Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-5542/2024 10.09.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Kazımova İradə Səlim qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Abşeron Rayon İcra Hakimiyyəti başçısı Aparatının “X8 İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyası”na qarşı “rəyin ləğv edilməsi və yeni rəy verilməsinə” dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ərizəsində qeyd edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2317/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən iddia ərizəsi qismən təmin edilərək, X11 ilə iddiaçı araslnda xx.xx.2019-cu İl tarixdə 1 saylı Bakı Asan xidmət mərkəzi qeydiyyat şöbəsində bağlanmış 1937 saylı nikah qeydinin ləğv edilməsi, nikah pozuldiqdan sonra birgə nikahdan olan xx.xx.2020-ci İl təvəllüdlü X5 anası X7 yanında saxlanılması, xx.xx.2021-ci il tarixdən hesablanmaqla xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün iddiaçıdan hər ay 175 manat sabit pul məbləğində aliment X7 xeyrinə tutulması, xx.xx.2021-ci il tarixdən hesablanmaqla xx.xx.2020-ci il təvəllüdlü X5 3 yaşına çatanadək, X7 analıq məzniyyətində olduğu müddət ərzində, iddiaçıdan hər ay 30 manat X7 xeyrinə tutulması qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-3926/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilərək, xx.xx.2020-ci il təvəllüdlü X5 ilə hər həftənin bazar günü saat ll:00-dan 15:00-dək ünsiyyətdə olma vaxtının müəyyən edilməsi qət edilmişdir. İddiaçı ünsiyyətlə bağlı axır vaxtlar çox əziyyət çəkir. Əvvəllər normal ünsiyyətə girə bilsə də son vaxtlar isə X9 tərəfindən olunan maneələrlə üzləşir. Hətta Abşeron Rayon Məhkəməsinin 2(012)-3926/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən narazı qalan cavabdeh apellyasiya məhkəməsinə şikayət vermiş və Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2( 105)-508/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Abşeron Rayon Məhkəməsinin 2(012)- 3926/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-3926/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi icra olunması üçün Abşeron Rayon İcra və probasiya Şöbəsinə yönəldilmişdir və hər dəfə övladı ilə görüşən zaman icra məmuru tərəfindən akt tərtib edilir. Övladı ilə görüş zamanı psixoloq dəvət olunur və övladı ilə profilaktik söhbətlər aparılırdı. Görüş zamanı Abşeron Rayon İcra və probasiya Şöbəsinin icra məmuru Cəlal tərəfindən mütəxəssis Ruhiyyə Səmədova tərəfindən rəy verilmişdir və həmin rəyin surətini ərizəyə əlavə edilmişdir. Belə ki, Abşeron Rayon İcra və probasiya Şöbəsi tərəfindən xx.xx.2024- cü il taarixli 17/759285750 nömrəli məktuba cavab olaraq bildirilmişdir ki, X8 İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyada (YYÇİHMK) iddiaçının övladı yetkinlik yaşına çatmayan xx.xx.2020-ci il təvəllüdlü X6 ilə ünsiyyətdə olduğu vaxt psixoloji təsirin olub-olmaması müəyyən etmək məqsədilə əlavə iclas keçirilmişdir və məsələyə baxılaraq rəy verilmişdir. Həmin rəydə bildirilmişdir ki, yetkinlik yaşına çatmayan xx.xx.2020-ci il təvəllüdlü X1 psixoloqu tərəfindən dindirilmişdir. Yetkinlik yaşına çatmayan dindirilərkən qeyd etmişdir ki, ünsiyyətdə olmaq istəmədiyini israrla qeyd etmişdir. Komissiyanın psixoloqu tərəfindən ünvanlanmış digər şullara isə yalnız anasına sıx bağlı olduğunu ondan ayrı qalmaq istəmədiyini bildirmişdir. X15 onunla razılaşmadığını, uşağa heç bir psixoloji təsirin olmadığını qeyd etmişdir. Nəticə: Qeyd olunanları nəzərə alaraq X8 İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiya, yetkinlik yaşına çatmayan xx.xx.2020-ci il təvəllüdlü X3 anası X15 tərəfindən psixoloji təsir göstərməsi müəyyən edilməmişdir. İddiaçı anası tərəfindən psixoloji təsirin olduğunu bildirir, Vəfa Ağammədova isə olmadığını deyir. X8 İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiya isə Vəfa Ağammədovanın sözünü qanun hesab edir və övladı ilə ünsiyyət hüququnu məhdudlaşdırır. Məlumdur ki, qızı azyaşlıdır və ananın təsiri və təzyiqi altındadır. Övladı ona qarşı öyrədilir. Vəfa övladı ilə ünsiyyətindən çox narahat oldu və mane olmaqdan ötrü əlindən gələni etdi və hazırda da edir. Belə çıxır Azərbaycan Respublikası adından qəbul edilmiş qətnamə heçə sayırılır. Övladı ilə ünsiyyətinə İcra məmurları da şiddirlər. Vəfa imkan vermir ki, iddiaçı övladı ilə tək ünsiyyət qursun. Vəfa övladı ilə ünsiyyətinə hər tərəfli mane törədir. O, bilir ki, qızı onu çox sevir. Vəfa qızı ilə münasibətinin yaxşılığa doğru getdiyini anlayıb, mane etməkdən ötrü əlindən gələni edir. İddiaçı övladını çox sevir. Vəfanın haqsız və qanunsuz hərəkətlərindən cana doymuşdur. Qadın olduğu üçün icra məmuru onun barəsində təqdimatı məhkəməyə təqdim etsə də təqdimatın icrası məhkəmə tərəfindən rədd edilir. Vəfa da bu halı fürsət bilərək övladını tamamilə ayırmaq üçün əlindən gələni edir. X8 İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyası ədalətli rəy verməyərək, hüquqlarını kobud şəkildə pozmaqla övladı ilə ünsiyyətinə bir başa mane olmuşdur. İddiaçı isə övladı ilə ünsiyyətə girə bilmək üçün əlindən gələni edəcək. Çünki özü bilir ki, qızı onunla ünsiyyətdə olmağı çoix sevir və anasından qorxduğu üçün tam özünü ifadə edə bilmir və anasının öyrətdiklərini bir-bir deyir. Sonda isə xüsusi olaraq onu qeyd etməlidir ki, kiminsə taleyini bu cür həll etmək heç Allaha da xoş getməz. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçıya hüquqi yardım edilmiş, mümkün hüquq müdafiə vasitələri izah edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarına əsasən: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır.
11. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır.
12. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir.
17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 4 saylı Qərarına əsasən:
1. Məhkəmələrin nəzərinə çatdırılsın ki, mübahisənin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə “MPM”) 24-26-cı və 30-cu maddələri, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə “İPM”) 2-ci maddəsi, habelə həmin Məcəllənin XV-XİX fəsillərinin aidiyyətlə bağlı müddəaları rəhbər tutulmalıdır.
2. Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. 3.1. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. 3.2. İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. 5.1. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Göründüyü kimi mübahisənin inzibati xarakterli ola bilməsi üçün tərəflərdən heç olmasa biri inzibati orqan olmalı və mübahisə həmin inzibati orqanın inzibati fəaliyyəti ilə bağlı olmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1-ci maddəsinə əsasən həmin qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İddiaçı “X8 İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyasının” verdiyi rəyin ləğv edilməsini və yeni rəy verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, iddiaçının cavabdeh qismində qeyd etdiyi Abşeron Rayon İcra Hakimiyyəti başçısı Aparatının X8 İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş inzibati orqanların təsnifatında inzibati orqan kimi müəyyən edilməmişdir. Həmçinin, hazırki mübahisə ümumi (publik) hüquq mübahisəsi deyil, Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə tənzimlənən xüsusi (ailə-mülki) hüquq mübahisəsidir. Belə mübahisələrə mülki mühakimə icraatı qaydasında baxılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya izah edilsin ki, ailə münasibətlərdən irəli gələn mübahisələrin həlli ilə bağlı mülki mühakimə icraatı qaydasında müvafiq ümumi məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏRARA ALDİ:
İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Aynur Axundova