Məhkəmə qərarları › İş №2-1(118)-5519/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-5519/2024

10.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-5519/2024 10.09.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Kazımova İradə Səlim qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Sumqayıt şəhər Qeydiyyat şöbəsinə qarşı “doğum haqqında şəhadətnamənin verilməsinə” dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ərizəsində qeyd edir ki, ünvan 1 ünvanında qeydiyyatda və yaşayır. xx.xx.1955-ci il tarixdə Masallı rayon, Xıl kəndində anadan olmuşdur. İddiaçı Masallı rayonu Xıl kəndinin orta məktəbini oxumuşdur, 1970-ci il tarixdə isə ci sinfi bitirimişdir, buna sübut olaraq məhkəməyə təhsil haqqında şəhadətnamənin sürətini də əlavə etmişdir. Həmin zaman da isə doğum haqqında şəhadətnaməsi də heç kim tərəfindən maraqlanılmamış və tələb olunmadığından da araşdırılmamışdır. xx.xx.1970-ci il tarixdə X3 ilə rəsmi nakaha düşmüşdür, həmin dövrdə də rəsmi nigaha düşməyinə baxmayaraq doğum haqqında şəhadətnaməsi araşdırılmadığından iddiaçının doğum haqqında şəhadətnaməsi mövcud olması ona məlum olmamışdırdır. İddiaçının bu barədə heç bir məlumatı olmamışdır və bu səbəbdən doğum haqqında şəhadətnamə olduğunu düşünürdü. Lakin 2024-cü ilin iyun aylarında ona doğum haqqında şəhadətnamə lazım olduğundan ona məlum olmuşdur ki, ümumiyyətlə doğum haqqında şəhadətnaməsi mövcud deyildir. Bu da ona sənədələşdirmə işlərinin aparılmasında maneələr törədir və lazım olan sənədləşdirmələr zamanı ondan doğum haqqında şəhadətnamə tələb edilir. Doğum haqqında şəhadətnamə heç bir yerdə mövcud deyil. Şəxs üçün doğum haqqında şəhadətnamə çox önəmlidir və ona doğum haqqında şəhadətnamə verilməsini istəyir. Belə ki, ona təhsil haqqında şəhadətnamə, nigah haqqında şəhadətnamə və şəxsiyyət vəsiqəsi verilmişdir. Qeyd olunan sənədlər verilən zaman doğum haqqında şəhadətnamənin olub-olmaması araşdırılmamışdır və ona bu barədə heç bir məlumat verilməmişdir. 2024-cü il iyul ayında Masallı rayon “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsinə müraciət etmişdir və oranın verdiyi arayışda da xx.xx.1955-ci ildə Masallı rayonu, Xıl kəndində anadan olmuş X4 doğum haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar olunmamışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçıya hüquqi yardım edilmiş, mümkün hüquq müdafiə vasitələri izah edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddia öhdəliyin icrası haqqında iddiadır. X1rılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarına əsasən: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırki iddia tələbi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-ci maddəsinə uyğun olaraq inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara aiddir. (öhdəliyin icrası haqqında iddia) Bu halda isə iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl inzibati orqana müraciət etməli, inzibati orqan imtina və ya hərəkətsizlik edərsə məhkəmədə iddia qaldıra bilər. İddiaçı, ona doğum haqqında şəhadətnamənin verilməsini istəyir. İş materiallarından görünür ki, iddiaçının müraciəti Masallı rayon Qeydiyyat şöbəsinə olmuşdur. Sonuncu tərəfindən müvafiq imtina verilmişdir. Lakin hazırda iddiaçı tələbini cavabdeh qismində Sumqayıt şəhər Qeydiyyat Şöbəsinə qarşı yönəltmişdir. İddiaçı cavabdeh orqanı düzgün müəyyən etməməklə yanaşı, cavabdeh qismində qeyd etdiyi Sumqayıt şəhər Qeydiyyat Şöbəsinə müraciəti də mövcud deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya izah edilsin ki, tələbi ilə bağlı cavabdeh olmalı inzibati orqana müraciət etmək, inzibati orqanın imtina və ya hərəkətsizliyindən müvafiq səlahiyyətli məhkəməyə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar