Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-56/2024 01.02.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Ramiz qızının katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən iddiaçıların xüsusi mülkiyyətində olan torpaq sahələrinə dair digər şəxslərə verilmiş plan və ölçü sənədlərinin ləğv edilməsi, faktiki vəziyyətə uyğun 0,20 ha, 0,10 ha və 0,035 ha torpaq sahələrinə yeni plan və ölçü sənədlərinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə ünvan 1 ünvanında Sumqayıt Məhkəmə Kompleksində açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xüsusi mülkiyyət hüququ ilə onlara məxsus torpaq sahələrinin hüquqi və texniki sənədlərindəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların aradan qaldırılması, real mövcud vəziyyətə uyğun olaraq naturada torpaq sahəsinin planı və ölçüsünün yenidən tərtib edilməsi və üçüncü şəxslərə məxsus torpaq sahəsinin plan və ölçüsünün real mövcud vəziyyətə uyğun dəyişdirilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər. Daha sonra iddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən iddiaçıların xüsusi mülkiyyətində olan torpaq sahələrinə dair digər şəxslərinə verilmiş plan və ölçü sənədlərinin ləğv edilməsi, faktiki vəziyyətə uyğun 0,20 ha, 0,10 ha və 0,035 ha torpaq sahələrinə yeni plan və ölçü sənədlərinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X5 və X7 Azərbaycan Respublikası İPM-nin 28.2-ci maddəsinə əsasən zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən JN-1075 nömrəli, KOD 30800027 saylı, xx.xx.1998-ci il tarixli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” ilə X4 məxsus olan 1 (bir) hektar torpaq sahəsinin qərb hissəsindən (eni 46,9 m, uzunluğu 106 m olmaqla) 0,50 ha torpaq sahəsini xx.xx.2003-cü il tarixdə alqı-satqı müqaviləsi əsasında almışdır. N.Qənbərov torpaq sahəsinin qalan hissəsini isə başqa şəxslərə satmışdır. N.Qənbərovun adına olan 1 (bir) ha torpaq sahəsinin dönmə nöqtələrinin nğmrələri-1969, 5420, 1974, 5421, 1972 və 1970, Y koordinatları- 9401 822.51, 9401 843.99, 9401 916.41, 9401 916.30, 9401 910.83 və 9401 818.60, X koordinatları- 4485296.83, 4485295.52, 4485291.11, 4485289.02, 4485182.56 və 4485190.85 kimi olmuşdur. 08 dekabr 2012-ci il tarixdə iddiaçı özünə məxsus 0,50 ha torpaq sahəsinin 0,10 ha hissəsini həyat yoldaşı İddiaçı3 və 0,10 ha hissəsini oğlu İddiaçı2 bağışlamış, 0,20 ha torpaq sahəsinə dair öz adına çıxarış almış, qalan hissəsini isə başqa şəxslərə satmışdır. 2012-ci ilin dekabr ayında hər birinin adına yeni çıxarış və torpaq sahəsinin planı və ölçüsü verilmişdir. İddiaçıların adına xx.xx.2012-ci il tarixdə yeni çıxarış və torpaq sahəsinin planı və ölçüsü verilərkən onların xəbəri olmadan cavabdehin əməkdaşları tərəfindən torpaq sahəsinin planı və ölçüsü tərtib edilərək, yeni koordinatlarla həmin sahədə, yəni iddiaçılara məxsus torpaq sahəsində, təxminən eni 20-30 m, uzunluğu 80-90 metr olmaqla qərb istiqamətində sürüşdürməyə yol verilmişdir. Bunun nəticəsində iddiaçılara məxsus torpaq sahəsi, əsas yolda daxil olmaqla, qonşuların inşa etdiyi beş ədəd iki mərtəbəli yaşayış binalarının üzərinə düşmüşdür. Eyni zamanda cavabdeh tərəfindən səhv olaraq qonşu torpaq sahələrindən üçüncü şəxslər Əmirov Elxana məxsus 0,02 ha və Aslanov Kənana məxsus 0,034 ha topaq sahəsinin koordinatlarını iddiaçılara məxsus torpaq sahəsinin tam mərkəzinə oturdulmuşdur. Bu uyğunsuzluq barədə cavabdehə dəfələrlə şifahi surətdə müraciət edilsə də, uyğunsuzluq aradan qaldırılmamışdır. Belə olan halda, xx.xx.2022-ci il tarixdə cavabdeh 4 saylı Abşeron Ərazi İdarəsinə ərizə ilə müraciət edərək xüsusi mülkiyyəti hüququ ilə onlara məxsus torpaq sahələrində olan bu uyğunsuzluğun aradan qaldırılması, torpaq sahələrinin real mövcud vəziyyətə uyğun olaraq naturada torpaq sahəsinin plan və ölçüsünün yenidən tərtib edilməsi, zərurət yaranarsa, digər şəxslərə məxsus olan plan cizgilərinin ləğv olunmasını və onlara məxsus torpaq sahəsindən kənarlaşdınlmasını xahiş etmişlər. Lakin, cavabdeh xx.xx.2022-ci il tarixli, **********12 nömrəli cavab məktubu ilə imtina cavabı vermişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia tələbini müdafiə etdi və iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh və üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, araşdırma zamanı məlum olmuşdur ki, ərazidə ümumi texniki sənədlərdəki məkan göstəriciləri ilə faktiki istifadədə olan torpağın məkan göstəriciləri arasında uyğunsuzluqlar mövcuddur. Əlavə olaraq qeyd edilir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüauai şəxslərin mülkivvətindəki və qanuni istifadəşindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarının hüauai və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun aradan qaldırılması barədə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərman imzalanmışdır. Hal-hazırda həmin Fərmanın icrası ilə əlaqədar Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq torpaqların istifadəsində mövcud olan uyğunsuzluqların və catışmamazlıqların aradan qaldırılması məqsədilə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması istiqamətində lazımi işlər aparılır. Torpaq sahələrinin qeydiyyata alınmış faktiki koordinatları əsasında aparılan təhlillər və sistemləşdirmə isləri basa çatdırıldıqdan və elektron kadastr məlumat bazasında müvafiq düzəlişlər aparıldıqdan sonra torpaq sahələrinin hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyqunsuzluqlann aradan qaldırılması təmin ediləcəkdir. Əvvəlki məhkəmə iclasında iştirak edən üçüncü şəxs X7 iddianın həllini məhkəmənin mülahizəsinə buraxaraq izah etdi ki, iddiaçıların mülkiyyətində olan torpaq sahələri ilə onun mülkiyyətində olan torpaq sahəsi qonşuluqda yerləşir. Aralarında torpaq mübahisəsi və iddiaları yoxdur, plan və ölçü sənədində koordinatlar düzgün yerləşdirilməyibsə, dəyişdirilməsinə etiraz etmir. İş materiallarında olan : - xx.xx.2012-ci il tarixli, **********97 reyestr nömrəli çıxarışdan görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0,20 ha torpaq sahəsi İddiaçı1 xüsusi mülkiyyətindədir. - xx.xx.2013-cü il tarixli, **********40 reyestr nömrəli çıxarışdan görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0,035 ha torpaq sahəsi İddiaçı2 xüsusi mülkiyyətindədir. - xx.xx.2012-ci il tarixli, **********84 reyestr nömrəli çıxarışdan görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0,10 ha torpaq sahəsi İddiaçı3 xüsusi mülkiyyətindədir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən tərtib edilmiş AA 046395 nömrəli plan və ölçü sənədindən görünür ki, həmin sənəd İddiaçı1 ayrılmış 0,20 ha torpaq sahəsinə dair tərtib edilmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən tərtib edilmiş AA 005051 nömrəli plan və ölçü sənədindən görünür ki, həmin sənəd İddiaçı2 ayrılmış 0,035 ha torpaq sahəsinə dair tərtib edilmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən tərtib edilmiş AA 046380 nömrəli plan və ölçü sənədindən görünür ki, həmin sənəd İddiaçı3 ayrılmış 0,10 ha torpaq sahəsinə dair tərtib edilmişdir. - JN-1075 KOD 30800027 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktından görünür ki, Abşeron rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 21 nömrəli qərarına əsasən 1,09 ha torpaq sahəsi X1 və ailə üzvlərinin birgə mülkiyyətinə verilmişdir. - xx.xx.2023-cü il tarixli torpaq alqı-satqı müqaviləsindən görünür ki, X1 və ailə üzvləri İddiaçı1 0,59 ha torpaq sahəsi satmışdır. - torpaq sahəsinə dair 2012-ci ildə tərtib edilmiş bölgü eskizindən görünür ki, həmin sənəddə İddiaçı1, İddiaçı2, İddiaçı3 adları qeyd olunmuşdur. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən tərtib edilmiş AA 026936 nömrəli plan və ölçü sənədindən görünür ki, həmin sənəd E.Əmirova ayrılmış 0,02 ha torpaq sahəsinə dair tərtib edilmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən tərtib edilmiş AA 635228 nömrəli plan və ölçü sənədindən görünür ki, həmin sənəd K.Aslanova ayrılmış 0,034 ha torpaq sahəsinə dair tərtib edilmişdir. - **********44 reyestr nömrəli çıxarışdan görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0,02 ha torpaq sahəsi X6 xüsusi mülkiyyətindədir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə İddiaçı1 izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Həmçinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun : 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. -2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. -7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. -7.2-ci maddəsinə əsasən “Daşınmaz əmlak obyektlərinə Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyən edilməsinə imkan verən ünvan verilir. -8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edilir. -10.2.2-ci maddəsinə əsasən torpaq sahəsinin planı və ölçüsü Hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına təqdim olunmalıdır. -11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. -11.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərdə mətnlər aydın yazılmalı, hüquqi və fiziki şəxslərin adları tam şəkildə göstərilməlidir. Pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununu birmənalı başa düşmək imkanı verməyən dərəcədə zədələnmiş sənədlər hüquqların dövlət qeydiyyatı üçün qəbul edilmir. -14.1-ci maddəsinə əsasən qeydiyyat orqanının sənədlərin həqiqiliyinə ciddi şübhəsi varsa, qeydiyyat bir ay müddətinə dayandırıla bilər. -14.4-cü maddəsinə əsasən qeydiyyata təqdim olunmuş sənədlərin saxta olması təsdiqlənərsə, qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatına alınmasından imtina barədə ərizəçiyə bildirməli və ərizə jurnalında müvafiq qeydlər etməlidir. -15.1.6-cı maddəsinə əsasən bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. -23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalar”ın 1- ci bəndinə əsasən dövlət reyestrinin aparılması dedikdə, daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqları, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsi, onlara xitam verilməsi barədə məlumatların dövlət reyestrinə daxil edilməsi başa düşülür. Həmin Qaydaların 19-cu bəndinə əsasən daşınmaz əmlak obyektinin ünvanı barədə məlumatlar İ fəslin "Ünvan (olduğu yer)" qrafasına daxil edilir. Bu məqsədlə daşınmaz əmlak obyektinin poçt ünvanı və həmin əmlakın harada olduğunu dəqiq müəyyən etmək üçün istifadə oluna biləcək digər məlumatlar qeyd edilir. Həmin Qaydaların 45-ci bəndinə əsasən "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə uyğun olaraq qeydiyyat orqanına təqdim edilmiş əvvəl yaranmış hüquqlar barədə məlumatlar bu Qaydalarla nəzərdə tutulmuş qaydada dövlət reyestrinə daxil edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. İlk öncə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyesterində qeydiyyata alınmasının məqsədi həmin əmlak üzərində olan hüquqların dövlət tərəfindən tanınmasıdır. Qeydiyyat orqanının vəzifəli şəxsləri Qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Qeydə alınacaq hüquqlarının dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmasının müəyyən edilməsi məqsədi ilə qeydiyyat orqanın vəzifəli şəxsləri tərəfindən daxili təlimatın tələblərinə əsasən müvafiq araşdırmalar aparmaq səlahiyətləri var. Təqdim edilmiş sənədlərin həqiqiliyində şübhələr olduğu tədqirdə hüquqların qeydə alınması proseduru dayandırılaraq həmin şübhəli halın aradan qaldırılması üşün tədbirlər görülür, şübhələr aradan qaldırılmadığı tədqirdə hüquqların dövlət reyesterində qeydiyyata alınmasından imtina olunur. Hazırkı iddia tələbini araşdırılan zaman müəyyən edilmişdir ki, iddiaçıların və üçüncü şəxslərin mülkiyytətində olan torpaq sahələri ayrı-ayrılıqda mövcuddur və onların bir-birinəq arşı torpaq iddiaları və mübahisələri mövcud deyildir. Lakin “torpaq sahəsinin planı və ölçüsü” hazırlanarkən üçüncü şəxslərin torpsaq sahələrinin koordinatları iddiaçıların mülkiyyətind olan torpaq sahələrinin üzərin işlənilmişdir. Nəzərə alınmalıdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması nəzərədə tutulub. Mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur. Lakin üçüncü şəxslərə adına torpaq sahəsi qeydiyyatdan keçirilən zaman təqdim olunmuş torpağın koordinatları DƏDRX-in 4 saylı Abşeron Ərazi İdarəsinin tərəfindən köçürülərək yeni verilmiş “torpaq sahəsinin plan və ölçü” sənədi verilərkən torpaq sahəsinin yerini müəyyən etmədən hüquqlarını qeydiyyata almışdır. Halbuki, bu cür halda qeydiyyat orqanının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən zəruri olan mərçəkmə və inventarlaşma aparılması hüququ var idi. Göründüyü kimi qeydiyyat orqanının ona təqdim edilmiş sənədlərin lazımi qaydada araşdırmaması nəticəsində iddiaçıların hüquqları pozulmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati Aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3- cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. Göründüyü kimi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 19 may 2014-cü il tarixli qərarı ilə DƏDRX tərəfindən verilmiş çıxarışın ləğv edilməsinin ümumi və ya inzibati məhkəmələr tərəfindən baxılmasına aydınlıq gətirmişdir. Qeyd olunan qərardan məlum olur ki, DƏDRX tərəfindən çıxarışın verilməsinə əmlak hüquqları, yəni mülki hüquqi əqdlər əsas olduğu tədqirdə həmin Çıxarışın ləğvinə ümumi məhkəmələr, DƏDRX tərəfindən verilən Çıxarışın verilməsinə əsas inzibati akt olduğu tədqirdə inzibati məhkəmələr tərəfindən baxılır. Hazırkı iddia tələbindən məlum olur ki, DƏDRX-in 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən mübahisəli torpaq sahəsinə dair üçüncü şəxs X6 adına AA 026936 nömrəli və X2 adına AA 635228 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədləri verilmişdir. “Torpaq sahəsinin planı və ölçüsü” sənədi inzibati akt qüvvəsinə malik olmasa da belə “İnzibati İcraat haqqında” Qanunun 67.3-cü maddəsinin tələbləri baxımından həmin sənədin ləğv edilməsi tələbinə inzibati icraat qaydasında baxılması mümkündür. Belə ki, yuxarıda qeyd olunan Konstitusiya Məhkəməsinin 19 may 2014-cü il tarixli Plenum Qərarının tələblərinə əsasən inzibati qərardan törəmə aktlar inzibati qərarın tərkib hissəsi olduğuna görə mövcud ola bilən mübahisəyə mübahisələndirilən aktla birlikdə inzibati icraat qaydasında baxılmalıdır. Ona görə də məhkəmə hesab edir ki, Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən üçüncü şəxslər X6 adına AA 026936 nömrəli və X2 adına AA 635228 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədləri ləğv edilməli və iddiaçıların mülkiyyətində olan faktiki vəziyyətə uyğun 0,20 ha, 0,10 ha və 0,035 ha torpaq sahələrinə yeni plan və ölçü sənədlərinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən X6 adına verilmiş AA 026936 nömrəli və X2 adına verilmiş AA 635228 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədləri ləğv edilməli və iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 mülkiyyətində olan 0,20 ha, 0,10 ha və 0,035 ha torpaq sahələrinə (müvafiq olaraq xx.xx.2012-ci il tarixli, **********97 reyestr nömrəli, xx.xx.2013-cü il tarixli, **********40 reyestr nömrəli və xx.xx.2012-ci il tarixli, **********84 reyestr nömrəli qeydiyyat) dair faktiki vəziyyətə uyğun yeni plan və ölçü sənədlərinin verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-56/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-56/2024
01.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver