Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-556/2020 21.02.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlununun sədirliyi, X1 katibliyi, İddiaçının nümayəndə və vəkili Əskərov Zöhrab İmaməli oğlunun iştrakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X2rşı “ünvan 1 nömrəli ünvanda yerləşən 3 otaqlı yaşayış evinin 1/3 hissəsindən ibarət 16 kv.m sahəsi olan bir otağa, həmin otağın altmda yerləşən zirzəmiyə və 32,5 kv.metr həyatyam torpaq sahasina mahkama qararma əsasən mülkiyyət hüququ əldə etdiyimi, Quba Kommunal Müəssisələri Kombinatı tərəfındən mənə xx xxxxx 1982-ci il tarixli 4107 nömrəli torpaq qeydi verildiyini, həmin sənədlərin daşınmaz əmlak üzərində hüququnun dövlət qeydiyyatı üçün əsas olduğunu nəzərə alaraq həmin sahələrə dair adına çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X2rşı “ünvan 1 nömrəli ünvanda yerləşən 3 otaqlı yaşayış evinin 1/3 hissəsindən ibarət 16 kv.m sahəsi olan bir otağa, həmin otağın altmda yerləşən zirzəmiyə və 32,5 kv.metr həyatyam torpaq sahasina mahkama qararma əsasən mülkiyyət hüququ əldə etdiyimi, Quba Kommunal Müəssisələri Kombinatı tərəfındən mənə xx xxxxx 1982-ci il tarixli 4107 nömrəli torpaq qeydi verildiyini, həmin sənədlərin daşınmaz əmlak üzərində hüququnun dövlət qeydiyyatı üçün əsas olduğunu nəzərə alaraq həmin sahələrə dair adına çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx xxxxxx 2020-ci il tarixdə məhkəmə iclasında İddiaçı nümayəndə və vəkili Əskərov Zöhrab İmaməli oğlu ərizə təqdim edərək iddia ərizəsininin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsinə əsasən həmin Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Məhkəmə hesab edir ki, inzibati məhkəmə icraatının mahiyyəti və məqsədi fiziki və hüquqi şəxslərlə inzibati akt qəbul etmək səlahiyyəti olan orqanlar arasında yaranmış mübahisənin həllindən ibarətdir. İnzibati məhkəmə icraatı qaydasında işə baxıla bilməsi üçün ilk növbədə iddiaçı ilə inzibati orqan arasında mübahisə olmalı və iddiaçının həmin mübahisəni inzibati məhkəmə icraatı qaydasında davam etdirmək iradəsi mövcud olmalıdır. Lakin hazırkı işdə iddiaçının iddia ərizəsinin geri qaytarılmasını xahiş etməsi onun bu iradəsinin olmadığını göstərir. Buna görə də məhkəmə hesab edir ki, iddia ərizəsivə ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması onun yenidən eyni iddia ilə məhkəməyə müraciət etməsini istisna etmir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, qərara aldı : İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İş üzrə icraata xitam verilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-556/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-556/2020
21.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver