Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-555/2025 03.10.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X7 oğlunun katibliyi ilə, İddiaçı, Üçüncü şəxs X2 nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Quba Bələdiyyəsinə qarşı “Quba Bələdiyyəsinin 30 sentyabr 2014cü il tarixli qərarının, həmin qərara əsasən Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən Quba Bələdiyyəsinin adına olan qeydiyyat nömrəsi **********, xx.xx.2014-cü il tarixli RX ******* nömrəli və 3-cü şəxs X3 Seriya RX N0917474 hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi ********** xx.xx.2018-ci il tarixli çıxarışın 30 sentyabr 2014-cü il tarixli qərarı ilə ümumi istifadədə olan yolun satılmasına dair 0.64 ha hissəsində ləğv edilməsi” tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı cavabdeh Quba Bələdiyyəsinə qarşı “Quba Bələdiyyəsinin 30 sentyabr 2014-cü il tarixli qərarının, həmin qərara əsasən Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən Quba Bələdiyyəsinin adına olan qeydiyyat nömrəsi **********, xx.xx.2014-cü il tarixli RX ******* nömrəli və 3-cü şəxs X3 Seriya RX N0917474 hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi ********** xx.xx.2018-ci il tarixli çıxarışın 30 sentyabr 2014-cü il tarixli qərarı ilə ümumi istifadədə olan yolun satılmasına dair 0.64 ha hissəsində ləğv edilməsi” tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı ilkin olaraq məhkəməyə müraciə edib Quba Bələdiyyəsinin 30 sentyabr 2014-cü il tarixli qərarının ləğv edilməsi və ümumi istifadədə olan avtomobil yolunun öz vəsaiti hesabına bərpa edilməsi vəzifəsinin cavabdeh orqanın vəzifəli şəxslərinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddia tələbinə dair ərizə təqdim etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət kadastr və reyestri publik hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa və reyestr nömrəsi **********894-10301 nömrəli X13 şəhəri, M. Əcəmi küçəsi 54 ünvanında yerlşən 0.09 ha torpaq sahəsi və ev iddiaçının mülkiyyətindədir.Cavabdeh Quba Bələdiyyəsi 30 sentyabr 2014-cü il tarixli (11 nömrəli protokol) qərarım ilə 3-cü şəxs X4 5 il müddətindən çox bələdiyyə ərazisi olan Quba rayonu İqriq kəndində yaşadığını və həmin yaşayış yeri üzrə qeydiyyatda olduğunu nəzərə alaraq fərdi yaşayış evinin tikintisi məqsədilə bələdiyyənin perspektiv inkişaf fonduna aid yaşayış məntəqələrinin torpaqlarından 0.064 ha torpaq sahəsini hərrac və müsabiqə keçirilmədən bilavasitə 3200 (üç min iki yüz) manata satmışdır. Bələdiyyə tərəfindən satılan torpaq sahəsi ümumi istifadədə olan və onun həmçinin sonrakı ünvanda yerləşən sakinlərinin evlərinə gedib-gələn avtomobil yoludur. 3cü şəxs Salahov Ceyhun həmin qərarla aparılmış alqı-satqı müqaviləsindən sonra yolu mişar daşı ilə hasara alıb yoldan istifadə hüququnu pozmuşdur. Cavabdeh Bələdiyyə tərəfindən torpaq sahəsi adı ilə - ümumi istifadədə olan yol satılması nəticəsində onların yolunu birtərəfli bağlanmış, nəticədə yoldan bir metrəlik cığır saxlanılmışdır. Pozulmuş hüquqlarının bərpası ilə bağlı 10 ildən artıq aidiyyəti qurumlara müraciətlərinin heç bir nəticəsi olmamamışdır. Belə ki, Quba rayon Polis Şöbəsi tərəfindən ərizəy üzrə cinayət işinin başlamlmasmm rədd edilməsi HK-1/1938 nömrəli qərar qəbul edilmişdir. Prezident adminstrasiyasna müraciəti Xaçmaz regional ədliyyə idarəsinə göndərilmiş, ədliyyə idarəsi isə xx.xx.2023-cü il tarixli məktubla mübahisənin Azərbaycan Respublikası qanunvericiliyinə əsasən məhkəmə qaydasında həll edilməsi tövsiyyə olunur.Quba bələdiyyəsinə müraciətləri isə aidiyyəti orqanlara və həmçinin 20 oktyabr 2023-cü il tarixli 775 nömrəli cavabı ilə aidiyyəti üzrə məhkəməyə müraciət etməyi xahiş olunur. Ona görə də məhkəməyə müraciət edir.Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə prosesində iştirak edən iddiaçının qonşusu üçüncü şəxs X2 nümayəndəsi X5 iddia ərizəsini müdafiə etdiyini və tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin, iddiaçının qonşuları olan üçüncü şəxslər X8, X9 yazılı ərizə təqdim edərək, İddiaçı qaldırdığı iddianın təmin edilməsini və gediş-gəliş yolunun açılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan ərizə təqdim edərək bildirirmişdir ki, qeyd edilən tarixdə məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəyini nəzərə alaraq, işə iştirakı olmadan baxılmasını və mövcüd qanunvericiliyin tələblərinə əsasən qərar qəbul etməyini məhkəmədən xahiş etmişdir. Həmçinin, bildirmişdir ki, Quba Bələdiyyəsinin 30 sentyabr 2014-cü il tarixli qərarı ilə X6 hansı ərazidən torpaq sahəsi satılması ilə bağlı Quba Bələdiyyəsində heç bir məlumat aşkarlanmamışdır. Belə ki, qeyd edilən illərə məxsus bütün protokollar, alqı-satqı müqavilələri və aidiyyəti üzrə digər sənədlər X15 Filialına təhvil verilmişdir. Zəruri sənədlərin əldə olunması üçün X15 Filialına müraciət etməyini bildirmişdir. İddia tələbinə etiraz edən üçüncü şəxs X10 bildirmişdir ki, ata yurdu olan ünvan 2 ünvanında yerləşən 0.1461 ha həyətyanı torpaq sahəsi qədim zamanlardan hal-hazıradək ailənin mülkiyyəti, şəxsi həyətyanı sahəsi olub, sonuncu dəfə köhnə taxta hasarların mişar daşı ilə yenilənərək əvəzlənməsi 23 il əvvəl 2000-ci ildə aparılmışdır, 2000-ci ildən sonrakı son 23 ildə mülkiyyətində olan torpaq sahəsinin hasarlarında heç bir fiziki olaraq torpaq zəbti hasarlanması aparılmamışdır.Mövcud sözü gedən həyətyanı torpaq sahəmin hasarlarının tikilmə ili 2000-ci ildir, bunu ekspertiza təyin edərək yoxlaya bilərsiniz. Mülkiyyətində olan həyətyanı topağ sahəsinin hər iki tərəfi sağ və aşağı hissəsi hazırda asvalt örtüklü avtomobil yoludur, dövlətə məxsus avtomobil yolunu o necə zəbt edib hasarlaya bilər axı? İddiaçı ərizəsində qeyd etmişdir ki, guya o hərəkət yolunu zəbt etmiş, qeyd edir ki, həyətyanı torpağ sahənin ərazisi nə qədim zamanlarda, nə də ki, hal-hazırda yol ərazisi olmayıb. Hansı məntiqə sığır ki, qədim zamanlardan ata baba yurdu olan ərazinin sonuncu dəfə hasar yenilənməsi 23 il əvvəl 2000-ci ildə aparılmışdırsa (ekspertiza təyin edib hasarın çəkilmə ili tarixini yoxlaya bilərsiniz) 4 tərəfi bağlı həyətyanı ərazidən 2014-cü ildə necə yol keçə bilər axı? İddiaçı olan İddiaçı adlı qonşunun hal-hazıradək istifadə etdiyi əsas çıxış yolu digər qonşu məhlə istiqamətindəndir, 23 il bundan əvvəl hasarlanmış ərazisindən 23 il ötdükdən sonra yeni tikilmiş evinin yolu üçün torpaq istəməsi sevdasının səbəbini qısaca qeyd edə bilər.İddiaçı qonşu həyətyanı ərazisində ata evinin arxasında 2-ci əlavə ev tikib, yeni ev tikildiyi gündən hal hazıradək ata evinin mövcud digər məhəlləyə olan çıxışından istifadə olunur, yeni evini ata evinin arxasında tikildiyi üçün yolunun arxa məhləyə çıxışının daha rahat olduğunu düşünərək onun şəxsi mülkiyyətində olan torpağından ona yol verməyini xahiş etmişdir. Onun isə şəxsi mülkiyyətində olan torpağından qonşuya yol vermək borcu yoxdur.Mülkiyyətində olan həyətyanı ərazisindən yol keçib keçmədiyini təsdiqləmək üçün Quba rayon inzibati ərazisi üzrə yol xəritəsinə baxa bilərsiniz və Quba rayonu İcra hakimiyyəti orqanlarından həmin ərazidən yolun keçməsi ilə bağlı sorğu əldə edə bilərsiniz. Qeyd olunmuş həyətyanı torpaq sahəsinin mülkiyyət sənədi təsdiqini tapır.İddiaçının onun mülkiyyətində olan həyətyanı ərazisinə dair iddia ərizəsindəki qeydlərinin heç bir hüquqi əsası yoxdur, tələbinin əsassız olduğunu üçün iddia ərizəsini rədd etməyini məhkəmədən xahiş etmişdir. Qeyd edir ki, o və 1-ci dərəcəli ailə üzvləri 1995-ci ildən Azərbaycan Respublikasından kənarda Rusiya Federasiyasında yaşayır və bu səbəbdən təyin edilmiş məhkəmə proseslərində iştirak edə bilmir. İddia tələbindən görünür ki, iddiaçının mövqeyinə görə bələdiyyə tərəfindən qəbul edilmiş qərar qanunsuzdur və bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibat Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini prosessual həmiştirakçılığın yol verənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü həmin məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddiaçı prosessual müddəti ötürdüyü üçün iddia mümkün sayılmamalıdır.İşin faktiki hallarından və iddiaçının izahatlarından məlum olur ki, mübahisələndirilən qərardan iddiaçı 10 ilə yaxın məlumatlı olmasına baxmayaraq qanunla nəzərdə tutulmuş müddət ərzində məhkəmədə mübahisələndirilməmişdir. İddiaçı müvafiq mübahisələndirilən qərardan məhkəməyə müraciət etməli idi. İşin araşdırılan hallarından görünür ki, iddiaçı xx.xx.2023-cü ildə məhkəmədə iddia qaldırmasına baxmayaraq, cavabdeh tərəfindən qəbul edilmiş müvafiq qərar iddiaçıya uzun müddət məlum olmasına baxmayaraq 30 gündən çox müddət keçdikdən sonra məhkəmədə mübahisələndirmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibatı aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə hesab edir ki, müvafiq iddiaya mahiyyəti üzrə baxılması üçün mümkünlük şərtləri yerinə yetirilmədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22-ci, 35-ci, 38-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddia tələbi mümkün sayılmasın. Qərardad tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra, ondan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanda yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. X18
Məhkəmə qərarları › İş №2-1(118)-555/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-555/2025
03.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver