Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-555/2020 04.12.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, Kazımova İradə Səlim qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X6 1 saylı X1rşı “Ona xx xxxxxx 1983-cü ildən xx xxxx 1986-cı ilədək Kürtmaşı kənd Xanlar adına sovxozda işlədiyi müddətin sosial sığorta stajına daxil edilərək, hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən əlilliyə görə pensiyanın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı ona xx xxxxxx 1983-cü ildən xx xxxx 1986-cı ilədək Kürtmaşı kənd Xanlar adına sovxozda işlədiyi müddətin sosial sığorta stajına daxil edilərək, hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən əlilliyə görə pensiyanın təyin edilməsi üçün cavabdeh inzibati orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X6 1 saylı X4 (DSMF Sumqayıt şəhər şöbəsi) müraciət etmiş, cavabdehin xx xxxx 2019-cu il tarixli, **********8 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçıya DSMF Sumqayıt şəhər şöbəsi tərəfindən pensiya təyin edilərkən xx xxxxxx 1983-ci ildən xx xxxx 1986-cü ilədək İsmayıllı rayon Kürtmaşı kənd Xanlar adına sovxozda işlədiyi müddətin sosial sığorta stajının götürülməsi nəzərə alınmamışdır. Mövcud məsələ ilə bağlı cavabdeh orqana müraciət etsə də, məsələ müsbət həllini tapmamışdır. DSMF-nin Sumqayıt şəhər şöbəsi qeyd edilən dövrün əmək kitabçasında qeyd olunmaması və bu dövrün arxiv arayışı kimi təqdim olunmasıdır. DSMF-nin Sumqayıt şəhər şöbəsi pensiya təyin etməməsinin səbəbini “ Əmək pensiyaları” haqqında qanunun 12.1 -ci maddəsinə və “Əmək pensiyalarının təyin edilməsi yenidən hesablanması bir növündən başqa növünə kecirlməsi və ödənilməsi” Qaydalarının 3.2.1 maddələrinə əsaslanaraq rədd cavabı vermişdir. Hesab edir ki, cavabdehin hərəkəti qanunsuzdur. Belə ki, iddiaçıya pensiya təyin edilərkən həmin arxiv arayışı nəzərə alınmadan ona pensiya təyin edilməsi üçün tələb olunan 17760 manat kapitala qarşı 16253.93 manat kapital olması bildirilmişdir. Arxiv arayışındakı dövrləri sosial siğorta kapitalına çevirdikdə 1866.39 manat kapital alınır. Buradanda görünürki onun kapitalının cəmi 17760 manat kapitalı keçərək 18120.32 manat təşkil edir. Belə ki, xx xxxxxx 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 3-cü abzasının “ğ” bəndinə əsasən iş stajına bunlardan başqa ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, həbslə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, doktoranturada və klinik ordinaturada təhsil müddəti daxil edilir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci hissəsinə əsasən fiziki və hüquqi şəxslərin vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ və hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ-hüquqi aktlarin qüvvəsi geriyə şamil edilir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin 1 hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1 hissəsinə əsasən hər kəsin azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, , izahatında bildirmişdir ki, əlilliyə görə əmək pensiyasının təyin olunması üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh ona əlilliyə görə əmək pensiyasının təyin olunmasından imtina etmişdir. İmtinaya səbəb kimi iddiaçının xx xxxxxx 1983-ci ildən xx xxxx 1986-cü ilədək İsmayıllı rayon Kürtmaşı kənd Xanlar adına sovxozun işlədiyi müddətin əmək kitabçasında qeyd olunmaması və bu dövrün arxiv arayışı kimi təqdim olunması, eyni zamanda tələb olunan 17760 manat kapitala qarşı 16253.93 manat kapital olması bildirilmişdir. Arxiv arayışındakı dövrləri sosial siğorta kapitalına çevirdikdə 1866.39 manat kapital alınır. Buradanda görünür ki, iddiaçının kapitalının cəmi 17760 manat kapitalı keçərək 18120.32 manat təşkil edir. İddiaçı hesab edir ki, cavabdehin hərəkəti qanunsuzdur. Sonda İddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddiaya etirazında qeyd edir ki, Sumqayıt Asan xidmət vasitəsilə xx.xx.2019-cu il tarixdən İİ qrup əlilliyə görə müraciət etmiş vətəndaş İddiaçı “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İİ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda əmək pensiyası təyin edilməsi bildirilmişdir. Vətəndaşa şöbəyə təqdim etdiyi sənədlərin surətinə əsasən (xx.xx.1966-cı il təvəllüdlüdür) əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 17760.00 manat sosial sığorta kapitalına qarşı 16253.93 manat pensiya kapitalı olması səbəbindən, ona əlilliyə görə əmək pensiyası təyin edilməsi qanuna zidd olması bildirilmişdir. Vətəndaşın təqdim etdiyi xx.xx.1983-cü il tarixdə xx.xx.1986-cı il tarixədək işlədiyi dövrlər sığorta kapitalı kimi hesablanan zamanı xx.xx.2019-cu il tarixə 1866.39 manat müəyyən edilir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iştirak etmiş, etirazı müdafiə etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı xx.xx.1966-cı il tarixdə anadan olmuşdur. Ona Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən xx xxx 2019-cu il tarixdən İİ qrup əlillik dərəcəsi verilmişdir. İddiaçı ona xx.xx.2019-cu il tarixdən əlilliyə görə pensiyanın təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdehin xx xxxx 2019-cu il tarixli, **********8 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtinanın əsası kimi iddiaçının xx xxxxxx 1983-cü ildən xx xxxx 1986-cı ilədək Kürtmaşı kənd Xanlar adına sovxozda işlədiyi dövrlərin əmək kitabçasında qeyd edilməməsi və onun qanunvericilikdə tələb olunan pensiya kapitalına malik olmaması göstərilmişdir. Aşağıda qeyd olunanlara əsasən məkhəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir: Belə ki, qüvvədə olan qanunvericilik müəyyən hallarda vətəndaşların əmək pensiyası təminatı hüququnu tanımaqla bu hüququn gerçəkləşdirilməsi üçün həmin şəxslərə müxtəlif növ əmək pensiyası, o cümlədən yaşa, əlilliyə, ailə başçısının itirildiyinə görə əmək pensiyasının verilməsinin şərtlərini müəyyənləşdirir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər bir vətəndaşın sosial təminat konstitusiya hüququ onun qanunla müəyyən edilmiş hallarda və məbləğdə pensiya almaq hüququnu da nəzərdə tutur. Bu mənada, pensiya təminatı sosial təminat hüququnun mühüm tərkib hissəsi kimi çıxış edir və Azərbaycan Respublikasının qoşulduğu bir sıra beynəlxalq-hüquqi aktlarda da öz əksini tapmışdır. Qeyd edilən konstitusion müddəadan çıxış etməklə Azərbaycan Respublikasının qanunvericiliyi sosial təminat hüququnun əldə edilməsi və həyata keçirilməsi qaydalarını müəyyənləşdirmişdir. Əmək pensiyaları haqqında Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanunun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iş stajının əmək kitabçasına əsasən hesablanmalı olmasını səbəb gətirərək arxiv arayışında göstərilən dövrləri nəzərə almadan iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsindən imtinası qanuna uyğun deyildir. Belə ki, Azərbaycan Respublikasının Milli X5 rayon İcra Hakimiyyəti İsmayıllı rayon Dövlət Arxivinin 260 saylı, xx xxxxxx 2019-cu il tarixli arxiv arayışından göründüyü kimi iddiaçı Kürtmaşı kənd Xanlar adına sovxozun xx xxxxxx 1983-cü il tarixli 123/6 nömrəli əmri ilə 3 nömrəli briqadaya fəhlə qəbul edilmiş, xx xxxx 1986-cı il tarixli 75/2 saylı əmrlə ərizəsinə əsasən işdən azad edilmişdir. Bundan başqa məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikasının Milli X5 rayon İcra Hakimiyyəti İsmayıllı rayon Dövlət Arxivinin 94 saylı xx xxxx 2020-ci il tarixli arayışında İsmayıllı rayon Kürtmaşı kənd Xanlar adına sovxozun14 nömrəli Arxiv fondunda saxlanılan 1985-1986-cı illərin əmək haqqı ödənişi üzrə hesablaşma cədvəllərində aldığı əmək haqqlarının qeyd edildiyi, lakin 1973-1984-cü illərin əmək haqqı ödənişi üzrə kitab və cədvəllərinin arxiv fonduna təhvil verilmədiyi qeyd edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi də 1973-1984-cü illərin əmək haqqı cədvəllərinin arxiv fonduna təhvil verilməməsini əsas gətirərək arxiv arayışı nəzərə alınsa belə iddiaçının tələb olunan pensiya kapitalının yaranmadığını qeyd etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının işlədiyi 1973-1984-cü illərin əmək haqqı cədvəllərinin arxiv fonduna təhvil verilməməsi iddiaçının məsuliyyətinə səbəb ola bilməz. Faktiki olaraq Azərbaycan Respublikasının Milli X5 rayon İcra Hakimiyyəti İsmayıllı rayon Dövlət Arxivinin yuxarıda qeyd edilən arayışı ilə iddiaçının adı qeyd olunan sovxoza hansı dövrlərdə işə qəbul edilməsi və işdən azad edilməsi təsdiq edilir. Həmin dövrlərə dair müvafiq əmək haqqı cədvəllərinin müəyyən dövrlərdə arxivə təhvil verilməsi, müəyyən dövrlərdə isə təhvil verilməməsi iddiaçının pensiya hüququnun məhdudlaşdırılmasına səbəb ola bilməz. Buna görə məsuliyyəti iddiaçı deyil, inzibati orqan daşıyır. Bu səbəbdən də məhkəmə vətəndaşın iş stajının müəyyən olunmasında müvafiq arayışda qeyd olunanların nəzərə alınmamasını yuxarıda qeyd olunan konstitusion hüququn pozulması kimi qiymətləndirir və hesab edir ki, sözügedən arxiv arayışında qeyd edilən dövrlər iddiaçının sosial sığorta stajı kimi nəzərə alınmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, sözügedən arxiv arayışında qeyd edilən dövrlər iddiaçının sosial sığorta stajı kimi nəzərə alındıqda, onunqanunvericiliyə müvafiq olaraq əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün zəruri olan pensiya kapitalı tamamlanmış olur. Belə ki, Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 32.2-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi əlillik dövrü üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. Hazırda iddiaçı da İİ qrup əlil olmaqla yanaşı, qanunvericilikdə ona əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün zəruri olan iş stajına və pensiya kapitalına malikdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçıya xx.xx.2019-cu il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilməlidir. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Göründüyü kimi qanunverici inzibati orqanın hüququn tətbiqini xidməti vəzifəsindən irəli gəldiyi hallarda öz təşəbbüsü ilə etməli olduğunu vurğulayır və bu hüququn düzgün tətbiq edilməsi inzibati orqanın vəzifəsi kimi başa düşülməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin; İddiaçı xx xxxxxx 1983-cü ildən xx xxxx 1986-cı ilədək Kürtmaşı kənd Xanlar adına sovxozda işlədiyi müddətin sosial sığorta stajına daxil edilərək, hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X6 1 saylı X3 üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-555/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-555/2020
04.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver