Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-55/2021 29.12.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X4 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “03.10.2019-cu il tarixli **********191053 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərarın ləğv edilməsi və həmin qərar əsasında hesablanmış 24297,59 manat əlavə vergi məbləğinin və tətbiq edilmiş 10620,13 manat maliyyə sanksiyasının silinməsinə” dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı "xxxx" MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia qaldıraraq “03.10.2019-cu il tarixli **********191053 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərarın ləğv edilməsi və həmin qərar əsasında hesablanmış 24297,59 manat əlavə vergi məbləğinin və tətbiq edilmiş 10620,13 manat maliyyə sanksiyasının silinməsinə” dair qərar qəbil edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 2 saylı Ərazi Vergilər Baş İdarəsinin (bundan sonra - cavabdeh vergi orqanı) 26.12.2018-ci il tarixli **********172872 nömrəli qərarına əsasən iddiaçı "xxxx" MMC-də yanvar 2013 - sentyabr 2018 dövrünü əhatə edən növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama 27.12.2018-ci il tarixdə başlanmış və 01.10.2019-cu il tarixdə bitmişdir. Yoxlama 8 halda cəmi 248 gün müvəqqəti dayandırılmışdır. Səyyar vergi yoxlamasının nəticəsi 01.10.2019-cu il tarixli **********189733 nömrəli aktla rəsmiləşdirilmiş və həmin aktın əsasında 03.10.2019-cu il tarixli **********191053 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərar qəbul edilmişdir. Həmin Qərara əsasən iddiaçıya 2015-2018-ci illər üzrə 20505.56 manat mədən vergisi, 2016-2018-ci illər üzrə 1188.03 manat sadələşdirilmiş vergi, 2016-2018-ci illər üzrə 2604 manat ödəmə mənbəyində tutulmalı olan vergi hesablanmış və cəmi 10620,13 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Aşağıda, göstərilənlərə əsasən, iddiaçı barəsində qəbul edilmiş 03.10.2019-cu il tarixli **********191053 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərarı tamamilə əsassız və qanunsuz hesab edirlər: İlk öncə qeyd edir ki, vergi orqanı dekabr 2015-avqust 2016 dövlərinə mədən vergisi, 2016-cı ilin İ rübü üzrə ÖMV üzrə əlavə vergi məbləği hesablayarkən vergi qanunvericiliyinin, tələblərini pozmuşdur. Belə ki, Vergi Məcəlləsinin 36.3-cü maddəsinə əsasən səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak, yol və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. Həmin Məcəllənin 83.3-cü maddəsinə əsasən vergi orqanının səyyar və kameral (bu Məcəllənin 37.2-ci maddəsində göstərilən hal üzrə kameral vergi yoxlaması ilə hesablama istisna olmaqla) vergi yoxlamasının nəticələrinə görə hesablanmış vergiləri, faizləri və maliyyə sanksiyalarını bu Məcəllənin 85.4-cü maddəsinə müvafiq olaraq hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində yenidən hesablamaq hüququ vardır. Həmin Məcəllənin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Sadalanan normalardan aydın olduğu kimi, vergi orqanı səyyar vergi yoxlaması zamanı vergi ödəyicisinin yalnız son 3 illik dövrünü yoxlaya və hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablaya bilər. İddiaçı qeyd edir ki, vergi orqanının vergi, faiz və maliyyə sanksiyası üzrə hesablama hüququ dekabr 2015-avqust 2016 hesabat dövrlərinə mədən vergisi üzrə 20.09.2019-cu il tarixdə, 2016-cı ilin İ rübünə ÖMV üzrə isə 20.04.2019-cu il tarixdə bitmişdir. Beləliklə, vergi orqanı cəmiyyətə dekabr 2015-avqust 2016 hesabat dövrləri üzrə 2963,7 manat mədən vergisi, 2016-cı ilin İ rübü üzrə 168 manat ÖMV hesablayarkən Vergi Məcəlləsinin 36.3, 83.3 və 85.4-cü maddələrinin tələblərini pozmuşdur. Eyni zamanda qeyd edir ki, vergi orqanı tərəfindən hesablama aparılarkən mənbə qismində qanunvericiliyin tələbləri pozulmaqla tərtib edilmiş ekspert rəyi əsas götürülmüşdür. Qeyd edir ki, ekspert rəyi əsassız şəkildə tərtib edilmişdir. Belə ki, cavabdehin istinad etdiyi ekspert rəyində istehsal itkisinin həcmi 35 faiz göstərilsə də, onun hansı mənbədən götürülməsi və necə hesablanması qeyri-müəyyəndir. Halbuki, həmin ərazi üzrə istehsal itkisinin həcmi AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət İnformasiya-Arxiv Fondunun məlumatına əsasən 53 faiz müəyyən edilmişdir. Bundan başqa, cavabdeh tərəfindən cəlb edilmiş ekspert tərəfindən verilmiş rəydə işıq sərfiyyatı da düzgün müəyyən edilməmişdir. Belə ki, ekspert enerji sərfiyyatına uyğun istehsal həcmini hesablayarkən transformator və xətt itkisini nəzərə almamışdır. Halbuki, "xxxx" ASC- nin Qaradağ RESŞ-nin verdiyi arayışdan aydın olur ki, iddiaçıda enerji sərfiyyatı zamanı 70 % transformator və xətt itkisi yaşanır. Göründüyü kimi, cavabdeh vergi orqanı əsassız tərtib edilmiş ekspert rəyinə istinad edərək vergi hesablamış və iddiaçının qanunla qorunan hüquq və maraqlarını pozmuşdur. Bundan başqa vergi orqanı Vergi Məcəlləsinin 49-cu maddəsinin tələblərini pozmuşdur. Belə ki, iddiaçıda hazırkı iş üzrə mübahisələndirilən qərar ilə əhatə olunan dövr üzrə əvvəlki tarixlərdə səyyar vergi yoxlaması həyata keçirilmiş, həmin dövr üzrə 26.02.2018-ci il tarixli 1.**********35432 nömrəli səyyar vergi yoxlaması aktı tərtib edilmiş və həmin akt əsasında 28.02.2018-Ci il tarixli **********142217 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərar qəbul edilmişdir. Göründüyü kimi, cavabdeh vergi orqanı əvvəlki yoxlama ilə əhatə olunmuş dövr üzrə Vergi Məcəlləsinin 38.3-cü maddəsinə müvafiq olaraq yenidən növbədənkənar səyyar vergi yoxlaması həyata keçirmişdir. Bu isə o deməkdir ki, vergi orqanı yoxlamanın nəticəsinə dair Vergi Məcəlləsinin 49.1.4-49.1.6-cı maddələrində öz əksini tapan 3 qərardan birini qəbul etməli idi. Lakin iş materiallarından göründüyü kimi, vergi orqanı Vergi Məcəlləsinin 49-cu maddəsinin tələblərini pozmuş, əvvəlki yoxlamanın nəticəsini ləğv etmədən və ya dəyişdirmədən yeni, qərar qəbul etmişdir ki, nəticədə iddiaçının şəxsi hesab vərəqəsində hər iki yoxlamanın nəticəsi qüvvədə qalmış (aktiv) halda görsənir və iddiaçıdan hər iki yoxlama üzrə hesablanmış əlavə vergi məbləğləri və maliyyə sanksiyaları borc qismində tələb edilir. "İnzibati icraat haqqında" AR Qanununun 61.2-ci maddəsinə əsasən əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Qanunun 61.4-cü maddəsinə əsasən inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. İnzibati Prosessual Məcəllənin "Sübutetmə vəzifəsi" başlıqlı 14.1-ci maddəşinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul, edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi X3 15.10.2021-ci il tarixdə məhkəməyə daxil olmuş vəsatətində qeyd edilir ki, AR Baş Prokuroru yanında Korrupisyaya qarşı mübarizə baş idarəsinin təqdimatı əsasında 2 saylı Ərazi Vergilər Baş İdarəsinin (bundan sonra cavabdeh vergi orqanı) 26.12.2018-ci il tarixli **********172872 nömrəli qərarına əsasən iddiaçı "xxxx" MMC-də VM-nin 38.3.6- cı maddəsi ilə yanvar 2013 – sentyabr 2018 dövrünü əhatə edən növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama 27.12.2018-ci il tarixdə başlanmış və 01.10.2019-cu il tarixdə bitmişdir. Yoxlama 8 halda cəmi 248 gün müvəqqəti dayandırılmışdır. Səyyar vergi yoxlamasının nəticəsi 01.10.2019-cıı il tarixli **********189733 nömrəli aktla rəsmiləşdirilmiş və həmin aktın əsasında 03.10.2019-cu il tarixli **********191053 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərar qəbul edilmişdir. Həmin Qərara əsasən iddiaçıya 2015-2018-ci illər üzrə 20505.56 manat mədən vergisi, 2016-2018-ci illər üzrə 1188.03 manat sadələşdirilmiş vergi, 2016-2018-ci illər üzrə 2604 manat ödəmə mənbəyində tutulmalı olan vergi hesablanmış və cəmi 10620,13 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan 03.10.2019-cu il tarixli **********191053 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərar tərəfimizdən mübahisələndirilmiş və hazırda məhkəmənin icraatındadır. Eyni zamanda, "xxxx". MMC-nin faktiki rəhbəri X1 rayonu, Güzdək qəsəbəsi, Güzdək əhəndaşı yatağında xüsusi razılıq (lisenziya) olmadan sahibkarlıq fəaliyyəti göstərərək gəlir əldə etdiyinə və təbiətə ziyan vurduğuna görə, barəsində Cinayət Məcəlləsinin 192.1ci və 247-ci maddələri ilə cinayət işi başlanmış və Abşeron Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 19.02.2021-ci il tarixli l(012)-37/2021 nömrəli Hökmü ilə X8 təqsirli bilinərək 2 il 2 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökmün 2-ci səhifəsindən görünür ki, "xxxx" MMC-nin rəhbəri X5 Güzdək əhəngdaşı yatağında 2013-cü ilin yay aylarından 24.08.2018-ci il tarixədək olna müddətdə dağmədən qazma İşləri aprmaqla 3024 m3 əhəngdaşı istehsal etmişdir. Hökmün 9-cu səhifəsində qeyd edilir ki, "Həmin rəydən (Məhkəmə mühəndis texniki ekspertizasının 1'1.02.2020-ci il tarixli 177'1 nömrəli və kompleks məhkəmə texniki və məhkəmə mühasibatlıq ekspertizasının 18.02.2020-ci il tarixli 4103/04 nömrəli rəylərindən) görünür ki, əhəngdaşı karxanasında hasil edilmiş ümumi xammaldan (tərkibində əhəngdaşı olan dağ kütləsindən, yəni 7560 m3-dən) faydalı qazıntılar nəticəsində alman məhsulun (əhəngdaşına aid mişardaşınm) cəmi 40 faiz (7680 m3) təşkil etdiyini nəzərə aldıqda cəmiyyətə məxsus əhəngdaşı karxanasının fəaliyyəti nəticəsində xammaldan alınmış əhıngdaşınm miqdarı 3024 m3, təbiətə dəymiş zərər 23284.8 manat təşkil etmişdir." AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18.02.2020-ci il tarixli 4103/04 nömrəli ekspert rəyinin nəticə hissəsində 1-ci suala cavab olaraq qeyd edilir ki, "01.01.2013-cü il tarixdən 01.10.2018-ci il tarixədək olan dövrdə "xxxx" MMC-nin istismarında olan daş karxanasında 217728,0 ədəd mişardaşınm istehsal olunduğu müəyyən edilir. Əhəndaşı karxanasında hasil edilmiş ümumi xammaldan (tərkibində əhəngdaşı olan dağ kütləsindən, yəni 7560 m3-dən) faydalı qazıntılar nəticəsində alınan məhsulun (əhəngdaşına aid mişardaşının) cəmi 40 faiz (7680 m3) təşkil etdiyini nəzərə aldıqda cəmiyyətə məxsus əhəngdaşı karxanasının fəaliyyəti nəticəsində xammaldan alınmış əhıngdaşınm miqdarı 3024 m3, təbiətə dəymiş zərər 23284.8 manat təşkil edir." İkinci suala cavab olaraq isə qeyd edilir ki, "rəyin tədqiqat hissəsində göstərilənlərə, məhkəmə mühəndis texniki ekspertinin gəldiyi nəticəyə əsasən cəmiyyət tərəfindən 01.01.2013-cü il tarixdən 01.09.201.8-ci il tarixədək olan dövrdə görülmüş işlərə görə dövlət büdcəsinə ödənilməli olan mədən vergisinin və sadələşdirilmiş verginin az hesablanması müəyyən edilmir. Cəmiyyət tərəfindən dövlət büdcəsinə ödənilməli olan ödəmə mənbəyində tutulan verginin 2604 manat məbləğində az hesablanması müəyyən olunur." Göründüyü kimi, hazırda nəticəsi mübahisələndirilən səyyar vergi yoxlaması zamanı, "Azərekspertiza" Birliyinin 01.07.2019-cu il tarixli mütəxəssis rəyini əsas götürülərək, iddiaçının 01.01.2013-cü il tarixdən 01.10.2018-ci il tarixədək olan dövrdə hasil etdiyi mişar daşının həcmi 35812.7 m3, sayı isə ******* ədəd müəyyən edilsə də, AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18.02.2020-ci il tarixli 4103/04 nömrəli ekspert rəyi ilə "xxxx" MMC-nin həmin dövrlər üzrə hasil etdiyi mişar daşının həcmi 7560 m3, sayı isə 217728 ədəd təsbit edilmişdir. İş materiallarına əlavə edilmiş Abşeron Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 19.02.2021-ci il tarixli l(012)-37/2021 nömrəli Hökmündən görünür ki, yuxarıda qeyd olunan AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18.02.2020-ci il tarixli 4103/04 nömrəli ekspert rəyi məhkəmə tərəfindən tədqiq edilmiş və mötəbər sübut olaraq öz təsdiqini tapmışdır. İPM-nin 58.8-ci maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. AR Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair" 23.02.2016-cı il tarixli qərarında qeyd edilir ki, "...məhkəmə qərarının preyudisialhğı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir." Həmin Qərarın nəticəsində hissəsində isə qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahİsələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir." Göründüyü kimi, Abşeron Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 19.02.2021ci il tarixli l(012)-37/2021 nömrəli Hökmü ilə "xxxx" MMC-nin hasil etdiyi mişar daşının həcmi və sayı tədqiq edilmiş və vergi orqanı tərəfindən müəyyən edilmiş həcmin və sayın, eləcə də onlara əsasən hesablanmış əlavə vergi məbləğlərinin əsassız olduğu sübuta yetirilmişdir. Bu isə dolayısı ilə o deməkdir ki, qanuni qüvvəyə minmiş hökm ilə təsdiqini tapmış faktın (mişar daşının həcmi və sayının, az hesablanmış vergilərin məbləğinin) hazırkı iş üzrə təkrar olaraq tədqiq edilməsi zərurəti ortadan qalxmışdır. Qeyd edilənlərə əsasən Abşeron Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 19.02.2021-ci il tarixli l(012)-37/2021 nömrəli Hökmü ilə mötəbərliyi təsdiqini tapmış AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18.02.2020-ci il tarixli 4103/04 nömrəli ekspert rəyinə əsasən "xxxx" MMC- nin 01.01.2013-cü il tarixdən 01.10.2018-ci il tarixədək hasil etdiyi mişar daşının həcminin 7560 m3, sayının 217728 ədəd, azaldılmış vergi məbləğinin isə ümumilikdə 2604,0 manat ÖMV olduğu nəzərə alınması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X9 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək, məhkəməyə təqdim edilən yazılı vəsatətin nəzərə alınaraq, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, Səyyar vergi yoxlaması Binəqədi rayon məhkəməsinin 16.11.2018-ci il tarixli qərarına və Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə əsasən 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 26.12.2018-ci il tarixli **********995900 nömrəli xidməti məlumatına əsasən açılmışdır. 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 26.12.2018-ci il tarixli **********172872 saylı “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” Qərarına əsasən İddiaçı MMC-də (VÖEN **********) 01.01.2013 - 30.09.2018-ci il dövrlərini əhatə etməklə s' növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama zamanı iddiaçının yoxlama ilə əhatə olunan dövr ərzində ünvan 1i ünvanında yerləşən daş karxanasında mişar daşı hasilatı ilə məşğul olduğu müəyyən edilmişdir. Vergi yoxlaması təqdim olunmuş elektrik enerjisi sənədləri və 08.07.2019-cu il tarixli 234 saylı, 04.09.2019-cu il tarixli 277 saylı ekspert və mütəxəssis rəyləri əsasında aparılmışdır. Vergilərin hesablanması ilə bağlı sənədlər yoxlamaya qismən təqdim edilmişdir. Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim edilməsi haqqında 03.01.2019-cu il tarixli **********3173384 nömrəli Tələbnamə iddiaçıya verilmişdir. İddiaçı tərəfindən yoxlamaya sənədlər tam təqdim edilmədiyindən, yoxlanılan dövr ərzində istehsal edilmiş məhsulların həcminin və real bazar qiymətinin müəyyənləşdirilməsi məqsədilə yoxlamaya Azərbaycan Respublikası Ticarət və X2 Birliyindən ekspert və mütəxəssis dəvət edilmişdir. İddiaçının nümayəndəsi ekspertizanın təyin edilməsi və mütəxəssisin dəvət edilməsi haqqında qərarlarla tanış edilmiş, ona Vergi Məcəlləsinin 44.7-ci maddəsində təsbit edilmiş hüquqları izah edilmişdir. Yoxlama zamanı dəvət edilmiş ekspert və mütəxəssis rəyi əsasında Müəssisəyə 2015-ci il üzrə 74,6 (sanksiya tətbiq olunmamışdır) , 2016-cı il üzrə 4255,2 ( 683, 05 manat maliyyə sanksiyası tətbiq olunmuşdur), 2017-ci il üzrə 7373,14 ( 3686,57 m/s), 2018-ci il üzrə 8802,62 (4401,31 m/s) manat, cəm olaraq 20505,56 manat mədən vergisi, 8770,93 manat maliyyə sanksiyası, 2016-2018-ci illər üzrə 1188,03 manat sadələşdirilmiş vergi, 595,2 manat maliyyə sanksiyası, 2016-2018-ci illər üzrə ödəmə mənbəyindən tutulan vergilər üzrə 2604 manat vergi məbləği, 1134 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Əlavə olaraq Vergi Məcəlləsinin 16.2-ci maddəsində nəzərdə tutulan arayışı vaxtında təqdim etmədiyinə görə 3 bəyannamə üzrə 120 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Beləliklə cəm olaraq aktda 24297,59 manat vergi məbləği və 10620,13 manat maliyyə sanksiyası tətbiq olunub və 03.10.2019-cu il tarixdə **********191053 nömrəli məsuliyyətə cəlb etmə qərarı çıxarılmışdır. Aşağıda qeyd göstərilənlərə görə iddia tələbi əsasızdır və rədd edilməlidir:
1. İddia ərizəsində qeyd edilmişdir ki, cavabdeh vergi orqanı əsassız tərtib edilmiş ekspert rəyinə istinad edərək vergi hesablamış, iddiaçının qanunla qorunan hüquq və maraqlarını pozmuşdur. Bununla əlaqədar olaraq bildirirlər ki, iddia ərizəsində dövriyyənin real olmadığı iddia edilsə də həmin dövriyyəni təkzib edən hər hansı sübuta istinad edilməmişdir. Həmçinin Vergi Məcəlləsinin 44.1-ci maddəsinə əsasən zəruri hallarda səyyar vergi yoxlamasına ekspert cəlb edilə bilər. Ortaya çıxan məsələlərin izah olunması üçün xüsusi biliklər tələb olunduğu hallarda ekspertiza təyin edilir. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının keçirilməsi zamanı bilavasitə vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduqda, vergi orqanlarının rəhbərinin (onun müavininin) qərarına əsasən mütəxəssis dəvət oluna bilər. İddiaçının yoxlamanın əhatə etdiyi dövrdə mişar daşı hasilatı ilə məşğul olduğu və bu sahədə fəaliyyətin spesifik xüsusiyyətləri olduğu və nəticə etibarı ilə məsələlərin izah olunması üçün xüsusi biliyə və təcrübəyə zərurət yarandığından cavabdeh vergi orqanının müvafiq qərarlarına əsasən ekspert və mütəxəssis dəvət edilmişdir. Ekspert və mütəxəsisin təqdim etdiyi rəylər səyyar vergi yoxlaması zamanı müvafiq nəticəyə gəlməyə və iddiaçının yoxlamanın əhatə etdiyi dövrdə konkret olaraq vergi öhdəliyinin müəyyən edilməsinə yardımçı olmuşdur. Ekspert və mütəxəssisin işin nəticəsində maraqlı şəxs olması qanunvericiliyə əsasən qadağan edilmişdir. Belə ki, Vergi Məcəlləsinin 44.2-ci maddəsinə əsasən ekspert müqavilə əsasında cəlb edilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, ekspert qarşısında qoyulan suallar, səhv və ya bilərəkdən yalan rəy verməsinə görə ekspertin məsuliyyəti və mülki qanunvericiliklə müəyyən edilmiş digər məsələlər nəzərdə tutula bilər. Eyni qayda ilə Vergi Məcəlləsinin 45.3-cü maddəsinə əsasən mütəxəssis müqavilə əsasında dəvət olunur. Müqavilədə tərəflərin hüquq və vəzifələri, mütəxəssis qarşısında qoyulan suallar, səhv və ya bilərəkdən yalan rəy verməsinə görə mütəxəssisin məsuliyyəti və mülki qanunvericiliklə müəyyən edilmiş digər məsələlər nəzərdə tutula bilər. Bundan başqa Vergi Məcəlləsinin 45.2.-ci maddəsinə əsasən mütəxəssis işin nəticələrində maraqlı olmamalıdır. Bu şərtlərə cavab verməyən mütəxəssisin rəyi vergi orqanları tərəfindən istifadə oluna bilməz. Həmçinin iddia ərizəsində iddiaçı cavabdeh vergi orqanı tərəfindən VM-nin 36.3, 83,3 və 85.4-cü maddəsinin tələblərini pozduğunu bildirmişdir. Bununla bağlı bildirirlər ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 56.1-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75 və 213-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin 08.04.2002-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusuna görə məsuliyyətə cəlb etmə haqqında Vergi Məcəlləsinin 56.1-ci maddəsində müəyyənləşdirilən 3 illik müddət yalnız həmin Məcəllənin 57-60-cı maddələrində nəzərdə tutulmuş vergi qanunvericiliyinin pozulması halları ilə əlaqədar tətbiq olunmalıdır. Göründüyü kimi qeyd edilən qərarda birbaşa göstərilmişdir ki, vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusuna görə məsuliyyətə cəlb etmə haqqında Vergi Məcəlləsinin 56.1-ci maddəsində müəyyənləşdirilən 3 illik müddət yalnız həmin Məcəllənin 57-60-cı maddələrində nəzərdə tutulmuş vergi qanunvericiliyinin pozulması halları ilə əlaqədar tətbiq olunmalıdır, yəni həmin müddət keçdikdən sonra vergi ödəyicisinə Vergi Məcəlləsinin 57-ci maddəsində müəyyən edilmiş hesabatın vaxtında verilməməsinə görə maliyyə sanksiyaları, 58-ci maddədə nəzərdə tutulmuş vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyaları, 59-cu maddədə nəzərdə tutulmuş ödənilmə vaxtı keçmiş və artıq ödənilmiş vergilər üzrə faizlər və 60-cı maddədə nəzərdə tutulmuş banklara və bank əməliyyatlarının ayrı-ayrı növlərini həyata keçirən digər kredit təşkilatlarına maliyyə sanksiyaları tətbiq oluna bilməz. Azərbaycan Respublikası İPM-nin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X6 iştirak etmiş, etirazı müdafiə edərək, Abşeron Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 19.02.2021-ci il tarixli l(012)-37/2021 nömrəli Hökmünün hazırkı iş üzrə preyudisial olmadığını bildirmiş və iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırma hissəsi:
Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, aşağıda qeyd olunanlara görə iddia qismən əsaslıdır. Belə ki, iddiaçı 03.10.2019-cu il tarixli **********191053 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərarın ləğv edilməsi və həmin qərar əsasında hesablanmış 24297,59 manat əlavə vergi məbləğinin və tətbiq edilmiş 10620,13 manat maliyyə sanksiyasının silinməsini istəyir. Cavabdeh isə qeyd edir ki, Səyyar vergi yoxlaması Binəqədi rayon Məhkəməsinin 16.11.2018-ci il tarixli qərarına və Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə əsasən 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 26.12.2018-ci il tarixli **********995900 nömrəli xidməti məlumatına əsasən açılmışdır. 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 26.12.2018-ci il tarixli **********172872 saylı “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” Qərarına əsasən İddiaçı MMC-də (VÖEN **********) 01.01.2013 - 30.09.2018-ci il dövrlərini əhatə etməklə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama zamanı iddiaçının yoxlama ilə əhatə olunan dövr ərzində ünvan 1i ünvanında yerləşən daş karxanasında mişar daşı hasilatı ilə məşğul olduğu müəyyən edilmişdir. Vergi yoxlaması təqdim olunmuş elektrik enerjisi sənədləri və 08.07.2019-cu il tarixli 234 saylı, 04.09.2019-cu il tarixli 277 saylı ekspert və mütəxəssis rəyləri əsasında aparılmışdır. Vergilərin hesablanması ilə bağlı sənədlər yoxlamaya qismən təqdim edilmişdir. Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim edilməsi haqqında 03.01.2019-cu il tarixli **********3173384 nömrəli Tələbnamə iddiaçıya verilmişdir. İddiaçı tərəfindən yoxlamaya sənədlər tam təqdim edilmədiyindən, yoxlanılan dövr ərzində istehsal edilmiş məhsulların həcminin və real bazar qiymətinin müəyyənləşdirilməsi məqsədilə yoxlamaya Azərbaycan Respublikası Ticarət və X2 Birliyindən ekspert və mütəxəssis dəvət edilmişdir. İddiaçının nümayəndəsi ekspertizanın təyin edilməsi və mütəxəssisin dəvət edilməsi haqqında qərarlarla tanış edilmiş, ona Vergi Məcəlləsinin 44.7-ci maddəsində təsbit edilmiş hüquqları izah edilmişdir. Yoxlama zamanı dəvət edilmiş ekspert və mütəxəssis rəyi əsasında Müəssisəyə 2015-ci il üzrə 74,6 (sanksiya tətbiq olunmamışdır) , 2016-cı il üzrə 4255,2 ( 683, 05 manat maliyyə sanksiyası tətbiq olunmuşdur), 2017-ci il üzrə 7373,14 ( 3686,57 m/s), 2018-ci il üzrə 8802,62 (4401,31 m/s) manat, cəm olaraq 20505,56 manat mədən vergisi, 8770,93 manat maliyyə sanksiyası, 2016-2018-ci illər üzrə 1188,03 manat sadələşdirilmiş vergi, 595,2 manat maliyyə sanksiyası, 2016-2018-ci illər üzrə ödəmə mənbəyindən tutulan vergilər üzrə 2604 manat vergi məbləği, 1134 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Əlavə olaraq Vergi Məcəlləsinin 16.2-ci maddəsində nəzərdə tutulan arayışı vaxtında təqdim etmədiyinə görə 3 bəyannamə üzrə 120 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Beləliklə cəm olaraq aktda 24297,59 manat vergi məbləği və 10620,13 manat maliyyə sanksiyası tətbiq olunub və 03.10.2019-cu il tarixdə **********191053 nömrəli məsuliyyətə cəlb etmə qərarı çıxarılmışdır. Məhkəmə hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iddiaçı qeyd etmişdir ki, cavabdeh vergi orqanı yoxlama zamanı iddiaçı "xxxx" MMC-nin sahibkarlıq fəaliyyəti göstərdiyi daş karxanasında istehsal, edilən mişar daşının həcmini və real satış dəyərini dəvət etdiyi ekspert və mütəxəssis tərəfindən, verilmiş rəylər əsasında müəyyən etmiş və həmin rəylərin əsasında iddiaçıya əlavə vergi məbləği hesablamışdır. Mütəxəssis öz rəyində istehsal həcmini iddiaçının enerji sərfiyyatı əsasında müəyyən etmiş, ekspert rəyində isə mişar daşınının real bazar dəyəri müəyyən edilmişdir. İddiaçı razılaşmayaraq, hesab etmişdir ki, cavabdeh tərəfindən dəvət edilən mütəxəssis tərəfindən satılan mişar daşının bazar qiyməti, ekspert tərəfindən isə hasil edilən yararlı mişar daşının həcmi müəyyən edilərkən qanunvericiliyin tələbləri, o cümlədən hasilat zamanı yaranan faktiki itkilərin (istehsal brakının və enerji itkisinin) həcmi düzgün şəkildə nəzərə alınmamış və nəticədə reallığı əks etdirməyən nəticəyə gəlinmişdir. Bu səbəbdən məhkəmə tərəfindən 19.08.2020-ci il tarixli, 2-1(118)-272/2020 saylı qərardadla məhkəmə mühasibatlıq və tikinti-texniki ekspertizası təyin edilmiş, lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən ekspertizanın aparılmasından imtina edilmişdir. Bundan sonra iddiaçı tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 fevral 2020-ci il tarixli, 4103/04 saylı ekspert rəyi, Abşeron rayon Məhkəməsinin 19.02.2021-ci il tarixli, 1(012)-37/2021 sayı Hökmü məhkəməyə təqdim edilmişdir. Abşeron rayon Məhkəməsinin 1(012)-37/2021 saylı, 19.02.2021-ci il tarixli Hökmünə əsasən Təqsirləndirilən şəxs X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 247-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməsi və onun 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməsi, Təqsirləndirilən şəxs X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1- ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməsi və o, 1 (bir) il 6 (altı) ay müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə, 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs Yusif oğluna təyin edilən cəzalar qismən toplanılması və üzərində qəti olaraq, 01 (bir) il 06 (altı) ay müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə, 02 (iki) il 02 (iki) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza saxlanılması, Təqsirləndirilən şəxs Yusif oğlunun üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsinin qoyulması, Təqsirləndirilən şəxs Yusif oğlunun cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Təqsirləndirilən şəxs Yusif oğlu barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsi, 01.05.2020-ci il tarixdə “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanununa əsasən Təqsirləndirilən şəxs Yusif oğluna qarşı elan olunmuş ittihamdan Cinayət Məcəlləsinin 192.1-ci maddəsinin xaric edilməsi, İş üzrə 495 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi hökm edilmişdir. Məhkəmə hesab edir ki, Abşeron rayon Məhkəməsinin hökmü hasil edilmiş mişar daşının müəyyən edilməsində və digər əlaqəli əsaslar baxımından hazırki iş üzrə preyudisial əhəmiyyət daşıyır. Həmin məhkəmə hökmündə əsas alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 fevral 2020-ci il tarixli, 4103/04 saylı ekspert rəyində qeyd edilir ki, 1-ci sual üzrə. Dağ mədən işləri, dağ və buruq qazmalarının aparılması üçün lisenziyası və dağ mədən ayrılması aktı, eləcə də digər ekoloji sənədləri olmadan Abşeron rayon ərazisində “Güzdək” əhəngdaşı yatağında mişardaşı istehsalı ilə məşğul olduğuna görə, "xxxx" MMC-nin faktiki rəhbəri X9 tərəfindən “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 9, 10, 21, 41, 46-cı maddələrinin və ümumi yayılmış faydalı qazıntı yataqlarının işlənməsi üçün yer təkinin verilməsi qaydalarının 1.2 və 1.5 bəndlərinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası Ticarət və Sənayə Palatası “Azərekspertiza” Birliyinin 01.07.2019-cu il tarixli mütəxəssis rəyində qeyd olunan məlumatlarda 1 kub metrdə olan mişar daşlarının sayının 72 ədəd təşkil etdiyi qeyd edilmişdir. Belə ki, hər mişar daşının ölçüləri 390x190x188 mm götürüldüyü halda göstərilənlər nəzərə alınmaqla 01.01.2013-cü il tarixdən 01.09.2018-ci il tarixədək olan dövrdə "xxxx" Ağbulaq MMC-nin istismarında olan daş karxanasında 217.728,0 ədəd mişar daşının istehsal olunduğu müəyyən edilir. Əhəndaşı karxanasında hasil (emal) olunmuş ümumi xammaldan (tərkibində əhəng daşı olan dağ kütləsindən) (7560 kub metr) faydalı qazıntılar nəticəsində alınan məhsulun (əhəngdaşına aid mişardaşının) cəmi 40% (3024 kub metr) təşkil etdiyi nəzərə alındıqda, "xxxx" MMC-yə məxsus əhəngdaşı karxanasının fəaliyyəti nəticəsində xammaldan (tərkibində əhəngdaşı olan dağ kütləsindən) alınmış məhsulun (əhəngdaşının) miqdarı 3024 kub metr, təbiətə dəymiş ziyanın məbləği 23284,8 manat (iyirmi üç min iki yüz səksən dörd manat 80 qəpik) (3024 kub metr x 7.7 manat= 23284.8 manat) təşkil edir. İkinci sual üzrə. Rəyin tədqiqat hissəsində göstərilənlərə, məhkəmə mühəndis texniki ekspertinin gəldiyi nəticəyə əsasən İddiaçı MMC tərəfindən 01.01.2013-cü il tarixdən 01.09.2018-ci il tarixədək olan dövrdə görülmüş işlərə görə dövlət büdcəsinə ödənilməli olan mədən vergisinin və sadələşdirilmiş verginin az hesablanması müəyyən olunmamışdır. İddiaçı MMC tərəfindən dövlət büdcəsinə ödənilməli olan ödəmə mənbəyindən tutulan verginin 2604,0 manat məbləğində az hesablanması müəyyən olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2018-ci il tarixli “R.Süleymanov və F.Adıgözəlovun şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 26 iyul 2017-ci il tarixli qərarının AR-ının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” qərarına əsasən Məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsi onun bütün keyfiyyətlərini özündə əks etdirməsini ehtiva edir. Bunlara aşağıdakılar aiddir: qətilik, müstəsnalıq, preyudisiallıq, icraedilənlik və məcburilik. Preyudisiallığın xüsusiyyəti ondan ibarətdir ki, əvvəl baxılmış iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş hallar məhkəmə və digər proses iştirakçıları üçün məcburidir. Hazırki iş üzrə məhkəmə hesab edir ki, Abşeron rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş hökmü preyudisial əhəmiyyət daşıyır. Qeyd edilən məhkəmə hökmü ilə İddiaçı MMC tərəfindən dövlət büdcəsinə ödənilməli olan ödəmə mənbəyindən tutulan verginin 2604,0 manat məbləğində az hesablanması müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, həmin vergi məbləği hazırkı iş üzrədə iddiaçının vergi məsuliyyəti olaraq müəyyən edilməlidir. Bundan əlavə vergi orqanı mübahisələndirilən qərar ilə Vergi Məcəlləsinin 16.2-ci maddəsində nəzərdə tutulan arayışı vaxtında təqdim etmədiyinə görə 3 bəyannamə üzrə iddiaçıya 120 manat məbləğində maliyyə sanksiyası tətbiq etmişdir, hansıkı həmin vergi öhdəliyi yuxarıda qeyd edilən məhkəmə hökmünün araşdırmasına daxil edilməmişdir. İddiaçı isə həmin vergi borcunun əsassız olması ilə bağlı hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Buna görədə məhkəmə hesab edir ki, iddia həmin hissədə əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə hesab edir ki, qeyd edilənlər iddianın qismən təmin edilməsi üçün əsas təşkil edir və iddia qismən təmin edilməli, 03.10.2019-cu il tarixli **********191053 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərar 2016-2018-ci illər üzrə ödəmə mənbəyindən tutulan vergilər üzrə 2604 manat vergi məbləği və ona uyğun hesablanmış maliyyə sanlsiyası və Vergi Məcəlləsinin 16.2-ci maddəsində nəzərdə tutulan arayışı vaxtında təqdim etmədiyinə görə 3 bəyannamə üzrə tətbiq edilmiş 120 manat məbləğində maliyyə sanksiyası istisna olmaqla qalan hissədə ləğv edilməli və ləğv edilmiş hissədə vergi borcu silinməlidir. Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia qismən təmin edilsin. 03.10.2019-cu il tarixli **********191053 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərar 2016- 2018-ci illər üzrə ödəmə mənbəyindən tutulan vergilər üzrə 2604 manat vergi məbləği və ona uyğun hesablanmış maliyyə sanksiyası və Vergi Məcəlləsinin 16.2-ci maddəsində nəzərdə tutulan arayışı vaxtında təqdim etmədiyinə görə 3 bəyannamə üzrə tətbiq edilmiş 120 manat məbləğində maliyyə sanksiyası istisna olmaqla qalan hissədə ləğv edilsin və ləğv edilmiş hissədə vergi borcu silinsin. İddia qalan hissədə rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim İsmayıl Quliyev