Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-552/2021 07.05.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X10 Mövlətxan oğlunun katibliyi İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Siyəzən rayon Polis şöbəsinə qarşı “X11, X1, X2, X4, X8, X7 Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat №-li çıxarışa əsasən İddiaçı məxsus Siyəzən şəhər, H.Əliyev pros. 88 saylı evin 21 №-li mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin Siyəzən rayon Polis Şöbəsinin üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı X11, X1, X2, X4, X8, X7 Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat №-li çıxarışa əsasən İddiaçı məxsus Siyəzən şəhər, H.Əliyev pros. 88 saylı evin 21 №-li mənzildən qeydiyyatdan çıxarılması üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh 13.11.2020-ci il tarixli, 183-11230-1220 saylı məktubla iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanda yerləşən mənzili X3 alğı-satqı müqaviləsinə əsasən almışdır. Şərtə əsasən ərizədə 3-cü şəxs kimi göstərilənlər, məzilə dair alğı- satqı müqaviləsi bağlandığdan bir ay sonra mənzildən qeydiyyatdan çıxmalı idilər. Lakin hazırda mənzilin əvvəlki sakinləri müxtəlif bahanələr gətirərək, alğı- satqı zamanı üzərlərinə götürdükləri öhdəliyə, (müvafiq razılq ərizələri əlavə olunur) yəni razılaşdırılmış şərtə əməl etməyərək, artıq ünvan 2 ünvanda yerləşən tam mülkiyyət hüququ ilə Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli çıxarışa əsasən iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxmırlar. Bu kənar şəxslərlə onların qeydiyyatdan çıxmaları barəsində dəfələrlə danşıqlıqlar aparılsada bir nəticəsi olmamışdır.Odur ki, həmin şəxslərin formal olaraq mənzilində qeydiyyatda qalmaları səbəbindən, iddiaçının “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konveksiyasımn 8-ci maddəsində təsbit olunmuş, şəxsi və ailə həyatına hörmət hüquqları pozulur. Belə ki, bu maddənin 1-ci hissəsinə görə “hər kəs öz şəxsi və ailə həyatına, evinə və yazışma sirrinə hörmət hüququna malikdir. "Vətəndaşa məxsus mənzildə onunla əlaqəsi olmayan şəxslərin mülkiyyəçinin iradəsi əleyhinə daimi qeydiyyatda olması vətəndaş üçün bir sıra neqativ nəticələr (həmin şəxslərə görə əlavə kommunal haqqı ödəmək, məzili satacağı halda onların yazılı razılıq ərzəsini alması ,həmin şəxslərə ünvanlanacaq poçt göndərişlərinin vətəndaşa məxsus mənzilə gələcək olması və s.) yaradır. Bu isə istər beynəlxalq, istərsə də milli qanunlarda təsbit olunmuş “şəxsi həyata və ailə həyatına hörmət hüquqlarının pozulmasına səbəb olacaq. Odur ki,yuxarıda qeyd olunanaları əsas tutaraq, l)X11, 2) X1,3)X2, 4)X4, 5)X8, 6)X7 , mənzildən qeydiyyatdan çıxarılmaları ilə əlaqədar Siyəzən rayon Polis şöbəsinə yazlı olaraq müraciət etsədə, tərəflərindən 13.11.2020-ci il tarixli 183-11230-1220 saylı məktubla mənə imtina cavabı verərək, bildirdilər ki, adları qeyd edilən vətəndaşların qeydiyyatdan çıxarılmaları üçün məhkəməyə müraciət etməlidir. İddiaçı hesab edir ki, hazırki iddiaya münasibətdə cavabdeh inzibati orqanın, iddia üzrə üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasından imtinası qanunsuzdur. Ona görə ki, bu şəxslər hazırda formal qeydiyyatda olduğları yerdə yaşamadığlarına görə onlar faktiki yaşadığları və ya olduğları yer üzrə qeydiyyata alınmalıdırlar. Belə ki, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Göründüyü kimi, hər bir şəxs yaşayış yeri və ya olduğu yer üzrə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-ci maddəsinə əsasən İnzibati məhkəmə icraatı qaydasında, “inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır”. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, “öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər”. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, X11, X1, X2, X4, X8, X7 Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat №-li çıxarışa əsasən İddiaçı məxsus Siyəzən şəhər, H.Əliyev pros. 88 saylı evin 21 №-li mənzildən qeydiyyatdan çıxarılmasına etirazı yoxdur. Məlumat üçün bildirmişlər ki, X19 16.01.2021-ci il tarixdə ünvan 3 ünvanından qeydiyyatdan çıxaraq Siyəzən rayonu, Böyük Həmyə kəndinə qeydiyyata alınmışdır. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclası cavabdehin iştirakı olmadan keçirilmişdir. Üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişdirlər. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 49.7 kv.m olan mənzil xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Məhkəmənin 01 aprel 2021-ci il tarixli, 2-1(118)-552/2021 saylı sorğusuna cavabdeh Siyəzən rayon Polis Şöbəsinin 15.03.2021-ci il tarixli, 183-2908-1221 saylı cavab məktubunda bildirmişdir ki, X19 08.05.2003-cü il tarixdə, X5 06.05.2013-cü il tarixdə, X6 28.04.2014-cü il tarixdə, X9 26.04.2003-cü il tarixdə ünvan 5 ünvanı ilə şəxsiyyət vəsiqəsi ilə təmin olunmuşdurlar. Adları göstərilən vətəndaşların arxiv sənədləri Azərbaycan Respublikası DİN-nin 19.06.2002-ci il tarixli, 235 nömrəli, 30.09.2015-ci il tarixli Q36 №li əmrlərinə əsasən Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi qrupunun arxivində saxlama müddəti bitdiyinə görə məhv edilmişdir. X16 və X12 qanuna müvafiq olaraq ilk dəfə şəxsiyyət vəsiqəsi aldığı üçün validenlərindən birinin, yəni atasının yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvana qeydiyyata alınmışdırlar. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 49.7 kv.m olan mənzil xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. X19 istisna olmaqla üçüncü şəxslər hazırda ünvan 3 ünvanında pasport qeydiyyatındadırlar. Həmin şəxslərin iddiaçının ailə üzvü olması, iddiaçının mənzilindən istifadə hüququnun olması və həmin ünvanda yaşamaları ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» 24.09.2020-ci il tarixli Qərarına əsasən:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.
3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə əsasən Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Üçüncü şəxslər iddiaçının mülkiyyətində olan evdə qeydiyyatda olsalar da həmin evdə yaşamırlar və yaşayış sahəsinə əmlak hüquqları mövcud olması barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Üçüncü şəxslərin yaşamadıqları halda mülkiyyətçinin iradəsinə zidd olaraq ona məxsus evdə qeydiyyatda qalmaları mülkiyyətçi üçün bir sıra məhdudiyyətlər yaradır. Bu da mülkiyyət hüququnun konstitusion mahiyyətinə ziddir. Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun məhdudiyyətlərinin hədləri müəyyən olunmuşdur. Мülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Hazırkı mübahisə üzrə iddiaçının mülkiyyət hüququnun məhdudlaşdırılması üçün hər hansı bir hüquqi əsas məhkəməyə təqdim edilməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı mülkiyyət hüququ əsasında ona məxsus olan mənzildə yaşamayan şəxslərin yaşayış sahəsindən qeydiyyatdan çıxarılmasını tələb etmək hüququna malikdir. Bundan əlavə məhkəmə araşdırması əsasında müəyyən edilmişdir ki, X19 16.01.2021-ci il tarixdə ünvan 3 ünvanından qeydiyyatdan çıxaraq Siyəzən rayonu, Böyük Həmyə kəndinə qeydiyyata alınmışdır. Bu halda üçüncü şəxsin övladları X16, X12 azyaşlı olduğuna görə valideynlərindən birinin qanuna müvafiq olaraq validenlərindən birinin yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvana qeydiyyata alınmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, X1, X2, X4, X8, X7 Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat №-li çıxarışa əsasən İddiaçı məxsus Siyəzən şəhər, H.Əliyev pros. 88 saylı evin 21 №-li mənzildən qeydiyyatdan çıxarılması öhdəliyi Siyəzən rayon Polis Şöbəsinin üzərinə qoyulmalıdır.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. X1, X2, X4, X8, X7 Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat №li çıxarışa əsasən İddiaçı məxsus Siyəzən şəhər, H.Əliyev pros. 88 saylı evin 21 №-li mənzildən qeydiyyatdan çıxarılması öhdəliyi Siyəzən rayon Polis Şöbəsinin üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 7 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim İsmayıl Quliyev