Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-559/2021 17.02.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X1 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh “Azərqaz” İstehsalat Birliyinə qarşı “iddiaçıya məxsus Abşerov rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında yerləşən AAAF Park yaşayış massivinin “A” kompleksi(küçəsi), 5 saylı evin (binanın), 7 saylı mənzilinə Cavabdeh İB tərəfindən qaz sayğacının quraşdırılması və qazla təchiz edilməsinin təmin edilməsinə” dair iddiasını inzibati məhkəmə icraatı qaydasında araşdıraraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Azərqaz” İstehsalat Birliyinə qarşı iddia qaldıraraq “iddiaçıya məxsus Abşerov rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında yerləşən AAAF Park yaşayış massivinin “A” kompleksi(küçəsi), 5 saylı evin (binanın), 7 saylı mənzilinə Cavabdeh İB tərəfindən qaz sayğacının quraşdırılması və qazla təchiz edilməsinin təmin edilməsinə” dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. xx xxxxxx 2021-ci il tarixdə iddiaçı məhkəmə ilə əlaqə saxlayaraq hazırda aralarında olan mübahisənin məhkəmədənkənar həll olunduğunu və işə baxılmasına zərurət olmadığını, ona görə də məhkəmə iclasına gəlməyəcəyini bildirmişdir. Məhkəmə iş materiallarını araşdırıb, bu qənaətə qəlir ki, iddiaçının hazırkı iddia üzrə mübahisənin davam etdirilməsinədə marağı qalmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Məhkəmə müvafiq xəbərdarlıq edilsə də, iddiaçının məhkəmə iclasına gəlməməsini, iddiaya baxılmasında marağının qalmamasını bildirməsini nəzərə alaraq, iddianın geri götürüldüyü qənaətinə gəlir. İddiaçıya izah olunsun ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəfə qarşı, eyni əsaslarla və eyni predmet barədə təkrarən məhkəməyə müraciət etməsini istisna etmir. M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxx 2014-cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş sayılması barədə qəbul edilmiş qərardaddan həmin Məcəllənin 81.1-ci maddəsinə müvafiq olaraq apellyasiya şikayətinin verilməsi hüququnun təmin olunması qərara alınmışdır. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü, 55-ci və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh “Azərqaz” İstehsalat Birliyinə qarşı “iddiaçıya məxsus Abşerov rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında yerləşən AAAF Park yaşayış massivinin “A” kompleksi(küçəsi), 5 saylı evin (binanın), 7 saylı mənzilinə Cavabdeh İB tərəfindən qaz sayğacının quraşdırılması və qazla təchiz edilməsinin təmin edilməsinə” dair iddiası geri götürülmüş hesab edilsin. İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-559/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-559/2021
17.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver