Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-556/2021 18.08.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X19 Ramiz qızının katibliyi, İddiaçı ("xxxx" MMC-də mühasib işləyən,Bakı şəhəri, Xocasən qəsəbəsi ev 9-da yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Xaçmaz rayon bələdiyyəsinə qarşı Xaçmaz rayon bələdiyyəsinin 26 dekabr 2005-ci il tarixli 14 saylı qərarının etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Xaçmaz rayon bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Xaçmaz rayon bələdiyəsinin 26 dekabr 2005-ci il tarixli 14 saylı qərarının etibarsız hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 16 aprel 2021-ciil tarixli qərardadı ilə X23 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının atası X2 vəfatındn sonra 28.07.2020c il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanda yerləşən 75.7 kv m ölçüdə fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsi iddiaçının, anası X13 və bacısı X8 mülkiyyətinə verilmişdir. Həmin yaşayış evi və həyətyanı torpaq sahəsi babası X9 və nənəsinin anası X5 tərəfindən 14mart 1958-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən alınmışdır. X10 08 yanvar 1978-ci il tarixdə, nənəsinin anası X3 isə 18 yanvar 1979-cu il tarixdə vəfat etmişlər. Bundan sonra həmin daşınmaz əmlak vərəsəlik qaydasında S.Mustafayevin həyat yoldaşı, yəni iddiaçının nənəsi X6 və üç övladı Zakir, Tahir və Şakir Mustafayevlərin adına keçirilmişdir. Vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən miras əmlak ünvan 3 ünvanında yerləşən 600 kv m həyətyanı torpaq sahəsində yerlışən fərdi yaşayış evindən ibarət olmuşdur. 02 iyul 1989-cu il tarixdə yaşayış evinin hissəsini bağışlama müqaviləsinə əsasən əmisi Mustafayev Zakir anasına, anası isə öz növbəsində öz hissəsini iddiaçının atası X7 bağışlamışdır. Beləliklə, yaşayış evi və həyətyanı sahəsi 5/6 hissə ilə iddiaçının atası X2, 1/6 hissə ilə isə X4 adına qeydə alınmışdır. Yaşayış evinin 25 aprel 1995-ci il tarixə aid texniki pasportunda torpaq sahəsi sənəd üzrə 600 kv m, müddətsiz daimi istifadədə olan torpaq sahəsi isə 782 kv m; 58 saylı Torpaq qeydində rayon Sovetinin 10 aprel 1979-cu il tarixli qərarına əsasən X1 müddətsiz daimi istifadəsində olan torpağın sahəsi artıq 745 kv m qeyd edilmişdir. Həyətyanı torpaq sahəsi faktiki olaraq 782 kv m olmaqla uzun illər daş hasarlaəhatə olunaraq mülkiyyətçilərin daimi istifadəsində olmuşdur. Buna baxmayaraq xavabdeh Xaçmaz bələdiyyəsi 26 dekabr 2005-ci il tarixli 14 saylı mübahisələndirilən qərar üzrə alqı-satqı predmeti olan 400 kvm torpaq sahəsini Xaçmaz bələdiyyəsinin ektiyat fonduna aid torpaq sahəsi kimi qələmə verərək üçüncü şəxsə satmışdır. Halbuki, həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüquqları qeydə alınmamış və rəsmiləşdirilməmişdir. Cavabdeh bələdiyyə faktiki olaraq həmin torpağı satmaqda səlahiyyətli şəxs olmamışdır. Bi səbəbdən həmin qərar etibarsız hesab edilməlidir. Şifahi məhkəmə baxışında İddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh Xaçmaz bələdiyyəsi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq səbəbini bildirmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş : -1995-ci ilin aprel ayında tərtib edilmiş fərdi yaşayış evinin texniki pasportundan görünür ki, ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin ölçüləri sənəd üzrə 600 kv m, faktiki isə 782.0 kv m təşkil edir. -30 mart 2020-ci il tarixdə tərtib edilmiş fərdi yaşayış evinin texniki pasportindan görünür ki, ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin ölçüləri həm sənəd üzrə, həm də faktiki 600 kv m təşkil edir. -Xaçmaz rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 19 fevral 2005-ci il tarixli AZ-l N 730917 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X11 16 fevral 2015-ci il tarixdə vəfat etmişdir. -Daşınmaz əmlakın dövlət reyestrindən 28.07.2020-ci il tarixli çıxarışdan görünür ki, 600 kv m torpaq sahəsi üzərində yerləşən ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evi 1/3 hissə X13, İddiaçı və X12, torpaq sahəsi isə 15/36 hissə ilə X13 və X12 adına qeydə alınmışdır. -Xaçmaz rayon Xaçmaz bələdiyyəsinin 14 saylı 26 dekabr 2005-ci il tarixli qərarından görünür ki, Xaçmaz şəhər sakini X17 Xaçmaz şəhəri H.Əliyev küçəsində yerləşən 400 kv m torpaq sahəsi satılmışdır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47-ci maddəsinin 7-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. Həmin Məcəllənin 56-cı maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. Göstərilən Məcəllənin 56-cı maddəsinin 2-ci və 6-cı bəndlərinə əsasən bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə bələdiyyənin qərarı (müqavilə) ilə, dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqlar istifadəyə və icarəyə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının və bələdiyyənin qərarı (müqavilə) ilə verilir. «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikasının Qanununun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Həmin Qanunun 7.3.2-ci maddəsinə əsasən xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları mülkiyyətində torpaq sahəsinin olub-olmamasından asılı olmayaraq haqqı ödənilməklə fərdi yaşayış və bağ evlərinin tikintisi üçün Azərbaycan Respublikasının vətəndaşlarına verilir. Mülki Məcəllənin 241.1-ci maddəsinə görə torpaq sahəsi mülkiyyətçisi onu başqa şəxslərin istifadəsinə, o cümlədən icarəsinə verə bilər. Həmin Məcəllənin 241.2-ci maddəsinə görə dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçılar İddiaçı və X12 cavabdeh Xaçmaz rayon Xaçmaz bələdiyyəsinə qarşı 26 dekabr 2005-ci il tarixli 14 saylı qərarının qanunsuz sayılması, həmin qanunsuz inzibati aktın ləğv edilməsi, onun hüquqi nəticələrinin aradan qaldırılması, faktiki istifadələrində olan və bələdiyyə tərəfindən geri alınması mümkün olmadığı 0.0456 ha torpaq sahəsinin əsa döngə nöqtələrinin koordinatları və qonşu torpaqlarla nöqtələr arasında olan məsafə göstərilməklə onların qanuni mülkiyyətlərinə verilməsinin cavabdehin üzərinə öhdəlik qoyulması tələbinə dair iddiası iddia müddətinin ötürülməsi əsası ilə Sumqayıt İnzibati Məhkəməsinin 17.03.2020-ci il tarixli qərardadı ilə mümkün sayılmamışdır. Həmin qərardad Sumqayıt Apellyasiya Məhkəməsinin 12 iyun 2020-ci il tarixli qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır. Hazırda İddiaçı bələdiyyənin həmin qərarının etibarsız hesab edilməsini xahiş edir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinni tələblərinə uyğun olaraq iddianın növünü düzgün seçməyi təklif etmişvə inzibati aktın etibarsız hesab edilməsi ilə ləğv edilməsi əsaslarının fərqli olduğunu izah etdi . Lakin iddiaçı inzibati aktın mübahisələndirilməsi zamanı iddia müddətinin tətbiq edildiyinə görə bələdiyyə qərarının etibarslz hesab edilməsini tələb etdiyini bildirdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 36.1-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 36.2-ci maddəsinə görə müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 65.1-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. İddiaçı iddia ərizəsində tələbini göstərilən Qanunun 65.1.2-ci maddəsi ilə əsaslandırmışdır. Yəni bələdiyyənin özünə məxsus olmayan torpaq sahəsini üçüncü şəxs satmasına görə bələdiyyə qərarının etibarsız hesab edilməsini tələb etmişdir. Halbuki, “Torpaq islahatı haqqında” Qanunun 7-ci maddəsinə görə müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Bələdiyyə mülkiyyətinə verilən torpaqlara ümumi istifadədə olan torpaqlar, fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlar və ehtiyat fondu torpaqları daxildir. Beləliklə, məhkəmə hesab edir ki, bələdiyyə qanunla onun mülkiyyətinə aid edilmiş torpaq sahəsini üçüncü şəxsə satığından həmin qərarın etibarsız hesab edilməsi üçün hər hansı əsas mövcud deyildir. Bununla bağlı məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Xaçmaz rayon bələdiyyəsinə qarşı Xaçmaz rayon bələdiyyəsinin 26 dekabr 2005-ci il tarixli 14 saylı qərarının etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 7 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-556/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-556/2021
18.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver