Məhkəmə qərarları › İş №2-1(118)-555/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-555/2021

21.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-555/2021 21.04.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı regional ərazi filialına qarşı “onun xx.xx.1991-xx.xx.1993-cü ilədək və xx.xx.1993-xx.xx.1994-cü ilədək Quba rayonu, “Xınalıq” adına kolxozda işlədiyi dövrləri pensiya təyin edilməsi üçün sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə” dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı 1954-cü ildə Quba rayonu, Xınalıq kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə 1971-ci il tarixdə Quba rayonu, Dimitrov adına qoyunçuluq sovxozunda başlamış və xx.xx.1997-ci ilə kimi orada işləmişdir. Pensiya yaşına çatdığına görə ona yaşa görə pensiya təyin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı regional ərazi filialına müraciət etmiş, lakin işlədiyi müddət əmək kitabçasına qeyd edilmədiyindən onun işlədiyi müddəti sığorta stajına əlavə etməmişdirlər. Onun kolxozda işləməsi faktı arxiv arayışı və çıxarışları ilə də öz əksini tapmışdır. Hesab edir ki, cavabdehin ona pensiya təyin etməkdən imtinası əsassızdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən iclaslarında iştrak edən iddiaçının nümayəndəsi və vəkili X6 iddia tələbinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin sonuncu iclası barədə lazımi qaydada məlumatlandırılmış iddiaçının nümayəndəsi və vəkil məhkəmə iclasına gəlməmişdir. Məhkəmə qanunvericiliyin tələbləri baxımından işə iddiaçının və onun vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı öz tələbinin əsası kimi məhkəməyə onun sovxozdakı və kolxozdakı əmək fəaliyyətinə dair arxiv arayışı təqdim etmişdir. Bununla yanaşı, həmin arxiv arayışında iddiaçının 1971-1997-ci illərdə əmək haqqı aldığının qeyd edildiyinə baxmayaraq, minimum əmək iştirakı norması və həmin normaya əməl olunduğuna dair məlumat yoxdur. Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx xxxxxx 2011-ci il tarixli 17 N-İi qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydaları”nın 3.1.1-ci bəndinə görə, Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stain əmək kitabçasına əsasən müəyyən edilir.1964–cü il 15 iyul tarixdə qəbul edilmiş və 1965–ci il 1 yanvar tarixdən qüvvəyə minmiş “Kolxoz üzvlərinin pensiyaları və müavinətləri haqqında” SSRİ Qanunun icrası ilə bağlı SSRİ Nazirlər Sovetinin 1964-cü il 17 oktyabr tarixli 859 N–İi Qərarı ilə təsdiq edilmiş “Kolxoz üzvlərinin pensiyalarının təyin edilməsi və ödənilməsi qaydaları haqqında” Əsasnamənin 48-ci bəndinə əsasən, 1965–ci ildən sonrakı dövr üçün pensiya hüququ verən iş stajı hesablanarkən kolxoz üzvünün ictimai təsərrüfatda müəyyən edilmiş əmək itirakı adam günü minimumunu üzrlü səbəb olmadan yerinə etirmədiyi və ya işəçıxmanın müəyyən edilmiş minimumuna malık olmadığı illər staj müddətinə daxil edilmir. "SSRİ-də vətəndaşların pensıya təminatı haqqında" 1990–cı il 15 may tarixli SSRİ Qanununun 67-cı maddəsinin birinci hissəsinə əsasən əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965–cı ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olnumüş minimum əmək iştrakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Eyniməzmunlu müddəa 1992-ci il sentyabrın 23-də qəbul edilmiş "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respubilkası Qanununun 67-ci maddəsındə də nəzərdə tutulmuşdur. İş materiallarından Azərbaycan Respublıkasının Dövlət X5 tərəfindən verılmış arayışda iddıaçının kolxozda işlədıyı faktiki müddət və minimum əmək iştırak norması göstərilməmişdir. İddiaçının təqdim etdiyi arxiv arayışlarındakı əmək haqqı cədvəllərindən göründüyü kimi, iddia tələbini təşkil edən xx.xx.1991-xx.xx.1993-cü ilədək və xx.xx.1993-xx.xx.1994cü illər üzrə əmək haqqı almamışdır. Ümumilikdə isə ümumi sığorta stajı 17 il 10 ay təşkil edir. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş edilir. Məhkəmə prosesində iştrak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: İddiaçıya aid şəxsiyyət vəsiqəsinin surəti, DSMF-nin Quba rayon şöbəsinin xx.xx.2020-ci il tarixli ********** saylı imtina məktubu, etiraz ərizəsi, Quba rayon Dövlət Arxivinin verdiyi arxiv arayışları və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara hüquqi qiymət verərək hesab edir ki, cavabdehin iddiaçının tələbinin təmin olunmasından imtinası əsaslı, iddia tələbi isə əsassız olduğundan iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Cavabdehin xx.xx.2020-ci il tarixli ********** nömrəli imtina məktubundan görünür ki, iddiaçıya əmək pensiyası təyin edilməsi üçün tələb olunan sosial sığorta stajının olmaması, iddiaçıya əmək pensiya hüququnun yaranması qanunvericiliyin tələbi kimi mümkün deyildir. İddiaçı hazırda yuxarıda əmək stajının arxiv arayışlarına əsasən daxil edildiyi təqdirdə pensiya yaşına çıxmaq hüququnu tələb etmiş, cavabdeh isə bundan imtina etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin qanunun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İddiaçıya qeyd olunan qanunun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ yaranacaqdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının” 3-cü bəndinə əsasən sığorta olunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Sonuncu müddəadan göründüyü kimi, stajın iki hissəndə ibarət olduğu müəyyən edilmişdir: xx xxxxxx 2006-ci il tarixinə qədər - ümumi iş stajı, xx xxxxxx 2006-cı il tarixdən sonra - sosial sığorta stajı. Maddələrin əlaqəli təhlili o nəticəni yaradır ki, şəxsin xx xxxxxx 2006-cı il tarixinə qədər müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən dövrlər onun pensiya hüququ yarandığı xx xxxxxx 2006-cı il tarixindən sonra qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinin tələbləri baxımından sosial sığorta stajını təşkil etməli və qazanmış pensiya hüququna aiddir. Bununla isə müəyyən edilir ki, iddiaçının təhsil aldığı müddətin onun “ümumu iş stajına” daxil edilməsi məsələsinə xx xxxxxx 2006-cı il tarixli Qanunla deyil, həmin Qanundan əvvəl müvafiq qanunvericiliyin müddəalarına əsasən qiymət verilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının təqdim etdiyi arxiv arayışına əsasən ona yaşa görə əmək pensiyası təyin etmək mümkün deyildir. Belə ki, arxiv arayışlarına əsasən həmin müddətə onun 25 illik sığorta stajı yaranmamışdır . Yaş həddinə gəlincə isə məhkəmə qeyd etməyi zəruri bilir ki, 2020-ci ilin iyul ayınadan sonra kişilərə pensiya təyin edilməsi üçün tələb edilən yaş həddi 65 ildir. Belə olduğu tədqirdə hesab olunur ki, X2 əmək pensiyası hüququ yaşa görə yaransa da sığorta stajına görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə uyğun deyildir. Qeyd olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı regional ərazi filialına qarşı onun xx.xx.1991-xx.xx.1993-cü il tarixinə kimi və xx.xx.1993-xx.xx.1994-cü tarixə kimi Quba rayonu, “Xınalıq” adına kolxozda işlədiyi dövrləri pensiya təyin edilməsi üçün sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı regional ərazi filialına qarşı onun xx.xx.1991-xx.xx.1993-cü il tarixinə kimi və xx.xx.1993-xx.xx.1994-cü tarixə kimi Quba rayonu, “Xınalıq” adına kolxozda işlədiyi dövrləri pensiya təyin edilməsi üçün sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar