Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-5512/2024 14.11.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı1, İddiaçı2, Məmmədəliyeva (Yaqubova) Fəridə Nizami qızının, İddiaçı4 və İddiaçı5 cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə qarşı iş üzrə (Açar sözlər: pasport qeydiyyatına alınma) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçılar İddiaçı5 və İddiaçı1 iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2, Məmmədəliyeva (Yaqubova) Fəridə Nizami qızının, İddiaçı4 və İddiaçı5 cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə qarşı “iddiaçıların ünvan 1 ünvanına pasport qeydiyyatına alınmaqları öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçılar ünvan 1 ünvanına pasport qeydiyyatına alınması tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, 3-otaqlı Sumqayıt şəhəri 11-ci mikrorayon, ev 2B, mənzil 18 "Sumqayıt Məişət Kimyası" istehsalat Birliyinin rəhbərliyi, Həmkarlar ittifaqı Komitəsi və Mənzil-Məişət Komissiyasının xx.xx.1994-cü il tarixli protokolu əsasında iddiaçının 5-nəfərdən İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4,İddiaçı5 ibarət ailə tərkibinə ayrılmışdır. Sumqayıt şəhər icra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli 578 saylı Sərəncamı ilə Sumqayıt şəhəri 11-ci mikrorayonda yerləşən 2B saylı yaşayış binası Şəhər icra Hakimiyyətinin Balansına daxil edildikden sonra Sumqayıt şəhər, 11-ci mikrorayonda yerləşən 2B saylı yaşayış binasının 18-saylı 3-otaqlı mənzilinə dair kirayə müqaviləsi bağlanmışdır. Bu hüquqmüəyyənedici sənədlər əsasında Sumqayıt Asan Xidmət Mərkəzinə və Sumqayıt şəhər Polis idarəsinin QŞVB-nə müraciət edərək, qanuni əsaslarla ayrılmış bu mənzilə qeydiyyata düşmək istəmiş, lakin xx.xx.2024-cü il tarixli məktubla müraciəti imtina olunmuşdur. Göstərilmişdir ki, " Bununla əlaqədar bildiririk ki, ünvan 2 ünvanında məcburi köçkün ailəsi məskunlaşdığı üçün 17 sentyabr 1998-ci il tarixli 895 nömrəli Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təstiq edilmiş "Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə" Dövlət proqramına əsasən həmin mənzilin sənədləşdirilməsi və yaşayış yeri üzrə qeydiyyata alınmağınız müvəqqəti dayandırılmışdır". Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında iddiaçılar İddiaçı5 və İddiaçı1 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Digər iddiaçılar məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə İddiaçı2, Məmmədəliyeva (Yaqubova) Fəridə Nizami qızının, İddiaçı4 iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 2-ci bəndində göstərilir ki, yalnız yaşayış sahəsinə köçmək üçün əsas verən sənədlər və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi əsasında şəxs yaşayış yeri üzrə qeydiyyata alınır. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, cavabdeh işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə üçüncü şəxsin nümayəndəsinin iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: İş materiallarına əlavə edilmiş Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2023-cü il tarixli, 1225 saylı Sərəncamından görünür ki, yaşayış sahəsi 44.87 kvadratmetr olan 3 otaqlı ünvan 1 İddiaçı1 daimi istifadə üçün verilsin və həmin mənzilə dair onunla xx.xx.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin tələblərinə uyğun olaraq kirayə müqaviləsi bağlansın. Ailə tərkibi 5 nəfərdir: İddiaçı1 –özü; İddiaçı2 – arvadı; İddiaçı3 Nizamı qızı – qızı; İddiaçı4 – qızı; İddiaçı5 – oğlu. xx.xx.2024-cü il tarixli 5 saylı Dövlət mənzil fondu yaşayış sahəsinin kirayə müqaviləsindən görünür ki, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2023-cü il tarixli, 1225 saylı Sərəncamı əsasında Sumqayıt şəhər İcra Hakimiyyəti ilə İddiaçı1 arasında müqavilə bağlanmış, kirayədar kirayəçiyə və onun ailə üzvlərinə Sumqayıt şəhəri, 11-ci mkr, ev 2B, mənzil 18-ə yaşayış sahəsi 44.87 kv.m olan 3 otağı müddətsiz (daimi) istifadə üçün vermişdir. Sumqayıt şəhər İcra Hakimiyyətinin Mənzillərin qeydiyyatı, bölüşdürülməsi və dəyişdirilməsi şöbəsinin 12 aprel 1996-cı il tarixli 26№ saylı məktubu ilə İddiaçı1 Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 2, 18 saylı mənzilin veriləcəyinə zəmanət verilmiş, “Sumqayıt məişət kimyası” istehsalat birliyinin mənzil alanların siyahısında 2-ci nömrə ilə qeyd edilmişdir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müraciəti mahiyyəti üzrə cavablandırılmış və müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçılar İddiaçı1, İddiaçı2, Məmmədəliyeva (Yaqubova) Fəridə Nizami qızı, İddiaçı4 və İddiaçı5 ünvan 3 ünvanına pasport qeydiyyatına alınmaq istəyir. Cavabdeh qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 2-ci bəndində göstərilir ki, yalnız yaşayış sahəsinə köçmək üçün əsas verən sənədlər və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi əsasında şəxs yaşayış yeri üzrə qeydiyyata alınır. Cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubunda isə ünvan 3 ünvanında məcburi köçkün ailəsi məskunlaşdığı üçün 17 sentyabr 1998-ci il tarixli 895 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə” Dövlət Proqramına əsasən həmin mənzilin sənədləşdirilməsi və yaşayış yeri üzrə qeydiyyata alınmanın müvəqqəti dayandırılması qeyd edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmamışdır. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən, Yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizəanketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi ; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. İş materiallarına əlavə edilmiş Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2023-cü il tarixli, 1225 saylı Sərəncamından görünür ki, Yaşayış sahəsi 44.87 kvadratmetr olan 3 otaqlı ünvan 1 İddiaçı1 daimi istifadə üçün verilsin və həmin mənzilə dair onunla xx.xx.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin tələblərinə uyğun olaraq kirayə müqaviləsi bağlansın. Ailə tərkibi 5 nəfərdir: İddiaçı1 –özü; İddiaçı2 – arvadı; İddiaçı3 Nizamı qızı – qızı; İddiaçı4 – qızı; İddiaçı5 – oğlu. xx.xx.2024-cü il tarixli 5 saylı Dövlət mənzil fondu yaşayış sahəsinin kirayə müqaviləsindən görünür ki, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2023-cü il tarixli, 1225 saylı Sərəncamı əsasında Sumqayıt şəhər İcra Hakimiyyəti ilə İddiaçı1 arasında müqavilə bağlanmış, kirayədar kirayəçiyə və onun ailə üzvlərinə Sumqayıt şəhəri, 11-ci mkr, ev 2B, mənzil 18-ə yaşayış sahəsi 44.87 kv.m olan 3 otağı müddətsiz (daimi) istifadə üçün vermişdir. Məhkəmə hesab edir ki, iddiaçıların mübahisə predmetini təşkil edən mənzilə qeydiyyata alınması üçün hüquqi əsas mövcuddur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2, Məmmədəliyeva (Yaqubova) Fəridə Nizami qızının, İddiaçı4 və İddiaçı5 ünvan 1 ünvanına pasport qeydiyyatına alınması öhdəliyi cavabdeh Sumqayıt şəhər Polis İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Axundova
Məhkəmə qərarları › İş №2-1(118)-5512/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-5512/2024
14.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver