Məhkəmə qərarları › İş №2-1(118)-5511/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-5511/2024

22.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-5511/2024 22.10.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Şamaxı rayon Polis şöbəsinə qarşı “X5, X6, X3, xx.xx.2014-cü il təvəllüdlü X4, X1 və xx.xx.2018-ci il təvəllüdlü Nəcəfova Hicran Təhmin qızının ünvan 1 ünvanındakı yaşayış sahəsinin iddiaçının mülkiyyətinə məxsus hissəsindən qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ailə üzvləri ilə birgə ünvan 1 ünvanında olan evdə daimi qeydiyyatda olmaqla yaşayır. Bu ərizəyə daxil edilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2024-cü il tarixli arayışın əsilindən görünür ki, İddiaçı həqiqətən də ünvan 2 ünvanında qeydiyyatdadır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin verdiyi Reyestr nömrəsi 41001 1000106- 05101-093011, qeydiyyat nömrəsi ********** olan xx.xx.2012-ci il tarixli Çıxarışdan və Daşınmaz Əmlakın Texniki Pasportundan görünür ki, ünvan 1 ünvanındakı fərdi yaşayış evi qanunla müəyyən edilmiş qaydada 4/5 hissəsi iddiaçının, 1/5 hissəsi isə qardaşı X7 xüsusi mülkiyyətindədir. İş məhkəmə icraatına qəbul edilərkən evin sənədlərinin təsdiq olunmuş nüsxələrini məhkəməyə təqdim edəcək. İddiaçı başqa bir işi üzrə özünə “yaşayış yeri üzrə qeydiyyat haqqında” arayış alarkən məlum olmuşdur ki, ona məxsus həmin evə 6 (altı) nəfər digər şəxslər də qeydiyyatdadırlar. Həmin 6 nəfər şəxslər aşağıdakılardır: xx.xx.1996-cı il təvəllüdlü X12, 2) xx.xx.1970-ci il təvəllüdlü X13, 3) xx.xx.1976-cı il təvəllüdlü X9. 4) xx.xx.2014-cü il təvəllüdlü X10, 5) 01.1 1.1948-ci il təvəllüdlü X8 və 6) xx.xx.2018-ci il təvəllüdlü Nəcəfova Hicran Təhmin qızı. Evin iddiaçının mülkiyyətinə aid olan hissəsinə yuxarıda adları çəkilən şəxsləri Şamaxı Rayon Polis Şöbəsi qeydiyyata almışdır. Belə ki, əvvəllər vətəndaşların mənzilə qeydiyyata alınması və ya çıxarılması işi Rayon Polis Şöbəsinin səlahiyyətində idi. Odur ki. Şamaxı Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir ki, bunu necə ediblərsə, özləri də həmin şəxsləri evin mənim mülkiyyətinə aid hissəsindən qeydiyyatdan çıxarsınlar. Lakin bu ərizəyə daxil etdiyi Şamaxı Rayon Polis Şöbəsinin 3/13108/2-N-43xx/xx/2024 saylı, xx.xx.2024-cü il tarixli imtina aktının əsilindən görünür ki, ona məhkəməyə müraciət etməsi tövsiyə edilib. Həmin məktubda yazılıb ki, şəxsin qeydiyyatdan çıxarılmasına dair xx.xx.1996- cı il tarixli "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Azərbaycan Respublikası qanununun 9-cu maddəsinin 5-ci bəndində yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında aparılır. Halbuki, adları çəkilən 6 nəfər şəxs hazırki mübahisəli mənzildə yaşamırlar və onlar evin iddiaçının mülkiyyətində olan hissəsindən istifadə etmirlər. Ona görə də həmin 6 nəfər şəxsin iddiaçının mülkiyyətində olan evdən istifadə hüquqları itirilmiş hesab olunur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X11 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. X12, X13, X9, X8, X14 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmiş, lakin məhkəmə iclasında iştirak etməmişdirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq baxılması mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 05 saylı qərarınının 1.1.-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Həmin Qərarın 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İş materiallarına əlavə edilmiş reyestr nömrəsi **********06-05101-093011, qeyestr nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqıqnda daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən mənzil 4/5 hissədə iddiaçının, 1/5 hissədə isə X7 paylı mülkiyyətindədir. İddiaçı hazırda qeydiyyatdan çıxarılmasını istədiyi şəxslərin mənzilin ona aid hissə üzrə qeydiyyatdan çıxarılmasını istəyir ki, mənzilin müəyyən hissəsindən qeydiyyatdan çıxarılma mümkün deyil. Belə ki, iddia tələbi şəxslərin ünvan 3 ünvanından qeydiyyatdan çıxarılması tələbi kimi qaldırıla bilərdi. Bu halda isə iddia tələbi digər paylı mülkiyyətçi olan X7 da iradə ifadəsi olduğu halda verilə bilər. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə, iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. İddia yalnız o zaman mümkün sayılır ki, iddiaçı iddia ərizəsində hüquq və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilsin. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia mümkün hesab edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar