Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-558/2021 05.11.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi ilə, İddiaçı (işləməyən, ünvan N ünvanında yaşayan), İddiaçının nümayəndəsi Vəkil (ünvan 2 ünvanında yaşayan )iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı Azərbaycan Respublikası Müdafiə Nazirinin 3N.N6.2N2N-ci il tarixli N487 nömrəli əmrinin ləğv edilməsi və ehtiyata buraxıldığı vaxtdan məhkəmə qərarının qəbul edildiyi günə kimi zabitlər üçün nəzərdə tutulmuş bütün təminat xərcliyinin ödənilməsi tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 3N.N6.2N2N-ci il tarixli N487 nömrəli əmri qanunsuz olduğuna görə məhkəmə qaydasında ləğv edilməsi, həqiqi hərbi xidmətdən qanunsuz tərxis edildiyi vaxtdan məhkəmə qərarının qəbul edildiyi günə kimi zabitlər üçün nəzərdə tutulmuş bütün təminat xərcliyi həddində ona dəymiş maddi ziyanın tam ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2N.NN.2N2N-ci il tarixli 2-N(NN2)-587N/2N2N saylı qərardadı ilə inzibati iş baxılması üçün ərazi aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Azərbaycan Respublikası Müdafiə Nazirinin 3N.N6.2N2N-ci il tarixli N487 nömrəli əmrinin ləğv edilməsi və ehtiyata buraxıldığı vaxtdan məhkəmə qərarının qəbul edildiyi günə kimi zabitlər üçün nəzərdə tutulmuş bütün təminat xərcliyinin ödənilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, o, N4 avqust 2NN9-cu ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbə qəbul olunmuş və 2NN3-cü ilə kimi həmin ali hərbi məktəbdə “Yerüstü artilleriya” ixtisası üzrə ali təhsil almışdır. 23 iyul 2NN3-cü ildən 23 iyul 2NN4-cü ilə qədər TəlimTədris Mərkəzində zabit ixtisası üzrə kurs keçmişdir. Təlim-Tədris-Mərkəzində zabit kursunu başa vurduqdan sonra əvvəlcə N nömrəli hərbi hissədə xidmətə başalamış, N iyul 2NN4-cü ildən isə N nömrəli hərbi hissənin 4-cü Diviziyanın N-ci batareyasının 2-ci atəş tağımı vəzifəsinə xidmətini davam etdirmişdir. 25 iyun 2NN5-ci il tarixdən 22 iyul 2NN7-ci il tarixə kimi N nömrəli hərbi hissənin 5-ci taborunun tank əleyhinə artilleriya batareyasının baş zabiti vəzifəsində xidmət etmişdir. 22 iyul 2NN7-ci il tarixdə daxili əmrlə 2N6-cı hərbi hissənin artilleriya divizionunun 2-ci artilleriya batereyasının baş zabiti vəzifəsinə təyin edilmişdir. 2NN5-ci ilin sonundan etibarən N nömrəli hərbi hissənin qərargah rəisi olmuş XN hər hansı ciddi əsas olmadan onunla qarşılıqlı münasibətlərində nizamnamə qaydalarını pozmuş və onunla qərəzli davranaraq ordu sıralarından tərxis ediləcəyi ilə təhdid etmişdir. Bununla bağlı həmin hərbi hissənin komandiri olmuş Niyaməddin Tağıyevə məruzə etdiyi üçün qəraragah rəisi onun tərəfindən məzəmmət edilmişdir. N3 iyun 2NN8-ci ildə N nömrəli hərbi hissənin N-ci taborunun minaatan batareyasının idarəetmə tağım komandiri vəzifəsinə təyin edilmişdir. Bu hərbi hissədə xidmət etdiyi müddət ərzində həmin hərbi hissəyə komandir təyin edilən XN onunla bu hərbi hissədə də qərzli münasibətini davam etdirmiş və vəzifə səlahiyyətindən sui-istifadə edərək bir neçə dəfə əsassız olaraq ona intizam cəzası vermişdir. 2N2N-ci ilin yanvar ayından həmin ilin iyun ayına kimi 4N dəfə tabor növbətçisi olmuş və növbətçi olduğu zaman hər hansı mənfi hadisə baş verməmişdir. Hətta 2N2N-ci ilin ilik NN günündə ardıcıl olaraq 3 gün istirahət etmədən tabor növbətçiliyinə cəlb edilmişdir. Bununla bağlı hərbi hissədə növbətçiliyə dair N nömrəli naryadların təlimat kitabında müvafiq yazılı qeydlər vardır. Halbuki, İntizam Nizamnaməsinə əsasən zabit heyətindən olan hərbi qulluqçulara törətdiyi intizam pozuntusuna görə təkrar naryada cəlb edilməsi şəklində intizam cəzasının verilməsi qadağandır. Eyni zamanda onunla söhbətləşmə hərbi qanunvericiliklə ehtiyata buraxılası zabitlə söhbət aparmaq hüququ olmayan hərbi hissənin kadrlar rəisi olmuş mayor Ramiz Cəbiyev tərəfindən aparılmış, nə hərbi hissə komandiri, nə də bilavasitə rəisi söhbət aparmalı olduğu halda söhbətləşmə aparmamışlar. Hərbi xidmətdən ehtiyata buraxılma ərəfəsində kadrlar rəisi tərəfindən söhbətləşmə aparılarkən 27 may 2N2N-ci il tarixdə növbətçi olduğu zaman hərbi hissənin ərazisində yerləşən silah-sursat anbarının təhvil-təslimi vaxtı anbarın qapısında qıfıl olmadığına görə intizam pozuntusuna yol verməyi nəzərinə çatdırılmışdır. Halbuki, silah-sursat anbarının qapısı plastik qapı olduğu üçün həmin qapı sadəcə normal zamokla bağlanırdı və ümumiyyətlə, bu qapının qıfılla bağlanılması hərbi hissədə nəzərdə tutulmamışdır. Bundan başqa həmin yoxlama zamanı iddiaçı özü yoxlayıcıların qarşısında həmin qapını açmasına baxmayaraq sonradan qapının açıq olması ona irad kimi bildirilmişdir. İddiaçının törətmədiyi intizam pozuntularına görə qanunsuz və əsassız olaraq hərbi rütbəsi baş leytenant hərbi rütbəsindən leytenant hərbi rütbəsinə endirilmiş, həmçinin zabitlər və digər hərbi qulluqçular üçün 2NN9 və 2N2N-ci illərin yekunlarına görə Müdafiə Nazirinin müvafiq əmri ilə nəzərdə tutulmuş birdəfəlik pul mükafatından məhrum edilmişdir. 2NN9-cu ilin iyul ayında N nömrəli hərbi hissənin 4-cü taborunda qulluq etdiyi zaman həmin dövrdə hərbi vəzifələrdə irəli çəkilmək üçün keçirilən ixtisas imtahanlarında iştirak etmək istəməsinə baxmayaraq hərbi hissə komandiri XN müxtəlf vasitələrlə onun həmin imtahanlarda iştirakına mane olmuşdur. 22 may 2N2N-ci il tarixdə Ümumqoşun Ordunun artilleriya rəisi tərəfindən hərbi hissəyə telefonoqramma göndərilərək onun Ümumqoşun Ordusunda fiziki hazırlıq, ixtisas hazırlığı, texniki hazırlıq və ümumqoşun nizamnamələrindən keçirilməsi nəzərdə tutulan imtahanda iştirak etməyi tələb edilmişdir. O, həmin imtahanları müvəffəqiyyətlə verərək hamısından müsbət qiymət almış və Ümumqoşun Ordunun artilleriya rəisi hər dəfə keçirilən imtahanlardan uğurla keçdiyi halda hərbi vəzifələrdə irəli çəkilmədiyi səbəbini soruşduqda, o, səbəb kimi hərbi hissə komandirinin onunla qərəzli münasibət saxlaması ilə bağlı olduğunu bildirmişdir. N may 2N2N-ci il tarixdə tabor növbətçisi olduğu zaman növbətçilikdən çıxarılaraq N nömrəli hərbi hissəyə çağırılmış və hərbi hissənin kadrlar rəisi mayor Ramiz Cəbiyev tərəfindən aparılan söhbətləşmə zamanı uzun müddət eyni vəzifədə qalmağını əsas gətirərək “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N56-cı maddəsinin “e” bəndi ilə xidməti uyğunsuzluğa görə ordu sıralarından tərxis ediləcəyini bildirmişdir. O, kadrlar rəisi ilə söhbətləşmə zamanı uzun müddət eyni vəzifədə qalmağının ən mühüm səbəbini hərbi-həkim komissiyasının rəyinə əsasən böyrəyində olan kistanın olmasını qeyd etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin 3N.N6.2N2N-c il tarixli N487 nömrəli əmri ilə Silahlı Qüvvələrin ehtiyyatına buraxılmışdır. O, barəsində verilmiş əmri qanunsuz və əsassız hesab edir. Belə ki, zabit kimi xidmət etdiyi dövrdə, xüsusi ilə də N nömrəli hərbi hissədə bir neçə dəfə keçirilən imtahanlardan, sonuncu dəfə isə 22 may 2N2N-ci ildə Ümumqoşun Ordusunda fiziki hazırlıq, ixtisas hazırlığı, texniki hazırlıq və ümumqoşun nizamnamələrindən keçirilən imtahanlarda müsbət qiymət aldığı halda, həmçinin 2N2N-ci ilin yanvar ayından tərxis edilənə kimi N dəfəyə yaxın hərbi hissənin tabor növbətçisi naryadına təyin edildiyi və naryad zamanı vəzifə borclarını layiqincə yerinə yetirdiyi halda onun hərbi xidmətdən xidmətə uyğunsuzluğa görə ehtiyata buraxılmağı tamamilə əsassız və qanunsuzdur. Çünki hərbi hissələrdə daxili naryada, xüsusilə də zabitlərdən təyin edilən növbətçiliyə daha hazırlıqlı və nizam-intizamlı hərbi qulluqçular təyin edilirlər. Əgər mənəvi və işgüzar keyfiyyətlərə malik olmasaydı, bu məsuliyyətli növbətçiliyə təyin edilməzdi. Onun ehtiyata buraxılmağına dair Müdafiə Nazirliyinin 3N.N6.2N2N-ci il tarixli N487 nömrəli əmri barədə məlumatı N4.N7.2N2N-ci il tarixdə hərbi hissənin nəzarət-buraxılış məntəqəsində təyinat vərəqəsi verilərkən almış və dərhak məhkəmədə iddia qaldırmışdır. Bundan sonra başlayan Vətən müharibəsi zamanı o, çağırışa əsasən ordu sıralarına qoşulmuş, Murovdağ istiqamətində N saylı hərbi hissədə xidmət etmiş və həmin hərbi hissə tərəfindən müsbət xarakterizə edilərək Fəxri Fərmanlarla mükafatlandırılmışdır. Bununla bağlı iddiaçı iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddianı müdafiə etdi və iddiaçının izahatına uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi X3 ididanı qəbul etməyərək izah etmişdir ki, iddiaçı N3.N6.2NN8-ci il tarixdən N nömrəli hərbi hissədə xidmət keçmiş, minaatan batareyasının minaatan tağımının komandiri olmuşdur. Onun haqqında verilən təqdimatda qeyd olunur ki, xidmət etdiyi müddətdə özünü işgüzar və mənəvi keyfiyyətləri aşağı olan, bacarıqsız, intizamsız bir zabit kimi göstərmiş, vəzifəsinə aid sənədləri zəif bilmiş və onların tələblərini gündəlik fəaliyyətində tətbiq etməmiş, bilik və bacarığı aşağı səviyyədə olmuş, tabeliyində olanlarla maraqlanmamış, onların məişətinə qayğı göstərməmiş, vəzifəsinin məsuliyyətini və ağırlığını dərk etməmişdir. İddiaçı ilə söhbət aparılmış, xidmətində dönüş yaratmaq üçün ona vaxt verilmiş, lakin o, nəticə çıxarmamış, dəfələrlə intizam məsuliyyətinə cəlb olunmuş, hətta rütbəsi bir pillə aşağı salınmışdır.Verilən intizam cəzaları öz tərbiyəvi təsirinə çatmadığından iddiaçının məsələsinə N6.N6.2N2N-ci ildə kiçik zabitlərin şərəf məhkəməsində baxılmış, onun həqiqi hərbi xidmətdən xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması barədə komandanlıq qarşısında vəsatət qaldırılmışdır. İddiaçının göstərilən əsasla ehtiyata buraxılması barədə təqdimat verilmiş, Azərbaycan Respublikası Müdafiə nazirinin 3N.N6.2N2N-ci il tarixli N487 nömrəli əmri ilə leytenant İddiaçı N nömrəli hərbi hissənin motoatıcı taborunun minaatan batareyasının minaatan taqımının komandiri vəzifəsindən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçı söhbət vərəqələrində xidmət müddəti ərzində nailiyyətlər əldə etməyə çalışdığını, lakin xidmətində yol verdiyi bəzi nöqsanlara görə komandanlığın etimadını doğrulda bilmədiyini göstərmiş, vədlər verməklə öz işində dönüş yaradacığını bildirmişdir. İddiaçı 2NN9-cu ilin attestasiyasında NNN ballıq qiymətləndirmə üzrə N9 bala yaxın nəticə göstərmişdir. Bununla bağlı cavabdehin nümayəndəsi iddianın təmin edilməməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş : -Azərbaycan Respublikası Müdafiə Nazirinin N487 saylı 3N iyun 2N2N-ci il tarixli əmrindən çıxarışdan görünür ki, leytenant İddiaçı N nömrəli hərbi hissənin motoatıcı taborunun minaatan batareyasının minaatan tağımının komandiri vəzifəsindən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. -iddiaçının xidmət vərəqəsindən çıxarışdan görünür ki, İddiaçı N saylı hərbi hissənin müvafiq əmrləri ilə NN.N2.2NN9-cu il, 28.N2.2NN9-cu il, NN.NN.2NN9-cu il, N4.NN.2NN9-cu il, 25.NN.2NN9-cu il, 27.NN.2N2N-ci il və 3N.N3.2N2N-ci il tarixlərdə töhmət intizam tənbehi verilmişdir. Həmin əmrlərin verilməsi üçün əsas olmuş hərəkətlər kimi “Patrul xidməti olduğu zaman xidməti düzgün təşkil etməməsi”, “Nahar yerbəyerinə gecikməsi”, “təyin olunmuş vaxtda sıraya gəlməməsi”, “vəzifə borlcarının icrasına səhlənkar yanaşması”, “səhər yerbəyerinə gecikməsi”, “tabor növbətçisi olduğu halda hazırlqısız olması”, “verilən tapşırığın icrasına səhlənkar yanaşması” göstərilmişdir. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsi tərəfindən təqdim edilmiş İddiaçı şəxsi işinin materiallarından müəyyən olunur ki, iddiaçı 2NN3-cü ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbinin “Yerüstü artilleriya” ixtisası bitirmiş və 2NN4-cü ildən öz ixtisası üzrə xidmətə başlamışdır. 3N.N6.2N2N-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə nazirinin N487 nömrəli əmri ilə leytenant İddiaçı N nömrəli hərbi hissənin motoatıcı taborunun minaatan batareyasının minaatan tağımının komandiri vəzifəsindən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və N8.N7.2N2N-ci il tarixdən qeydiyyata durmaq üçün Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsinin sərəncamına verilmişdir. İddiaçı adına açılmış xidmət dəftərçəsindən görünür ki, o, 27.N9.2N2N-ci il tarixədn NN.NN.2N2N-ci il tarixədək “Vətən müharibəsi”ndə iştirak etmişdir. 3N.N2.2N2N-ci il tarixdə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə, 28.NN.2N2N-ci ildə və 28.N2.2N2N-ci ildə hərbi hissə tərəfindən fəxri fərmanlarla təltif olunmuşdur. İddiaçı oğlu barəsində verilmiş təqdimatın əsaslandırma hissəsində qeyd edilmişdir ki, leytenant İddiaçı, N3.N6.2NN8-ci il tarixdən hərbi hissədə xidmət edir. Xidmət etdiyi müddətdə özünü işgüzar və mənəvi keyfiyyətləri aşağı olan, bacarıqsız, intizamsız bır zab kimi göstərmişdir. Vəzifəsinə aid rəhbər sənədləri zəif bilir və onların tələblərini gündəlik fəaliyyətində tətbiq etmir, bilik və təcrübəsi aşağı səviyyədədir. Vəzifə borclarının icrasına səhlənkar yanaşmasına, məsuliyyətsiz və səhlənkar bir zabit olmasına görə 28.N5 2N2N-ci il tarixdə onun hərbi rütbəsi bir pillə “leytenant” hərbi rütbəsinədək aşağı salınaraq cəzalandrılmışdır. Xidmətində yol verdiyi ciddi nöqsanlarına görə N6.N6.2N2N-ci il tarixdə leytenant Əliyevin məsələsinə kiçik zabitlərin şərəf məhkəməsində baxılmış və şərəf məhkəməsi onun həqiqi hərbi xidmətdən xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması barədə komandanlıq qarşısında vəsatət qaldırılmışdır. - Şəxsi işdə olan söhbət vərəqindən görünür ki, İddiaçı ilə 22.N5.2N2N-ci il tarixdə keçirilmiş N-ci söhbət zamanı o, xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmasına razı olmamış və xidmətini davam etdirmək üçün ona köməklik göstərilməsini, səhhəti ilə bağlı digər vəzifəyə keçirilməsini xahiş etmiş, həmin vəzifələrdə özünü doğruldacağını bildirmişdir. - İddiaçılə N6.N6.2N2N-ci ildə aparılmış 2-ci söhbət zamanı o, uzun müddət tağım komandiri olduğunu bildirmiş, komandanlığın gözündə intizamsız zabit olduğu göstərilsə də, əslində ona bildirilən iradlardan müsbət nəticə çıxarmağa çalışmış, heç vaxt ruhdan düşməmiş və xidmətinə laqeyd yanaşmamış, hətta hərbi rütbəsi endirilsə də, ruhdan düşməmişdir. Uzun müddət taöım komandiri vəzifəısində qalması səhhəti ilə bağlı olmuşdur. Hərbi Polisin yoxlaması zamanı verilən tapşırığı tam anlamamışdır. Belə ki, sürsat anbarının qapısını açmaq tapşırığını aldıqdan sonra digər tapşırığı icra etmək üçün göndərildiyindən qapını bağlamaq yadından çıxmışdır. - N saylı hərbi hissənin kiçik zabitlərinin şərəf məhkəməsinin N6 iyun 2N2N-ci il tarixli qərarından çıxarışdan görünür ki, 4-cü motoatıcı taborun minaatan batareyasının tağım komandiri leytenant İddiaçı işgüzar və mənəvi keyfiyyətlərinin aşağı olmasın, vıziufələrin icrasına səhlənkar yanaşmasını, xidmətində ciddi nöqsanlara yol verməsini, tabeliyində olanların intizam qaydalarına riayət ertmələrini təmin etməməsini, onlara qarşı tələbkarlıq göstərməməsini, xidmətə laqeyd münasibətini, tətbiq olunmuş intizam cəzalarından, aparılmış söhbətlərdən nəticə çıxararaq xidmətində müsdbət tərəfə heç bir dönüş yaratmadığını nəzərə alaraq onun Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdən xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması barədə komandanlıq qarşısında vəsatət qaldırılması qərara alınmışdır. Məhkəmənin sorğusuna cavab olaraq, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən İddiaçı xidmət etdiyi N nömrəli hərbi hissəsinin 4-cü taborunun tabor növbətçiliyinin təhvil və qəbul kitablarının təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. -Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsi tərəfindən verilmiş N6.NN.2N2N-ci il tarixli 323 saylı arayışdan görünür ki, İddiaçı Azərbaycan Respublikası Prezidentinin 28.N9.2N2N-ci il tarixli sərəncamına və “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Qanuna əsasən 29.N9.2N2N-ci il tarixdə qismən səfərbərliyə cəlb edilmiş və 29.N9.2N2N-ci il tarixdə müvafiq hərbi hissəyə təhvil verilmişdir. -N3N nömrəli hərbi hissənin komandiri Sahib Şahverdiyev tərəfindən 28 noyabr 2N2Nci il və 28 dekabr 2N2N-ci il tarixlərdə verilmiş Fəxri Fərmanlardan görünür ki, leytenant İddiaçı döyüş hazırlığı, nizam-intizam və qoşun xidmətinin təşkilində yüksək nəticələr əldə etdiyinə görə təltif edilmişdir. -N saylı hərbi hissə komandiri vəzifəsini icra edən Rasim Amirnmetov tərəfindən verilmiş 25.N2.2N2N-ci il tarixli xidməti xasiyyətnamədən görünür ki, leytenant İddiaçı N3N nömrəli hərbi hissədə xidmət etdiyi dövrdə özünü nizam-intizamlı, bacarıqlı və savadlı bir zabit kimi göstərilmişdir. Tutduğu vəzifənin icrasına vicdanla yanaşmış....Rəhbərlik etdiyi bölmədfə və ya iş sahəsində mövcud vəziyyəti düzgün şəkildə qurmağı bacarmışdır. İxtisasına uyğun nəzəri biliyi, hazırlıq səviyyəsi və onun praktiki tətbiqi qənaətbəxş olmuşdur. İddiaçının vəsatətinə və məhkəmənin sorğusuna əsasən N saylı hərbi hissədən alınmış tabor növbətçiliyinin təhvili və qəbulu kitablarından görünür ki, İddiaçı 26.N3.2N2N-ci il, 29.N3.2N2N-ci il, 3N.N3.2N2N-ci il, N3.N4.2N2N-ci il, N4.N4.2N2N-ci il, N5.N4.2N2N-ci il, N6.N4.2N2N-ci il, 2N.N4.2N2N-ci il, 2N.N4.2N2N-ci il, N.N4.2N2N-ci il, 25.N4.2N2N-ci il, 26.N4.2N2N-ci il, 27.N7.2N2N-ci il, 29.N4.2N2N-ci il, 3N.N4.2N2N-ci il, N4.N5.2N2N-ci il, N5.N5.2N2N-ci il, N8.N5.2N2N-ci il, N9.N5.2N2N-ci il, N3.N5.2N2N-ci il, N4.N5.2N2N-ci il, N9.N5.2N2N-ci il, 2N.N5.2N2N-ci il, 23.N5.2N2N-ci il, N.N5.2N2N-ci il, 26.N5.2N2N-ci il, 27.N5.2N2N-ci il, N9.N6.2N2N-ci il, 2N.N6.2N2N-ci il, 22.N6.2N2N-ci il, 23.N6.2N2N-ci il, 25.N6.2N2N-ci il, 26.N6.2N2N-ci il, 28.N6.2N2N-ci il, 29.N6.2N2N-ci il tarixlərdə növbədə olmuş və hərbi hissə növbətçiliyi qəbul edərək təhvil vermişdir. -N saylı hərbi hissə komandirinin NN6 saylı N5.N5.2N2N-ci il tarixli əmrindən görünür ki, 4-cü motoatıcı tabor növbətçisinin NN yanvar 2N2N-ci il tarixli N5NN qeydiyyat nömrəli təhvili və qəbulu kitabı itirildiyi üçün etibarsız sayılması və baş çavuş X5 oöluna qeyriməxfi sənədlərin qəbulu və qorunub saxlanılmasına zəif nəzarət etdiyi üçün intizam qaydasında “Şiddətli töhmət” cəzasının verilməsi qərara alınmışdır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının və onun nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. «Hərbi vəzifə və hərbi xidmət» haqqında Azərbaycan Respublikası Qanununun N-ci maddəsinə əsasən hərbi xidmət həqiqi hərbi xidmətdən və ehtiyatda xidmətdən ibarətdir. Həmin Qanunun 37.2-ci maddəsinə əsasən hərbi qulluqçunun həqiqi hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyətin siyahısından çıxarıldığı gün onun həqiqi hərbi xidmətinin sonu sayılır. Azərbaycan Respublikasının N3 oktyabr N997-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin N56-cı maddəsinin «e» bəndinə görə hərbi qulluqçular xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. Əsasnamənin N6N-ci maddəsinə görə həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmaq haqqında hərbi qulluqçular, bir qayda olaraq, buraxılmaya iki ay qalmış (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xəbərdar edilirlər. Həqiqi hərbi xidmətdən hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata buraxılmağa təqdim etməzdən əvvəl onların xidmət keçmələri barədə məlumatlar dəqiqləşdirilir, ehtiyac olduqda onların xidmətlərinin müddətləri sənədlə dəqiqləşdirilir, xidmət illəri hesablanır və pensiya təminatı məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada məlumat vərəqəsi tərtib edilir. Əsasnamənin N62-ci maddəsinə görə hərbi qulluqçularla onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) haqqında ən azı iki fərdi söhbət aparılır. Birinci söhbət buraxılmağa təqdim olunmazdan qabaq aparılır və onun gedişində buraxılmanın səbəbləri və vaxtı, işə düzəlmənin maddi-məişət təminatının güzəştləri və üstünlükləri izah olunur, digər məsələlər üzrə zəruri izahatlar və buraxılmadan sonra qeydiyyatın müəyyən edilmiş qaydasında hərbi qulluqçu tərəfindən yaşayış yeri müəyyənləşdirilir, hərbi qulluqçunun xahişləri aydınlaşdırılır. Bu zaman həqiqi hərbi xidmətdən yaşına, səhhətinə və ya ştatların ixtisarına görə buraxılan hərbi qulluqçularla (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) adətən söhbət buraxılmadan 2 ay qabaq aparılır. Hərbi həkim komissiyaları tərəfindən hərbi uçotdan çıxarılmaqla hərbi xidmətə yararsız sayılmış və xidməti vəzifələrinin gələcək icrasından azad olmağa ehtiyacı olan hərbi qulluqçuların buraxılması hərbi hissə tərəfindən hərbi həkim komissiyasının qərarı olandan sonra bir aydan gec olmayaraq icra edilməlidir. İkinci söhbət bilavasitə rəis tərəfindən buraxılma haqqında təqdimatın (raportun) göndərilməsi vaxtı aparılır. Onun gedişində hərbi qulluqçunun birinci söhbət zamanı verdiyi suallara və xahişlərə cavab verilir, buraxılma ilə bağlı hərbi-həkim komissiyasının rəyi və digər səbəblər nəzərə alınmaqla buraxılmanın səbəbləri dəqiqləşdirilir. Aparılan söhbətlərin məzmunu söhbət vərəqəsində öz əksini tapır. Söhbət vərəqəsi buraxılan hərbi qulluqçu tərəfindən imzalanır, şəxsi işə tikilir və saxlanılır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi 2N7-ci motoatıcı briqadanın (N nömrəli hərbi hissə) 2N74-cü motoatıcı taborunun minaatan batareyasının minaatan tağımının komandiri leytenant İddiaçı “Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin N56-cı maddəsinin «e» bəndi (xidməti uyğunsuzluğa görə) əsas götürülərək həqiqi xərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçı ilə fərdi söhbət aparılması barədə iş materiallarına iki ədəd söhbət vərəqi əlavə olunsa da, həmin söhbət vərəqlərinin arasında cəmi N4 gün müddət verilmişdir. Bundan başqa Əsasnamənin N63-cü maddəsi pozularaq iddiaçı buraxılmazdan əvvəl onun barəsində hərbi-həkim komissiyasının rəyi alınmamışdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçının həqiqi hərbi xidmətdən ehtiyata buraxılması bir sıra pozuntularla həyata keçirilmişdir. Məhkəmə araşdırması zamanı iddiaçı hərbi hissə komandirinin ona qarşı qərəzli münasibət sərgilədiyini, onu qanunsuz olaraq fasiləsiz növbətçi təyin etdiyini bildirmişdir. Məhkəmə iddiaçının vəsatətinə əsasən həmin dəlili yoxlamaq üçün hərbi hissənin növbətçiliyin təhvili və qəbulu kiitabının təqdim olunmasını tələb etmişdir. Təqdim olunan materiallardan aydın oldu ki, 2N2N-ci ilin yanvar ayının NN-dən mart ayının N3-dək olan kitab itirilmişdir, bununla bağlı məsul şəxsə şiddətli töhmət elan edilmişdir. 2N2N-ci il yanvar ayının N3-dən başlayan iyun ayının 29-dək olan növbətçilik təhvil və qəbul kitablarından isə aydın olur ki, İddiaçı iki, üç, bəzi hallarda isə dörd gün (N-27 aprel 2N2N-ci il tarixlərdə) fasiləsiz növbətçiliyə cəlb edilmişdir. Bundan başqa iddiaçı xidmət etdiyi N saylı hərbi hissə tərəfindən mənfi və nizam intizam qaydalarına riayət etməyən şəxs kimi xarakterizə edilsə də, Vətən müharibəsi zamanı xidmət etdiyi N saylı hərbi hissənin komandanlığı tərəfindən müsbət və yüksək keyfiyyətlərə malik zabit kimi qiymətləndirilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.N-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 32.N-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 7N.N-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Göstərilən Məcəllənin 7N.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Məhkəmə iddia müddəti ilə bağlı qeyd edir ki, mübahiəsləndirilən əmr 3N.N6.2N2N-ci il tarixə aid olsa da, iddiaçıya N4.N7.2N2N-ci il tarixdə, Səfərbərlik üzrə Dovlət Xidmətinin Ucar rayon şöbəsinə təyinat vərəqəsini verilərkən elan edilmişdir. Bundan sonra iddiaçı NN.N8.2N2N-ci il tarixdə müvafiq iddia ilə məhkəmçəyə müraciət etmişdir. Cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən əmrin iddiaçıya vaxtında təqdim edilməsini (elan edilməsi) təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bununla bağlı məhkəmə hesab edir ki, iddia müdəti ötürülməmişdir. Bununla bağlı məhkəmə hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Müdafiə Naziri tərəfindən İddiaçı barəsində verilmiş 3N iyun N487 saylı əmr ləğv edilməli və ehtiyata buraxıldığı vaxtdan məhkəmə qərarının qəbul edildiyi günə kimi zabitlər üçün nəzərdə tutulmuş bütün təminat xərcliyinin ona ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir . 68.N-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırmalıdır. QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasına dair Azərbaycan Respublikası Müdafiə Nazirinin 3N.N6.2N2N-ci il tarixli N487 nömrəli əmri ləğv edilsin və ehtiyata buraxıldığı vaxtdan məhkəmə qərarının qəbul edildiyi günə kimi zabitlər üçün nəzərdə tutulmuş bütün təminat xərcliyinin ona ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 3N (otuz) gün müddətində Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-558/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-558/2021
05.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver