Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-5521/2024 23.12.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: X9 Təşəkkül oğlunun sədrliyi, X6 oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh “Sumqayıt Tibb Mərkəzi” publik hüquqi şəxsə qarşı “ünvan 1 ünvanında yaşamış, 1942-ci ildə anadan olmuş X2 xx.xx.2024-cü ildə ölməsinə dair tibbi şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının Sumqayıt şəhəri, 1-ci mkr, ev- 122,mən-44 ünvanında yaşayan 1942-ci il təvəllüdlü anası X7 xx.xx.2024-cü ildə Sumqayıt şəhərində mülkiyyətində olan mənzilində vəfat etmişdir. İddiaçı Penza vilayətində yaşadığı üçün anasının dəfnində iştirak edə bilməməmiş və onu yaxın tanışları Sumqayıt şəhər qəbristanlığında dəfn etmişlər. Bu barədə Sumqayıt şəhər vətəndaşlara xidmət idarəsinin müvafiq arayışı vardır. Lakin anasının ölüm haqqında tibbi şəhadətnaməsini şəhər poliniklinikasından ala bilmədiklərinə görə ölüm haqqında şəhadətnaməni ala bilməmişlər. O, valideyinləri ilə birlikdə Sumqayıt şəhərində yaşamış, hazırda Penza vilayətinin Bessonovskiy rayonunda yaşayır. X8 2002-ci ilə qədər anasına məxsus mənzildə qeydiyyatda olmuşdur. Sumqayıt Tibb Mərkəzi publik hüquqi şəxsi təcili tibbi yardım stansiyasının verdiyi xx.xx.2024-cü il tarixli arayışdan məlum olur ki, anası Alenina Qalina 11.04. 2024-cü ildə öz mənzilində həkim briqadası gələnə qədər vəfat etmiş, müayinə zamanı üzərində heç bir zorakılıq əlamətləri aşkar edilməmişdir. Anası vəfat etdiyi zaman ona qulluq edən X1 təcili yardıma zəng etmişdir.Həmin qadın tək və tənha insanlara xidmət üzrə sosial xidmət sahəsində işləyərkən anasına qulluq etmiş, onun üçün dərman vasitələri, ərzaq məhsulları almışdır.Anası hiporteniya xəstəliyindən əziyyət çəkirdi.Bu faktları Qərənfil Abduləzimova təsdiq edə bilər.Sumqayıt Tibb mərkəzi Publik hüquqi şəxsi Sumqayıt 1 saylı xəstəxanası anasının ölümü haqqında tibbi şəhadətnamənin verilməsindən 20 iyun 2024-cü il tarixli 274 saylı məktubla imtina etmişdir. Cavabdehin imtinası qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən prosesində hüquqi yardım edilmiş, iddiaçının nümayəndəsi və vəkili cavabdeh qismində “Sumqayıt Tibb Mərkəzi” publik hüquqi şəxsi qoyulmasına etirazının olmamasını bildirmişdir. Məhkəmənin ötən prosesində iştirak edən iddiaçının nümayəndəsi və vəkli Vəkil eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən prosesində iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə izahat verərək bildirmişdir ki, müddəti ötürdüyünə görə müvafiq müraciət xəstəxana tərəfindən icra edilə bilməmişdir. Müvafiq mübahisənin məhkəmə qərarı ilə həll edilməsi zəruridir.Qəbul edilmiş məhkəmə qərarına etirazılarının olmamasını bildirmişdir. Ötən məhkəmə iclasının iştirakçılarına məhkəmə qərarının elanının vaxtı barəsində məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə qərarın elanında iştirak etməmişlər. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Sumqayıt Tibb Mərkəzi publik hüquqi şəxsi Sumqayıt 1 saylı xəstəxanasının 20 iyun 2024-cü il tarixli 274 saylı məktubu, TTYS-nın 1103 nömrəli, 1204.2024-cü il tarixli məktubu, MKTİB-nin 20 nömrəli, xx.xx.2024-cü il tarixli arayışı, Doğum haqqında şəhadətnamənin surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İşin araşdırılan hallarından müəyyən edilmişdir ki, iddiaçının mərhum anası X7 ünvan 3 ünvanında yaşamışdır.xx.xx.2024-cü ildə Sumqayıt şəhərində mülkiyyətində olan mənzilində vəfat etmişdir. İddiaçı Penza vilayətində yaşadığı üçün anasının dəfnində iştirak edə bilməməmiş və onu yaxın tanışları Sumqayıt şəhər qəbristanlığında dəfn etmişlər. Lakin iddiaçının anasının ölüm haqqında tibbi şəhadətnaməsini şəhər poliniklinikasından ala bilmədiklərinə görə ölüm haqqında şəhadətnaməni ala bilmir. Cavabdeh təşkilat müddətinin bitməsini əsas gətirərək tibbi şahadətnamənin verməsindən imtina etmişdir. Məhkəmə cavabdeh təşkilat tərəfindən gətirilən arqumenti əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikaı Səhiyyə Nazirinin 52 saylı 03 iyl 2015-ci il tarixli əmri ilə təsdiq edilmiş “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydasına dair Təlimat”ın 3-cü bəndinə əsasən ölüm hadisəsi yaşayış yerində baş veribsə Təcili və X4 Stansiyasının (bundan sonra - TTTYS) həkimi ölüm hadisəsini təsdiq edir, bu barədə çağırış vərəqəsində qeydiyyat aparmaqla vəfat edənin şəxsiyyət vəsiqəsi əsasında ambulator tibb müəssisəsinin həkiminə təqdim etmək üçün bu təlimata əlavə olunan formada “Xəbərdarlıq vərəqəsi” doldurur və ölüm hadisəsi barədə ərazi üzrə polis və ya prokurorluq (hüquq-mühafizə) orqanına məlumat verir. Yaşayış yerində zorakı ölüm barəsində şübhə olduqda, həmçinin ölüm hadisəsi ictimai yerlərdə, küçələrdə və s. qeyriyaşayış yerlərində baş veribsə TTTYS-in həkimi hüquq-mühafizə orqanlarının nümayəndəsinə gələnə qədər meyitin yanında gözləməlidir. Həmin Təlimatın 4-cü bəndinə əsasən ölümün baş vermə səbəbi məlum olan hallarda şəhadətnamə “Xəbərdarlıq vərəqəsi” və tibbi sənədlər (ambulator karta, xəstəlik tarixindən çıxarış və s.) əsasında onun qeydiyyatda olduğu, qeydiyyatda olduğu verdə yaşamadığı halda isə faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təstiq edən tibbi şəhadətnamə, tibbi şəhadətnamə olmadığı tədqirdə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Yuxarıda qeyd olunan “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydasına dair Təlimat”ın 4-cü bəndinə əsasəsn ölüm baş vermə səbəbi cavabdeh təşkilatın verdiyi TTYS-nın 1103 nömrəli, 1204.2024-cü il tarixli məktubu ilə öz təsdiqni tapmışdır. Lakin, buna baxmayaraq cavabdeh təşkilat heç bir əsası olmayan dəlili rəhbər tutaraq mərhumun adına haqqında tibbi şahadətnamənin verilməsindən imtina etmişdir. Nəzərə alınmalıdır ki, şəxs ölümü haqqında tibbi şəhadətnaməni başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Araşdırma zamanı müvafiq tibbi şəhadətnamənin verilməməsinə dair hər hansı bir maneənin olması mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. 11 aprel 2024-cü ildə vəfat etmiş X5 ölüm haqqında tibbi şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh “Sumqayıt Tibb Mərkəzi” publik hüquqi şəxsə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X10
Məhkəmə qərarları › İş №2-1(118)-5521/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-5521/2024
23.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver