Məhkəmə qərarları › İş №2-1(118)-553/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-553/2022

17.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-553/2022 17.03.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, Məhkəmə iclasının katibi Quliyeva Aytəkin Ramiz qızının katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı 29 aprel 2005-ci il tarixli 11-T/1042 saylı texniki şərtə əsasən elektrik gücü 3.0 kVt olan obyektinin abunə kodunun informasiya məlumat bazasına daxil ediməklə obyektin sayğaca dərhal qoşulması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə iş materiallarını yoxlayaraq və iddiaçının iddia ərizəsinin qaytarılması barədə ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 29 aprel 2005-ci il tarixli 11-T/1042 saylı texniki şərtə əsasən elektrik gücü 3.0 kVt olan obyektinin abunə kodunun informasiya məlumat bazasına daxil ediməklə obyektin sayğaca dərhal qoşulması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək məhkəmənin sərəncamından sonra cavabdeh "xxxx" ASC-nin Quba rayon şöbəsinin əməkdaşları tərəfindən 29 aprel 2005-ci il tarixli 11-T/1042 saylı texniki şərtibn tələblərinə uyğun olaraq obyektin abunə kodunun informasiya məlumat bazasına daxil ediməklə yeni sayğac quraşdırıldığını və elektrik enerjisinini bərpa edildiyini bildirmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual-Məcəlləsinin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Həmin Məcəlləsinin 67.3-cü maddəsinə görə bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Bununla bağlı məhkəmə hesab edir ki, mübahisə həll olunduğundan iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı 29 aprel 2005-ci il tarixli 11-T/1042 saylı texniki şərtə əsasən elektrik gücü 3.0 kVt olan obyektinin abunə kodunun informasiya məlumat bazasına daxil ediməklə obyektin sayğaca dərhal qoşulması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə icraata xitam verilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar