Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-553/2021 18.03.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X17 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən Məmmədov X24 adına verilmiş xx.xx.2006-cı il tarixli 25842 reyestr nömrəli Qeydiyyat vəsiqəsinin ləğv olunması”na dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia qaldıraraq “Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən Məmmədov X24 adına verilmiş xx.xx.2006-cı il tarixli 25842 reyestr nömrəli Qeydiyyat vəsiqəsinin ləğv olunması”nı məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və onun 0.25 ha həyətyanı torpaq sahəsi iddiaçının mərhum əri X4 məxsus olmuşdur. Bu barədə ona X10 Bürosundan “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” Pasport verilmişdir. Həmin pasportdan da göründüyü kimi bu ev 0.25 ha torpaq sahəsində yerləşir. Belə ki, evlə bağlı mübahisə olmadan öncə iddiaçı həmin evə sahiblik edərək evdən maneəsiz istifadə etmişdir. Yalnız qaynanası X29 xx.xx.2009-cu ildə vəfat etdikdən sonra iddiaçıya məlum olmuşdur ki, qaynanası və cavabeh olan qaynı saxta sənədlərlə torpaq sahəsini qaynanasının adına keçirmiş, sonra isə bağışlanma yolu ilə Cavabdeh2 mülkiyyətinə verilmişdir. İddiaçı bu işdən xəbər tutan kimi Cavabdeh2 qarşı qərarın, bağışlama müqaviləsinin, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-40/2012 saylı, xx xxxx 2012-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Abşeron rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 1997-ci il tarixli 249 saylı qərarına əsasən 0.25 ha torpaq sahəsinin X20 mülkiyyətinə verilməsi barədə Torpağın mülkiyyətə verilməsinə dair JN - 246F seriyalı 30800066 kodlu şəhadətnamə, Abşeron rayon 2 saylı Dövlət Notariat Kontorunda 4/Ə-02-234 reyestr sayla qeydə alınmış xx xxxxxx 2008-ci il tarixli torpaq sahəsinin bağışlanmasına dair müqavilə, daşınmaz əmlakın dövlət reyestrində xx xxxx 2010-cu il tarixdə **********23-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmaqla Cavabdeh2 adma verilmiş MA seriyalı ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-40/2012 saylı, xx xxxx 2012-ci il tarixli qətnaməsindən narazı qalan cavabdeh apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2( 105)-71/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir. Daha sonra cavabdeh Ali Məhkəməyə kassasiya şikayəti ilə müraciət etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2323 saylı, xx xxxx 2013-cü il tarixli qərarı ilə cavabdehin kassasiya şiakyəti də təmin edilməmişdir. Bütün məhkəmə instansiyalarında iddiaçının hüquqları bərpa edilərək, vərəsəlik hüququ müəyyən edilmişdir. Bundan sonra iddiaçı Abşeron Rayon Məhkəməsinə müraciət edərək miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-1458/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə mərhum əri X2 miras qalmış Abşeron rayonu, Digah qəsəbəsi, M.F.Axundzadə küçəsi 55 ünvanda yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsi ilə birlikdə iddiaçı tərəfindən miras əmlakın qəbul edilməsi faktı müəyyən edilmişdir. Yuxarıda göstərilən məhkəmə qətnamələri və “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” Pasportla Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə müraciət edərək, fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi üzərində onun mülkiyyət hüququmun daşınmaz əmlakın dövlət reyesrində qeydə alınmasını xahiş etmişdir. ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşerin Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli **********43 saylı məktubda mülkiyyət hüququnun qeydə alınmasının mümkünsüzülüyü bildirilmişdir. Bundan əlavə ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşerin Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli **********43 saylı məktubda qeyd edilmişdir ki, Abşeron rayonu, Digah qəsəbəsi, M.F.Axundov küçəsi 55 ünvanında yerləşən fərdi yaşayış evi üzərində Cavabdeh2 mülkiyyət hüququ qeydə alınmışdır və ona xx.xx.2006-cı il tarixdə 25842 reyestr №-li qeydiyyat vəsiqəsi verilmişdir. Bağışlama müqaviləsinə əsasən X29 0.25 ha torpaq sahəsini oğlu Cavabdeh2 bağışlamışdır. Cavabadeh Abşeron rayonu, Digah qəsəbəsi, M.F.Axundov küçəsi 55 ünvanında yerləşən fərdi yaşayış evi bağışlama müqaviləsi ilə əldə etdiyi 0.25 ha həyətyanı torpaq sahəsinə dair vahid əmlak kimi mülkiyyət hüququnu qeydə aldırmış və xx.xx.2010-cu il tarixdə **********23-10301 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. Sonradan məhkəmənin qərarı ilə bu bağışlama müqaviləsi və çıxarış etibarsız hesab edilmişdir. Abşeron Rayon Məhkəməsində 2(012)-40/2012 saylı mülki iş davam edərkən cavabdeh xx.xx.2012-ci il tarixdə mübahisəli torpaq sahəsinin 0.02 ha hissəsini X21, 0.02 ha hissəsini isə X1. Yəni cavabdeh sonradan məhkəmə qətnaməsi ilə üzərində mülkiyyət hüququnun etibarsız sayıldığı torpaq sahəsini bu şəxslərə məhkəmə mübahisəsi barədə məlumat vermədən satmışdır. Məhkəmə tərəfindən torpaq sahəsinə dair xx.xx.2010-cu il tarixli **********23- 10301 saylı reyestrdən çıxarış ləğv edilsə də bu çıxarış əsasında torpaq sahəsinin 0.04 ha hissəsinin satılması barədə iddiaçıda məlumat olmamışdır. Buna görə də hazırda iddiaçının vərrəsəlik hüququ tanınmış torpaq sahəsinin bir hissəsi üzərində İkram və Ehtiramın mülkiyyət hüquqları qeydə alınmışdır. Cavabdeh yerdə qalan 0.21 ha torpaq sahəsinə bələdiyyədən aldığı 0.042 ha torpaq sahəsini də əlavə edərək 0.252 ha torpaq sahəsinə və üstündə yerləşən fərdi yaşayış evinə dair xx.xx.2012-ci il tarixdə **********96-10301 reyestr nömrəli çıxarış almışdır. Hazırki sənədin kökündə duran sənədlərin Abşeron Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsi ilə etibarsız hesab edilməsindən 3 gün sonra baş vermişdir. Yəni, cavabdeh məhkəmənin onu sənədlərini etibarsız hesab etdiyini bilə-bilə sənədləri müxtəlif formalarda qarışdırmaqla gələcəkdə torpaq sahəsinin və fərdi yaşayış evinin həqiqi sahiblərinə qaytarılmasına mane olmağa çalışmışdır. Halbuki yuxarıda qeyd edilmiş məhkəmə qətnamələri ilə Cavabdeh2 və anası X20 həmin torpağa mülkiyyət hüququna aid olan bütün sənədləri ləğv edilmişdir. Cavabdeh2 həmin torpaq sahəsi və evə dair maraqlarının müdafiəsi məsələsinə bir dəfə məhkəmə tərəfindən baxılmış və hüquqi qiymət verilmiş, nəticə olaraq onun hüququ saxta yolla yarandığı üçün ləğv edilmişdir. Bununla da Cavabdeh2 həmin torpaq sahəsinə və üzərindəki evə hər hansı hüququ qalmamışdır. Mövcud olmayan hüquq əsasında əldə edilmiş sənədlər və bağlanmış əqdlər etibarlı hesab edilə bilməz. X29 tərəfindən cavabdehə 0.25 ha torpaq sahəsinin bağışlanmasına dair müqavilə məhkəmə tərəfindən etibarsız hesab edildiyindən əqd bağlandığı andan etibarsız olmuşdur və heç bir hüquqi nəticə doğurmamışdır. Yəni, cavabdehin mülkiyyətində heç bir zaman Abşeron rayonu, Digah qəsəbəsi, M.F.Axundov küçəsi 55 ünvanda yerləşən 0.25 ha torpaq sahəsi olmamışdır. Onun tərəfindən həmin torpaq sahəsi ilə bağlı aparılmış hər hansı əməliyyatın, o cümlədən İkram və Ehtibar ilə bağlanmış alqı-satqı müqavilələrinin heç bir hüquqi əsası yoxdur və həmin əqdlər mövcud olmayan hüquqa əsasən bağlandığından özlüyündə əhəmiyyətsiz əqdlərdir. Bu əqdlərin bağlanmasının davamı olaraq əldə edilmiş hüquqi sənədlər, habelə cavabdeh tərəfindən başqa torpaq sahəsinin mübahisəli əraziyə birləşdirilərək onlara ümumi bir çıxarışın alınması əsassız qeydiyyatdadır və buna görə də daşınmaz əmlakın dövlət reyestrindəki bu qeydlər ləğv edilməlidir. Qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə iddiaçının mübahisəli evə və torpaq sahəsinə vərəsəlik hüququ təsdiq edilmişdir və bunun nəticəsi olaraq iddiaçının Abşeron rayonu, Digah qəsəbəsi, M.F.Axundov küçəsi 55 ünvanda yerləşən 0.25 ha torpaq sahəsinə və üzərindəki fərdi yaşayış evinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. İddiaçı bütün bunların əsasında cavabdehlər Məmmədov X25, X21, X13 qarşı daşınmaz əmlakın dövlət reyestrindən qeydin çıxarılması, çıxarışın ləğv edilməsi və alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-103/2015 saylı, xx xxxx 2015-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Məmmədov X24 adına Abşeron rayonu, Digah qəsəbəsi, M.F.Axundov küçəsi 55 ünvanında yerləşən fərdi yaşayış evinə və 0.252 ha torpaq sahəsinə aid Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində 44 nömrəli reyestr kitabının 2 nömrəli vərəqində alınmış xx.xx.2012-ci il tarixli, **********96-10301 nömrəli xüsusi mülkiyyət hüququ haqda qeydin ləğv edilməsi, Məmmədov X34 ilə X26 arasında Abşeron rayonu Digah qəsəbəsində yerləşən ümumi sahəsi 0.25 ha olan torpaq sahəsindən 0.02 ha hissəsinə, X22 arasında 0.02 ha hissəsinə dair bağlanmış xx.xx.2012-ci il tarixli, 4Ə-03-1062 reyestr nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir. İddiaçının nümayəndəsi və cavabdeh apellyasiya məhkəməsinə apellyasiya şikayəti ilə müraciət etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2016-cı il tarixli, 2(105)-271/2016 saylı qətnaməsinə əsasən iddiaçının nümayəndəsinin apellyasiya şikayəti təmin edilərək, Abşeron Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli, 2(012)- 103/2015 saylı qətnaməsi iddianın təmin edilməyən - “Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən Məmmədov X24 adına verilmiş xx.xx.2012-ci il tarixli RX seriyalı, ******* nömrəli, X15 adma xx.xx.2012-ci il tarixli, RX seriyalı, ******* nömrəli və X12 adma xx.xx.2012-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışların ləğv edilməsi” hissəsində ləğv edilməsi və həmin hissədə iddianın təmin edilməsi, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən Məmmədov X24 adına verilmiş xx.xx.2012-ci il tarixli RX seriyalı, ******* nömrəli, X15 adına xx.xx.2012-ci il tarixli, RX seriyalı, ******* nömrəli və X12 adma xx.xx.2012-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışların ləğv edilməsi, qətnamə Məmmədov X24 adına ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə və 0.252 ha torpaq sahəsinə aid Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində 44 nömrəli reyestr kitabının 2 nömrəli vərəqində alınmış xx.xx.2012-ci il tarixli, **********96-10301 nömrəli xüsusi mülkiyyət hüququ haqda qeydin ləğv edilməsi, Məmmədov X34 ilə X26 arasında Abşeron rayonu, Digah qəsəbəsində yerləşən ümumi sahəsi 0.25 ha olan torpaq sahəsindən 0.02 ha hissəsinə, X22 arasında 0.02 ha hissəsinə dair bağlanmış xx.xx.2012-ci i 1 tarixli, 4Ə-03-1062 reyestr nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir. Daha sonra yəni, 2018-ci ildə iddiaçı yenidən Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Məmmədov X34, X8, X16, X26 və X13 qarşı “maneənin aradan qaldırılması, qanunsuz tikilinin sökülməsi və torpq sahəsinin boşaldılması”nı xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-396/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Abşeron rayonu, Digah qəsəbəsi, M.F.Axundzadə küçəsi 55 ünvanında yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydə alınmasına cavabdehlər Məmmədov X34, X8, X16 tərəfindən maneənin aradan qaldırılması, torpaq sahəsindən və fərdi yaşayış evindən cavabdehlər Məmmədov X34, X9, X11 çıxarılması, həmin ünvanda yerləşən 0.252 ha torpaq sahəsindən cavabdehlər X26 və X22 tərəfindən inşa edilmiş tikililərin onların hesabına sökülərək torpaq sahəsinin boşaldılması, fərdi yaşayış evi və torpaq sahəsinin mənim qanuni sahibliyimə qaytarılması qət edilmişdir. İddiaçı bütün bu qətnamələrin əsasında Abşeron rayonu, Digah qəsəbəsi, M.F.Axundzadə küçəsi 55 ünvanında yerləşən fərdi yaşayış evinə adına çıxarış verilməsi üçün Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmişdir. Sənədləşdirmə işləri aparılan zaman məlum olmuşdur ki, cavabdeh Məmmədov X24 mülkiyyət hüququ reyestr kitabında qeydə alınmış və ona xx.xx.2006-cı il tarixdə 25842 reyestr nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Həmin qeydiyyat vəsiqəsi aşkar edildiyi üçün iddiaçı Abşeron rayonu, Digah qəsəbəsi, M.F.Axundzadə küçəsi 55 ünvanında yerləşən fərdi yaşayış evinə dair öz adına sənəd yəni, çıxarış ala bilmir. Odur ki yuxarıda qeyd etdiyi məsələ ilə bağlı yəni, Məmmədov X24 mülkiyyət hüququ reyestr kitabında qeydə alınmış və ona verilmiş xx.xx.2006-cı il tarixdə 25842 reyestr nömrəli qeydiyyat vəsiqəsinin ləğv edilməsi zəruridir. İddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)- 40/2012 və 2(012)-103/2015 saylı mülki işləri üzrə iddiaçı, ünvan 3 ünvanında qeydiyyatda olan İddiaçı Abşeron rayonu, Digah qəsəbəsi, M.F.Axundov küçəsi, 55 ünvanında yerləşən fərdi yaşayış evi və 0.25 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun mərhum X5 adına qeydiyyata alınması ilə bağlı xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli müraciətinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsində baxılmışdır. İdarəyə daxil olmuş sənədlər icra zamanı araşdırılarkən məlum olmuşdur ki, Abşeron rayonu, Digah qəsəbəsi, M.F.Axundov küçəsi, 55 ünvanda yerləşən fərdi yaşayış evi üzərində X3 mülkiyyət hüququ reyestr kitabında qeydə alınmış və ona xx.xx.2006-cı il tarixdə 25842 reyestr nömrəli qeydiyyat vəsiqəsi verilmiş, xx.xx.2008-ci il tarixdə 2 saylı Dövlət Notariat Kontorunda təsdiq edilmiş bağışlama müqaviləsinə əsasən X6 rayonu, Digah qəsəbəsində yerləşən, DTXK-nın Abşeron rayon şöbəsi tərəfindən verilmiş JN-246F nömrəli 30800066 kodlu torpağa mülkiyyət hüququna dair şəhadətnaməyə əsasən özünə məxsus 0.25 ha torpaq sahəsini oğlu Məmmədov X25 bağışlamış və sonuncuya Abşeron rayonu, Digah qəsəbəsi, M.F.Axundov küçəsi, 55 ünvanda yerləşən fərdi yaşayış evi və altındakı 0.25 ha torpaq sahəsi üzərində vahid əmlak kimi mülkiyyət hüququna dair xx.xx.2010-cu il tarixdə **********23-10301 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Daha sonra Məmmədov X25 Abşeron rayonu, Digah bələdiyyəsinin xx.xx.2010-cu il tarixli 5/5 nömrəli qərarı ilə ona ayrılmış 0.042 ha torpaq sahəsi üzərində mülkiyyət hüququna dair xx.xx.2011-ci il tarixdə **********22 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. xx.xx.2012-ci il tarixdə 2 saylı Dövlət Notariat Kontorunda təsdiq olunmuş alqı- satqı müqaviləsinə əsasən Məmmədov X34 xx.xx.2010-cu il tarixdə verilmiş **********23-10301 reyestr nömrəli çıxarışa əsasən ona məxsus fərdi yaşayış evinin yerləşdiyi 0.25 ha torpaq sahəsindən 0.02 ha torpaq sahəsini X21, 0.02 ha torpaq sahəsini isə X1. Bundan sonra Məmmədov X34 yerdə qalan 0.21 ha torpaq sahəsi üzərində hüquqların qeydə alınması ilə eyni zamanda 0.042 ha torpaq sahəsini birləşdirərək 0.252 ha torpaq sahəsinə və üstündə yerləşən fərdi yaşayış evinə dair xx.xx.2012-ci il tarixdə **********96-10301 reyestr nömrəli çıxarış almışdır. Abşeron rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(012)-40/2012 saylı qətnaməsi ilə Abşeron rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 249 saylı qərarına əsasən 0.25 ha torpaq sahəsinin X20 mülkiyyətinə verilməsi barədə torpağın mülkiyyətə verilməsinə dair JN-246F seriyalı 30800066 kodlu şəhadətnamə, Abşeron rayon 2 saylı Dövlət Notariat Kontorunda 4/Ə-02-234 reyestr sayla qeydə alınmış xx.xx.2008-ci il tarixli torpaq sahəsinin bağışlanmasına dair müqavilə, daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2010-cu il tarixdə **********23-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmaqla Məmmədov X24 adına verilmiş MA seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış etibarsız hesab edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(012)- 40/2012 saylı icra vərəqəsi icra üçün Abşeron rayon İcra Şöbəsinin xx.xx.2013-cü il tarixli, xx/xx-4568/13-1 saylı məktubu ilə xx.xx.2013-cü il tarixdə 4 saylı Abşeron Ərazi İdarəsinə daxil olmuşdur. Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(105)-271/2016 saylı icra vərəqəsinə əsasən Abşeron Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(012)- 103/2015 saylı qətnaməsi iddianın təmin edilməyən - “Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 4 saylı ərazi İdarəsi tərəfindən Məmmədov X24 adına verilmiş xx.xx.2012-ci il tarixli, RX seriyalı ******* nömrəli, X15 adına xx.xx.2012-ci il tarixli, RX seriyalı ******* nömrəli və X12 adına xx.xx.2012-ci il tarixli, RX seriyalı ******* nömrəli çıxarışların ləğv edilməsi” hissəsində ləğv edilmiş və həmin hissədə iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən Məmmədov X24 adına verilmiş xx.xx.2012- ci il tarixli, RX seriyalı ******* nömrəli, X15 adına xx.xx.2012-ci il tarixli, RX seriyalı ******* nömrəli və X12 adına xx.xx.2012-ci il tarixli, RX seriayalı ******* nömrəli çıxarışlar ləğv edilmiş, qətnamə Məmmədov X24 adına Abşeron rayonu, Digah qəsəbəsi, M.F.Axundov küçəsi, 55 ünvanında yerləşən fərdi yaşayış evinə və 0.252 ha torpaq sahəsinə aid Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində 44 nömrəli reyestr kitabının 2 nömrəli vərəqində qeydə alınmış xx.xx.2012-ci il tarixli, **********96-10301 nömrəli xüsusi mülkiyyət hüququ haqqında qeydin ləğv edilməsi, Məmmədov X34 ilə X26 arasında Abşeron rayonu, Digah qəsəbəsində yerləşən ümumi sahəsi 0.25 ha olan torpaq sahəsindən 0.02 ha hissəsinə, X22 arasında 0.02 ha hissəsinə dair bağlanmış xx.xx.2012-ci il tarixli, 4Ə- olmamasının yoxlanılmasına xüsusi diqqət yetirməsinin vacibliyi xüsusi olaraq qeyd edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Həmin Qanunun 15-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X14 iştirak etmiş, etirazı müdafiə etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırki iddia tələbi ilə iddiaçı “Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən Məmmədov X24 adına verilmiş xx.xx.2006-cı il tarixli 25842 reyestr nömrəli Qeydiyyat vəsiqəsinin ləğv olunmasını” tələb edir. Lakin iş materiallarından görsənir ki, iddiaçı eyni tələblə ilkin olaraq inzibati orqana müraciət etməmişdir. Eyni zamanda iddia ərizəsində qeyd olunur ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-40/2012 saylı, xx xxxx 2012-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Abşeron rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 1997-ci il tarixli 249 saylı qərarına əsasən 0.25 ha torpaq sahəsinin X20 mülkiyyətinə verilməsi barədə Torpağın mülkiyyətə verilməsinə dair JN - 246F seriyalı 30800066 kodlu şəhadətnamə, Abşeron rayon 2 saylı Dövlət Notariat Kontorunda 4/Ə-02-234 reyestr sayla qeydə alınmış xx xxxxxx 2008-ci il tarixli torpaq sahəsinin bağışlanmasına dair müqavilə, daşınmaz əmlakın dövlət reyestrində xx xxxx 2010-cu il tarixdə **********23-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmaqla Cavabdeh2 adma verilmiş MA seriyalı ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-40/2012 saylı, xx xxxx 2012-ci il tarixli qətnaməsindən narazı qalan cavabdeh apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2( 105)-71/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir. Daha sonra cavabdeh Ali Məhkəməyə kassasiya şikayəti ilə müraciət etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2323 saylı, xx xxxx 2013-cü il tarixli qərarı ilə cavabdehin kassasiya şiakyəti də təmin edilməmişdir. Bütün məhkəmə instansiyalarında iddiaçının hüquqları bərpa edilərək, vərəsəlik hüququ müəyyən edilmişdir. Bundan sonra iddiaçı Abşeron Rayon Məhkəməsinə müraciət edərək miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-1458/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə mərhum əri X2 miras qalmış Abşeron rayonu, Digah qəsəbəsi, M.F.Axundzadə küçəsi 55 ünvanda yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsi ilə birlikdə iddiaçı tərəfindən miras əmlakın qəbul edilməsi faktı müəyyən edilmişdir. Yuxarıda göstərilən məhkəmə qətnamələri və “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” Pasportla Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə müraciət edərək, fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi üzərində onun mülkiyyət hüququmun daşınmaz əmlakın dövlət reyesrində qeydə alınmasını xahiş etmişdir. ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşerin Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli **********43 saylı məktubda mülkiyyət hüququnun qeydə alınmasının mümkünsüzülüyü bildirilmişdir. Bundan əlavə ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşerin Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli **********43 saylı məktubda qeyd edilmişdir ki, Abşeron rayonu, Digah qəsəbəsi, M.F.Axundov küçəsi 55 ünvanında yerləşən fərdi yaşayış evi üzərində Cavabdeh2 mülkiyyət hüququ qeydə alınmışdır və ona xx.xx.2006-cı il tarixdə 25842 reyestr №-li qeydiyyat vəsiqəsi verilmişdir. Bağışlama müqaviləsinə əsasən X29 0.25 ha torpaq sahəsini oğlu Cavabdeh2 bağışlamışdır. Cavabadeh Abşeron rayonu, Digah qəsəbəsi, M.F.Axundov küçəsi 55 ünvanında yerləşən fərdi yaşayış evi bağışlama müqaviləsi ilə əldə etdiyi 0.25 ha həyətyanı torpaq sahəsinə dair vahid əmlak kimi mülkiyyət hüququnu qeydə aldırmış və xx.xx.2010-cu il tarixdə **********23-10301 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. Sonradan məhkəmənin qərarı ilə bu bağışlama müqaviləsi və çıxarış etibarsız hesab edilmişdir. Abşeron Rayon Məhkəməsində 2(012)-40/2012 saylı mülki iş davam edərkən cavabdeh xx.xx.2012-ci il tarixdə mübahisəli torpaq sahəsinin 0.02 ha hissəsini X21, 0.02 ha hissəsini isə X1. Yəni cavabdeh sonradan məhkəmə qətnaməsi ilə üzərində mülkiyyət hüququnun etibarsız sayıldığı torpaq sahəsini bu şəxslərə məhkəmə mübahisəsi barədə məlumat vermədən satmışdır. Məhkəmə tərəfindən torpaq sahəsinə dair xx.xx.2010-cu il tarixli **********23- 10301 saylı reyestrdən çıxarış ləğv edilsə də bu çıxarış əsasında torpaq sahəsinin 0.04 ha hissəsinin satılması barədə iddiaçıda məlumat olmamışdır. Buna görə də hazırda iddiaçının vərrəsəlik hüququ tanınmış torpaq sahəsinin bir hissəsi üzərində İkram və Ehtiramın mülkiyyət hüquqları qeydə alınmışdır. Cavabdeh yerdə qalan 0.21 ha torpaq sahəsinə bələdiyyədən aldığı 0.042 ha torpaq sahəsini də əlavə edərək 0.252 ha torpaq sahəsinə və üstündə yerləşən fərdi yaşayış evinə dair xx.xx.2012-ci il tarixdə **********96-10301 reyestr nömrəli çıxarış almışdır. Hazırki sənədin kökündə duran sənədlərin Abşeron Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsi ilə etibarsız hesab edilməsindən 3 gün sonra baş vermişdir. Yəni, cavabdeh məhkəmənin onu sənədlərini etibarsız hesab etdiyini bilə-bilə sənədləri müxtəlif formalarda qarışdırmaqla gələcəkdə torpaq sahəsinin və fərdi yaşayış evinin həqiqi sahiblərinə qaytarılmasına mane olmağa çalışmışdır. Halbuki yuxarıda qeyd edilmiş məhkəmə qətnamələri ilə Cavabdeh2 və anası X20 həmin torpağa mülkiyyət hüququna aid olan bütün sənədləri ləğv edilmişdir. Cavabdeh2 həmin torpaq sahəsi və evə dair maraqlarının müdafiəsi məsələsinə bir dəfə məhkəmə tərəfindən baxılmış və hüquqi qiymət verilmiş, nəticə olaraq onun hüququ saxta yolla yarandığı üçün ləğv edilmişdir. Bununla da Cavabdeh2 həmin torpaq sahəsinə və üzərindəki evə hər hansı hüququ qalmamışdır. Mövcud olmayan hüquq əsasında əldə edilmiş sənədlər və bağlanmış əqdlər etibarlı hesab edilə bilməz. X29 tərəfindən cavabdehə 0.25 ha torpaq sahəsinin bağışlanmasına dair müqavilə məhkəmə tərəfindən etibarsız hesab edildiyindən əqd bağlandığı andan etibarsız olmuşdur və heç bir hüquqi nəticə doğurmamışdır. Yəni, cavabdehin mülkiyyətində heç bir zaman Abşeron rayonu, Digah qəsəbəsi, M.F.Axundov küçəsi 55 ünvanda yerləşən 0.25 ha torpaq sahəsi olmamışdır. Onun tərəfindən həmin torpaq sahəsi ilə bağlı aparılmış hər hansı əməliyyatın, o cümlədən İkram və Ehtibar ilə bağlanmış alqı-satqı müqavilələrinin heç bir hüquqi əsası yoxdur və həmin əqdlər mövcud olmayan hüquqa əsasən bağlandığından özlüyündə əhəmiyyətsiz əqdlərdir. Bu əqdlərin bağlanmasının davamı olaraq əldə edilmiş hüquqi sənədlər, habelə cavabdeh tərəfindən başqa torpaq sahəsinin mübahisəli əraziyə birləşdirilərək onlara ümumi bir çıxarışın alınması əsassız qeydiyyatdadır və buna görə də daşınmaz əmlakın dövlət reyestrindəki bu qeydlər ləğv edilməlidir. Qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə iddiaçının mübahisəli evə və torpaq sahəsinə vərəsəlik hüququ təsdiq edilmişdir və bunun nəticəsi olaraq iddiaçının Abşeron rayonu, Digah qəsəbəsi, M.F.Axundov küçəsi 55 ünvanda yerləşən 0.25 ha torpaq sahəsinə və üzərindəki fərdi yaşayış evinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. İddiaçı bütün bunların əsasında cavabdehlər Məmmədov X25, X21, X13 qarşı daşınmaz əmlakın dövlət reyestrindən qeydin çıxarılması, çıxarışın ləğv edilməsi və alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-103/2015 saylı, xx xxxx 2015-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Məmmədov X24 adına Abşeron rayonu, Digah qəsəbəsi, M.F.Axundov küçəsi 55 ünvanında yerləşən fərdi yaşayış evinə və 0.252 ha torpaq sahəsinə aid Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində 44 nömrəli reyestr kitabının 2 nömrəli vərəqində alınmış xx.xx.2012-ci il tarixli, **********96-10301 nömrəli xüsusi mülkiyyət hüququ haqda qeydin ləğv edilməsi, Məmmədov X34 ilə X26 arasında Abşeron rayonu Digah qəsəbəsində yerləşən ümumi sahəsi 0.25 ha olan torpaq sahəsindən 0.02 ha hissəsinə, X22 arasında 0.02 ha hissəsinə dair bağlanmış xx.xx.2012-ci il tarixli, 4Ə-03-1062 reyestr nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir. İddiaçının nümayəndəsi və cavabdeh apellyasiya məhkəməsinə apellyasiya şikayəti ilə müraciət etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2016-cı il tarixli, 2(105)-271/2016 saylı qətnaməsinə əsasən iddiaçının nümayəndəsinin apellyasiya şikayəti təmin edilərək, Abşeron Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli, 2(012)- 103/2015 saylı qətnaməsi iddianın təmin edilməyən - “Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən Məmmədov X24 adına verilmiş xx.xx.2012-ci il tarixli RX seriyalı, ******* nömrəli, X15 adma xx.xx.2012-ci il tarixli, RX seriyalı, ******* nömrəli və X12 adma xx.xx.2012-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışların ləğv edilməsi” hissəsində ləğv edilməsi və həmin hissədə iddianın təmin edilməsi, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən Məmmədov X24 adına verilmiş xx.xx.2012-ci il tarixli RX seriyalı, ******* nömrəli, X15 adına xx.xx.2012-ci il tarixli, RX seriyalı, ******* nömrəli və X12 adma xx.xx.2012-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışların ləğv edilməsi, qətnamə Məmmədov X24 adına ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə və 0.252 ha torpaq sahəsinə aid Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində 44 nömrəli reyestr kitabının 2 nömrəli vərəqində alınmış xx.xx.2012-ci il tarixli, **********96-10301 nömrəli xüsusi mülkiyyət hüququ haqda qeydin ləğv edilməsi, Məmmədov X34 ilə X26 arasında Abşeron rayonu, Digah qəsəbəsində yerləşən ümumi sahəsi 0.25 ha olan torpaq sahəsindən 0.02 ha hissəsinə, X22 arasında 0.02 ha hissəsinə dair bağlanmış xx.xx.2012-ci i 1 tarixli, 4Ə-03-1062 reyestr nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir. Daha sonra yəni, 2018-ci ildə iddiaçı yenidən Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Məmmədov X34, X8, X16, X26 və X13 qarşı “maneənin aradan qaldırılması, qanunsuz tikilinin sökülməsi və torpq sahəsinin boşaldılması”nı xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-396/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Abşeron rayonu, Digah qəsəbəsi, M.F.Axundzadə küçəsi 55 ünvanında yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydə alınmasına cavabdehlər Məmmədov X34, X8, X16 tərəfindən maneənin aradan qaldırılması, torpaq sahəsindən və fərdi yaşayış evindən cavabdehlər Məmmədov X34, X9, X11 çıxarılması, həmin ünvanda yerləşən 0.252 ha torpaq sahəsindən cavabdehlər X26 və X22 tərəfindən inşa edilmiş tikililərin onların hesabına sökülərək torpaq sahəsinin boşaldılması, fərdi yaşayış evi və torpaq sahəsinin mənim qanuni sahibliyinə qaytarılması qət edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının daşınmaz əmlak üzərində hüquqları məhkəmə qərarları ilə müəyyən olduğu halda, bu əsaslarla mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasının tələb edilməsi mümkün hüquqi müdafiyə vasitəsi ola bilər. Digər şəxsə aid müvafiq sənədin ləğvi tələbi üçün isə, ilkin olaraq bu tələblə cavadbeh inzibati orqana müraciət edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan ünvan 5 ünvanında yerləşən) Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-553/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-553/2021
18.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver