Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-550/2023 30.01.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı MMC-nin cavabdehlər Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında X5 Xidmətinə və Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə qarşı İddiaçı MMC-yə xarici ölkələrdə beynəlxalq yükdaşımaları həyata keçirmək məqsədilə qanunvericiliyə uyğun olaraq lazımi həddə və lazım olan istiqamətlərdə icazə blankları və BNF jurnallarının verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin üzrəniə qoyulması tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdehlər Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında X5 Xidmətinə və Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, İddiaçı MMC-yə xarici ölkələrdə beynəlxalq yükdaşımaları həyata keçirmək məqsədilə qanunvericiliyə uyğun olaraq lazımi həddə və lazım olan istiqamətlərdə icazə blankları və BNF jurnallarının verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin üzrəniə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək iddiaçının mülkiyyətində 8 ədəd nəqliyyat vasitəsinin olduğu nəzərə alınaraq Rusiyaya işlək olan 8 ədəd BNF jurnalı və ya Rusiyaya üçüncü ölkələrdən daşıma üçün 80 ədəd, Rusiyaya ikinci ölkə daşıma üçün 80 ədəd, Türkiyəyə üçüncü ölkələrdən daşıma üçün 80 ədəd, Türkiyəyə ikinci ölkə daşıma üçün 80 ədəd, Belarusa üçüncü ölkələrdən daşıma üçün 25 ədəd, Belarusa ikinci ölkə daşıma üçün 25 ədəd, Qazaxstan üçüncü ölkələrdən daşıma üçün 15 ədəd, Qazaxstana ikinci ölkə daşıma üçün 5 ədəd, Gürcüstana üçüncü ölkələrdən daşıma üçün 100 ədəd, Gürcüstana ikinci ölkə daşıma üçün 100 ədəd, İrana 20 ədəd icazə vərəqələrinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə (və ya onun müvafiq sturkturuna) üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etdi. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC beynəlxalq yük daşıma fəaliyyəti ilə məşğuldur. Şirkət öz fəaliyyətinə 2019-cu ildən başlamışdır. Ötən müddət ərzində beynəlxalq avtomobil daşımalarını yerinə yetirmək üçün X4 Xidmətindən icazə vərəqələri və BNF jurnalları əldə edilmişdir. Həmin müddətdən də iddiaçı şirkət Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Asossasiyası (ABADA) İctimai Birliyinə üzv olmuşdur. Fəaliyyət göstərdiyi müddət ərzində iddiaçı böyük çətinliklər bahasına DANX-dan “icazə” blankları və BNF jurnalları əldə etməklə fəaliyyət göstərmişdir. Lakin 2021-ci ilin iyun ayından başlayaraq X5 Xidməti tərəfindən iddiaçıya bildirilmişdir ki, artıq bölgünü Azərbaycan Beynəlxalq Avtomobil X1 Birliyi həyata keçirir. İddiaçı 2021-ci ilin iyun ayından başlayaraq ABADA İctimai Birliyinə üzv olmaqla həmin bölgüdə iştirak etmişdir. Qeyd olunan müddət ərzində iddiaçıya çox az miqdarda Rusiya Federasiyasına keçərli olmayan “icazə" blankları və BNF jurnalları verirdilər. İddiaçı “icazə” vərəqələri və BNF yurnallarını əldə etmək üçün DANX tərəfindən məcbur edilərək Azərbaycan Beynəlxalq Avtomobil X2 Birliyinə üzv olmuşdur. Beləliklə Lakin ABADA İctimai Birliyində “icazə” blankları və BNF jurnallarının bölgüsündə ayrıseçkiliyə yol verildiyi, bölgünün ədalətli aparılmadığı və üzvlərə hesabat təqdim edilmədiyi üçün iddiaçı xx.xx.2022-ci il tarixdən ABADA üzvülyündən öz xahişi ilə çıxmışdır. Bundan sonra o, “icazə" blankları və BNF jurnallarını əldə etmək üçün dəfələrlə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə və X4 Xidmətinə müraciət etsə də, hər dəfə müxtəlif bəhanələrlə həmin blank və jurnalların verilməsi yubadılmışdır. Sonuncu dəfə olunan müraciətə X5 Xidməti tərəfindən xx.xx.2022-ci il tarixdə cavab verilmiş və cavab məktubunda bildirilmişdir ki, "xxxx" MMC rəsmi olaraq ABADA İctimai Birliyinə üzv otmadığı üçün həmin ictimai birliyə müraciət edilməsi hüquqi cəhətdən mümkün deyildir. Qanunvericiliyə uyğun olaraq fiziki və hüquqi şəxslərə “icazə” blankları məhz X5 Xidməti tərəfindən təqdim edilməlidir. Belə ki, “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 50.3-cü maddəsinə əsasən barəsində icazə sistemi tətbiq edilən xarici dövlətlərə yerinə yetirilən beynəlxalq daşımalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən “İcazə” blankları əsasında yerinə yetirilir. Qeyd edilən müvafiq icra hakimiyyəti orqanı isə hazırkı halda Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Yanında X5 Xidmətidir. Normanın tələbindən də görsəndiyi kimi “İcazə” vərəqələri məhz Xidmət tərəfindən verilməlidir. Normada əlavə hər hansı quruma yönəldilmə ilə bağlı müddəa mövcud deyildir. İddiaçı ABADA-nın üzvü olmadan və ABADA nəzdində bölgü komissiyasına müraciət etmədən ona xx.xx.2022-ci il tarixdə 6 ədəd “İcazə” blankları təqdim edilmişdir. Həmin icazə blanklarının verilməsi sübut edir ki, DANX hazırda əsasız olaraq iddiaçını ABADA-ya müraciət etməyə məcbur edir, yəni bilavasitə icazə blankları verməkdə səlahiyyətlidir. Eyni zamandan, ABADA-ya müraciət etdikdə iddiaçıdan həm üzvlük haqqı, həm də hər bir “İcazə" blankı üçün qanunsuz olaraq “xidmət haqqı" adı altında 20 manat vəsait tələb edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxaılmasını məhkəmədən xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazilriyinin nümayəndəsi Nümayəndə iddianı qəbul etmədi və izah etdi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 10 yanvar tarixli 6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən “İcazə sistemi” haqqında Əsasnamə”nin 6-cı hissəsinin ikinci abzasına əsasən kvota ilə müəyyən edilmiş, qarşılıqlı razışlama əsasında “İcazə” blankının mübadiləsi, beynəlxalq avtomobil əlaqələri haqqında hökümətlərarası sazişlərə uyğun olaraq nazirlik və digər tərəfin səlahiyyətli orqanı vasitəsi ilə həyata keçirilir. Həmin Əsasnamənin 3-cü hissəsinə görə Azərbaycan Respublikasının ərazisində (gömrük sərhəd buraxılış məntəqələri istisna olmaqla) xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələri ilə həyata keçirilən beynəlxalq avtomobil daşımalarının tənzimlənməsini və nəzarəti Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirir. “İcazə” blankları verilərkən daşıyıcıların həmin blanklara olan cari tələbatı araşdırılır və onlar tərəfindən əvvəlki dövrlərdə həyata keçirilmiş beynəlxalq daşımaların həcmi nəzər alınır. “İcazə” blanklarının sayı məhdud olduğundan həmin blankların qabaqcadan real tələbatdan artıq sayda alınması digər yerli daşıyıcıların qanuni mənafelərinə zərər vurmaqla yanaşı, ümumilikdə beynəlxalq daşıma həyata keçirən Azərbaycan daşıyıcılarının xarici bazarlara çıxışını məhdudlaşdırmaqla bazardakı mövqelərinin zəifləməsinə də səbəb olur. Bundan başqa ictimai iştirakçılığın təmin edilməsi istiqamətində müvafiq nazirlik və Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası (ABADA) arasında imzakanmış 30 dekabr 2021-ci il tarixdə beynəlxalq daşımalar sahəsi üzrə əməkdaşlıq haqqında memoranduma əsasən xarici ölkələrə beynəlxalq avtomobil daşımalarını həyata keçirən hüquqi və fiziki şəxslərə “İcazə” blankları və BNF “İcazə”ləri Bölgü Komissiyasının bölgüsünə əsasən verilir. Həmin bölgü komissiyası Nazirliyin, X5 Xidmətinin, daşıyıcıların, müstəqil ekspertlərin, ictimai birliyin nəzarəti altında fəaliyyət göstərir. İddiaçıya da həmin bölgü komissiyasına müraciət etmək tövsiyyə edilmişdir. Hazırda iddiaçı ilə nazirlik arasında həll edilməyən mübahisə olmadığı üçün və cavab verməli orqan nazilrik olmadığı üçün iddia mümkün sayılmamalıdır. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh X4 Xidmətinin nümayəndəsi X6 iddianı qəbul etməmiş və izah etmişdir ki, iddiaçıya X5 Xidməti tərəfindən imtina cavabı verilməmiş, ona bökgüdə iştirak etmək üçün Bölgü Komissiyasına müraciət etmək tövsiyyə edilmişdir. Qeyd edilən cavab imtina cavabı kimi qəbil edilə bilməz. Bununla bağlı cavabdehin nümayəndəsi iddianın mümkün sayılmaması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq, tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. İddia tələbindən göründüyü kimi tələb iddiaçı mşirkətə beynəlxalq yükdaşımalarının həyata keçirilməsi üşün nüvafiq icazə blankları və BNF jurnallarının verilməsi ilə bağlıdır. Məhkəmə araşdırması zamanı təqdim edilən Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazilriyinin iddiaçı müəssisənin direktoru R.Cəfərova ünvanladığı xx.xx.2022-ci il tarixli 1-8-13/8942-22 saylı məktubundan görünür ki, “İcazə” blanklarına olan tələbatın müəyyən edilməsi və həmin “İcazə”lərin avtodaşıyıcılar arasında bölgüsü Memorandum əsasında yaradılmış Bölgü Komissiyası tərəfindən daşıyıcıların iştirakı ilə aşkar şəkildə əvvəlcədən elan olunmuş qaydada həyata keçirilir. Cəmiyyətin beynəlxalq daşımalar sahəsində qüvvədə olan normativ hüquqi aktların tələblərini dəfələrlə pozmağa meyilli daşıyıcı olduğunu nəzərə alaraq cəmiyyətə münasibətdə “İcazə”lərin bölgüsü aparılmır... Bölgü Komissiyasının xx.xx.2022-ci il tarixli 60 N-li protokolu ilə Komissiyanın 22 dekabr 2021-ci il tarixli 24 N-li protokolunda BNF “icazə”lərinin bölgüsü cədvəlindən "xxxx" MMC-nin adının çıxarılması və həmin bölgünün nəticəsinin Cəmiyyətə münasibətdə ləğv edilməsi qərara alınmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı hazırki mərhələdə adının bölgü cədvəlindən çıxarılması və bölgünün nəticəsinin ona münasibətdə ləğv edilməsinə dair qərarı (protokolu) mübahisələndirməli, bundan sonra ona müvafiq icazə blanklarının verilməsi ilə bağlı iddia qaldırmalıdır. Məhkəmə hesab edir ki, həmin qərar qüvvədə olduğu müddətdə iddiaçı hazırki iddianı qaldırmaq üçün subyektiv hüquqa malik deyildir. Hazırki vəziyyətdə cavabdeh tərəfindən iddiaçının subyektiv hüququnun pozulması müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı Qərarının 2.3cü bəndinə görə məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin cavabdehlər Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında X5 Xidmətinə və Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə qarşı İddiaçı MMC-yə xarici ölkələrdə beynəlxalq yükdaşımaları həyata keçirmək məqsədilə qanunvericiliyə uyğun olaraq lazımi həddə və lazım olan istiqamətlərdə icazə blankları və BNF jurnallarının verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin üzrəniə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-550/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-550/2023
30.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver