RX seriyalı, ******* nömrəli,**********18-05101-093009 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Həmin sənədə mənzilin ünvanı ünvan 2az şəhəri, Heydər Əliyev küçəsi, ev 13, mənzil 12 göstərilmişdir.Bu yaxınlarda ona məlum olmuşdur ki, həmin binada ona məxsus mənzildən başqa digər mənzilə də 12 nömrə verilməklə dövlət reyestrindən çıxarış verilmişdir. Maraqlandıqda məlum olmuşdur ki, eyni binada Mahmudova Tahirənin yaşadığı mənzilə də 5 saylı ünvan 2az Ərazi İdarəsi tərəfindən 2017-ci ildə mülkiyyət hüququna dair çıxarış verilməklə həmin mənzilin yerləşdiyi ünvanı ünvan 2az şəhəri, Heydəı Əliyev küçəsi, ev 13, mənzil 12 göstərilmişdir, halbu ki, Tahirə Mahmudovanın adına olan mənzil ona məxsus mənzil ilə eyni mərtəbədə yerləşir. Tahirə Mahmudovanın adına verilmiş çıxarışda mənzilin ünvanının 12 nömrədən 10 nömrəyə düzəliş edilməsi üçün 5 saylı ünvan 2az Ərazi İdarəsinə müraciət etmiş, lakin ona imtina cavabı verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq səbəbini bildirmədən nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümnkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, ərizədə göstərilən mənzillərə verilmiş dövlət reyestrindən çıxarışlarda göstərilən ünvanlar ‘Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə müəyyən edilmiş hüquqların dövlət qeydiyyatına əsas olmuş müvafiq icra hakimiyyəti orqanı tərəfindən hazırlanmış orderlər əsasında verilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı ünvan 2az Ərazi İdarəsinin mənzildə ünvanın dəyişdirilməsi səlahiyyəti yoxdur. İş materiallarında olan : - RX ******* seriyalı **********18-05101 -093009 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2az şəhəri, Heydər Əliyev küçəsi, 13 saylı evdə yerləşən 12 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir. -DƏDRX-nin ünvan 2az ərazi idarəsi tərəfindən tərtib edilmiş texniki pasportdan görünür ki, həmin sənəd İddiaçı xüsusi mülkiyyətində olan ünvan 2az şəhəri, Heydər Əliyev küçəsi, ev 13, 12 saylı mənzil barəsindədir. - 19 avqust 1994-cü il tarixli 1123 nömrəli orderdən görünür ki, ünvan 2az rayon İcra Hakimiyyəti Başçısının 19 avqust 1994-cü il tarixli 1123 nömrəli 248 nömrəli sərəncamı ilə İddiaçı ünvan 2az şəhəri, Mikayıl Müşfiq küçəsi 13 saylı evdə yerləşən iki otaqdan ibarət, yaşayış sahəsi 26,31 kvm olan 12 nömrəli mənzil verilmişdir. - Məhkəmənin sorğusuna əsasən ünvan 2az rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, ünvan 2az şəhəri, Heydər Əliyev küçəsi 13 saylı ünvanda yerləşən yaşayış evi vaxtı ilə “Azərenerji" ASC-nin (ünvan 2az paylayıcı elektrik şəbəkəsi) balansında olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 sentyabr 2008-ci il tarixli, 200 saylı qərarı ilə həmin bina ünvan 2az rayon İcra Hakimiyyətinə və rayon İcra Hakimiyyətinin müvafiq qərarı ilə ünvan 2az MKTİ-nin balansına verilmişdir. Sözügedən yaşayış binası 2 mərtəbəli, 2 girişli, 12 mənzilli olmaqla 1968-ci ildə istismara verilmişdir. Hazırda həmin binada “12” nömrəsi altında 2 mənzil var, “10” nömrəsi altında mənzil mövcud deyildir. İddiaçı adına verilmiş texniki pasport onun mülkiyyətində olan və hazırda yaşadığı mənzilin göstəricilərinə uyğundur. T.Mahmudovanın adına verilmiş texniki pasport onun mülkiyyətində olan və yaşadığı mənzilin göstəricilərinə uyğundur. - Məhkəmənin sorğusuna əsasən, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı ünvan 2az Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, ünvan 2az şəhəri, H.Əliyev küçəsi 13 saylı evdə yerləşən 12 saylı mənzilə dair X2 verilmiş xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli, **********18-05101- 093005 reyestr nömrəli çıxarışın və həmin çıxarışın verilməsinə əsas olmuş sənrədlərin təsdiq olunmuş surəti məhkəməyə təqdim edilmişdir. -ünvan 2az rayon Dövlət Arxivi tərəfindən məhkəmənin sorğusuna əsasən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, vətəndaşlara məxsus mənzillərə aid sənədlər(qeydiyyat vəsiqəsi,texniki pasport və s.) mühafizə olunmaq üçün arxivə təhvil verilməmişdir. ünvan 2az rayon ZDS İcraiyyə Komitəsinin sənədləri ünvan 2az rayon dövlət arxivinə təhvil verilməmişdir.ünvan 2az rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli 248 saylı sərəncamının və ona əlvə olunmuş vətəndaş İddiaçı aid digər sənədlərin təsdiqlənmiş arxiv surəti məhkəməyə təqdim edilmişdir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı ünvan 2az Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, ünvan 2az şəhəri,H.Əliyev küçəsi 13 saylı ev (bina) cəmi 12 mənzildən ibarətdir.Göstərilən ünvanda "12" nömrəsi altında 2 mənzil qeydiyyata alınmışdır.Həmin binada 10 saylı mənzil mövcud deyil. İddiaçı M.Müstafayevin adına verilmiş texniki pasport onun mülkiyyətində və olan yaşadığı mənzilin göstəricilərinə uyğundur. T.Mahmudova tərəfindən mənzilə baxış üçün şərait yaradilmadığından bu sualı cavablandırmaq mümkün olmamışdır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə qəbul edilmiş «Marks Belçikaya qarşı» qərarında göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır (maddə 15.1). Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz (maddə 15.2) Göstərilən Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2008-ci il tarixli 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları»: 1.1. Bu qaydalar Azərbaycan Respublikasında ünvan reyestrinin aparılmasını və daşınmaz əmlak obyektlərinə ünvanın verilməsini tənzimləyir. 1.2. Ünvan reyestri vahiddir və Azərbaycan Respublikasının bütün ərazisini əhatə edir. 1.3. Ünvan reyestri Azərbaycan Respublikasının mülkiyyətidir. 1.4. Ünvan reyestri daşınmaz əmlakın vahid kadastrı ilə əlaqələndirilməklə, məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən və onların fərdiləşdirilməsini təmin edən məlumat bazasıdır. Ünvan reyestri ünvan istifadəçilərini ünvanla bağlı zəruri informasiya ilə təmin etmək məqsədi ilə tərtib edilir və aparılır.[3] 1.5. Ünvan reyestrinin aparılması və ünvanların verilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra – Dövlət Xidməti) tərəfindən həyata keçirilir. 2.4. Ünvan reyestrində saxlanılan məlumatlara dəyişiklik edilməsinə əsas olan aşağıdakı hallar baş verdiyi və ya bu barədə müraciət edildiyi tarixdən 3 (üç) iş günü müddətində dəyişiklik edilir: daşınmaz əmlak obyektinin yerləşdiyi ərazi vahidinin və nəqliyyat infrastrukturu obyektinin qanunvericiliklə müəyyən edilmiş qaydada adı dəyişdirildikdə, habelə müvafiq nəqliyyat infrastrukturu obyektinə yeni ad verildikdə və ya onun adı dəyişdirildikdə (bu halda ünvan nömrələri dəyişilmir); texniki səhvlər aradan qaldırıldıqda; ünvanın statusu dəyişdikdə; məhkəmənin qərarı olduqda; nəqliyyat infrastrukturu obyekti yenidən qurulduqda; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə uyğun olaraq, daşınmaz əmlak obyekti məhv olduqda 3.11. Çoxmənzilli binaların hər bir mənzilinə, tərkibindəki qeyri-yaşayış sahələrinə və qeyri-yaşayış binalarının hər bir tərkib hissəsinə ünvan nömrəsi verilir. Çoxmənzilli binaların hər bir mənzilinə, tərkibindəki qeyri-yaşayış sahələrinə və qeyri-yaşayış binalarının hər bir tərkib hissəsinə ünvan nömrəsi verilərkən mərtəbəlilik nəzərə alınır. Bu zaman nömrələmə giriş qapısının yerləşdiyi mərtəbədən başlanır. Çoxmənzilli binaların hər bir mənzilinin, tərkibindəki qeyri-yaşayış sahələrinin və qeyri-yaşayış obyektinin tərkib hissəsinin ünvan nömrəsi binanın və ya qeyri-yaşayış obyektinin girişinin, həmin mərtəbənin və mənzilin, qeyri-yaşayış sahəsinin və ya qeyri-yaşayış obyektinin tərkib hissəsinin nömrəsindən ibarət olur. Çoxmənzilli binanın girişlərinə və çoxmənzilli binanın tərkib hissəsi olan mənzillərə (qeyri-yaşayış sahələrinə) ünvanların təyin edilməsi, müvafiq olaraq, tikintisinə icazə alınmış, lakin tikintisi başa çatmamış binanın sifarişçisinin və ya çoxmənzilli binanın mülkiyyətçisinin və ya onun səlahiyyətli nümayəndəsinin müraciəti əsasında Dövlət Xidməti tərəfindən, hər bir mənzilin nömrələnməsi (qapı nömrəsinin quraşdırılması) isə bina inşa edildikdən sonra binanın sifarişçisi və ya mülkiyyətçisi tərəfindən təmin edilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı 2013-cü ildə mənzil özəlləşdirilərkən ona verilmiş order əsasında mənzilin nömrəsi “12” kimi qejyd edilmişdir. Mahmudova Tahirə mənzilin özəlləşdirilməsi üçün müraciət etdikdə cavabdeh inzibati orqan “12” saylı mənzilin mövcud olmasına baxmayaraq eyni binada yerləşən mənzilə də həmin nömrəni vermişdir. Halbuki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə görə cavabdeh vətəndaşın müraciətiə əsasən özü araşdırma aparmalı və onun müraciətinin təmin olunmasının mümkün olub-olmamasını qiymətlənidirlməli olmudur. Lakin hazırki mübahisədə cavabdeh artıq həmin nömrə altında mənzilin olmasını nəzərə almadan T.Mahmudovanın mənzilini “12” saylı mənzil kimi özəlləşdirilməsini həyata keçirmişdir. Beləliklə, məhkəmə cavabdehin imtinasının səbəbini formal xaraktertli kimi qiymətləndirərək iddianın təmin edilməsini məqsədəuyğun hesab edir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı X1 adına qeydə alınmış ünvan 2az şəhəri, Heydər Əliyev küçəsi, 13 saylı evdə yerləşən 12 saylı mənzilə dair mülkiyyət hüququnun dövlət reyestri haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda və texniki pasportda mənzilin sıra nömrəsinin “10”-a düzəliş edilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı ünvan 2az Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70, (Sumqayıt Məhkəmə Kompleksi) ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar