Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-552/2022 24.01.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “X2 24.02.1996-cı ildən “şəhid” hesab edilməsi və Xidmətin Xaçmaz rayon Şöbəsi tərəfindən ona “şəhid ailəsi” statusunu təsdiq edən arayışın verilməsi vəzifəsini Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinə həvalə edilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Məhkəmənin 10 yanvar 2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “X2 24.02.1996-cı ildən “şəhid” hesab edilməsi və Xidmətin Xaçmaz rayon Şöbəsi tərəfindən ona “şəhid ailəsi” statusunu təsdiq edən arayışın verilməsi vəzifəsini Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinə həvalə edilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati iş üzrə cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti əsl cavabdeh kimi Azərbaycan Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsi ilə əvəz edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının əri X5 11 may 1974-cü il tarixində Xaçmaz rayonu, Qusarçay kəndində anadan olmuşdur. O, 16.07.1992-ci il tarixində Xaçmaz rayon Hərbi Komissarlığı tərəfindən Azərbaycan Respublikası Milli Ordu sıralarına həqiqi hərbi xidmətə çağrılaraq, xidmətini «881» nömrəli hərbi hissənin tərkibində icra etmişdir. 15.10.1992-ci il tarixində Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatları zamanı yaralanaraq ağır «Alın təpə gicgah nahiyyəsinin dəlib keçən güllə yaralanması, beyin sol alın payının zədələnməsi və sağ göz almasının əzilməsi, Sol gözün kantuziyası» travması (xəsarəti) almışdır. Aldığı xəsarətə əsasən 28.12.1992-ci il tarixində birinci dərəcəli Qarabağ müharibəsinin əlili hesab edilmişdir. O, mütəmadi olaraq sağlamlığı qorumaq və bərpa etmək üçün respublikamızda və xaricdə müayinə və müalicə olunmuş, lakin göstərilən bütün ciddi cəhdlərə baxmayaraq, əri Əlif Muradov döyüş əməliyyatları zamanı aldığı «Kəllənin və baş-beynin dəlib keçən güllə yarasından» 24.02.1996-cı ildə Xaçmaz rayon, Qusarçay kəndində ölmüşdür. Belə ki, o, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatları zamanı aldığı ağır xəsarətlərdən həlak olmuşdur (ölmüşdür). X2 qeyd olunanlara əsaslanaraq şəhid hesab edilməsi üçün Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə etdiyim müraciətinə 23.04.2021-ci il tarixli məktubla imtina verilmişdir. Bununla da müraciətinə baxılmamışdır, vəzifəli şəxslərin hərəkətsizliyi ilə üzləşmişdir. Müəyyən edilmiş qaydada əri X5 şəhid hesab edilməmiş və ona xidmətin Xaçmaz rayon Şöbəsi tərəfindən «şəhid ailəsi» statusunu təsdiq edən arayış verilməmişdir. Cavabdehin imtinası qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının əri hərbi xidmət dövründə yaralansa da, xidmətdən tərxis olunandan sonra vəfat etmişdir. Hərbi qulluqçuların yaralanması nəticəsində silahlı qüvvələrdən istefaya buraxılmış və sonradan vəfat etmiş şəxslərin “şəhid” hesab edilməsi mövcud qanunvericilikdə nəzərdə tutulmadığından, mərhum X4 “şəhid” hesab edilməsi və Xidmətin Xaçmaz rayon şöbəsi tərəfindən iddiaçıya “şəhid ailəsi” statusunu təsdiq edən arayışın verilməsi mümkün deyil. Qeyd olunanlara əsasən cavabdehin nümayəndəsi iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin 23.04.2021-ci il tarixli M/1598 nömrəli imtina məktubu, Müdafiə Nazirliyinin Mərkəzi hərbi həkim komissiyasının 04.12.1992-ci il tarixli 1040 nömrəli xəstəlik haqqında şəhadətnaməsinin, şəxsiyyət vəsiqəsinin, nikah haqqında şəhadətnamənin və 18.06.2012ci il tarixli 550215 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətləri və digər sənədlər daxildir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4)İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyatının müəyyən edilməsi də vacib meyyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun X2 24.02.1996-cı il tarixdə vəfat etdiyi vaxtdan yaranmış olur. Azərbaycan Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsi iddia tələbi üzrə həmin iddiaya cavab veribverməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq SHXÇDX-nın Xaçmaz rayon şöbəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının mərhum həyat yoldaşının ilkin hərbi qeydiyyatının aparıldığı ərazi SHXÇDX-nın Xaçmaz rayon şöbəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə ilkin hərbi xidmət üçün qeydiyyatın aparılması səlahiyyəti SHXÇDX-nın Xaçmaz rayon şöbəsinə aiddir. Belə olduğu tədqirdə SHXÇDX-nın Xaçmaz rayon şöbəsi hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İddiaçı cavabdehə müraciət etmiş və inzibati orqanın 23.04.2021-ci il tarixli M/1598 nömrəli məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.4-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Cavabdehin rəsmi ünvanının Xaçmaz rayonu ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının əri X5 15.10.1992ci il tarixdə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatları zamanı yaralanmış və hərbi xidmətdən tərxis olunduqdan sonra, 24.02.1996-cı il tarixdə Xaçmaz rayon, Qusarçay kəndində vəfat etmişdir. İddiaçı, X2 qeyd olunan hərbi xidmət dövründə aldığı xəsarətin nəticəsi olaraq öldüyünü əsas gətirərək, ona “şəhid” ailəsi statusunun verilməsinə dair arayışı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinədən tələb edir. Lakin cavabdeh inzibati orqan onun müraciəti müsbət həll etməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni olmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 1.2.5-ci və 1.2.6-cı yarımbəndlərinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı, habelə Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarma əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. Bu Qaydanın 4.1-ci bəndinə əsasən, şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. İş materiallarında olan Müdafiə Nazirliyinin Mərkəzi hərbi həkim komissiyasının 04.12.1992-ci il tarixli 1040 nömrəli xəstəlik haqqında şəhadətnaməsinə və 18.06.2012-ci il tarixli 550215 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən, X5 15.10.1992-ci ildə döyüş əməliyyatları zamanı baş nahiyəsindən güllə yarası aldığı üçün hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilmiş, “sağ gözün dağılması, sol gözün kontuziyası, aşağı beyin hissəsinin zədələnməsi” diaqnozu ilə hərbi uçotdan silinməklə hərbi xidmətə yararsız hesab edilmişdir. Silahlı Qüvvələrdən istefaya buraxılan X5 24.02.1996-cı il tarixdə Xaçmaz rayon Qusarçay kəndində vəfat etmişdir. Göründüyü kimi, qanunvericilik aktlarında şəxsin yaralanması nəticəsində silahlı qüvvələrdən istefaya buraxılmış və sonradan vəfat etmiş şəxslərin “şəhid” hesab edilməsi mövcud deyil. Bu səbəbdən də mərhum X4 “şəhid” hesab edilməsi və İddiaçı “şəhid ailəsi” statusunu təsdiq edən arayışın verilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsi qarşı “X2 24.02.1996-cı ildən “şəhid” hesab edilməsi və Xidmətin Xaçmaz rayon Şöbəsi tərəfindən ona “şəhid ailəsi” statusunu təsdiq edən arayışın verilməsi vəzifəsini Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinə həvalə edilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə ondan, Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-552/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-552/2022
24.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver